III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
869
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Başı olmayanın, “beş”i var indi.
“Beş”i olmayanın işi var indi.
Kişi paltarında arvad man deyil,
Arvad paltarında kişi var indi.
Müasir Azərbaycan poeziyasında rübai janrına tez-tez müraciət edilməsinin izahını
Tofiq Əbdülhəsənli bu cür verir: “Klassik poeziyanın əsas şəkillərindən olan rübailərin son il-
lərdə geniş yayılmasının əsas səbəbi, bizcə, bu janrın poetik fikrin ifadə edilməsi üçün böyük
imkanlara malik olması, həcm etibarilə yığcamlığı, forma-şəkil xüsusiyyətlərinin münasibliyi-
dir”.
Fikrət Sadıq klassik irsə sadiq şair olsa da, yaradıcılığında folklora bağlılıq daha aydın
hiss olunur.
1940-CI İLLƏRƏ KİMİ MİR CƏLALIN “DİRİLƏN ADAM”
ROMANI ƏDƏBİ TƏNQİDDƏ
Günel BƏHRAMQIZI
Bakı Dövlət Universiteti
mahmudova-83@bk.ru
AZƏRBAYCAN
Mir Cəlalın “Dirilən adam” romanı isə 1935-ci ildə çap edilib. Ədibin 1930-1940-cı
illər yaradıcılıq dövrünə ümumi bir nəzər saldıqdan sonra deyə bilərik ki, bu illər Mir Cəlalın
inkişafda olan ədəbi fəaliyyəti kimi qiymələndirilə bilər.
Mir Cəlalın “Dirilən Adam” əsəri haqqında ilk dəfə olaraq ədəbi tənqiddə Hidayət
Əfəndiyevin “Nəsrimiz yüksəliş yollarında” adlı yazısında bəhs olunur. 1935-ci ildə “İnqilab
və Mədəniyyət” jurnalında çap edilən həmin yazıda Hidayət Əfəndiyev gənc nasirlərin –
Simurqun, Qantamirin, Seyid Hüseynin, Talıblının çap olunmuş son əsərlərini təhlil etmiş,
bundan başqa Əbülhəsən Ələkbərzadənin “Yoxuşlar”, M.S.Ordubadinin “Dumanlı Təbriz”,
Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanları və həmçinin Çəmənzəminlinin “Cənnətin
qəbzi” hekayəsi haqqında fikir və münasibətini bildirmişdir. Biz bu məqalədə, əsas etbarilə,
fikrimizi müəllifin Mir Cəlalın “Dirilən adam” romanı haqqında apardığı tədqiqə yönəldəcə-
yik. Müəllif məqalənin girişində yazır: “Bizim nəsrimizin keçmişi, hal-hazırı və parlaq gələ-
cəyi vardır. Bizim bu günkü nəsrimiz dünənki nəsr deyildir. Dünən bu gün üçün artıq keçilmiş
bir etapdır. Onun bu günkü boy atmasının obyektiv tendensiyaları nəsrimizin gələcək pers-
pektivlərini də aydın müəyyən edir. Nəsrimiz sağlam yollarla inkişaf edərək özünün əvvəlki
dar və məhdud çərçivəsinə sığışmayır”.
Hidayət Əfəndiyev yuxarıda adlarını çəkdiyimiz nasirlərin əsərlərinin təhlilini verdik-
dən sonra məqalənin sonunda Mir Cəlalın 1935-ci ildə çap olunmuş hekayələrindən ibarət
“Boy” kitabı və “Dirilən adam” (1935) romanı haqqında fikirlərini bildirmiş, gənc nasir Mir
Cəlalın yazılarına yüksək qiymət vermişdir.
Bildirək ki, Mir Cəlalın “Dirilən adam” romanı haqqında ilk dəfə bu yazıda bəhs olun-
duğunu görürük ki, Hidayət Əfəndiyevin bu məqaləsi əsas bu baxımdan ədibin tədqiqi məsə-
ləsində qiymətli sayıla bilər.
Düzdür, 1935-ci ildə çap olunmuş “Dirilən adam” romanı haqqında ədəbi tənqiddə
sonralar, konkret olaraq 1939-cu ildən başlayaraq M.Arifin, C.Cəfərovun, H.Şərifovun və s.
məqalələrində oxumaq olar. Ancaq qeyd etdiyimiz kimi, bu roman haqqında ilk məqalə məhz
Hidayət Əfəndiyevə məxsusdur. Məqalədə Hidayət Əfəndiyev “Dirilən adam” romanını məhz
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
870
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
siyasi baxımdan şərh etmiş və romana birtərəfli baxmışdır. Roman haqqında qısa, yığcam
şəkildə məlumatları əks etdirən bu misralarda romanın tam və təfərrüatlı, o cümlədən ədəbi
istiqamətdən təhlilinə, demək olar ki, rast gəlmirik. Fikrimizcə, ədəbi təhlil baxımından “Diri-
lən adam” romanı haqqında Məmməd Arifin məqaləsi daha tədqirə layiqdir. Məmməd Arif isə
“Dirilən adam” adlı məqaləsində C.Cəfərovun təhlilini xüsusi vurğulamışdır: “Mir Cəlalın
“Dirilən adam” romanı haqqında tənqidi məqalələr az yazılmamışdır. Buna görə də
C.Cəfərovun məqaləsi diqqətəlayiqdir. Mənə elə gəlir ki, bütün oxucular da, müəllifin özü də
C.Cəfərovun tənqidindəki doğru göstərişləri inkar etməzlər”.
O ki qaldı əsas məsələyə, yəni “Dirilən adam” romanının təhlilinə gəlincə, M.Arif ro-
mana yüksək dəyər verərək yazmışdı: “Mir Cəlal “Dirilən adam”da diqqətli realist bir yazıçı
olduğunu açıq-aydın göstərmişdir. Diqqətli ona görə deyirəm ki, o, insanları, məişəti, təbiəti
çox diqqətlə öyrənmişdir, yaxşı bilir. Bunu əsərin hər səhifəsində hiss etmək olur...”
Ancaq M.Arif romandakı bəzi qüsurları da vermiş, müəyyən dərəcədə tənqidi fikirlərini
də bildirmişdir.
Doğrudur, yuxarıda qeyd etdik ki, M.Arif C.Cəfərovun “Dirilən adam” romanı haqqın-
da yazdıqlarını diqqətəlayiq hesab etmişdir. Ancaq M.Arif C.Cəfərovun roman haqqında bəzi
fikirləri ilə razılaşmadığını da məqaləsində bildirmiş və bunu əsaslandırmağa çalışmışdır.
Verdiyi müqayisələrə, razılaşmadığı fikirlərə, göstərdiyi qüsur və nöqsanlara baxmaya-
raq “Dirilən adam” romanı M.Arif tərəfindən yüksək bir əsər kimi təqdir edilir və böyük alim,
Mir Cəlalı yazıçı kimi yüksək qiymətləndirir.
Beləliklə, 1939-cu il “Dirilən adam” romanının tədqiqi və Mir Cəlal haqqında yazılan
ədəbi-tənqidi fikirlər baxımından yaddaqalan oldu. Çünki məhz bu ildə M.Arif, C.Cəfərov və
H.Şərifov kimi ədəbiyyatşünaslar “Ədəbiyyat qəzeti”ndə Mir Cəlalın “Dirilən adam” romanı
haqqında söz deyiblər.
H.Şərifovun “Dirilən adam” romanı haqqında oxucuların rəyi” adlı məqaləsi 21 may
1939-cu ildə “Gənc işçi” qəzetində çap olunub. Fikrimizcə, H.Şərifovun məqaləsi struktur eti-
barilə iki hissədən - “Dirilən adam” romanı haqqında oxucuların məktublarından verilən nü-
munələrdən və C.Cəfərovun “Dirilən adam” məqaləsindəki fikir və təhlilləri təkzib və tənqid
etməkdən ibarətdir.
Məqalədə H.Şərifov C.Cəfərovun “Dirilən adam” romanı haqqında yazdıqlarına mü-
nasibət bildirmişdir. H.Şərifov yazıb: “Romanın sujet və məzmunu geniş oxucu kütləsinə yax-
şı məlum olduğu üçün burada onun məzmunu haqqında danışmaq artıqdır.
Biz, “Dirilən adam” romanı haqqında yazılmış ilk – 1935-ci ildəki məqalədən tutmuş
1939-cu ildə bu roman haqqında yazılanların təhlili və müqayisəsini apardıq. Bu o demək de-
yil ki, 1935-1939-cu illər arasında Mir Cəlal yaradıcılığı ədəbi tənqidin diqqətindən yayınıb.
Əsla! 1936-cı ildə Ədəbiyyat qəzetində (24 may 1936-cı il) Mir Cəlalın “Yeni yazanların 1-ci
kurs konfransi”nda etdiyi “Yeni yazan şairlər” adlı məruzəsi haqqında yazı dərc olunur.
Mir Cəlal öz üslubu ilə Azərbaycan ədəbiyyatında seçilən sənətkardır. Ədibin yaradıcı-
lığı çoxşaxəlidir. Və biz, ədibin yaradıcılığa başladığı ilk illərin tədqiqi ilə fikirlərimizi
yekunlaşdıraraq deyə bilərik ki, 1930-1940-cı illərdə Mir Cəlalın yaradıcılıq irsi ədəbi tənqid
materiallarında, dövri mətbuatda tənqidçilər, ədəbiyyatşünas alimlər tərəfindən araşdırmaya
cəlb olunmuşdur.