Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə27/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   23   24   25   26   27   28   29   30   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

823



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“Kafamda bir tuhaflık” Orxan Pamukun ən realist romanıdır. Reallığın bədii təcəssümü 

ənənəvi təhkiyə  və  təsvir sərhədlərinə  sığmır. Pamuk qələminə  məxsus rəngarəng, 

əvəzedilməz ab-hava başqa romanlarla müqayisə edilməyəcək qədər oxucunu özünə bağlayır.  

Orxan Pamuk romanlarına xas qəribəlik, fərqli ifadə  tərzi, oyunbazlıq halları  ədəbiyyatdakı 

əyləncə metoduna xidmət edir. Bəs, əyləncə anlayışı nədir? Əvvəla, onu qeyd edək ki, əyləncə 

sözünün lüğəvi mənası “Ürəyi  əyləndirəcək, könlü açacaq şey,  əylənmək üçün vasitə”dir. 

Ədəbiyyatda  əyləncə anlayışı isə oxucunu mətnə bağlamaq üçün müəyyən, metod və 

vasitələrdir. Bildiyimiz kimi XX yüzilin 60-cı illərindən etibarən cəmiyyətin bütün sahələ-

rində sürətli dəyişmə, qeyri-sabitlik təzahür etməyə başladı. Qısacası, fransız filosof Lyotarın 

“postmodern vəziyyət” adlandırdığı sənaye sonrası çağın yenilikləri ədəbiyyata da öz təsirini 

göstərdi.  

“Kafamda bir tuhaflık” romanının  ən böyük uğuru təsvir və  təhkiyədəki dolğun, 

çoxsəsli, dinamik və  qəribə (tuhaf)  ifadə  tərzidir. Romanda yazıçının  müşahidəsi, həyata 

baxışı  və mövqeyi təhkiyənin predmeti olan İstanbulun, Mövludun həyatının təsvirində öz 

əksini tapır. Pamuk ilk romanı “Cevdet bəy və oğulları”ndan “Kafamda bir tuhaflık”a qədər 

klassik təhkiyyədən fərqlənən  modern və məxsusi nəql etmə üsulundan istifadə edir. Bu cür 

təhkiyyənin klassik təhkiyyədən fərqi ondadır ki, oxucu əsərdəki hadisələrin qurama olduğunu 

bilir.  Ancaq təhkiyəçi o qədər orqanik şəkildə nəql edir ki, roman böyük marağa səbəb olur. 

“Kafamda bir tuhaflık”  ın  ilk baxışda quramaçılıqla ifadə edildiyi düşünülə bilər. Lakin 

yazıçının ədəbi oyunbazlığı oxucunu hadisələrin gerçəklik sehri ilə ovsunlayır. Nümunə üçün 

roman belə başlayır: “Bu, boza (buğdadan hazırlanan, tərkibində az miqdarda spirt olan  və 

qışda içilən içki növü) və qatıq satıcısı Mövlud Qarataşın həyatının və xəyallarının hekayəsi” 

(Yapı Kredi Yayınları, Orhan Pamuk, “Kafamda bir Tuhaflık”, 480 səh, səh 15)  Elə ilk cümlə 

oxucuda maraq oyadır. Daha sonra yazıçı Mövludun fiziki görkəmi, xarakteri və bütün həyatı 

haqqında bir neçə cümləlik yığcam məlumat verir. Bu qısa məlumat o qədər maraq oyadır ki, 

451 səhifəlik romanı oxumaq oxucuya ağır gəlmir. Pamuk romanın  proloqu sayılan “Mövlud 

ilə Rayiha Qız qaçırmaq çətin iş” adlı hissədə    əsərə hadisələrin ortasından başlayacağını, 

Mövludun Rayihanı qaçırdığı (1982) ildən 4 il əvvəl əmisi oğlu Qorqudun (Rayiha Qorqudun 

baldızıdır) toyunda gördüyünü, 3 il fasiləsiz Rayihaya (gözlərinə) məktub yazdığını və gözəl 

Rayihanın onu qəbul etməsinə çox sevindiyini nəql edir. Mövlud əmisi oğlu Süleymanın 

köməyi ilə Rayihanı qaçırır və roman bu səhnədə kulminasiya nöqtəsinə yüksəlir: “...  şimşək 

çaxdı, bütün göy üzü, dağlar, qayalıqlar, ağaclar, hər yer bir an uzaq xatirələr kimi 

aydınlandı... Həyatıboyu bu anı, bu qəribəlik duyğusunu çox tez – tez xatırlayacaqdı” (səh 18)  

Bu səhnədə aydın olur ki, Mövludun qaçırdığı  qız Rayiha deyil,  əslində Rayihadır, ancaq 

Mövludun 3 il məktub yazdığı Rayiha deyil. Proloq belə tamamlanır: “... Rayihaya qarşıdakı 

adaları göstərdi. Bir gün mütləq adalara gəzməyə gedəcəklərdi. Amma bunu Rayihanın qısa 

həyatıboyunca bir kərə olsun edə bilmədilər” (səh 24) Romanın proloqunu Pamukun “saf  və 

düşüncəli romançı” fikrinin bədii – estetik inikası adlandırmaq olar.  

Romanın təhkiyəsindəki əyləncəvilik metodlarından biri də çoxsəslilikdir. Əsər müəllif 

tərəfindən nəql edilməklə yanaşı  fərqli – fərqli obrazların dilindən danışılır və  rəngarəng 

xarakterlərin ifadə  tərzi ilə qarşılaşırıq. Obrazların istifadə etdiyi kəlimələrdən davranış  və 

hərəkətlərindəki detallara qədər fərqlilik nəzərə çarpır. Hər bir insan öz baxış bucağından 

hadisələrə münasibət bildirir. Yalnız, Mövludun başına gələn hadisələr müəllif tərəfindən 

ifadə edilir. Çünki Mövludun həyatı  təsvir və  təhkiyənin  əsas obyekti kimi inikas olunur. 

Qəhrəmanın həyatı digər obrazların həyatı ilə müəyyən məqamlarda kəsişir. Bu cür kəsişmə 

digər obrazların mənəvi və əqli yöndən simasını əks etdirir. 

Tezisimizdə bu nəticəyə  gəlmək olar ki, Orxan Pamuk əyləncə metodları vasitəsi ilə 

Mövludun həyatı  əsasında insanın öz mənəvi saflığını qoruya bilməsinə  ədəbi  şərh verə 

bilmişdir. Dini, siyasi, ideoloji qruplaşmaların dünyadakı  mənəvi ekologiyanı  zədələməsi, 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

824



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

insanları bir – birinə düşman və  rəqib etməsini bədii sözlə  mənalandırmağı bacarmışdır. 

Mövludun həyatı  həm də xoşbəxtlik nədə  və kimdədir?! – sualına cavab verir. Xoşbəxtlik 

insanın bilmədiyi mətləblərdə gizlənmiş ola bilər. Necə ki, Mövludun xoşbəxtliyi ilk baxışda 

aşiq olduğu gözəl Samihada deyil, çirkin amma qayğı  və sevgi dolu Rayihadadır,  İstanbul 

küçələrində öz halal alın təri ilə satıcılıq etməyindədir. Müəllifin roman vasitəsi ilə demək 

istədiyi bir çox mətləbləri və əsərdəki əyləncə metodlarını daha geniş şəkildə “Kafamda bir 

tuhaflık” romanı haqqında növbəti yazımızda – məqaləmizdə əsaslandırmağa çalışacağıq. 

 

 

“KİTABI-DƏDƏ QORQUD” DASTANINDA ŞAMANİZM İZLƏRİ 

(İNGİLİS ŞƏRQŞÜNASLARININ TƏDQİQATLARI ƏSASINDA) 

 

Rəbiyyə ŞAMIYEVA 

ADU 


rabiyyash@mail.ru 

AZƏRBAYCAN  

 

“Kitabi-Dədə Qorqud” dastanlarında islamiyyətdən çox-çox əvvəlki illərin izlərini 



özündə ehtiva edən bir çox məqamlar vardır ki, bunlar evlənmə, ad vermə, ölüm və digər mə-

rasim və adətlərin təsvirində aydın şəkildə əks olunmuşdur. Dastanda əsas şamanizm motiv-

lərinə əsaslanan su, agac, dağ kultu, qurd totemi, müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmış 

hələ də araşdırma mənbəyi kimi diqqəti cəlb etməkdədir. 

“Kitabi-Dədə Qorqud” eposunu ingiliscəyə çevirən ingilis alimi Ceffri Lyuis bu dastan-

dakı islam koloritinə  rəğmən  əsərdə islama qədərki türk inanclarının hökm sürdüyü şaman 

izlərinin olduğunu vurgulayır: ‘The dying Beyrek (Chapter 12) asks for his horse’s tail to be 

cut off.’ (“ Ölərkən Beyrək (Fəsil 12) atının quyruğunun kəsilməsini xahiş edir”.) Hər fəsildən 

gətirdiyi sitatlarla fikrini əsaslandırmağa çalışan müəllifin qənaətincə, türk dəfn mərasimlə-

rində üz cırma, sac yolma, qəhrəmanın atının quyruğunun kəsilməsi, döyüşdə fərqlənməyənə 

qədər oğlan uşaqlarına ad verilməməsi və s. bu kimi misalların islam dəyərlərindən uzaq, şa-

manizm izlərinin təzahürü kimi qəbul edilməsi tamamilə məntiqə uyğundur. 

“Dədə Qorqud Kitabı”nı ingiliscəyə tərcümə edən digər tədqiqatçı Paul Mirabil kitabın 

əvvəlində yazdığı ön sözdə bu dastanı “arxeoloqların limanı” adlandırır. O, dastanda bir-birini 

inkar etməyən iki dini baxışı, müxtəlif materialdan ibarət bir cüt laya bənzədərək bu möh-

təşəm sənət abidəsini, türk dünyasının  ədəbiyyat günəşini, dini-tarixi baxımdan xarakterizə 

etməyə çalışmışdır. O, qatlardan birini şamançılığa, digərini isə islama bənzədir.  

P. Mirabil şaman qatının oxucunu geriyə, şaman adətlərinin Altay xalqları arasında daha 

güclü olduğu Altay dağlarına apardığını qeyd edir. Müəllif dastandakı konkret misallara isti-

nad edərək buradakı islam motivləri ilə şamançılıq motivlərini qarşılaşdırır və dastandakı isla-

mi “forma”nın ruhunun şamançılığı yaşatdığını israrla qeyd edir: “Doğrudur, kitabda yazılır ki, 

bu igid cəngavərlər (qazi, ərən) Məhəmməd peyğəmbər üçün vuruşurlar. Bununla belə, əgər 

dastandakı “forma” islami təsir bağışlayırsa, onun “ruhu”şamançılığı yaşadır”. 

P. Mirabile görə dastandakı cəngavərlər də karvan kimi gəlib gedir və ilahi bir istək onları 

əcələ doğru aparır ki, bu zaman “bu Allahın və ya Allahların işi deyildir” deməyə ehtiyac du-

yulmur. 


Şaman üçbucağının “Dədə Qorqud kitabı”nın ruhunu təşkil etdiyini qeyd edən P.Mirabil 

dastanda dağlara, sulara, ağaclara edilən yalvarışların, onların yaradanlara olan ehtiramlarının 

rəmzləri hesab edir. 

“Dədə Qorqud kitabı” nda mədh edilən ölümün üzdə xanlar naminə olsa da əslində 

allahlar üçün həyata keçirildiyini  qeyd eən P. Mirabil elə bu səbəbdən də şaman türklərinin 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə