III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
851
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
xeyirxah, güclü, haqsızlığa qarşı gələn, məqsədə çatmaq üçün savaşan və sonda qalib gələn
bir obraz kimi verilir. “Keçəl Məhəmməd” nağılında keçəl taciri müdafiə edərək şaha qarşı
cəsarətli çıxış edir. “İsfahan keçəli” nağılında isə keçəl özü kimi yoxsulları soyub darğanı
gülünc vəziyyətə salaraq sonda isə öldürür.
M. Təhmasib sehrli xüsusiyyətlərə malik olan sujetlərə “Əfsanəvi quşlar” məqalələrində
toxunmuşdur. Nağıllarımızda rast gəlinən Simurq quşu haqqında araşdırmalarında ədibimiz
bu quşu xeyir qüvvələrdən biri olaraq əsaslandırmışdır. Alimimiz Simurq quşunun adının
mənasını izah etmiş və bu adın mənası ilə bağlı verilən mülahizələrə də öz fikrini bildirmişdir.
M.Təhmasibin fikrincə, Simurq quşunun adı itlə deyil, ayla əlaqəlidir. Mürəkkəb söz olan
simurqu sim-rux kimi hissələrə ayıraraq fikrini əsaslandırmışdır. Diqqət edilsə doğurdan da
Simurq quşu nağıl qəhrəmanlarımıza kömək edən, onları fəlakətdən qurtaran sədaqətli bir
qüvvə kimi verilir. Azərbaycan nağılları içərisində məşhur olan “Məlikməmməd” nağılında da
bu obraza rast gəlmək olar. Nağılda Simurqun köməyi ilə Məkilməmməd işıqlı dünyaya gedə
bilir və qardaşları üzərində qalib gələ bilir. Bu nağılda qədim dinlərdən olan Avestanın
xüsusiyyətlərinə rast gəlinir. Avestada isə divlər mənfi obraz kimi verilsə də, tədqiqatçımız
araşdırdığı bəzi nağıllarımızda divlərin müsbət sujet kimi verildiyini də aşkar etmişdir.
“Məlikməmməd” nağılında da divlərə olan münasibət birmənalı deyildir. Divlər işığı deyil,
qaranlığı, şəri seçmişlər və bu nağılda da divlərin zülmətdə, yerinaltında yaşamağına təsadüf
olunur. Ədibimizin “Azərbaycan xalq ədəbiyyatında div surəti “adlı məqaləsində isə
araşdırdığı “Şahzadə Mütalib”, “Yetim İbrahim” və s. nağıllarımızda divlər müsbət sujet kimi
özünü göstərir. Məsələn: “Şahzadə Mütalib” nağılında div-qarı şahın hamilə arvadını ölümdən
qurtarır və sonda uşağın adını özü qoyur. Div-qarı Mütalibi oğlanları ilə tanış edir və onların
köməyi ilə şahzadə pərilər padşahının qızını ala bilir. “İbrahim” nağılında isə ağ divin
anasının köməyi ilə İbrahimin ağ kəməri tapılır.
M.H.Təhmasib həm də ay və günəş ilə bağlı əsatirlər mövzusuna da toxunmuşdur.
Təbiət qüvvələrinə, göy cismlərinə canlı olması kimi baxış ibtidai insan təsəvvürünün
qalığıdır. Ay və günəş ilə bağlı nağıllarımızda da ay və günəşin canlı olması ilə bağlı əqidələr
vardır. Hər birində də ay kişi, günəş isə qadın kimi verilir. Alimimizin araşdırmalarına əsasən,
ay və günəşin tutulmasının səbəbi divlərin ay və günəşi tutub, dördüncü göydə böyük bir
gölün içərisinə salmasına görədi. İnsanlar da bu zaman, divlər, cinlər metal şeylərin səsindən
qorxduğu üçün mis qabları bir-birinə vuraraq onları qorxudurlarmış.
Tədqiqatçı məqalələrində xalq ədəbiyyatımızda məşhur olan dövlət quşundan da bəhs
etmişdir. Bu quşun iki xüsusiyyətini açıqlamışdır. Birinci xüsusiyyəti, bəxtiyarlıq və səadət
rəmzi, ikinci xüsusiyyəti isə kimin başına qonarsa, həmin adamın dövlət başcısı olmasındadır.
Hətta “dövlət” sözünün mənalarını da aydınlaşdırmışdır. Tədqiqatçının araşdırmasına görə
“dövlət” sözü bəzi rayonlarımızda qoyun mənasında işlədilir. “Kitabi-Dədə Qorqud”
dastanında isə övlad mənasında işlədilmişdir. Dövlət quşunun digər adı olan Humay, yaxud
Hüma olması ilə bağlı mühakimələrini “Əfsanəvi quşlar” adlı məqaləsində vermişdir.
Beləliklə, sonda qeyd etmək istərdim ki,alimimizin Azərbaycan nağılları haqqında
araşdırmaları zəngin və diqqətəlayiqdir. Buna görə də nağılların əhəmiyyətini bildiyi üçün bu
sahədə xüsusi araşdırmalar etmiş, əldə etdiyi nağılları toplayaraq tərtib etmişdir. Nağıllara
önəm verdiyi üçün də “Azərbaycan nağılları” adlı beş cildlik kitabın tərtib edilməsində xüsusi
çalışmışdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
852
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
"İDEAL" ROMANI YENİ TƏNQİDİ DÜŞÜNCƏ ÇEVRƏSİNDƏ
Günel PƏNİYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
gunelpeniyeva@mail.ru
AZƏRBAYCAN
"İdeal” sosial-psixoloji bir əsər kimi XX əsrin ikinci yarısında yaranmış Azərbaycan
nəsrinin ən qiymətli nümunəsidir, həqiqi ədəbi hadisədir. “İdeal” İsa Muğannanın yaradıcılı-
ğında ayırıcı zolaqdır. Buna nəzərən onun yaradıcılığı üç mərhələyə bölünür. “İdeal”a qədərki
mərhələ, “İdeal” və “İdeal”dan sonrakı mərhələ. Bu bölgüyə nəzərən “İdeal”ın müəllifinə də
üç mərhələdə baxmaq olar - yazıçı, yazıçı-peyğəmbər, peyğəmbər. “İdeal” öz müəllifinin
düşüncəsində koordinat oxlarının kəsişdiyi sıfır nöqtəsidir. Hər şey ordan keçir.
İsa Hüseynov "İdeal" əsərini yazılma səbəbləri barədə bunları yazmışdı: “Vətəni zəngin,
firavan, həyatı şirin, insanı gözəl görmək istəyən, gözü tox, könlü tox adamların, hər cür sax-
takarlıqdan uzaq, uca şəxsiyyətlərin yollarında sədd və maneələrin səbəbləri haqqında düşün-
düm. Axtardığımın bir qismini öz əsərim ”Yanar ürək”də, qalanını o romanın qəhrəmanlarının
sonrakı talelərində tapdım, nəticədə isə ”Yanar ürək”dən bəzi bioqrafik faktları saxlayıb, 40-
80-ci illər arasında baş vermiş mənəvi-psixoloji dəyişikliklər haqqında yeni roman yazdım.”
“İdeal”la “Yanar ürəy”i müqayisə edən professor Qəzənfər Kazımov onlar arasındakı
fərqi belə izah edir: “Yanar ürək” özlüyündə yüksək bədii-estetik məziyyətləri ilə seçilən,
sevilən, çox oxunan, oxucunun zövq və tələblərini ödəyən bir əsər kimi ədəbiyyatımızda xü-
susi qiymətə malikdir. Lakin yazıçı faktiki olaraq həmin əsəri uçurub-dağıtmış və onun əsasın-
da tamamilə yeni bir roman yaratmışdır.
Tənqidçi Əsəd Cahangir bu fikirdədir ki, İsa Muğannanın “İdeal” romanının dəyərlən-
dirilməsinə bir neçə kontekstdən yanaşmaq lazımdır: “Birincisi, romanın İsa Muğannanın öz
yaradıcılığındakı yerindən danışaq. Bu roman yazıçının 1958-ci ildə yazdığı “Yanar ürək” ro-
manının dahiyanə redaktəsidir. Birinci roman realist-psixoloji, ikincisi isə postmodern düşüncə
ilə yazılıb. Amma qərb postmodernistlərindən fərqli olaraq İsa Muğanna nəinki insana inanır,
hətta onu ideal olmağa layiq bilir. Bu roman yeni bir inanc yaradır - dinin yerinə elmi, Allahın
yerinə insanı qoyur.
İkincisi, romanın Azərbaycan ədəbiyyatı tarixi kontekstindəki yeri barədə danışaq. Bu,
romanla beş yüz illik Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə milli bədii fikrimiz Füzuli
orbitinin sehrini, nəhayət ki, sındırdı və Nəsimiyə, Nizamiyə qayıtdı. Düzdür, Axundov bu
sehrdən çıxmağın nəinki nəzəri, hətta praktiki nümunəsini də göstərmişdi. Amma Axundov-
dan yarım əsr sonra Cabbarlı hələ də bu sehrdən danışırdı. Yəni iş ayrı-ayrı fərdlər səviy-
yəsində getsə də, ümumədəbiyyat xarakteri almamışdı. Buna zaman tələb olunurdu. İkincisi,
Füzulini tənqid etmək bir şey, onun qarşısına alternativ düşüncə qoymaq isə başqa şeydir.
Axundov bu işi dram, Muğanna isə roman janrında yerinə yetirdi. Bunun özü artıq poeziya-
ya, yəni Füzuliyə formaca alternativlik idi. “İdeal” milli romanlarımız arasında Nobelə layiq
yeganə nümunədir.
Üçüncüsü, “İdeal”ın dünya ədəbiyyatındakı yerindən danışaq. Bu roman sadəcə bir nə-
fərin yox, ümumən Azərbaycan xalqının, bir az da geniş desək, dünya insanının bir neçə mi-
nillik düşüncəsinin roman şəklinə düşmüş məcmusudur. Roman öz gərgin psixologizmi, kəs-
kin dramatizmi, emosional aurası, intellektual yükü, ən başlıcası isə polifonik quruluşu ilə dünya
ədəbiyyatında roman janrının ən qeyri-adi nümunələrindən biridir. İyirminci əsr dünya ro-
manında ən möhtəşəm adlar olan Coys, Kafka, Prust, Tomas Mann, Feyxtvanger, Sartr, Kam-
yu, Brox, Faulz, Eko və s. kimi yazıçıların heç bir əsərini bu romana müqabil qoymaq olmaz.
“İdeal”ın o vaxt necə ajiotaj yaratmasından danışan AMEA-nın müxbir üzvü, professor
Nizami Cəfərov deyir ki, əsəri sərt şəkildə tənqid edənlərdən biri akademik Ziya Bünyadov