Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə48/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   44   45   46   47   48   49   50   51   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

865



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

BƏHRAM ƏSƏDİNİN VÜCUDNAMƏSİNDƏ                                           

VARLIQ FƏLSƏFƏSİNİN İNİKASI 

 

Elmira MƏMMƏDOVA-KEKEÇ 

Xəzər Universiteti 



mamedovaelmira4@gmail.com 

AZƏRBAYCAN 



 

Vücudnamə klassik və müasir şeirdə, aşıq yaradıcılığında tez-tez istifadə olunan ədəbi 

formalardan biridir. Yazılı ədəbiyyatda ilk örnəyinə Əhməd Yəsəvi yaradıcılığında rast gəl-

diyimiz vücudnamə sonradan bütün türk xalqları  şerində istifadə edilən və insan həyatını 

xülasə edən bir poetik forma olmuşdur. Daha çox nəmzlə, bəzən isə  nəsrlə örnəklərinə rast 

gəldiyimiz vücudnamələrə bütün türk xalqları şerində olduğu kimi, Azərbaycan ədəbiyyatında 

rast gəlirik. Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Xəstə Qasım kimi aşıqlar tərəfindən klassik 

nümunələri yaradılan vücudnamələr dillər  əzbəri olmuş, hətta bəzi dastanlarda da 

söylənilmişdir. “Şah İsmayıl” və “Maral” dastanlarını buna nümunə verə bilərik. 

 Sovet dövründə Azərbaycanda, eləcə də SSRİ-yə daxil olan digər türk respublikalarnda 

vücudnamə yazmaq ənənəsi zəifləsə  də, Türkiyə  və Güney Azərbaycanda yaşayan  şair və 

aşıqlarının yaradıcılığında insan ömrü ilə bağlı bu bədii-fəlsəfi, eyni zamanda dini məzmunlu 

şeirlər daima davam etdirilmişdir.  

Bu baxımdan Güney Azərbaycan aşıq mühitində vücudnamələr keçmişdən günümüzə 

qədər insan həyatı ilə bağlı ədəbi-bədii nümunələr kimi diqqəti cəlb edir. Aşıq Müslüm Əsgəri, 

Xaltanlı Tağı kimi müəlliflərin vücudnamələrini bu baxımdan örnək olaraq vermək mümkün-

dür. Bu mühitdə qələmə alınmış örnəklərdən biri də Bəhram Əsədiyə məxsusdur.  

Bəhram  Əsədinin vücudnaməsi həcmcə böyükdür, 44 bənddən ibarətdir.  Şeir qoşma 

ölçüsündədir. Məzmun baxımından vücudnamələr, adətən üç qrupda təsnif edilir: ümumi 

insan həyatı ilə bağlı vücudnamələr, qız-qadınlarla bağlı vücudnamələr, tərcümeyi-hal səciyyli 

vücudnamələr. Bəhram  Əsədinin vücudnaməsi məzmun etibarilə birinci qrupa daxil edilə 

bilinər.  

İlk beş  bənddə  şair varlığın təkamülünü və bu prosesdə dörd ünsürün rolunu, varlığın 

əsasında torpağın durduğunu qeyd edir. Ümumiyyətlə, həm islamdan, həm də daha öncəki 

dünyagörüşdən irəli gələn bu fikir Bəhram  Əsədi tərəfindən də  təkrar edilir. “Laməkan 

seyrində  qərar tutan” substansiyanın  əmrlə  məkana gəldiyi deyilir. Burada məkansızlıq və 

məkan kateqoriyaları qarşılaşdırır və birinci insan övladının ilk yeri olaraq verirlir. Bu vücud-

namədə məkan və zaman anlayışına fəlsəfi münasibət özünü göstərir. Vücudnamənin başlan-

ğıcında qeyd olunan zaman isə elə bir zamandır ki, hələ  kəhkəşanlar belə yaradılmamışdır. 

Mövlananın: “Torpaqdım, ot oldum, quş oldum, insan oldum”, -fikri bu vücudnamənin də giriş 

hissəsində  verilir və təkamül prosesində cansız aləmdən canlıya doğru keçidin pillələri göstə-

rilir. Öncə topraqda element şəklində olan, sonra torpaqdan bitkiyə keçən insan haqqında 

Bəhram Əsədi deyir:  



 

Yolun torpaği idim uzun bir zaman, 

Məni ayaqlardi hər yaxşi, yaman, 

Qarişdim əkinə, çixdim göy otdan, 

Davar məni yedi mən cana gəldim. 

 

Davarliq dövəranim ki sona irdi, 

Qəssab kəsdi məni bazara verdi. 

Atam məni aldi, anam bişirdi, 

Yedirtdi atama insana gəldim. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

866



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bütün məxluqun  əşrəfi olan insan haqqında ümumi səciyyəli bu vücudnamənin daha 

sonrakı misraları isə onun ömür yolunu və maddi dünyadakı həyatını əks etdirir. Bir yaşdan 

yüz yaşa qədərki ömür yolununun uşaqlıq, gənclik və ahıllıq mərhələləri təsvir edildikdən sonra 

isə axirət dünyasına köç edən insanoğlunun qəbir əzabı və o dünyada haqq-hesaba çəkilməsi 

haqqında danışılır.  

Vücudnamənin son bəndlərində isə Qiyamət günü təsvir edilir və bütün məxluqatın o 

dünyada yaxşı və pis əməllərinə görə cavab verəcəyi Bəhram Əsədi tərəfindən bir daha vurğu-

lanır. Bu baxımdan islam dini dünyagörüşü, Quran ayələri və ümumi təsəvvüf fikri əsasında 

qələmə alınmış vücudnamə  həm də dünya həyatının müvəqqəti olduğunu, axirəti qazanmaq 

üçün yaxşı əməllər görməyi təbliğ edir.  

Beləliklə, ilk dəfə təhlilə cəlb edilən bu vücudnamədə varlığa və insan varlığına fəlsəfi 

münasibət ifadə edilir, ibrətamiz fikirlər səsləndirilir.  

 

 



AZƏRBAYCAN DİLİNİN ORDUBAD DİALEKTİ VƏ CULFA 

ŞİVƏLƏRİNDƏ ADƏT-ƏNƏNƏ İLƏ BAĞLI İŞLƏDİLƏN TERMİNLƏR 

 

Rəşad ZÜLFÜQAROV 

AMEA Naxçıvan Bölməsi 



reshadzulfugarov@yahoo.com 

AZƏRBAYCAN 

 

Məlumdur ki, xalqımızın özünəməxsus adət-ənənəsi var. Həmin adət və  ənənələr 



əsrlərin keşməkeşli sınağından keçərək günümüzədək gəlib çatmışdır. Dialektlərimizin müəy-

yən bir qatını bu sahə ilə bağlı terminlər təşkil edir. Ordubad dialekti və Culfa şivələrində 

adət-ənənə ilə bağlı terminlərin böyük əksəriyyətini toy, yas mərasimləri, “Novruz”, “Xıdır” 

bayramı və s. ilə bağlı işlədilən sözlər təşkil edir. Tezisimizdə onlar arasında ən zəngin olanı 

nişan və toy adətlərini xarakterizə edən terminlərin bəzilərindən bəhs olunacaqdır.  

“Ərgən”– evlənmə vaxtı çatan gənc oğlan. Dilimizin digər dialekt və  şivələrində bu 

termin müxtəlif fonetik variantlarda, lakin əsasən eyni mənada işlənməkdədir. Çənbərək, 

Qazax,  Şəki dialekt və  şivələrində  “əryən”, Tovuz, Salyan şivələrində  “əriyən”//əryən, 

Ağdam, Zəngilan, şivələrində “ərgən” deyimləri ilə işlənir. Bu sözə sinonim olaraq Ordubad 

dialekti və Culfa şivələrində “subay”, “yeniyetmə”, “bığı təzə tərriyən” kimi söz və ifadələr 

də  işlədilir.  “Ərgənniy” – 1. Subay oğlana qardaşları  tərifindən verilən pay; 2. Qızın öz 

nişanlısına göndərdiyi hədiyyə. Söz Azərbaycan dilinin Qazax dialektində ərgənnix' şəklində 

eyni mənada işlədilir. “Ərgənnix'” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında da eyni 

şəkildə  və “nişanlı  qızın öz nişanlısına pay göndərməsi” mənasında işlədilmişdir. –

Adaxlısından ərgənlik bir qırmızı qaftan gəldi. Deməli, bu iki bölgənin şivələrində işlənən söz 

ən qədim türkmənşəli leksik vahidlərimizdən olmaqla günümüzə qədər gəlmişdir.  “Deyihli”– 

1.  İki ailə arasında övladları (oğlan və  qız) kiçik olarkən gələcəkdə evlənmələri arzusu ilə 

razılaşma; 2. Nişanlı qız. Dialektoloji lüğətlərdə deyihli (Gəncə) //de:hli (Qazax) “uşaqlıqdan 

adaxlanmış  qız və  oğlan”, Qazax dialektində  həmçinin “nişanlı” mənalarında işlənir. Qeyd 

etmək lazımdır ki, “deyix'li” sözünün birinci mənasına sinonim olaraq Culfa rayon şivələrində 

“göbəx'kəsmə” // beşix'kəsmə ifadələri işlədilir ki, bu ifadələrin tarixi qədim zamanlara gedib 

çıxır. Belə ki, “Kitabi –Dədə Qorqud” boylarında işlənən “beşik gərtmə”//yavuqlu sözləri 

bəhs olunan bölgələrin şivələrində işlənən deyix'li sözünün birinci və ikinci mənalarına tam 

uyğundur. – Bəylər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım 

Baybura bəyin oğluna beşikgərtmə yavuqlu olsun – dedi. “Əd eləməx'”//ad eləməx'– qız 

evinin razılığını almaq və  qıza kiçik hədiyyə vermək. – Əd eləməyə  yə bi yəylığ, yə  də 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə