Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə52/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   48   49   50   51   52   53   54   55   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

873



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Əvvəlki illərdə qazanılmış müəyyən demokratik hüquq və azadlıqlar məcburən xalqın əlindən 

alındı. Ölkədə siyasi partiyaların, demokratik təşkilatların, həmkarlar ittifaqlarının fəaliyyəti 

qadağan edildi. İnsanların sərbəst toplaşmaq hüquqları  qəti  şəkildə yasaqlandı, söz və ifadə 

azadlıqları  məhdudlaşdırıldı. Mətbuat orqanlarına, kütləvi informasiya vasitələrinə qarşı 

senzura tətbiq edildi, bir çox mətbuat vasitələrinin nəşri dayandırıldı. Rəsmi qurumların 

razılığı olmadan hər hansı bir qəzet və jurnalın çapına icazə verilmədi. Nəşriyyat evləri 

hökumətin nəzarətinə keçdiyindən bir çoxu gizli fəaliyyət göstərməyə məcbur oldu. Hökumət 

əleyhinə yazıların dərci, onun fəaliyyətinin tənqidi, çevrilişə  və silahlı üsyana çağırışlar, 

yüksəkrütbəli məmurların, mülkədar və tacirlərin mülk və əmlaklarının yağmalanması qətiy-

yən yolverilməz oldu.  

Hökumət və parlament birbaşa Rza şahın iradəsinə tabe idi. Şahın göstərişi ilə istər 

vəzifəyə təyin olunan hökumət üzvləri, istərsə də sözdə xalq, reallıqda şah tərəfindən “seçi-

lən” deputatların fəaliyyəti onun diktəsinə  əsaslanırdı. Heç bir qurumda sərbəstlik və daxili 

azadlıq mövcud deyildi. Qanunvericilik və icra hakimiyyəti orqanlarında şahın buyruqlarına, 

arzu və istəklərinə müvafiq qərarlar çıxarılır və icra olunurdu. Hökumət və parlament xalqın 

deyil,  şahın və onun xanədanının mənafeyinə xidmət edirdi. Rza şahın qurduğu Pəhləvi 

hökuməti demokratik deyil, “polis hökuməti” idi. Qacarlarla müqayisədə Pəhləvilərin zama-

nında İranda daim əsas fiqur olan ruhanilərin ölkənin ictimai-siyasi həyatında oynadıqları rol 

çox zəiflədi.  Şahın həyata keçirdiyi islahatlar onların daim nəzarətdə saxladıqları  təhsil və 

məhkəmə sistemindən uzaqlaşdırdı, malik olduqları vəqf torpaqlarının müəyyən hissəsini əllə-

rindən aldı. Bütün təsir rıçaqlarından məhrum olmuş ruhanilərin cəmiyyətdə nüfuz dairələri 

daraldı. Mövcud vəziyyətlə barışmaq istəməyən din xadimlərinə qarşı  aşkar cəza tədbirləri 

görüldüyündən onlar seyrçi mövqeyində duraraq daha çox susmağa üstünlük verir, şaha qarşı 

açıq mübarizədən çəkinir və ya ehtiyat edirdilər.  

Pəhləvilərin siyasi hakimiyyəti zamanında fars poeziyası meydanında Məliküşşüəra 

Bahar, Fərruxi Yəzdi, Arif Qəzvini, Mirzadə Eşqi, Əbülqasim Lahuti, Əliəkbər Dehxoda kimi 

yaşlı  nəslin nümayəndələri ilə yanaşı Nima Yuşic, Pərvin Etesami, Rəşid Yasəmi,  Şəhriyar 

kimi gənc  şairlər  ədəbi-bədii işlə  məşğul idilər. Ölkədə ürəkaçan olmayan siyasi vəziyyət 

ədiblərin də  fəaliyyətinə birbaşa mənfi təsir göstərmişdi. Amansız və  qəddar siyasi rejim 

onları müxtəlif üsul və vasitələrlə susdurmağa, haqq əsini boğmağa çalışır, ilhamlarını 

“zəncirləyirdi”. Xalqı  uğrunda qələmi ilə açıq mübarizə aparan ədiblər müxtəlif cəzalarla 

“mükafatlandırılırdı”. Məsələn, M. Bahar sürgünə göndərilmiş, Ə.Lahuti vətənindən didərgin 

salınmış, A.Qəzvini Həmədanda ev dustağı edilmiş, F.Yəzdi, V. Keyvani, M.Eşqi faciəli 

şəkildə  qətlə yetirilmiş, P. Etesami tərkidünya olmuş, digərləri isə inzivaya çəkilmişdilər. 

Belə bir çətin vəziyyətdə bir çox şairlər (Ə. Dehxoda və b.) poeziya kürsüsünü tamamilə tərk 

edərək ömürlərini elmi tədqiqata həsr etməyi, mübarizənin əbəs olduğunu qərara aldı, bəziləri 

isə (A.Qəzvini, N.Vəfa və b.) siyasi baxış  və mövqelərini dəyişərək hakimiyyət cəbhəsinə 

keçib, rejimin “fəzilətlərini” təbliğ etməyə, “bəlağətli” tərifnamələr və mədhnamələr yazmağa 

başladılar. Dövrün söz ustadları əvvəlki əsrdə fars poeziyasının məzmun novatorluğu sahəsin-

də qazandığı bir çox uğurlardan poetik fəaliyyətlərində tam yararlana bilmirdilər. Poeziyada 

məşrutə dövrünə xas kəskin tənqid, açıq ifşa, demokratik və mübariz ruh yoxa çıxmış, siyasi 

satira isə daha arxa planda qalmışdı. Cəmiyyəti narahat edən ictimai-siyasi və sosial məsələlər 

ya poeziyanın obyektinə çevrilmir, ya da səthi surətdə rəngsiz işıqlandırılırdı. Fars poeziyasın-

da realist qayənin itməsi fonunda, romantizm meylləri güclənirdi. Poeziyanın məzmununda 

ümidsizlik, tərkidünyalıq, tənhalıq, bədbinlik, şovinizm motivləri kök salırdı. Qərb romantiz-

minin təsirindən poeziyanın məzmunu mənfi və təsirli xislətlərlə yüklənirdi. Poeziya tribunası 

arxasında və dövri mətbuatda Rza şah hakimiyyətinə sadiq, söz yığınından ibarət məzmunsuz 

və  cəfəng  şeirləri ilə insanları ideoloji, ictimai-siyasi məsələlərin gedişatından uzaq tutan, 

xalqı köləliyə və mütiliyə sövq edən, istibdada və zülmə boyunəydirən ikiüzlü və riyakar şair-

lər qərarlaşmışdılar. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

874



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ARAZ ÇAYI-ƏDƏBİYYATDA AYRILIQ VƏ HƏSRƏT SİMVOLU KİMİ 

 

Aysel ABIZADƏ 

 

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 



selya82@box.az  

AZƏRBAYCAN

 

 

1941-1946-cı illər poeziyasında Vətən mövzusu xüsusi yer tuturdu. Bu illərdə milli 

oyanış ümumiyyətlə ədəbiyyata öz çevikliyi və baş verən hadisələrə sürətlə reaksiya verməsilə 

fərqlənən poeziyaya istiqamət verən qüvvələr sırasında aparıcı mövqe tuturdu. Həm gənc, 

həm də yaşlı nəsildən olan şairlər Vətən mövzusunu öz bədii təfəkkürü, bacarığı səviyyəsində 

qələmə alır, yaratdıqları bədii əsərlərdə doğma yurdun rəngarəng təbiətinin təsvirini verir, və-

tənin keşməkeşli tarixi keçmişini əks etdirirdilər. Vətən həsrəti, mübarizə eşqi, sülh, azadlıq 

kimi ideyalar  dövrün ədiblərinin yaradıcılığında inandırıcı boyalarla ifadə olunmuşdur. Bu da 

ordan qaynaqlanır ki, onlar ayrılıq faciəsini sadəcə bir çoxları kimi uzaqdan-uzağa duymamış,  

ömürlərində, şəxsi talelərində yaşamışdılar. 

Danılmaz həqiqətdir ki, ədəbiyyat xalqa xidmət etdikdə əbədiyyətə çevrilir. Rəngarəng 

həyati mövzularla zəngin olan 1941-1946-cı illər Güney Azərbaycan poeziyasında qeyd olunan 

məsələlərdən biri də ikiyə bölünmüş Azərbaycan xalqının ayrılıq həsrəti və bu həsrətin hər bir 

Vətən övladının qəlbində dərin yaralarla dolu iz buraxmasıdır. Ələkbər Səbanın “Köşgü bala-

ban” adlı yazısında qeyd olunur “....Təbriz  əhalisi öz əziz və sevimli vətəndaşlarının ayrılı-

ğından qəmgin və mütəəssir olub, ürəklərinin əlaqə və məhəbbətini bir çox hərəkatlar və nü-

mayişlər vasitəsilə göstərdilər”. 

Ədəbiyyatda ayrılıq və  həsrət simvolu kimi göstərilən Araz çayına müraciət dövrün  

ədiblərinin yaradıcılığında xüsusi diqqət cəlb edən mövzulardan idi. İstər Güney, istər Quzey 

poeziyasında Araz çayına, onun xalqın taleyində oynadığı rola az şeir  həsr olunmamışdır. Üzünü 

Araza tutaraq onunla dərdlərini paylaşmaq onların yaradıcılığına xüsusi emosionallıq gətirirdi.  

Ümumiyyətlə milli – demokratik hərəkat  illərində  Cənubi Azərbaycan poeziyasında 

ayrılıq,  həsrət Vətən mövzusu ilə yanaşı  xüsusi yer tuturdu. Bu illərdə yazıb-yaradan şairlər 

öz əsərlərində Araza müraciətlə bir xalqın iki yerə parçalanmasında sanki bu çayın günahkar 

olduğundan şikayət etmişlər. Xalq şairi Balaş Azəroğlu araza müraciətlə yazır:  

-“...Ana yurdumuzun daşı, torpağı,  

Sənin sularınla bölünmüş iki.... 

Bəzən oxucuda belə təsəvvür yaranır ki, artıq Araz barədə nə  demək, nə yazmaq olar 

ki, həm yeni olsun, həm də mənalı səslənsin. Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nü-

mayəndəsi olan Mədinə Gülgünün “Araz nə bəxtəvərdir” adlı lirik şeiri göstərir ki, həyatda 

ümumiyyətlə poeziya üçün tərənnüm obyekti ola bilməyən mövzu yoxdur. Digər tərəfdən  tarix 

boyu gerçək aləm barədə də rəylər tükənməzdir. Hər mövzu haqqında hər nəslin deməyə sözü 

olur. “Araz nə bəxtəvərdir” şeirinin əsas motivi bundan ibarətdir ki, malik olduğu imkana görə 

Arazı bəxtəvər hesab etmək olar, çünki bu çay istədiyi vaxt sahilləri ilə qovuşmaq imkanına 

malikdir. Bu qovuşmağın müqəddəsliyi, həsrətlilər arasında körpüyə çevrilə bilmək qabiliyyə-

tindədir: 



Sular axır, danışır- 

Ləpələrin diliylə. 

Araz nə bəxtəvərdir 

Öpüşür şirin-şirin 

Hər iki sahiliylə. 

 

Təbii ki, müəllifin Arazda kəşf etdiyi bu bəxtəvərlik onun könül sazının tellərini dillən-

dirməyə bilməzdi. O, Arazın hər iki sahilini özünə doğma ana qucağı hesab edir.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə