III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
843
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
olmayan, morfoloji-sintaktik cəhətdən mənimsənilməyən, lüğətlərdə izahı verilməyən yad
sözlərdir. Əslində varvarizmləri şərti olaraq alınma sözlər sırasına daxil edirlər. Yad element-
lər-sözalan dildə adətən onların leksik ekvivalenti olsa da, üslubi baxımdan həmin sözlərdən
fərqlənir və ünsiyyətin bu və ya digər sahəsində nitqə ekspressivlik verən xüsusi adlandırma
və ya ifadə vasitəsi kimi möhkəmlənir. Həmin ifadələrin əsas cəhətlərindən biri odur ki, bir
çox dillərdə geniş yayılmışdır. Məsələn, SOS, ok, sorry, allegro, no problem və s.
Beləliklə, alınma leksikanın tərkibində bir neçə qrupu fərqləndirməklə biz müşahidə
etdik ki, geniş işlənmə sahəsinə malik olan və sözalan dilin lüğət tərkibində möhkəmlənən alın-
ma sözlər üslubiyyat üçün elə də böyük maraq kəsb etmir. Üslubi dəyərləndirməyə ehtiyac
duyan sözlər məhdud sahədə işlənən alınmalar hesab olunur. Üslubi imkanlarına görə alınma
sözlər içərisində ekzotizm və varvarizmlər daha böyük əhəmiyyətə malikdir. Ekzotik sözlər
daha çox müxtəlif xalqlara məxsus milli koloritin yaradılması məqsədilə geniş şəkildə istifadə
olunur.
MƏNƏVİ DƏYƏRLƏRƏMİZ VƏ ƏDƏBİYYAT
Sədrəddin HÜSEYN
Qafqaz Universiteti
shuseyn@qu.edu.az
AZƏRBAYCAN
Tarix boyu baş verən hadisələr millətlərin taleyində dərin, bəzən də düzəlməsi mümkün
olmayan izlər buraxır. Bir çoxları kimi bunlar bizdən də yan keçməyib. Xüsusən də Rusiya və
sovet işğalı dövründə. Milləti assimilasiya etmək, kökündən uzaqlaşdırmaq, milli mənəvi də-
yərləri unutdurmaq, ona qarşı yadlaşdırmaq siyasəti ciddi fəsadlar törətdi, xalqı aşınmaya
məruz qoydu.
Müstəqilliyimizdən bu yana milli kökə, özünə qayıdış hərəkatı başlasa da, buna nail ola
bilmədik. Hətta unutduq belə bir məsələni. Bunun bir səbəbi dünyaya inteqrasiya, müasirlik,
avropalaşma meylləridirsə, digər mühüm səbəbi də qayıdacağımız bu milli şüur, milli kök və
s. dediyimiz nəsnənin nə olduğunu bilməməyimizdir. Bu iki yüz ildə məhz bunu da aldılar əli-
mizdən, dünənimizi, milli kimliyimizi unutdurdular. Bu itirdiklərimizin axtarışında ədəbiyyatın
öz yeri vardır.
Bu gün bizim özümüzlə bağlı öyündüyümüz babalardan qalan bir neçə nəsnə var ki, onun
biri qonaqpərvərlik, böyük yolu gözləmək, böyüyə və ya qadına hörmət və s. məsələlərdir ki,
bunların da nə vəziyyətdə olduğu hamıya məlumdur. Qonaqlıq məsələsi keçmişdəkı kımı
olmadığından qonaqpərvərlik anlayıçı da silinib yaddaşımızdan. İndi kiminsə evində nə qonaq
üçün ayrılan otaq var, nə onun istifadə edəcəyi əşyalar. Çünki kiminsə qonaq qalmağa
ehtiyacı yoxdur. Çox uzaqdan gələn, qalmağa ehtiyacı olanlar da otellərə üz tutur. Onlar da
modernləşib, yəni milli deyil, dünyada necədir, bizdə də elə.
Biz keçmişimizi tarixdən öyrənirik. Ancaq tarix elmi quru faktlar, cansız rəqəmlər,
hadisələr yığınıdır. Milli mənəvi dəyərləri ortaya qoymaq “biz də buyuq, biz də beləyik”
demək üçün isə ədəbi əsərlərə üz tutmaq lazım gəlir. Məs. biz ancaq “Dədə Qorqud” dastanın-
dan bilə bilirik ki, vaxtilə adımızı əməlimizə görə veriblər. Ad verən də Qorqud kimi bir dədə
olub. Oradan öyrənirik ki, əsir düşən igidlərimiz analarının tanınmaması, atalarının namusu-
nun sındırılmaması üçün özlərinin qıyma-qıyma doğranmasına, kabab edilib anaları tərəfin-
dən yeyilməsinə belə razı olublar. Hətta Uruz bunu anası Burla xatuna özü məsləhət görür.
“Saqın ana, yaxına gəlməyəsən,…ağlamayasan,…başqaları bir yeyəndə sən üç yeyəsən…”
deyir. Biz “Koroğlu” dastanınndan görürük ki, o boyda qəhrəman necə sadəlöhv olarmış,
Keçəl Həmzələrə necə uduzarmış. Bolu bəyə münasibətində bir tərəfdən verdiyi sözə sədaqət,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
844
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bir tərəfdən də düşmənə belə xeyirxahlıq hissi qabarıq görünür. Biz bədii əsərlərdən gücümü-
zü, böyüklüyümüzü deyil, gücsüzlüyümüzü, zəif nöqtələrimizi də öyrənə bilirik.
Ədəbi əsərləri oxumağa maraq zəiflədiyindən ekran əsərlərinə istinad eləmək istərdik.
(Əlbəttə əgər öz filmlərimizə baxırıqsa.) Sovet dövründə milli dəyərlərlə bağlı elə bir qadağa
qoyuldu ki, yazılan əsərlərdəki obrazlarda bunları tapmaq samanlıqda iynə axtarmağa
bənzəyər. Çünki o vaxt obrazların xarakterini müəyyənləşdirən amil “sovet adamı, bəşəri”
olması idi. Bununla belə 60-cı illərdə artıq milli dəyərlər görünməyə başladı. “Axırıncı
aşırım”da Kərbalayı İsmayıl Qəmloya “üz-üzə gəlsək ya mən gərək onun sözünü yerə salam,
ya da duz çörəyi tapdalayam” deyirsə, Abbasqulu bəyə “…adamın malına da toxunarlar,
toprağını da götürəllər, nə olar, elə bilərəm, əl çirkidi. Bəs hörmətə nə sözün, kişiliyə, qeyrətə
nə sözün…namusumuz, qeyrətimiz var, bəy,”-deyir. Hökumət adından üsyançıların üstünə
gedəndə kəndlilər Abbasqulu bəyə qonaqlıq verir, kabab çəkirlər və “Yeyin bəy, düşmən də
olsaq, çörəyimiz halaldır, bərəkət Allahındı” deyib bismillahla başlayırlar. İlk dəfə bu filmdə
eşitdiyimiz belə sözlər gen yaddaşının dərinliklərindən cücərib boy atır.
“Atları yəhərləyin” filmində bığı kəsilən koxa bu təhqirə dözməyib özünü öldürürsə,
Nəbinin onun yerinə qoyduğu “namus qəhrəmanı” sonradan satılıb Nəbinin ölümünə səbəb
olur. Millətin genefondunda yatan incəlikləri ədəbiyyat çıxarıb ortaya qoyur, unutduqlarımızı
özümüzə qaytarır.
“Qorxma, mən səninləyəm” filmində bəylər teatra gedərkən bir yer də papaqları üçün
alırlar. Bu papağın yerini dəyişmək istəyən bir əcnəbiyə isə papaq sahibinin bircə sözü olur:
“Səni öldürəcəyəm”. Papaq üçün yer alma səhnəsi Anarın “Üzeyir ömrü” filmində də
göstərilir. Təsadüfi deyil ki, “Dəli Kür” romanının da leytmotivində namusdan sayılan üç əsas
elementin biri papaqdır. “Dəli Kür” və “Yeddi oğul istərəm” filmlərində novruzla bağlı
səhnələr o vaxt unutdurulmaqda olan bu mərasimi ekranda əbədiləşdirdi. Y Səmədoğlunun
oradakı mollası və onun din adamı kimi siyasətə münasibəti bizcə ulaq belində təhqir
olunurmuş kimi göstərilməsi və “mən nə təzə hökumətinə qarışıram, nə köhnə hökumətinə”
fikrilə müəllifin mətnaltı siyasi düşüncəsinin ifadəsidir.
“Bəyin oğurlanması”nı müəllif nə qədər milli koloritə bürümək istəsə də, təəssüf ki, bir
obrazın dediyi kimi bu elə “kino” olaraq qalır. Sadəcə şah bəzəmək və bəy oğurlamaqdan o
tərəfə keçə bilmir. Bu “əsil toyu” bərpa edə bilməmə acısı bəlkə də müəllifin dediyi, amma
bizim görə bilmədiyimiz acı ironiyanın ifadəsidir.
Novruz və digər xalq adətləri, xalqın özü Şəhriyarınn “Heydərbabya salam” poemasında
daha əhatəli təsvir olunur. Bizcə, bu ciddi etnoqrafik araşdırma tələb edən bir salnamədir.
Bir az diqqədlə yanaşılsa, atalar sözləri, tapmaca və yanltmaclar, xalq mahnıları belə bu
sahədə çox qiymətli mənbədir. Anamdan bir yaylıq aldım,… Gözəl oğlan ver yaylığı, Yaylıq
salar ayrılığı, və ya Ay qara çuxa Məmmədhəsən… Bircə cüt mixək nəmənədi,…
Bizcə, M.Süleymanlının son əsərləri milli kimliyimizi öyrənmək baxımından ən qiymət-
li mənbədir. Qalır bunları araşdırmaq və yenidən xalqa qaytarmaq.
HEYDƏR ƏLİYEVİN NİTQİNDƏ İŞLƏNƏN FRAZEOLOJİ VAHİDLƏR
Fidan RƏHİMOVA
Bakı Slavyan Universiteti
mila-88.88@mail.ru
AZƏRBAYCAN
Ən mürəkkəbliyi ilə seçilən sahələrdən biri təhsil sahəsidir. Çünki təhsil sahəsi elə bir
sahədir ki, həm burada bütün elmlər öz əksini tapıb, həm də ki, bir insanın inkişaf bünövrəsi
məhz təhsil üzərində qurulur. Dahi öndər Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o bütün
sahələrdən xəbərdar idi. Onun təhsillə bağlı söylədiyi nitqləri araşdırdığımız zaman bizə mə-