Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə49/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   45   46   47   48   49   50   51   52   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

867



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

üzüxdən zəddən  əpərrıx. Bu mənanı  Gəncə dialektində “addanmax”, Qazax dialektində “ad 

eləməx'”  sözləri ifadə edir. “Ədəxlı”//adaxlı – nişanlı.  Ən qədim türkmənşəli leksik 

vahidlərdən olan “adaxlı” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında eyni fonetik 

tərkib və mənada işlənib: – Adaxlısın ayrıqlar alarkən tutub alan..... “Bəlgə”// bəliyə– oğlan 

evindən qıza verilən əşyalar. Azərbaycan dilinin digər dialekt və şivələrində də söz eyni və 

yaxın fonetik tərkibdə, lakin əsasən eyni mənada qeydə alınmışdır. Kəlbəcər  şivəsində 

“bəlyə”, Şəki dialektində “bəliyə”, Gəncə, Kürdəmir dialekt və şivələrində “bəlgə” və s. kimi 

işlənən bu sözlər dialektlərin eyni mənbədən qaynaqlandıqlarını göstərir. 

“Kəsi-biçi”//sözkəsməx' – oğlan evinin qız evi ilə toy haqqında məsləhətləşməsi.  

Boygörümü // boygörüncəyi– gəlini görmək istəyən yaxın qohumların gəlinə bağışladığı 

hədiyyə, “Dizdayağı”// dizdəyəğı– gəlinin gəlişinə qayınata və qayın ananın verdiyi hədiyyə,  



“Yengə” – gəlini oğlan evinə  gətirən adətən yaşlı qadındır. Dialektoloji ədəbiyyatlarda bu 

sözün iki mənada işləndiyinin  şahidi oluruq:  1. Qardaş,  əmi və ya dayı arvadı; 2. Toyda 

gəlini oğlan evinə aparan qadın. Ordubad dialekti və Culfa şivələrində “yengə” sözünün ikinci 

mənada işlənməsi daha geniş yayılmışdır. “Yengə” sözü qədim türkmənşəli leksik 

vahidlərimizdən biri olub əksər türk dilllərində, həmiçinin bir sıra qədim yazılı abidələrimizdə 

işlənmişdir. “Kitabi-Dədə Qorqud” dastanında “yengə” qadınlardan yumorlu olanların aya-

ması kimi işlənmşdir. –Məgər Qısırca yengə deyirlərdi bir xatun vardı... – Qısırca yengə durdu, 

aydır. “İbni-Mühənna lüğəti”ndə “yengə” sözü “böyük qardaşın həyat yoldaşı” mənasında 

işlənmişdir.  “Yengə” sözünün mənşəyi haqqında M.İslamov, E.Əzizov tədqiqatlarında ətraflı 

bəhs etmişlər. “Nəmir”//nəmər – 1. Toy sahibindən yaxın adamlara toydan sonra verdiyi pul; 

2. Nağıl və ya dastan söyləyən aşığa verilən pul”. Azərbaycan dilinin qərb qrupu dialekt və 

şivələrində bu leksik vahid eyni fonetik tərkib və mənada qeydə alınmışdır.“Əlöpbə”//əlöppə 

– gəlin köçən qızın üç gün sonra atası evinə qonaq getməsi ilə bağlı keçirilən məclis. Bu adət 

ən qədim zamanlardan günümzədək yaşamaqdadır. Yeni evlənənlərin öz böyüklərinə 

hörmətidir. Demək olar ki, əksər türk xalqları arasında geniş yayılan qədim adətlərimizdən 

biridir.“Gərədəh//gərdəy– bəy və  gəlin üçün bəzədilmiş yer, evin bir sahəsi.  Ədəbi dilimiz 

üçün arxaikləşən bu termin Azərbaycan dili dialekt və şivələrinin əksəriyyətində öz varlığını 

qorumuşdur. “Gərdək” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında da işlənir. Məs.: 

Oğuz zamanında yigit evlənəndə ox atardı oxu düşən yerdə gərdək tikərdi. 

Ordubad dialekti və Culfa şivələrində nişan və toy adətləri ilə bağlı  zəngin terminlər 

olsa da, onların hamısı haqqında kiçik bir tezisdə bəhs etmək bir qədər imkan xaricindədir.  

 

 



FİKRƏT SADIĞIN POEZİYASINDA KLASSİK ƏNƏNƏ 

 

Yeganə QURBANOVA 

Baki  Dövlət Universiteti 



y.q.87@mail.ru 

AZƏRBAYCAN 



 

Müasir Azərbaycan poeziyasının görkəmli şairlərindən Fikrət Sadığın bir şox şeirlərində 

klassik Azərbaycan ədəbiyyatından bəhrələndiyi aydın olur. Füzuli kimi sözə yüksək qiymət 

verir. Dahi Füzuli farsca qəzəllər “Divanı”nın dibaçəsində bu sözləri yazır: “Şeir yazanın adı 

şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır”. 

 

Sözə xor baxmaq olmaz; hər söz 



Ərşdəndir gəlib hədiyyə bizə 

Qəlbimiz meyl edir həmişə ona 

Çünki söz nazil oldu qəlbimizə. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

868



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Çünki deyilmiş gözəl söz əsrlər boyu yaşayacaqdır. Fikrət Sadıq isə bir məqaləsində 

seçib haqqında danışdığı yeddi sözdən yazır ki, onlardan birincisi elə “SÖZ”dür: “Söz yarpaq-

da, suda, çiçəkdə, Ayda, Günəşdədir. Kimin əli hara çatırsa, ordan götürür sözü. Tapıldığı ye-

rin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o sözü nə cür qavrayırsa o həcmdə rəng, 

dad, ətir, işıq və od payından bəhrələnir. 

Ən çətini, sözü yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə olur, sehr olur. 

Kiminin əli sözə çatır, amma gücü çatmır. Kiminin əli də çatır, gücü də, amma haqqı 

çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən salır. Kimi sözü 

yaralayır, kimi sözü qamarlayır, kimi də tumarlayır”. 

Aşağıda nümunə verəcəyimiz  şeirdə isə Fikrət Sadıq sözü güclü, qüvvətli hesab edir, 

sözü silah kimi bilir, “Tuşladığım hədəfə, / Sözü düz atmaq gərək”  - deyir. 

 

Topum yox, xəncərim yox 



Yenə və yenə də 

Sözə gəlir gümanım, 

Sözdür mənim pənahım, 

Sözdür mənim silahım 

 

Tuşladığım hədəfə 



Sözü düz atmaq gərək. 

Sözlə yatan milləti 

Sözlə oyatmaq gərək. 

 

Fikrət Sadıq klassik janrlara da müraciət etmiş, qəzəl və rübailər yazmışdır.  



Bu kimi janrlara müraciət etməklə, bir tərəfdən, Fikrət Sadıq klassik ədəbiyyata, irsə 

bağlılığını bildirir, digər tərəfdən də, yeni mövzuların klassik formada təzahürü kimi şərtlənir. 

Qəzəllərinin çoxu Fikrət Sadığın “Oxu kitabı”nda toplanıb. Bu qəzəllər klassik qəzəllər-

dən həm mövzu, həm də dil-üslub xüsusiyyəti baxımdan fərqlənir. Fikrət Sadığın qəzəllərində 

izafət tərkibləri, ərəb-fars mənşəli sözlərə rast gəlinmir. Şair qəzəllərində sosial-psixoloji, so-

sial-ictimai və s. məsələlərə toxunmuş, insan və zaman problemini qabartmışdır: 

 

Başımıza nə gəlibsə, nadanlıqdan gəlib, balam! 



Nadanlıqdır bu dünyada ən çəkilməz əzab, oxu! 

 

Yaxşı demişlər atalar, kordur kitab oxumayan, 



Oxumasan, boş başına hörəcəklər corab, oxu! 

 

Bundan başqa klassik poeziyanın əsas şeir şəkillərindən olan rübailər isə şairin yaradıcı-



lığında çoxluq təşkil edir. Rübailəri isə, əsas etibarilə, şairin “Bugünnamə”, “Bugünnamə - 2”, 

“Bugünnamə - 3” kitablarında toplanıb. 

 

Suyu kəsiləndə ağac bürüşər, 



Mehri azalanda qəlbə xal düşər. 

Hifz elə insanı, ey ulu Tanrım! 

Qoyma hakim ola Xeyrin üstə Şər. 

 

Klassik Azərbaycan poeziyasında görməyə adət etdiyimiz məhəbbət mövzulu rübailərə 



Fikrət Sadığın poeziyasında, demək olar ki, rast gəlmədik. Fikrət Sadıq rübailərində cəmiyyə-

timizin mənfi tərəfləri - riyakarlıq, haqsızlıq, rüşvətxorluq, süründürməçilik və s. kimi məsələ-

ləri qabartmışdır: 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə