Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə54/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   50   51   52   53   54   55   56   57   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

877



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

XX  əsr Azərbaycan poeziyasında satirik şeirin zirvəsi, heç şübhəsiz, Mirzə  Ələkbər 

Sabirdir. Sabir satirik şeir yaradıcılığı ilə yeni dövr ədəbiyyatımızda həqiqi bir yüksəliş 

yaratmağa, yeni bir istiqamət, yeni bir mərhələ -Sabir satirik şeiri mərhələsi yaratmağa, yeni 

yaradıcı mühit düzənləməyə nail ola bilmişdir. Sabirə qədərki Azərbaycan poeziyasında satira 

özünə müəyyən qədər yer ala bilsə də etiraf etməliyik ki, Sabir biçimində, Sabir üslubunda 

davamlı  şəkildə olmamış, satirik poeziya sahəsində Sabir şeiri ucalığına yüksəlməmişdir. 

Klassik poeziyada satirik həcvlər, ictimai motivli şeir nümunələri daha çox birbaşa tənqid 

xarakterində, açıq, müstəqim gülüşdür. Sənətkar sözün qüdrətilə  fənalıqları göstərir, onlara 

gülməklə, qəzəblənməklə bizi də güldürür, qəzəbləndirir. Sabirin yeni tipli satirasında isə 

gülüş ilk baxışda görünmür, sənətkar ciddi şəkildə, az qala inandırıcı halda sözünü deyir, 

yaxud ifşa etdiyi satirik tipi danışdırır, nəticə çıxarmağı isə oxucunun ixtiyarına buraxır. 

Sabir  şeirə    sənətə yalnız məzmun yeniliyi gətirməmişdir. O, köhnə formanın özünü 

yaradıcı şəkildə dəyişməyə müvəffəq olmuş, bəzən də tamamilə yeni formalar, özünə qədərki 

şeirdə  işlənməyən  şəkillər gətirməklə Azərbaycan  şeirini, satirik poeziyamızı  həm ideya-

məzmun, həm də şəkil, forma cəhətdən də inkişaf etdirmişdir. Yaratdığı hər forma da satirik 

məzmuna uyğundur. Sabirin olduqca maraqlı ifşa üsulları vardır. Tip danışır, danışdıqca özü-

nü ifşa edir

.

Bu cəhətdən sənətkarın «Millət necə tarac olur olsun, nə işim var?!», «Bakı fəhlə-



lərinə», «Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol», «Təhsili-elm», «Ata-nəsihəti», «Mən 

bilməz idim bəxtdə bu nikbət olurmuş», «Xəsisin heyfi, varisin keyfi», «Amalımız, əfkarımız 

ifnayi-vətəndir», «Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah», «Övradımız, əzkarımız 

əfsaneyi-zəndir», «Fəhlə, özünü sən də bir insanmı sanırsan?!», «Təraneyi-əsilanə», «Əkinçi». 

«Fəxriyyə»,«Səbir», «Bizə nə?!» və sair bu kimi satiraları geniş söhbətin mövzusudur. Bir cə-

hət də qeyd olunmalıdır ki, şair bəzən monoloji deyil, dialoji nitqə  də yer verir, canlı, təbii 

söhbət əsnasında müsahiblərdən birinin, yaxud hər ikisinin cahilliyi, geriliyi ortaya qoyulur. 

Azərbaycan tarixində yeni bir ədəbi məktəbin əsasını qoymuş Sabir şeirinin sədası tez-

liklə sərhədlər aşıb Yaxın və Orta Şərq ölkələrinə yayılmış, bu ölkələrin ictimai-siyasi fikrinə, 

azadlıq hərəkatına və bədii ədəbiyyatına qüvvətli təsir göstərmişdir. 

M.Ə.Sabirin əsərləri Azərbaycandan kənarda da bir çox şairin ideyaca aydın və düzgün 

istiqamət almasına, bir çox şairin üslubunun formalaşmasına kömək etmişdir. Onlar Sabirdən 

ədəbiyyatı azadlıq hərəkatı ilə əlaqələndirməyi, xalqın qayğıları ilə bağlamağı, satiranın əlvan, 

canlı, tükənməz ifadə vasitələrini işlətmək bacarığını öyrənmişlər. 

Hələ şairin sağlığında onun və “Molla Nəsrəddin”in yolu ilə gedən, Əli Nəzmi (Sijim-

qulu), Bayraməli Abbaszadə (Hammal), Əli Razi Şamçızadə (Dabanıçatdaq xala), Əliqulu 

Qəmküsar (Cüvəllağı), M.S.Ordubadi (Hərdəmxəyal), Mirzə  Əli Möcüz (Şəbüstəri), Abbas 

Səhhət, Salman Mümtaz (Xortdan bəy) Səməd Mənsur, Cəfər Cabbarlı, Əliağa Vahid və baş-

qaları M.Ə.Sabir satirik şeir məktəbinin parlaq ulduzları kimi fərqlənmişlər. Doğrudur, molla 

nəsrəddinçi satirik şeir məktəbinə mənsub olan, Sabirin şeir üslubuna yaxınlığı ilə fərqlənən, 

bir qismi həmin əsrin 30-cu illərinin repressiyasına uğrayan bu ədiblərin böyük əksəriyyəti M. 

Ə.Sabirdən sonrakı mərhələdə, sovet dönəmində də yazıb-yaratmış, satirik poeziyanın inkişa-

fına öz töhfəsini vermişlər.  

 

 



 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

878



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA “VİCDAN SƏSİ” 

 

Aynurə ƏLƏKBƏRLİ 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

rovshen.azeri@mail.ru 

AZƏRBAYCAN 



 

Mənəvi-əxlaqi təmizlik B.Vahabzadə bədii yaradıcılığının əsasını təşkil edir. Yaradıcılı-

ğının tərkib hissəsini təşkil edən dramaturgiyasında fərd – insan ikiləşərək öz-özü ilə üz-üzə 

gəlir. Dramatik gərginlik ağlın hökmü ilə hissin, arzu ilə iradənin arasında təkbətəkdən, üzbə-

üzdən yaranır.  Əksər pyeslərinin  əsasında  ənənəvi leytmotiv – “şəxsiyyət-həqiqət-vicdan” 

strukturu dayanır. 

B.Vahabzadənin istər “Vicdan”, istər “İkinci səs”, istər “Yağışdan sonra”, istərsə  də 

“Yollara iz düşür” əsərlərində insan qəlbinin harayını, insan vicdanının səsini müsbət emosi-

yalar doğuran bir amil kimi görürük. Dramaturqun “ikinci səs” adlandırdığı həmin səda vicda-

nın çağırışıdır. 

Əgər “Vicdan” pyesində “ikinci səs” vidanın səsi adlandırılırsa,“İkinci səs” pyesində 

“ikinci mən”in səsidir 

B.Vahabzadənin dram janrında öz lirik “mən”ini fəal mübarizədə  təcəssüm etdirir. 

Başqa sözlə, şairin lirik “mən”i – baş qəhrəman fəaliyyətdə, münasibətdə təzadlı, mürəkkəb 

hadisələr burulğanından sınaqdan keçirilir. Şair bütün səlahiyyəti  əmələ verərək “öz səsini” 

məhdudlaşdırır və sözün ifadəliliyi, poetik obrazın reallığı, hadisələrin dramatikliyi üçün 

imkan yaradır. Ziddiyyət və qanunauyğunluq ilə möhtəşəmlik kəsb edən  əxlaq məsələləri 

baxımından özünütərbiyə, özünüislah, vicdan səsinə cavab verə bilmək kimi daxili mənəvi 

imkanların bariz ifadəsinə xüsusi yer verən dramaturq “bir”in ikiləşməsini daxilən ziddiyyət 

keçerən, tərəddüddə qalan, həqiqətlə  xəyal arasındakı romantik dumanlıqda həyat yolunu 

itirən adamların hamısı üçün zəruri sayır. Dramaturq dürüst və dərin psixologizmə əsaslana-

raq “İkinci səs” pyesində həyati, real vasitələrlə yanaşı, poetik metaforlardan (səs, ikinci səs) 

da vacib, həlledici element kimi istifadə etmişdir. 

Arzunun sevgisinə aludə olmuş olan Rəşad gecikmiş  məhəbbət naminə ev-eşiyindən 

doğma yuvasından bezikmək uçurumun qədər gəlib çıxanda, ikinci Rəşad, Rəşadın 

daxilindəki “mən”in əksi olan “ikinci mən” onun qolundan tutub geri çağırır. 

B.Vahabzadə göstərir ki, şəxsiyyət həyat yolunda büdrəyir, mənəvi təlatümə, şəxsi fərdi 

uğursuzluğa məruz qalır, hisslə  ağıl, arzu ilə  həyatı, xəyal ilə gerçəyi vəhdətləndirə, 

əlaqləndirə bilmədiyinə görə taleyin sükanı əlindən çıxır, səadəti yüyənsiz at kimi hara gəldi 

baş alıb gedir. Belə bir vaxtda “ikinci mən”in qüvvətli  əlləri yalmanından tutub köhləni 

saxlayır, öz məhvərinə qaytarır. Şair “bir”in “iki”ləşməsi prosesini həyatın estetik qayəsinin 

mühakimə prosesinin sınağından keçirdikdən sonra, Rəşad, məhz özünün mənəvi dialektik 

inkarı vaxtı “ikiləşir” və bu ikiləşmə onu mənəvi yüksəlişin zirvələrinə doğru çəkir. 

İkinci “mən”in kəskin məntiqi qarşısında birinci “mən” susur və cəmiyyəti günahlandır-

mağa cəhd edir. Lakin ikinci “mən” birinci “mən”i yenə də təkzib edir və ən nəhayət, hər iki 

“mən” eyni fikrə gələrkən Rəşadın sevgisi həqiqət qarşısında məğlub olub, çılğın və imknsız 

arzu kimi daşa dəyir. Burada ikinci “mən”ə qələbəsini mənəviyyatın ikilikdən vahidliyə keçid 

prosesinin surət dinamikasını görürük. 

Şair “Yağışdan sonra” dramında da vicdan – ikinci səs  ənənəsini davam etdirmişdir. 

Pyeslərində “olar!” sözünə ürək,  “olmaz!” sözünə ağıl, “vacibdir!” sözünə isə həmişə vicdan 

deyir. 

Tarixi mövzuda yazılmış “Fəryad”dramında B.Vahabzadə dramaturgiyası üçün ənənəvi 



olan xəyal, kölgə “ikinci səs”in təzahürünə yer verilir.Vəliəhdin vicdanın səsi ona Zahidin 

oğlu Dəyanətin şəklində görünür: vəliəhdin “ikinci səs”i ona iztirabla ucalmağı, öz əzabların-




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə