Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə53/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   49   50   51   52   53   54   55   56   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

875



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

M.Hüseyn məqalələrinin birində yazır ki, “sənətkarın ifadə etdiyi hisslər və fikirlər öz 

qəlbini titrətməmişsə, onun yaratdığı bədii lövhə və surət heç kimi təəccübləndirməyəcək, hə-

yəcanlandırmayacaq. Yazıçının könlündə doğan hisslər nə qədər zəngindirsə, zehnində doğan 

fikirlər yenidirsə, yaratdığı  əsərlərdə bütün bunların ifadəsi nə  dərəcədə tam və barizdirsə 

oxucu da bir o qədər onu sevəcək, dediklərinə inanacaq. Məlum məsələdir, həqiqi istedadı, il-

hamı olmayan kəs belə hisslərdən və duyğulardan məhrumdur”. 

1941-1946-ci illərin ədəbi mühitini araşdırarkən belə nəticəyə gəlmək olar ki,bu dövrdə 

yazıb-yaradan qələm sahibləri öz əsərlərində tərənnüm etdikləri vətənpərvərlik, xəlqilik, mil-

lilik kimi mövzuları gündəlik həyatla səsləşərək xalqın şüurunda gələcək xoşbəxt  günlərə inam 

oyadırdı. Oxucunun qəlbində yer tapmaq isə hər bur müəllif üçün ən yüksək mükafatdır. 

 

 

ATALAR SÖZLƏRİ FRAZEOLOGİYANIN                                    

TƏDQİQAT OBYEKTİ KİMİ 

 

Elnarə MƏMMƏDOVA 

Bakı   Slavyan  Universiteti 

mamedova.elnara@lenta.ru 

AZƏRBAYCAN 

 

Frazeologizmləri dil universaliləri cərgəsinə daxil etmək olar, çünki  frazeoloji birləşməsi 



olmayan dil yoxdur. Frazeologizmləri universal edən bəşər dilinin obrazlılığa, ekspressivliyə 

meyl etməsidir. Bütün dillərdə hadisələri təsvir edərkən, insanı qiymətləndirəndə və ya tənqid 

edəndə onlara müraciət olunur. Fikir onların vasitəsilə ifadə olunanda, diqqəti daha çox özünə 

çəkir, dinləyənə dərin təsir bağışlayır. Frazeoloji birləşmələr diqqəti danışana doğru yönəldir, 

hal-vəziyyəti bir növ qabardır və ya şişirdir. Obrazlılıq və ekspressivlik atalar sözlərinə  də 

xasdır. Bu baxımdan, onları əksər dilçilər frazeoloji birləşmələrlə eyni cərgəyə daxil edirlər. 

Doğrudur, onların hər birində həqiqi mənadan uzaqlaşma, məna köçürülməsi var. Lakin mə-

cazilik frazeoloji birləşmələrdə daha güclüdür. Onların hər ikisi müəyyən hadisə ilə bağlı 

ortaya çıxdıqlarından bəzən ilkin-həqiqi mənanı qorumuş olurlar. Atalar sözləri frazeoloji bir-

ləşmələr kimi milli səciyyəlidir  və dildə hazır şəkildə mövcuddur.   

 

 

Frazeoloji birləşmələrlə atalar sözlərinin fərqlərinə nəzər salaq: 



 

 

1. Frazeoloji birləşmələr (əksər hallarda) söz birləşməsi konstruksiyasına malik olduq-



ları halda, atalar sözləri yalnız cümlə şəklində olur, bitmiş fikir ifadə edir və hökm bildirir;  

2. Frazeoloji birləşmələr (söz birləşməsi şəklinə malik olanlar) nominativlik funksiyası-

nı yerinə yetirirlərsə, atalar sözləri yalnız kommunikativlik vəzifəsinə malikdirlər; 

3. Atalar sözlərini təşkil edən sözlər leksik mənasını qorumuş olduqlarından onların 

məntiqi vurğu ilə ayrılması mümkündür. Jukov yazır: “Demək olar ki, frazeologizmlərin kom-

ponentlərindən heç birinin üzərinə  məntiqi vurğu düşmür. Frazeologizmlərin komponentləri 

aktual üzvlənmədən məhrumdur”; 

      


4. Frazeoloji birləşmələr hansısa predmet və ya hadisəyə işarə edir, onun haqqında tam, 

təfsilatı ilə məlumat verə bilmir. Atalar sözlərinin vasitəsilə hadisələrin gedişatına müdaxilə 

etmək, insanların düşüncəsinə, davranışına təsir etmək 

mümkündür;    

5. Frazeoloji birləşmələrdə predmet və hadisəyə münasibət var. Atalar sözləri bu baxım-

dan neytrallıq təşkil edir, onların vəzifəsi sadəcə ailə-məişət və əxlaqi-mənəvi dəyərlərlə əla-

qədar ibrətamiz fikir aşılamaqdır; 

 

 



 

 

 



 

6. Frazeoloji birləşmələrdə fikir birbaşa, konkret olaraq nəzərə çatdırılır, atalar sözlərin-

də haqqında danışılan hadisə və ya predmetlə bağlı söylənilən fikir dolayı şəkildə ifadə olunur.  

Hər bir şey səbəb-nəticə əlaqələrinə malik olduğu kimi dil də, onda gedən proseslər də 

müəyyən səbəbdən dolayı ortaya çıxır. Bir neçə söz təsadüfən birlik halına gəlib yeni məna 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

876



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ifadə edə bilməz. Bu sözləri bir-birinə bağlayan, onları frazeoloji birləşmə və ya atalar sözləri 

şəklinə salan səbəb təfəkkürdür. Frazeoloji birləşmələrin  əksəriyyəti mifik təfəkkürlə bağlı 

olub yaranma tarixi, mənşəyi qədim dövrlərə gedib çıxır. Biz bunu əminliklə komponentləri 

arasında heç bir məna əlaqəsi qalmayan, tərəfləri tamamilə məcaziləşmiş frazeoloji birləşmələr 

haqqında söyləyə bilərik: ürəyi dabanına düşməkəlinin içi kimi tanımaq və s. Belə frazeoloji 

birləşmələrin yaranma səbəbini-şifahi xalq ədədbiyyatında, dəqiq desək, miflərdə, inanclarda 

axtarmaq doğru olardı. Qrimm qardaşları, haqlı olaraq söyləyirdilər ki, mifologiya dilin mən-

bəyi məsələsini tədqiq etməkdə çox faydalı ola bilər.   

Atalar sözlərinin frazeologiyada mövqeyi ilə bağlı istər Azəbaycan, istərsə  də rus 

alimləri ayrı-ayrı qütblərdə dayanır.    

 

 



 

 

 



 

Belə ki, “Müasir rus dilinin feili frazeologiyası” əsərində M.T.Tağıyev frazeologiyanın 

tədqiqat obyektinə “dar mənada” yanaşaraq onun tədqiqat obyektini “geniş mənada” nəzərdə 

tutanlarla razılaşmayır. O, frazeologiyanın obyektinin qeyri-müəyyənliyinin səbəbini bu sahə-

də metodoloji əsasın olmaması, filoloji elmlər sahəsində dilçiliklə  ədəbiyyatşünaslıq irsinin 

genetik əlaqəsinin az tədqiq edilməsi ilə bağlayır. 

H.Ə.Həsənov da frazeologiyanın dilçiliyin müstəqil sahəsi kimi yox, leksikologiyanın 

bir bölməsi kimi məhdud dairədə tədrisini nəzərə alaraq frazeologiyanın həcmini atalar sözü, 

məsəllər, tapmacalar, hikmətli sözlər, aforizmlərlə genişləndirməyi, hər cür frazem xarakterli 

birləşmələri və cümlələri buraya daxil etməyi doğru saymır. O, frazeoloji birləşmələrlə atalar 

sözlərinin sərhədlərinə müəyyənlik gətirsə də,  nə ətdir, nə balıqnə ağına baxır, nə bozuna 

kimi frazeoloji birləşmələri sözə ekvivalent olduqları halda, atalar sözlərinə daxil edir. 

A.V.Kunin “Müasir ingilis dilinin frazeologiyası kursu”nda bu məsələyə toxunmuşdur: 

“Dilin sabit birləşmələri olan cümlə strukturlu atalar sözlərini məxsusi olaraq folklora daxil 

etməyi düzgün hesab etmək olmaz. Atalar sözləri folklorda olduğu kimi frazeologiyada da 

öyrənilməlidir, lakin fərqli nəzər nöqtəsindən. Frazeologiyada onlar dilin frazeoloji tərkibinin 

özünəməxsus semantik, üslubi və quruluş xüsusiyyətlərinə malik vahidləri olaraq öyrənilir-

lər”. Daha sonra A.V.Kunin yazır ki, folklor xalqın müdrikliyini, adət-ənənələrini xarakterizə 

edən atalar sözləri ilə əsasən, xalqın yaradıcılıq məhsulu olaraq maraqlanır. 

Əgər atalar sözləri frazeologiyada öyrənilməlidirsə, o zaman frazeologiya dilin leksiko-

logiya bölməsində araşdırılmamalı, ayrıca dilçilik sahəsi olaraq öz təsdiqini tapmalıdır. M. 

Mirzəliyeva haqlı olaraq qeyd edir: “Müstəqil mənada işlənib-işlənməməsindən asılı olmaya-

raq sözlər dilin morfoloji qatında dil vahidi kimi öyrənilə bilirsə, daşıdığı mənanın dar və ya 

genişliyindən asılı olmayaraq, məcazlaşma prosesindən keçmiş  hər hansı söz, birləşmə  və 

cümlə də frazeoloji vahidlər sırasına daxil olub, dilin frazeoloji qatında araşdırılmalıdır”. 

Müasir dilçilikdə frazeologiyanın bir elmi kimi yerinin və tədqiqat obyektinin tam olaraq 

dəqiqləşməsinə böyük ehtiyac vardır. Həllini gözləyən başqa bir məsələ isə atalar sözlərinin, 

eləcə də frazeoloji birləşmələrin, dil yaxud da nitq vahidlərinə aid olması məsələsidir. 

 

 

SABİR VƏ ONUN ƏDƏBİ MƏKTƏBİ 



 

Nigar HƏSƏNOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

nigar.hasanova.89@mail.ru 

AZƏRBAYCAN 



 

XIX  əsr Azərbaycan  ədəbiyyatında satirik poeziya sistemli ədəbi hadisə  səviyyəsinə 

yüksəlmişdirsə, XX əsr ədəbiyyatında satirik şeir gerçəkliyin poetik ifadəsi üçün bir zərurətə 

çevrilmişdi. Bu zərurət XX əsrin  əvvəllərində Bakıda nəşr olunan müxtəlif təmayüllü satira 

jurnallarında, dövrün tanınmış söz sənətkarlarının yaradıcılığında öz ifadəsini tapdı. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə