Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə37/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   33   34   35   36   37   38   39   40   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

843



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

olmayan, morfoloji-sintaktik cəhətdən mənimsənilməyən, lüğətlərdə izahı verilməyən yad 

sözlərdir. Əslində varvarizmləri şərti olaraq alınma sözlər sırasına daxil edirlər. Yad element-

lər-sözalan dildə adətən onların leksik ekvivalenti olsa da, üslubi baxımdan həmin sözlərdən 

fərqlənir və ünsiyyətin bu və ya digər sahəsində nitqə ekspressivlik verən xüsusi adlandırma 

və ya ifadə vasitəsi kimi möhkəmlənir. Həmin ifadələrin əsas cəhətlərindən biri odur ki, bir 

çox dillərdə geniş yayılmışdır. Məsələn, SOS, ok, sorry, allegro, no problem  və s. 

Beləliklə, alınma leksikanın tərkibində bir neçə qrupu fərqləndirməklə biz müşahidə 

etdik ki, geniş işlənmə sahəsinə malik olan və sözalan dilin lüğət tərkibində möhkəmlənən alın-

ma sözlər üslubiyyat üçün elə  də böyük maraq kəsb etmir. Üslubi dəyərləndirməyə ehtiyac 

duyan sözlər məhdud sahədə işlənən alınmalar hesab olunur. Üslubi imkanlarına görə alınma 

sözlər içərisində ekzotizm və varvarizmlər daha böyük əhəmiyyətə malikdir. Ekzotik sözlər 

daha çox müxtəlif xalqlara məxsus milli koloritin yaradılması məqsədilə geniş şəkildə istifadə 

olunur. 

 

 

MƏNƏVİ  DƏYƏRLƏRƏMİZ  VƏ  ƏDƏBİYYAT 

 

Sədrəddin HÜSEYN 

Qafqaz  Universiteti 



shuseyn@qu.edu.az 

AZƏRBAYCAN 

 

Tarix boyu baş verən hadisələr millətlərin taleyində dərin, bəzən də düzəlməsi mümkün 



olmayan izlər buraxır. Bir çoxları kimi bunlar bizdən də yan keçməyib. Xüsusən də Rusiya və 

sovet işğalı dövründə. Milləti assimilasiya etmək, kökündən uzaqlaşdırmaq, milli mənəvi də-

yərləri unutdurmaq, ona qarşı yadlaşdırmaq siyasəti ciddi fəsadlar törətdi, xalqı  aşınmaya 

məruz qoydu.  

Müstəqilliyimizdən bu yana milli kökə, özünə qayıdış hərəkatı başlasa da, buna nail ola 

bilmədik. Hətta unutduq belə bir məsələni. Bunun bir səbəbi dünyaya inteqrasiya, müasirlik, 

avropalaşma meylləridirsə, digər mühüm səbəbi də qayıdacağımız bu milli şüur, milli kök və 

s. dediyimiz nəsnənin nə olduğunu bilməməyimizdir. Bu iki yüz ildə məhz bunu da aldılar əli-

mizdən, dünənimizi, milli kimliyimizi unutdurdular. Bu itirdiklərimizin axtarışında ədəbiyyatın 

öz yeri vardır. 

Bu gün bizim özümüzlə bağlı öyündüyümüz babalardan qalan bir neçə nəsnə var ki, onun 

biri qonaqpərvərlik, böyük yolu gözləmək, böyüyə və ya qadına hörmət və s. məsələlərdir ki, 

bunların da nə  vəziyyətdə olduğu hamıya məlumdur. Qonaqlıq məsələsi keçmişdəkı  kımı 

olmadığından qonaqpərvərlik anlayıçı da silinib yaddaşımızdan. İndi kiminsə evində nə qonaq 

üçün ayrılan otaq var, nə onun istifadə edəcəyi  əşyalar. Çünki kiminsə qonaq qalmağa 

ehtiyacı yoxdur. Çox uzaqdan gələn, qalmağa ehtiyacı olanlar da otellərə üz tutur. Onlar da 

modernləşib, yəni milli deyil, dünyada necədir, bizdə də elə. 

Biz keçmişimizi tarixdən öyrənirik. Ancaq tarix elmi quru faktlar, cansız rəqəmlər, 

hadisələr yığınıdır. Milli mənəvi dəyərləri ortaya qoymaq “biz də buyuq, biz də beləyik” 

demək üçün isə ədəbi əsərlərə üz tutmaq lazım gəlir. Məs. biz ancaq “Dədə Qorqud” dastanın-

dan bilə bilirik ki,  vaxtilə adımızı əməlimizə görə veriblər. Ad verən də Qorqud kimi bir dədə 

olub. Oradan öyrənirik ki, əsir düşən igidlərimiz analarının tanınmaması, atalarının namusu-

nun sındırılmaması üçün özlərinin qıyma-qıyma doğranmasına, kabab edilib anaları  tərəfin-

dən yeyilməsinə belə razı olublar. Hətta Uruz bunu anası Burla xatuna özü məsləhət görür. 

“Saqın ana, yaxına gəlməyəsən,…ağlamayasan,…başqaları bir yeyəndə  sən üç yeyəsən…” 

deyir. Biz “Koroğlu” dastanınndan görürük ki, o boyda qəhrəman necə sadəlöhv olarmış, 

Keçəl Həmzələrə necə uduzarmış. Bolu bəyə münasibətində bir tərəfdən verdiyi sözə sədaqət



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

844



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bir tərəfdən də düşmənə belə xeyirxahlıq hissi qabarıq görünür. Biz bədii əsərlərdən gücümü-

zü, böyüklüyümüzü deyil, gücsüzlüyümüzü, zəif nöqtələrimizi də öyrənə bilirik. 

Ədəbi əsərləri oxumağa maraq zəiflədiyindən ekran əsərlərinə istinad eləmək istərdik. 

(Əlbəttə əgər öz filmlərimizə baxırıqsa.) Sovet dövründə milli dəyərlərlə bağlı elə bir qadağa 

qoyuldu ki, yazılan  əsərlərdəki obrazlarda bunları tapmaq samanlıqda iynə axtarmağa 

bənzəyər. Çünki o vaxt obrazların xarakterini müəyyənləşdirən amil “sovet adamı, bəşəri” 

olması idi. Bununla belə 60-cı illərdə artıq milli dəyərlər görünməyə başladı. “Axırıncı 

aşırım”da Kərbalayı İsmayıl Qəmloya “üz-üzə gəlsək ya mən gərək onun sözünü yerə salam

ya da duz çörəyi tapdalayam” deyirsə, Abbasqulu bəyə “…adamın malına da toxunarlar, 

toprağını da götürəllər, nə olar, elə bilərəm, əl çirkidi. Bəs hörmətə nə sözün, kişiliyə, qeyrətə 

nə sözün…namusumuz, qeyrətimiz var, bəy,”-deyir. Hökumət adından üsyançıların üstünə 

gedəndə kəndlilər Abbasqulu bəyə qonaqlıq verir, kabab çəkirlər və  “Yeyin bəy, düşmən də 

olsaq, çörəyimiz halaldır, bərəkət Allahındı” deyib bismillahla başlayırlar. İlk dəfə  bu filmdə 

eşitdiyimiz belə sözlər gen yaddaşının dərinliklərindən cücərib boy atır. 

“Atları  yəhərləyin” filmində  bığı  kəsilən koxa bu təhqirə dözməyib özünü öldürürsə, 

Nəbinin onun yerinə qoyduğu “namus qəhrəmanı” sonradan satılıb Nəbinin ölümünə  səbəb 

olur. Millətin genefondunda yatan incəlikləri ədəbiyyat çıxarıb ortaya qoyur, unutduqlarımızı 

özümüzə qaytarır.  

“Qorxma, mən səninləyəm” filmində bəylər teatra gedərkən bir yer də papaqları üçün 

alırlar. Bu papağın yerini dəyişmək istəyən bir əcnəbiyə isə papaq sahibinin bircə sözü olur: 

“Səni öldürəcəyəm”. Papaq üçün yer alma səhnəsi Anarın “Üzeyir ömrü” filmində  də 

göstərilir. Təsadüfi deyil ki, “Dəli Kür” romanının da leytmotivində namusdan sayılan üç əsas 

elementin biri papaqdır. “Dəli Kür” və “Yeddi oğul istərəm” filmlərində novruzla bağlı 

səhnələr o vaxt unutdurulmaqda olan bu mərasimi ekranda əbədiləşdirdi. Y Səmədoğlunun 

oradakı mollası  və onun din adamı kimi siyasətə münasibəti bizcə ulaq belində  təhqir 

olunurmuş kimi göstərilməsi və “mən nə təzə hökumətinə qarışıram, nə köhnə hökumətinə” 

fikrilə müəllifin mətnaltı siyasi düşüncəsinin ifadəsidir.  

“Bəyin oğurlanması”nı müəllif nə qədər milli koloritə bürümək istəsə də, təəssüf ki, bir 

obrazın dediyi kimi bu elə “kino” olaraq qalır. Sadəcə şah bəzəmək və bəy oğurlamaqdan o 

tərəfə keçə bilmir. Bu “əsil toyu” bərpa edə bilməmə acısı bəlkə də müəllifin dediyi, amma 

bizim görə bilmədiyimiz acı ironiyanın ifadəsidir. 

Novruz və digər xalq adətləri, xalqın özü Şəhriyarınn “Heydərbabya salam” poemasında 

daha əhatəli təsvir olunur. Bizcə, bu ciddi etnoqrafik araşdırma tələb edən bir salnamədir. 

Bir az diqqədlə yanaşılsa, atalar sözləri, tapmaca və yanltmaclar, xalq mahnıları belə  bu 

sahədə çox qiymətli  mənbədir. Anamdan bir yaylıq aldım,… Gözəl oğlan ver yaylığı, Yaylıq 

salar ayrılığı, və ya Ay qara çuxa Məmmədhəsən… Bircə cüt mixək nəmənədi,… 

Bizcə, M.Süleymanlının son əsərləri milli kimliyimizi öyrənmək baxımından ən qiymət-

li mənbədir. Qalır bunları araşdırmaq və yenidən xalqa qaytarmaq. 

 

 

HEYDƏR ƏLİYEVİN NİTQİNDƏ İŞLƏNƏN FRAZEOLOJİ VAHİDLƏR 



 

Fidan RƏHİMOVA 

 

Bakı  Slavyan Universiteti 



mila-88.88@mail.ru 

AZƏRBAYCAN 

 

Ən mürəkkəbliyi ilə seçilən sahələrdən biri təhsil sahəsidir. Çünki təhsil sahəsi elə bir 



sahədir ki, həm burada bütün elmlər  öz əksini tapıb, həm də ki, bir insanın inkişaf bünövrəsi 

məhz təhsil üzərində qurulur. Dahi öndər Heydər  Əliyev elə bir şəxsiyyət idi ki, o bütün 

sahələrdən xəbərdar idi. Onun təhsillə bağlı söylədiyi nitqləri araşdırdığımız zaman bizə mə-



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə