III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
821
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNİN FRAZEOLOGİYASINDA
“ÜRƏK” LEKSEMİNİN YARATDIĞI TEMATİK QRUPLAR
Elnarə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mamedova.elnara@lenta.ru
AZƏRBAYCAN
Ürək qan dövranı sisteminin mühüm orqanıdır. O, həyati əhəmiyyətə malik olan orqan-
lardan biridir, bəlkə də insanın fəaliyyətini bir ömür boyu hiss etdiyi yeganə daxili orqandır.
Ürək insanın emosional və mənəvi həyatında, onun xarakterik və şəxsi keyfiyyətlərində
məsuliyyət daşıyır. Ürək duyğular və hisslər məkanıdır (ürəkdə sevgi yarandı-в сердце
вспыхнула любовь), hafizə və yaddaş ürəklə bağlıdır (ürəyindən çıxarmaq-изгнать из
сердца, ürəyindən atmaq-выбросить из сердца, ürəyindən qoparmaq-вырвать из сердца),
intuisiya mərkəzidir (ürəyimə damır-сердце чует, ürəyin səsinə qulaq asmaq-сердце
подскажет, ürəyin səsi-голос сердца, ürəyindəkini oxumaq-читать в сердцах), həm də bir
xəzinədir (ürəyinin açarı-ключи от сердца, ürəyində saxlamaq-хранить в сердце). Ürək
həm tanrı ilə əlaqə yaradan orqan (ürəyində Allah sevgisi olmaq-жить с Богом в сердце),
həm də qara qüvvələr, günah mənbəyidir (ürəyi daşa dönmək-сердце стало как камень).
“Ürək” leksemi istər Azərbaycan, istərsə də rus dilinin frazeoloji birləşmələrində fəal
işlənmə dairəsinə malik olub aşağıdakı tematik qruplar yaradır:
1. İnsan hisslərinin və halının müxtəlif çalarlarını ifadə edən frazeoloji birləşmələr.
Bunları iki yarım qrupda birləşdirmişik: müsbət və mənfi çalarlı frazeoloji birləşmələr.
Müsbət məna çalarına malik frazeologizmlər əmin-amanlıq (ürəyindən yük götürülmək-
камень с сердца свалился, ürəyi yerinə gəlmək-отошло от сердца), sevinc (ürəyi açılır-
сердце радуется), zövq (ürəyinə yağ kimi yayılmaq-как маслом по сердцу), qürur (ürəyi
köksünə sığmamaq-сердце не вмещается в груди) ifadə edir. Mənfi məna çalarına malik
frazeologizmlər say etibarilə üstünlük təşkil edib, təşviş-həyəcan (ürəyi yerində durmamaq-
сердце не на месте, ürəyi səksəkədə olmaq-сердце колотит, az qala ürəyi dayansın-сердце
замирает), iztirab (ürəyi sızlamaq-кошки на сердце скребут, ürəyi od tutub yanmaq-сердце
горит, ürəyi qan ağlamaq-сердце кровью обливается, ürəyi ağrayır-сердце болит, ürəyi
partlayır-сердце перевертывается, ürəyi çatlayır-сердце разрывается), qorxu (ürəyi ağzına
gəldi-сердце упало, ürəyi ayağının altına düşdü-сердце в пятки ушло, ürəyi yerindən
qopdu-сердце оборвалось, ürəyi titrəyir-сердце дрожит, ürəyi tık elədi-сердце екнуло)
kimi hisslər ifadə edirlər.
2. Cəmiyyət içində insanın davranışını xarakterizəedən frazeologizmlər. Bunlardan bir
qrupu müsbət məna çalarları əmələ gətirib səmimiyyət (ürəyini açmaq раскрыватьсердце,
ürəyinin qanı ilə yazmaq-писать кровью сердцa), məharət (ürəyini almaq-завоевывать
сердце, ürəyinə yol tapmaq-находить доступ к сердцу, ürəyini fəth etmək-покорять
сердце), şəfqət (ürəyinə basmaq-прижимать к сердцу) ifadə edir. Digər qrup
frazeologizmlər arzuolunmaz davranış və hərəkətləri ifadə edir: kobudluq (ürəyini qırmaq-
разбить сердце, ürəyinin başından vurmaq-уколоть в самое сердце, birisinin ürəyinə
dəymək-затрачивать сердце, ürəyinə bıçaq sancmaq-вонзать острый нож в сердце, как
ножом по сердцу, ürəyini sındırmaq-разбивать сердце, ürəyindən yaralamaq-ранить в
самое сердце, ürəyinə ox sancmaq-пронзать сердце), hirs-qəzəb (ürəyində yığdığının
hamısını demək-говорить все, что на сердце накипело), üzüntü (ürəyini üzmək-сокрушать
сердце), hiyləgərlik (ürəyinə nəzər salmaq-заглядывать в сердце, ürəyinin içinə girmək-
залезать в сердце), həyəcan-təşviş (ürəyinə xal salmaq-западать в сердце).
3. İnsanın ətraf-aləmə münasibətini göstərən frazeologizmlər. Bunlar da müsbət və mən-
fi məna çalarları daşıyırlar. Müsbət mənalar ifadə edən frazeologizmlər hər hansı obyekt və ya
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
822
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
subyektə heyranlıq (ürəyində yer eləmək-обосноваться в сердце, ürəyində iz qoymaq-
запасть в сердце, ürəyində qalmaq-запечатлевать в сердце, ürəyindən xəbər verir-за сердце
берет, ürəyinə işləmək-хватать за сердце, ürəyinə toxunmaq-брать за сердце, ürəyinə düş-
mək-пасть на сердце), sevgi (ürəyində yaşamaq-жить в сердце, ürəyi məxsus olmaq-сердце
принадлежит, ürəyindən çıxmamaq-заседать в сердце, ürəyi məşğul olmaq-сердце занято)
ifadə edirlər. Digər frazeologizmlər isə əksinə, obyekt və ya subyektə qarşı narazılıq-şübhə
(ürəyimə yatmır, ürəyimdən xəbər vermir-не по сердцу), təəssüf (ürəyinə salmaq-брать к
сердцу, ağır bir yük kimi ürəyində qalmaq-лечь тяжелым бременем на сердце), laqeydlik
(ürəyini gen saxlamaq-не принимать близко к сердцу) bildirirlər.
4. İnsanın xarakterik xüsusiyyətlərini vurğulayan frazeologizmlər. Bu frazeologizmlər
insanın müsbət (qızıl ürək-золотое сердце, ürəyi yumşaq-мягкое сердце, əyilməz ürək-
неукротимое сердце, qızğın ürəkli-горячее сердце, böyük ürəyi var-большое сердце у
кого, в ком, ürəyi yumşaq-доброе сердце, ürəyi açıqdır-сердце на ладони) və mənfi (ürəyi
buza dönmək-сердце обросло мoхом, daş ürəkli-каменное сердце у кого, axmaq ürəkli-
глупое сердце, qırılmış ürək-разбитое сердце) tərəflərini əks etdirirlər.
5. Hərəkətin tərzini bildirən frazeologizmlər. Bunlar da müsbət (əlini ürəyinə qoyub-
положа руку на сердце,
ürəyinə yatan-по сердцу, ürək çırpıntısı ilə-с замиранием сердца,
təmiz ürəklə-с чистым сердцем, təmiz ürəkdən-от чистого сердца, ürək dolusu-от всего
сердца, açıq ürəklə-с открытым сердцем, ürəyinin başınadək-до самого сердца) və mənfi
(ürək ağrısı ilə-с болью в сердце, ürəyi yerindən düşmüş-с упавшим сердцем, ürək yanğısı
ilə-с тяжелым сердцем) məna çalarları ifadə edirlər.
Beləliklə, Azərbaycan və rus dillərinin frazeoloji birləşmələrində “ürək” leksemi emo-
sional hallar, hisslər, təfəkkür və insanlararası münasibətlərlə bağlı frazeoloji birləşmələ-rin
yaranmasında iştirak edir. Onun semantik xüsusiyyəti insan xarakterinin müsbət və mənfi
tərəflərini əks etdirməsindədir. Müqayisəyə cəlb olunan bu iki dildə “ürək” komponentli fra-
zeoloji birləşmələrin semantik və struktur cəhətdən bir-birinə bənzəməsini onların ortaq coğ-
rafiyaya, tarixə malik olması ilə izah etmək olar. Digər tərəfdən, insanlar dünyanın hansı nöq-
təsində olursa-olsun, onların hər birinin yaşadığı hisslər bir-biri ilə eyniyyət təşkil edir və dil-
də öz ifadəsini, xüsusilə, frazeoloji birləşmələrdə tapır.
ORXAN PAMUKUN “KAFAMDA BİR TUHAFLIK”
ROMANINDA ƏYLƏNCƏ METODU
Ülvi BABAYEV
Qafqaz Universiteti
ubabayev@qu.edu.az
AZƏRBAYCAN
Orxan Pamukun yeni romanı “Kafamda bir tuhaflık” İstanbulun son yarım əsrdəki tari-
xini səyyar satıcı Mövludun həyatı ilə paralel şəkildə əks etdirir. Sosial həyatın ən ziddiyətli
məqamları romanın mövzu dairəsini genişləndirir, küçə satıcısı Mövludun həyatı İstanbula,
İstanbul isə bütün ölkəyə - Türkiyəyə güzgü olur. Romandakı hadisələrin miqyas vüsəti və
dinamizmi gerçəkliyin bədii inikasına xidmət edir. Gündəlik həyatın çətinlikləri, sosial ziddi-
yətlər, məhrumiyyətlər Mövludun xarakterinin və mətnin məzmunundakı alt qatın açılması
üçün əyani vasitə olur. Sənətkar romanın əsas mündəricəsini obrazların həyatı ilə paralel şə-
kildə mənalandırır.
Yazıçının üslubu, nəql etmə üsulu, xarakter yaratma bacarığı, süjet rəngarəngliyi və ro-
manın ümumi poetikası əyləncə metodları ilə zəngindir. Tezisimizdə əyləncə metoduna aid
bir neçə nümunə göstərəcəyik.