Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə29/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   25   26   27   28   29   30   31   32   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

827



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

inkişafında böyük xidmətləri olan, xalqın maariflənməsi, mədəniyyətə, elmə qovuşması yo-

lunda əlindən gələni əsirgəməyən  H.Z.Tağıyev barədə həqiqətləri oxucuya çatdıran publisis-

tik məqalələrin araşdırılması bu baxımdan  əhəmiyyətlidir. Belə yazılar sırasında “Azərbay-

can” jurnalının müxtəlif saylarında nəşr olunan Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə gö-

rüş”, Teyyub Qurbanın “Hacı Zeynalabdin Tağıyev: Ömür boyu və yubiley yaşında” adlı pub-

lisistik məqalələri dayanır.  

Jurnalist Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə görüş” müsahibəsindəki respondent 

H.Z.Tağıyevin son dəqiqələrinə kimi yanında olan, onun qızı olduğuna görə sürgünlər, 

məhrumiyyətlər, məhbəslər taleyi yaşamış, gözləri dünya işığından məhrum olan, ömrünün 

qoca çağlarını soyuq, təmirsiz mənzilində güzəranını keçirən, yüksək mədəniyyətli, ziyalı 

qadın Sara xanım haqsız yerə görə itirilmiş  vətəndaşlıq hüquqlarının bərpasını  tələb edirdi. 

Müsahibədə H.Z.Tağıyevin  şəxsiyyəti onun ömür yoluna canlı  şahidlik etmiş Sara xanımın 

şəxsi retrospeksiyası (keçmişə qayıdış) ilə aydınlaşır. Bu müsahibədə reportyor respondentlə 

heç bir konfliktə girmədən məntiqi suallarla onun söylədiklərini doğru qəbul edir, ilk savadlı 

azərbaycanlı qadınına, xalqımızın böyük iftixar sahibinin qızına göstərilən biganəliyə görə 

təəssüflənir, bəzən qarşı  tərəfin halına acıyaraq öz emosional münasibətini də bildirməkdən 

çəkinmir.: “Onun bircə arzusu var: nahaq yerə, heç bir sənədsiz-sübutsuz işdən götürülməsini 

lazımı idarələrin nəzər-diqqətinə çatdırmaq və ədalətin təntənəsinə nail olmaq”. H.Z.Tağıye-

vin itirilmiş adının bərpası  uğrunda böyük əzmkarlıqla mübarizə aparan Sara xanımın 

müsahibəsində atası haqqında elə məntiqi ardıcılıqla, ürəkdolusu bəhs açır ki, sanki müsahibə 

oxucunun nəzərində vahid süjet ətrafında cərəyan edən milyonçu, messenant H.Z.Tağıyev 

romanını xatırladır.  

H.Z.Tağıyev  şəxsiyyətini ictimaiyyətin diqqətinə çatdıran, onun barəsində yazılanları 

saf-çürük edib analitik təhlil süzgəcindən keçirən Teyyub Qurbanın “Hacı Zeynalabdin 

Tağıyev: Ömür boyu və yubiley yaşında” məqaləsində isə publisisti 2 problem düşündürür: 

H.Z.Tağıyevin təvəllüdünün Azərbaycan Sovet Ensiklopediyasında yanlış göstərilməsi və 

onun müstəsna fəaliyyətini təhrif olunaraq ləkələnməsi; müstəqillik illərində H.Z.Tağıyevin 

layiq olduğu dəyərin verilməməsidir. Məqalədə  bəzən publisistin ədalətin xilafına çıxanlara 

qarşı əsaslı dəlillər gətirərək H.Z.Tağıyev barədə yazılan çirkin iftiraları təkzib etməsi, hətta 

onlara qarşı münasibətdə haqlı qəzəb və hiddəti də duyulmaqdadır.  

Ümumiyyətlə, “Azərbaycan” jurnalının müxtəlif saylarında nəşr olunan hər iki məqa-

lədə H.Z.Tağıyevin həyatı, Azərbaycan tarixindəki misilsiz xidmətləri barədə zəngin məlumat 

verilmiş, onunla bağlı yalnış təsəvvürləri inkar edilmiş, konkretlik, ünvanlılıq, ümumiləşdir-

mələr sayəsində onun obrazı və taleyi dəqiqliklə səciyyələndirilmişdir.  

 

 



ƏDƏBİYYATDA BƏDİİ XARAKTER PROBLEMİ 

(ANARIN “İZTİRABIN VİCDANI” HEKAYƏSİ ƏSASINDA) 

 

Lalə KƏRİMOVA 

Bakı Slavyan Universiteti 



lalakerimova88@gmail.com 

AZƏRBAYCAN 



 

Ədəbiyyatda insanın mənəvi-psixoloji aləmi fərdi bədii obraz vasitəsilə tədqiq olunur. 

Burada hər bir təfərrüat özlüyündə dəyərli olmaqla yanaşı, həm də obrazın xarakterini inandı-

rıcı göstərməyə xidmət edir. Obraz fərdi cizgiləri ilə xarakter səviyyəsinə qalxır. Obrazla xa-

rakter bir-birini tamamlayan anlayışlar olsalar da, məxsusi mündəricələri ilə həm də biri digə-

rindən fərqlənir. Obrazla xarakterin bir-birini tamamlamaq və özlərini bütün cəhətləri ilə 

nümayiş etdirmək imkanı bədii əsərlərin janr formasından asılıdır. Məlum olduğu kimi, istər 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

828



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

obrazın, istərsə  də xarakterin bədii tarixi, formalaşma hüdudu konkret janr nümunəsi olan 

bədii  əsər vasitəsilə reallaşır, həm də hüdudlanır, çərçivələnir. Yəni bədii obraz və xarakter 

mənsub olduğu əsərin janrı ilə şərtlənir. Məsələn, obrazın roman həyatı ilə hekayə həyatı eyni 

deyil. Burada parametrlər, meyarlar müxtəlif olduğuna görə obraz və xarakterdə həm həcm, 

həm poetika və estetika, həm də mündəricə mənasında mühüm fərqlər var.  

Hekayənin janr tutumu süjetin, müvafiq olaraq qəhrəmanın obraz və xarakterini geniş 

səpkidə yaratmaq imkanı vermir. Hekayədə xarakterin mükəmməl işlənməsi dar mənadadır. 

Bununla belə həm dünya ədəbiyyatında, həm də Azərbaycan ədəbiyyatında hekayə tutumun-

da, onun "hüdudları" daxilində "kiçik", "adi" adamların kamil bədii xarakterləri yaradılıb. XX 

əsr Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı C.Məmmədquluzadə öz hekayə-

lərində Novruzəli ("Poçt qutusu"), Usta Zeynal ("Usta Zeynal") və s. kimi kamil bədii xarak-

terlər yaratdı.  Ədəbiyyatımızın çağdaş  mərhələsində bir çox istedadlı yazıçılarımız C.Məm-

mədquluzadə hekayə  məktəbindən bəhrələnərək böyük sənət uğurları qazanmışlar. Bunların 

arasında xalq yazıçısı Anar məxsusi fərqlənir. 

Anar nəsrin iri formalarında olduğu kimi, hekayələrində də həqiqəti bəşərin və planetin 

taleyi müstəvisində axtarır. Anar hekayələri sənətin məxsusi dəyərləri ilə əsl ədəbiyyat nümu-

nələridir və bunların hər biri ədibin yaradıcılığına yeni keyfiyyətlər gətirməklə bərabər, yeni 

Azərbaycan nəsrinin də hekayə biçimində kamilləşməsinə səbəb olurdu. Anarın hekayələri ona 

görə sevilir, seçilir ki, oxucu bu əsərlərdə yaxşını yamandan fərqləndirmək imkanı əldə edir.  

60-cı illərdən üzü bəri Azərbaycan  ədəbiyyatının inkişafı yolunda çalışan Anar yalnız 

povest, roman və dramlarında deyil, eyni zamanda bədii nəsrin kiçik forması olan hekayələ-

rində də ciddi mənəvi problemlər qaldıraraq onları bədii sənətkarlıqla göstərə bilmişdir. "Ke-

çən ilin son gecəsi", "Bayram həsrətində", "Asılqanda işləyən qadının söhbəti", "Zəncir", "Taksi 

və vaxt", "Gürcü familiyası", "Mən, sən, o və telefon", "Yaxşı padşahın nağılı" və s. ciddi üs-

lubda yazdığı hekayələri onun milli-əxlaqi düşüncələrini, qənaətlərini özündə  əks etdirmiş 

yüksək bədii sənət nümunələridir.  

İlk hekayələrin 50-ci illərin sonlarında yazılmasına baxmayaraq nəsrimizin indiki 

səviyyəsi ilə müqayisə edildikdə  də yüksək görünür. Anar hekayələri qəhrəman və xarakter 

baxımından yeni nəsrin yaradıcılıq problemləri ilə  sıx bağlıdır. Anar hekayələri yeni nəsrin 

insan haqqında, onun qayğı  və iztirabları, problemləri və istəkləri barədə konsepsiyası ilə 

vəhdət təşkil edir. Bu baxımdan  ədibin 1958-ci ildə yazıb bir çox məlum səbəblərdən 

sandıqda saxladığı, otuz ildən sonra çap etdirdiyi "İztirabın vicdanı" hekayəsi məxsusi maraq 

doğurur. Hekayə repressiya qurbanları mövzusuna həsr olunub. Otuzuncu illərdə totalitar 

rejimin cəza aparatında işləmiş və özü də sonralar bu sistemin qurbanına çevrilmiş bir şəxsin 

etirafları üzərində qurulmuş hekayənin məzmunu dəhşətli əhvalatlardan ibarətdir. Ağır günah-

lar işlətdiyinin iztirabını çəkən, vicdan ağrısı ilə qovrularaq əməllərini etiraf edən bu adamın 

daxili sarsıntıları, mürəkkəb, çarpaşıq hiss və düşüncələri iç məzmunundan xəbər verir. 

Burada xarakter qəhrəmanın zahiri görüntülərinin deyil, səmimi daxili etirafları hesabına 

"kəşf edilir". Tanımadığına müdhiş etiraflar edən "qəhrəmanın" ilan kimi qabıqdan çıxması, 

özünü gah oyun qurbanı, gah da cani-NKVD işçisi kimi təqdim etməsi, rabitəsiz danışığı 

keçirdiyi hiss və həyəcanlarını məntiqi müstəviyə yönəltməkdə çətinlik çəkdiyini göstərir.  

Yazıçı cinayət əməllərini total şəkildə həyata keçirən şər qulluqçularından birinin daxili 

mahiyyətini anlatmaq üçün onun izahlarına, özünüaçmalarına geniş yer verir. İndi vicdanın 

səsinə qulaq asmaq məcburiyyətində qalan repressiya icraçısı özünün o zamankı halını belə 

izhar edir: "Aldanırdım" demək istəmirəm. Biz çoxumuz elə o vaxt bilirdik ki, bu, müəyyən 

fərdlərin vəhşi  şıltaqlıqlarıdır, məfkurə-zad məsələsi deyil. Vicdan? Mən,  əlbəttə, vicdansız 

deyildim. Amma vicdanımla belə sövdələşmişdik: sən mənə dəymə, mən də sənə".  

Hekayənin başlıca ideyası ondan ibarətdir ki, insan günah işlədirsə, hakimiyyət kütləvi 

qırğınlara qərar verirsə, nə vaxtsa mütləq ona cavab verməlidir.  




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə