Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə28/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   24   25   26   27   28   29   30   31   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

825



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qəhrəmanının ölümünə təntənəli şəkildə yas saxlamalarına toxunur. Heyvanların (erkək hey-

vanların) qurban verilməsi, qəhrəmanın atının kəsilməsi kimi ayin və mərasimləri şamanizm 

ənənələrinin bariz nümunəsi hesab etmək doğru olardı. Müəllif dastanda qurdun türk 

mədəniyyətində  ən hörmətlə yanaşılan heyvan olmasını “Oğuz-Kağan dastanından gətirdiyi 

bir misallarla sübut etməyə çalışır. Oguz öz düşməni Urum xanı axtararkən dağ qurdu ona 

müraciət edərək ona kömək etmək istədiyini bildirir. Qurd qəddar hökmdarı məğlub etmək və 

təhlükəli dağlarda yollarını tapmaq üçün türk xalqlarına kömək edir. Qurd toteminə ehtiram 

“Kitabi-Dədə Qorqud" dastanında da  özünün əksini tapmışdır: “Yedi bayırın kurtuna benzer 

yigitlerim”, “Kurt yüzü mübarəkdir” və s.  

Dədə Qorqudu mənsub olduğu xalqın nümayəndəsi kimi iki dini əxlaqı özündə  əks 

etdirən xarakter kimi qiymətləndirən P. Mirabil onun mühakimələrinin hibrid, ikiölçülü oldu-

ğunu qeyd edir: Öz xanına “Kanatlarının ucu kırılmasın” deyərkən, gah şamanist mərasimlər 

icra edir, gah da xanın və atasının ruhları xatirinə Allaha dua edir”. 

Dədənin mürəkkəb xarakterini bu dastanların mahiyyəti ilə əlaqələndirən tədqiqatçı əs-

lində heç bir analizin olmadığını, bu ikili inanc sisteminə malik dastana dair qəti hökm vermə-

yin mümkünlüyünü inkar edir. Bizim fikrimizcə tədqiqatçı özü bu dilemma qarşısında  tərəd-

düd etməkdədir. 

 

 

TƏSVİRİ SƏNƏTDƏN İLMƏLƏR ALƏMİNƏ: POETİK SÜJETLİ 

MİNİATÜR ƏSƏRLƏR XALÇA NÜMUNƏLƏRİNDƏ 

 

Altun MİKAYILLI 

AMEA Nizami Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyi 



altun8580@gmail.com 

AZƏRBAYCAN 

 

Xalq sənətlərinin ən geniş yayılmış növü -Azərbaycan xalqının məişətində özünə möh-



kəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış element-

ləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə 

yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni 

zamanda yüksək estetik əhəmiyyət kəsb edir. Xalça sənəti özündə ölkənin təbiətini, tarixini və 

həyat tərzini  əks etdirir. Azərbaycan xalqı tərəfindən sevilən bu sənət növü əsrlərlə nəsldən 

nəslə qayğı ilə verilmişdir. Onun naxışlarının dili, kaloriti hər kəsə yaxın və aydın olmuşdur. 

Naməlum sənətkarlar bədii kamilliyi ilə indi də sevilən, təəcübləndirən nadir xalçalar yarat-

mışlar. Çoxsaylı kompozisiyalı və zəngin ornamentli motivləri olan xovlu xalçalar  xüsusi se-

çilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Bu üsul naxışlar, rənglər 

və süjetlərin ahəngi üçün geniş imkanlar açır. Bütün ətraf aləmin gözəlliyi, sənətkar məharəti 

və ilhamını özündə birləşdirən məhz bu xovlu xalçalar bu gün də öz aktuallığını qoruyub 

saxlayır. Bununla yanaşı Azərbaycan xalçasının estetik prinsipi “rəsmlərin” müstəvi həllində, 

şəkillərin ritmikasında, mərkəzi və  haşiyə hissələrə bölmə ənənəsində, elementlərin lakonik 

həndəsəsində öz əksini tapmışdır. Bütün bunlar öz növbəsində, forma, motiv və bədii ideya 

müxtəlifliyinə görə seçilir.  

Azərbaycan xalçaları  hər zaman toxunma prosesində yunun keyfiyyəti, boya kompo-

nentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə 

bir-birindən fərqlənmişdir. Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq 

xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.   

Orta əsr Azərbaycan rəssamları dünya incəsənəti xəzinəsinə daxil olan bir sıra dəyərli 

əsərlər yaratmışlar. Həmin dövrlərdə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

826



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

məhz miniatür sənəti olmuşdur. Azərbaycan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əla-

qədə inkişaf etmişdir. Antik mifologiya qədim yunan incəsənətinin mənbəyi olduğu kimi, klas-

sik  Şərq poeziyası da müsəlman, o cümlədən, Azərbaycan miniatür sənəti üçün tükənməz 

mənbə olmuşdur.        

Miniatürdə  əsas yeri həyat və reallıqla dolu məişət səhnəsinin təsviri tutur. Süjetli-

tematik kompozisiyalarda təsvir edilən şəxslərin simaları çox nadir hallarda konkretləşdirilirdi 

və  hər  şeydən  əvvəl mövcud qanunlarla şərh olunurdu. Rəssamı bir qayda olaraq ayrı-ayrı 

personajların fərdi cizgiləri,  ələlxüsus psixoloji ifadə qüvvəsi deyil, ümumi əhvali-ruhiyyə, 

hərəkətlərin, poza və jestlərin müxtəlifliyi, bütün orta əsr Şərq miniatür boyakarlığının əsasla-

rının  əsası olan dekorativlik, ifadəli xətlərin, rəng ləkələrinin ahəngdarlığı maraqlandırır.  

Bütün bunlarda, həmçinin çoxfiqurlu, mürəkkəb səhnənin kompozisiya qurumunda, memarlıq 

və mənzərənin təsvirində rəssamın məharəti, böyük sənətkarlığı hiss olunur. 

XIV əsrdən başlayaraq miniatür sənətinin xalçaçılığa,xüsusən də süjetli kompozisiyala-

rın traktovkasına təsiri müşahidə olunur. Bu təsir XVI əsrdə, qüdrətli Səfəvilər dövlətinin 

paytaxtı,Şərqin aparıcı  mədəniyyət mərkəzi olan Təbrizdə xalçaçılığa, xüsusən də süjetli 

xalçaların toxunmasına daha çox təsir göstərmiş Təbriz miniatür məktəbinin formalaşması ilə 

gücləndi. Bu məktəbin banisi ustad rəssam Sultan Məhəmməd olmuşdur. Yaxın Şərq xalqları 

incəsənətinin inkişafı tarixində əfsanəvi Mani və "Şərqin Rafaeli" Behzadla yanaşı, görkəmli 

Azərbaycan rəssamı ustad Sultan Məhəmməd də  şərəfli yer tutur.Firdovsinin qəhrəmanlıq 

epopeyası, Nizaminin məhəbbət lirikası, romantik, fəlsəfi-didaktik poemaları xalça ustadlar-

ının yaradıcılığına daha qüvvətli təsir göstərmiş, onları dünyəvi hissləri, ülvi məhəbbəti tərən-

nüm edən misilsiz süjetli xalçalar yaratmağa ruhlandırmışdır. 

Səfəvilər dövləti (1501-1736) üçün xarakterik olan saray üslubu, demək olar ki, Azər-

baycanın digər bölgələrinin bədii cəhətdən inkişafına təsir göstərmişdir. Eyni zamanda, Təb-

rizlə  Şamaxı  və  Şirvan arasında  əlaqələrin genişlənməsi  şimal bölgələrində  bədii cəhətdən 

Təbriz üslubuna yaxın olan miniatür sənətinin və ədəbi mövzulu süjetli xalça sənətinin inkişa-

fına səbəb olmuşdur. Lakin bu xalçalar Təbriz xalçalarından fərqli olaraq saray rəssamlarının 

rəsmləri əsasında deyil, ənənəvi xalq sənətkarları tərəfindən toxunurdu.  

 

 



MESENAT HACI  ZEYNALABDİN TAĞIYEV “AZƏRBAYCAN” 

JURNALININ PUBLİSİSTİKASINDA 

 

Aynurə PAŞAYEVA

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



aynure8@mail.ru 

AZƏRBAYCAN 



 

Məşhur azərbaycanlı maarifpərvər  milyonçu, Rusiya İmperiyasının Dövlət Müşaviri, 

Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük 

səxavət sahibi Hacı Zeynalabdin Tağıyevin (1823-1924) adını  uzun illər təsiri altında 

olduğumuz Sovet rejimi bizə unutdurmağa çalışsa da, böyük xeyriyyəçilik fəaliyyəti ilə 

hafizələrdə yaşayan bu böyük şəxsiyyəti yaddaşlardan silə bilmədi. “Onun zəkası iki qayə 

üçün çalışmışdır: I-zəngin olmaq, II- Milli qayəmizə xidmət etmək, milli inkişafımızı  və 

yüksəlişimizi dəstəkləmək. Sosializm, kommunizm ideologiyasının kapitalizmi inkar etdiyin-

dən xalqına vaxtilə böyük xidmətlər göstərmiş H.Z.Tağıyev kimi iri kapitalistlərin tariximiz-

dəki müstəsna xidmətləri mənfi planda təsvir olunurdu. 1985-ci ilin ortalarından başlayaraq 

demokratiya, yenidənqurma və  aşkarlıq dövründə  mətbuatdan gizli qalan bir sıra tarixi şəx-

siyyətlərin isimləri yenidən ictimaiyyətə tanıtdırıldı. Dövrünün ictimai rejiminin mütərəqqi 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə