Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə36/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   32   33   34   35   36   37   38   39   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

841



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

və.s. ilə bağlı bir çox birləşmələr anlatma gücü və qavrama zənginliyi baxımından bir dilin 

əvəzolunmaz ünsürləridirlər.  

Frazeoloji birləşmələrin ifadə etdiyi mənalar bütöv haldadır. Frazeoloji birləşmələr sabit 

birləşmələrdir, yəni belə birləşmələrdə sözlərin sırası dəyişməzdir, buna görə də onlar qram-

matik cəhətdən ayrı-ayrılıqda təhlil olunmur.   

Frazeologiyanın məqsədi frazeoloji vahidlərin (frazemlərin) dildə mövqeyini müəyyən-

ləşdirmək, onların müvafiq prinsiplərə əsasən təsnifini vermək, üslubi xüsusiyyətlərini aydın-

laşdırmaq,  əmələgəlmə  və inkişaf etmə yollarını  aşkar etməkdən ibarətdir. Frazeoloji vahid-

lər həqiqətin obrazlı qəbul edilməsi əsasında yaranır, hər hansı dil kollektivinin gündəlik yaşa-

yışını, mədəni və tarixi təcrübəsini əks etdirir. 

Dildə frazeoloji vahidlərin öyrənilməsi ilə əlaqədar olaraq tədqiqat obyekti kimi “baş” 

komponentli somatik birləşmələrin araşdırılması onların Azərbaycan dilində mühüm yer tutdu-

ğunu göstərir. Dildə somatizmlərin semantikası aşağıdakı kimi təzahür edir: 

Bədənin üzvü – həmin üzvün fəaliyyət funksiyası: 

baş → «düşünmək», «ağıl»,«dərrakə». 

Baş insan bədəninin kəllə  və sifətdən ibarət olan hissəsidir. Azərbaycan dilində “baş” 

somatizminin etimologiyası haqqında prof. A.Axundovun fikrinə əsaslanaraq demək olar ki, 

qədim ümumaltay dilinin süqutundan sonra yaranmış ümumtürk sözüdür.  

“Baş” sözü Azərbaycan dilində bu mənaları verir: 1) insanın anatomik orqanı 2) hər 

hansı bir məsələni düşünən, anlayan hissə 3) bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi,üstü 4) 

bir şeyin başlandığı yer, başlanğıc.  

Azərbaycan dilində mövcud olan baş tərkibli somatik frazeologizmləri aşağıdakı tema-

tik qruplara ayırmaq olar:  

1) Əqli fəaliyyət bildirənlər: baş açmaq – anlamaq, düşünmək. Vallah, mən sənin sözlə-

rindən baş açmıram. (C.Məmmədquluzadə). Biz də .. bisavad adamıq, kitabdan nə baş açacaq 

idik. (Ə.Haqverdiyev); Baş çıxarmaq–anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç 

baş çıxara bilmirəm.  Məgər sənin işindən mən baş çıxardıram? (N.Vəzirov); Baş işlətmək – 

fikirləşmək; Başa düşmək – anlamaq,düşünmək, qanmaq. Vallah, başa düşə bilmirəm, mən-

dən nə istəyirsiniz? (N.Vəzirov).  

2)  Əqli qabiliyyət bildirənlər: Bu qrupa daxil olan baş  tərkibli somatik frazeologizm-

lərin özlərini də semantikasına görə iki yerə bölmək olar: 

a) Təsdiq, müsbət mənalı somatik birləşmələr: başını sudan çıxarmaq; yaxşı başı olmaq; 

başını itirməmək və.s. 

b) İnkar mənalı somatik frazeologizmlər: başı çıxmamaq – bələd olmamaq,tanış olma-

maq, bilməmək, başa düşməmək, bacarmamaq. Tükəzban xalanın siyasətdən çox da başı çıx-

mazdı. (B.Talıblı); Haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. (İ.Əfəndiyev); Başına 

girməmək– başa düşə bilməmək, anlaya bilməmək. 

3)  İnsanın emosional vəziyyətini, fiziki vəziyyətini bildirən somatik frazeologizmlər: 

Başdan keçmək – candan keçmək, özünü fəda etmək. Başdan keçibən eşqdə cövlan gərək 

olsun; Meydani-məhəbbətdi bu, ey dil, ciyər istər. (S.Ə.Şirvani); başına od(kül) ələmək: 

Bəsdir fəraq odlarından kül ələndi başımıza, 

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!   (M.Şəhriyar) 

4) İnsanın davranışını bildirən somatik frazeoloji vahidlər: Başa gətirmək – düzəltmək, 

hazırlamaq. Ustanın neçə  həftəyə başa gətirdiyi başmaqlar məsciddə  əl-ələ  gəzirdi. (Y.Çə-

mənzəminli); Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq, 

canını qurtarmaq. Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib, onu başdan etməyə 

çalışdı. (Ə.Vəliyev).  

Azərbaycan dilində  tərkibində “baş” komponenti işlənən frazeoloji birləşmələr üslubi 

cəhətdən zəngindirlər və dilə müxtəlif məna çalarları verirlər. Dilin lüğət tərkibini təşkil edən 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

842



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sözlərin yalnız müəyyən qismi frazeoloji birləşmələrin formalaşmasında iştirak edir. Dildə elə 

sözlər vardır ki, onlar bir sıra frazeoloji vahidlərin yaranmasında iştirak edir. Bunlar sırasında 

somatizmlərin adını çəkmək mümkündür. Bəzi sözlər isə yalnız bir neçə birləşmənin formalaş-

masında iştirak edirlər. 

 

 

ALINMA SÖZLƏRİN ÜSLUBİ TƏSNİFATI 

 

Nailə MƏHƏROVA 

Bakı Slavyan Universiteti 



naile_en@mail.ru 

AZƏRBAYCAN 

 

Alınma sözlərin üslubi-funksional rolu olduqca müxtəlifdir. İlk növbədə alınma leksika-



ya daxil olan bütün sözlər müəyyən bir anlayışla birlikdə alındığına görə  həmişə nominativ 

funksiyanı yerinə yetirmişlər. Onlar terminoloji sistemi zənginləşdirmiş, milli xüsusiyyətlərin 

təsviri, yerli koloritin yaradılması üçün ekzotizmlər kimi istifadə olunmuşdur. Alınmaların 

həmçinin üslubi məqsədlər üçün də istifadə olunması geniş yayılmışdır. Alınma sözlər təkcə 

nominativ deyil, eyni zamanda ekspressiv funksiyanı da yerinə yetirə bilir. Əksər müəlliflər 

belə hesab edirlər ki, alınma sözlərin  bir qismi ədəbi dildə  digər xalqların məişətinin bədii 

təsvirini vermək, yaxud fikrin daha güclü ifadəsi üçün parlaq üslubi vasitələrdən biri kimi 

mühüm  əhəmiyyətə malikdir. Müxtəlif mətnlərdə istifadə olunan alınma sözlərin üslubi 

cəhətdən dəyərləndirilməsi zamanı əcnəbi mənbələrin leksikasının bütün xüsusiyyətlərini nə-

zərə almaq lazımdır: sözalan dil tərəfindən mənimsənilmə  səviyyəsi, üslubi möhkəmlənmə, 

nitqdə işlədilmə tezliyi və s. Bu kriteriyalardan çıxış edərək alınma sözləri dildə mənimsənil-

mə  səviyyəsinə görə  təsnif etmək mümkündür. Bu cür qruplaşdırma eyni zamanda həmin 

sözlərin üslubi xüsusiyyətlərinin də fərqləndirilməsində mühüm əhəmiyyətə malikdir. Geniş 

işlənmə dairəsinə malik olan alınma sözləri mənimsənilmə  səviyyəsinə görə  aşağıdakı kimi 

qruplaşdırmaq mümkündür: 

1.  Alındığı dilin xüsusiyyətlərindən məhrum olmuş sözlər. Bu cür sözlər sözalan dilin 

lüğət tərkibindəki digər sözlərdən fonetik, morfoloji, nə də üslubi baxımdan seçilmir. 

Alınma mənşəli olmaları onların nitqdə işlədilməsinə heç bir təsir göstərmir. 

2.  Mənbə dilin müəyyən xüsusiyyətlərini özündə qoruyub saxlayan sözlər. 

3.  Müxtəlif sistemli bir sıra dünya dillərində işlənib, elm, texnika, siyasət, mədəniyyət 

və incəsənətə aid anlayışları ifadə edən sözlər. Bu cür sözləri internasionalizmlər adlandırırlar. 

Hər üç  qrupa daxil olan alınma sözlərin sözalan dildə qarşılığı yoxdur və heç bir məhdudiy-

yət olmadan nitqdə işlədilir. Bu cür sözlərin əksəriyyəti dilin lüğət tərkibinə emosional-eks-

pressiv münasibət baxımından neytraldır. 

   

Alınma sözlər içərisində məhdud işlənmə sahəsinə malik sözlər xüsusi yer tutur. Bu cür 



sözlərin tərkibinə sözalan dil tərəfindən mənimsənilmə  dərəcəsinə görə yekcins olmayan, 

həmçinin zəngin üslubi çalara malik sözlər daxildir. Həmin sözləri də bir neçə qrupa ayırmaq 

mümkündür:  

1.  Ekzotizmlər-ayrı-ayrı xalqların ictimai həyatının, adət-ənənələrinin fərqli cəhətlərini 

göstərmək, onların milli xüsusiyyətlərini ifadə etmək, yerli kolorit yaratmaq məqsədilə işlədilən 

alınma sözlərdir. Digər alınma sözlər sırasında ekzotizmlər sözalan dil tərəfindən leksik cə-

hətdən tam şəkildə mənimsənilmir. Bu cür sözlərin sözalan dildə qarşılığı olmadığı üçün ekvi-

valentsiz leksika adlandırılır. Məsələn, korrido, sari, vendetta, tənbur, lira və s. kimi sözləri 

misal göstərmək olar. 

2.  Varvarizmlər-mənbə dilin qrafikası ilə yazılan, onun fonetik xüsusiyyətlərini özündə 

saxlayan, yəni mənbə dildə  səsləndiyi kimi işlədilən və  mənası geniş xalq kütləsinə aydın 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə