Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə32/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   28   29   30   31   32   33   34   35   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

833



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

larının qəbul etdiyi bəzi nöqsanlar var idi ki, burada onları xatırlamaq lazımdır. Bunlar bəzi 

şeirlərdə musiqi duyğusunun kasadlığı, poetik dilin vulqarizm və bayağılıqla korlanması, müb-

həmlik və qapalılıq ucbatından bədii təsir gücünü itirməsi,  ərəb cəmiyyətinə  və onun ədəbi 

irsinə bağlılıqdan məhrum olması, real fərdi-psixoloji sarsıntılar, iztirablar keçirmədən Qərb 

poeziyasının kor-koranə təqlidi və s. nöqsanlar idi. 

 

 

FOLKLOR TƏRBİYƏ MƏKTƏBİ VƏ KÖKƏ                                           

QAYIDIŞ VASİTƏSİ KİMİ 

 

Xankişi MƏMMƏDOV 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı) 

xankishi.memmedov@mail.ru 

AZƏRBAYCAN 



 

Bilgə Kağanin “Ey türk, özünə qayıt! Sən özünə qayıdanda böyük olursan!” fikri hər bir 

türkün həyat amalı olmalı  və bu prinsipə  hər kəs öz fəaliyyətində maksimum çalışıb  əməl 

etməlidir. Həmin fikri xatırladıram: "Qədimliyimiz zənginliyimizdir. Babalarımız bizdən də 

ruhlu, bədii zövq sarıdan hədsiz zəngin idilər. Bu səbəbdən də folklorumuzun orta məktəb-

lərimizdə (qlobal şəkildə götürsək - təhsildə -X.M.) daha geniş və ardıcıl səviyyədə öyrənil-

məsinə ehtiyac var. Elə etməliyik ki, yenə də əvvəlki kimi analar yeni doğulan körpələrini şirin 

layla üstə böyütsünlər. Bunsuz millətimizin gələcəyinin sözün əsl mənasında yaranması müm-

kün olmayacaq". Odur ki, folklorun öyrənilməsi prioritet məsələ olmalı, nəsillər arasında mə-

nəvi bağlılığın uğurla inkişaf etdirilməsi üçün xalqın mənəvi kamilləşməsində  əvəzsiz rolu 

olan folklor motivlərindən dəyərincə istifadəyə çalışılmalıdır. Əslində bu həm də təhsilverənin 

borcudur. Folklorun öyrənilməsi prosesində etnopedaqoji nümunələrdən geniş istifadə etmək-

lə  təhsilalanların mənəviyyat bütövlüyünün təmin olunmasına xüsusi diqqət ayrılmalıdır. 

Çünki mədəniyyətlə və mənəvi normalarla səsləşmədən, şəxsiyyətin formalaşdırılması prose-

sindən danışmaq yersiz olar. Axı folklor xalqın mənəvi sərvətinin, onun mədəniyyətinin 

tərkib hissəsi olmaqla, həm də xalq pedaqogikasının tarixi salnaməsidir. Nəhayət, bu həm də 

türkün sabahıdır. Odur ki, həm tariximizi həm də dilimizi öyrənmək baxımından  “dağlardan 

axan və yer altından süzülüb gələn bulaq sularını” xatırladan folklorumuzun sistemli şəkildə 

araşdırılması, öyrənilməsi və  gələcək nəsillərə çatdırılmasına böyük ehtiyac var.  Niyə axı 

gələcək nəsillərimiz bu bulaqdan içib ondan güc və dərs almasın?Bir də ki, folklor tükənməz 

enereji mənbəyidir. Belə olmasaydı, folklordan bəhrələnərək M.Rzaquluzadənin “El gücü”, 

Səhəndin “Sazımın sözü”, Anarın “Dədə Qorqud”u, N.Xəzrinin “Burla xatun”u və s. kimi 

dəyərli əsərlər yazılmazdı. 

Biz  ədəbiyyatı  həm də ona görə öyrədirik ki, uşaqlarımızın intellekt qabiliyyətlərini 

inkişaf etdirək (intellekt qabiliyyətini təkcə  dəqiq elmlər öyrətmir). Odur ki,  folkloru  əvəz 

olunmayan ədəb və tərbiyə məktəbinə bənzədirlər. O da məlumdur ki, hər kəsə onun elminə, 

ədəbinə, mərifətinə, tərbiyəsinə, ümumilikdə götürsək, ağlına və səviyyəsinə görə qiymət ve-

rirlər. Nə yaxşı ki, türk milləti bu göstəricilərə görə dünya millətləri içərisində yüksək nüfuza 

malik olanlar sırasındadır.  

Müasir təhsil sistemi tərəflərinin nisbəti müxtəlif olan çoxbucağı üzərində qurulmuş 

mürəkkəb bir sistemə  bənzəyir. Bu çoxbucaqlının tərəflərinin hər biri insanlarda böyüklərə 

hörmət, düzlük, əməksevərlik, Vətənə məhəbbət, vətənpərvərlik, dostluq, ədalət, təvazökarlıq, 

xeyir,  şər, həmrəylik, humanizm və bu kimi müəyyən təsəvvür və anlayışları ifadə edir ki, 

onlar haqqında ilkin məlumatlar məhz folklor janrlarının anası hesab olunan bayatılardan, 

laylalardan, tapmacalardan, atalar sözü və məsəllərdən və digər folklor nümunələrindən başlayır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

834



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Mətləbə keçmək üçün yola körpünü“Kitаbi-Dədə Qоrqud”dan başlayaq. “Kitab”da türk 

təfəkkürünün Allaha inamı, tanrının birliyinə şükr qıldığı, ən çətin işlərin belə Allahın köməyi 

ilə  həll olunduğu, döyüşdən qabaq oğuz igidlərinin namaz qılması, abdəst almaları, üzlərini 

yerə qoymaları Allahsız heç bir işin keçinmədiyinin bariz nümunəsidir. Allaha inamla bağlı 

“Kitab”da çoxlu atalar sözü verilmişdir: “Allah, allah diməyincə  işlər oŋmaz”, “Qadir təŋri 

verməyincə ər bayımaz”, “Təkəbbürlük eyləyəni təŋri sevməz”, “Əcəl vədə irməyincə kimsə 

ölməz” və s. Bütün bu paremiləri yerində işlətmək son dərəcə zəruridir. Əgər biz zəngin folklor 

nümunələrini yeni nəsillərə çatdıra bilsək, onların qəlbində millətə, dilə məhəbbət oyada bilsək, 

vətənpərvərlik ruhu aşılaya bilsək, onda intellektimiz, deməli, həm də  uğurlarımız qaçılmaz 

olacaqdır. 

Vətənpərvərliklə bağlı “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənin sev-

məyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz”, kollektivçiliklə bağlı

 

 “El bir olsa-dağ 



oynadar yerindən”,köməyə ehtiyacı olanlara əl tutmaq, kimsəsizlərin qayğısına qalmaqla bağlı 

"Əl tutanın  əlindən tutarlar”,düşmənə qarşı amansız olub qəhrəmanlıq, mübarizlik ruhu ilə 

bağlı “Ağ ciyər olma, ər ol, ər!”, böyüklərə, ataya-anaya, doğmalara hörmətlə bağlı “Böyük-

süz evdə xeyir-bərəkət olmaz”, əmək tərbiyəsi ilə bağlı  ”Allah tənbəli sevməz”,ağıla, elmə, 

biliyə  qiymətlə bağlı "Avara adam kordur”, yalançılıq  və doğruçuluqla bağlı “Doğruya zaval 

yoxdur”, zamanla bağlı "Vaxtını itirən bəxtini itirər”,  səbrlə bağlı "Səbr ilə halva bişər ey qora 

səndən, bəsləsən atlas olar tut yarpağından”, “Səbirli insan heç vaxt peşman olmaz”, kimi ata-

lar sözünə şərh vermək bizcə artıqdır. Səbirlə bağlı ədəbiyyatda rast gəlmədiyimiz bir el deyimi 

də var: “Düşməndən qırx ildən sonra qisas aldım, baxıb gördüm ki, deyəsən bir azca tə-

ləsmişəm”. 

Göründüyü kimi, insanların ağıllı, düşüncəli olması, onların intellekt qabiliyyətinin in-

kişaf etdirilməsi, bir sözlə, mənəvi cəhətdən zəngin olmasının yeganə yolu folklordan keçir. 

Bu yol riyaziyyatla poeziyanın, folklorun qoşa öyrənilməsi baxımından da maraq kəsb edir. 

Bütün bunlar isə xalqın ruh yaddaşına və tarixinə olan hörmət və etiramla bərabər, folklorun 

nə qədər praktiki əhəmiyyətə malik olmasından xəbər verir. 



 

 

İ

SA HÜSEYNOVUN “İDEAL” ROMANINDA                                            

İNSANA FƏLSƏFİ YANAŞMA 

 

Sevil SƏFƏROVA 

Bakı Slavyan Universiteti 



sevil.seferova1@mail.ru 

AZƏRBAYCAN 



 

Bəşəriyyətin zirvəsi olan insana hələ  qədim zamanlardan bugünümüzə kimi müxtəlif 

aspektdən yanaşılmışdır. İnsanın daxili, mənəvi aləmi hər zaman diqqət mərkəzində olmuşdur 

və insana belə baxış tarixə Sokratın adı ilə düşmüşdür. Sokrat insanın daxili aləmini, keçirdiyi 

hisslərini, duyğularını sevgisini əsas götürür və bununla da insanın mahiyyətini açır. Tarixə 

onun adı ilə düşmüş “özünü öyrən”, “mahiyyətini dərk et” anlamı insan haqqındakı sonrakı 

təsəvvürlərə  cığır açmışdır. Sokratdan sonra Platon və Aristotelin də insanla bağlı  fəlsəfi 

fikirləri maraq doğurur. Demakritlə  Platon da insanın mənəvi aləmini əsas götürür. Fəlsəfə ilə 

yanaşı  ədəbiyyatın da əsas problemi insandır. Hələ  qədim zamanlarda, xüsusilə Azərbaycan 

ədəbiyyatında fəlsəfə və ədəbiyyat birgə fəaliyyət göstərirdi. Xəqaninin, Nizaminin, Nəsimi-

nin, M.Füzulinin və s. yaradıcılığında insana ədəbi-fəlsəfi baxış vəhdət təşkil edirdi. Ədəbiy-

yatımızın sonrakı inkişafında bir çox yazıçılarımızın yaradıcılığında da bu cəhət özünü göstə-

rir. Xüsusilə, İsa Hüseyinovun yaradıcılığında bunu aydın şəkildə müşahidə etmək mümkün-

dür. Onun fəlsəfi ideyaları “İdeal” əsərində daha qabarıq şəkildə özünü göstərir. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə