Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə30/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   26   27   28   29   30   31   32   33   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

829



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Diqqəti çəkən budur ki, elə ilk yazısında Anar həm ideya, həm də sənətkarlıq baxımından 

yetkin bir qələm sahibi olduğunu ortaya qoydu. Belə ki, hekayənin qəhrəmanının xarakterin-

dəki çevrilmələrin psixoloji baxımdan motivləndirilməsi, onun haldan-hala düşməsindəki, 

roldan-rola girməsindəki inandırıcılıq, üslubun sahmanlılığı bizi "təzə qələm sahibinin ilk təc-

rübəsi" təsəvvüründən xeyli uzaqlaşdırır. 

 

 

V. SKOTTUN “AYVENQO” ROMANINDA OBRAZLAR SISTEMI 



 

Aqşin ƏLİYEV 

Bakı Dövlət Universiteti 



sabir_muxtarov@mail.ru 

AZƏRBAYCAN 



 

Valter Skottun tarixi romanlarının diqqəti cəlb etməsinin əsas səbəblərindən biri onun 

böyük tarixi hadisələri qəhrəmanları həyatı ilə möhkəm əlaqələndirmək bacarığıdır. Bu qəhrə-

manların taleyi isə tarixi mübarizənin gedişi ilə əlaqədar həll edilir və ondan asılı olur. Valter 

Skott tarixi hadisələrə kənardan soyuq bir müşahidəçi kimi baxmır, bu hadisələrin iştirakçıla-

rının gözləri ilə baxır, oxucularını həyəcanlandırır, sevindirir və kədərləndirir, hadisələrin mü-

vəffəqiyyətlə nəticələnəcəyinə inandırır.  

V.Skottun “Ayvenqo” əsəri onun ən maraqlı tarixi romanlarından biridir. Yazıçı roman-

da İngiltərənin çox mürəkkəb yenidənqurma dövrünü, pərakəndə feodal malikanələrinin vahid 

bir krallığa çevrilməsi prosesini təsvir etmişdir. Əsərdəki hadisələr XII əsrdə, yəni Orta əsrlər 

İngiltərəsində feodal qaydalarının yaranıb möhkəmləndiyi dövrdə cərəyan edir. Həmin dövrdə 

İngiltərə ərazisində uzun müddətdir ki, yaşayan anqlosakslarla, XI əsrin sonunda İngiltərəni 

zəbt etmiş normandlar arasında qızğın mübarizə gedirdi. Bu, anqlosaks və normand feodalları 

arasında gedən mübarizə idi. Kəndlilər  həm normand, həm də anqlosaks feodalları ilə eyni 

vaxtda mübarizə aparırdılar.  

V.Skott qədim anqlosaks əsilzadələri ilə (Sedrik, Atelstan), normand feodallarının 

(normand cəngavəri Fron de Bef, de Malvuazen, de Brasi) arasındakı ziddiyyətləri təsvir 

etməklə  qədim qayda-qanunları  bərpa etməyə çalışan sakson sülaləsinin və  əsilzadələrinin 

məhvə  məhkum olduğunu göstərmək istəmişdir. Təsadüfi deyildir ki, sonuncu sakson kralı 

Atelstan romanda tənbəl, qarınqulu, əlindən heç bir iş gəlməyən bir avara kimi təsvir edilir.  

Hətta qədim anqlosaks əsilzadələrinin nəcib cəhətlərini özündə  cəmləşdirən, milli 

şərəfini və dədə-babadan qalma torpağını qorumağa çalışan Sedrik belə özünün cəsarətinə və 

qətiyyətinə baxmayaraq, baş verən hadisələrin qarşısını almaq iqtidarında deyil. Sonda 

normandların qələbəsi yazıçı  tərəfindən tarixi qanunauyğunluq kimi göstərilir. Bu həm də 

feodalizmin mürəkkəb qaydalarını, özündə  cəmləşdirən yeni ictimai qayda-qanunların 

qələbəsi idi.  

Əsərdə ingilis kəndlilərinin yadelli normand qəsbkarlarına qarşı apardıqları mübarizə 

onların normandlara olan nifrəti tarixi reallıqlara uyğun şəkildə təsvir edilir. Çünki normand-

lar kəndliləri sıxışdırırdılar. Əsərdə kəndlilərin normand feodallarına olan münasibəti Vamba-

nın oxuduğu nəğmədə aydın  şəkildə üzə  çıxır. Burada xalq və onun rəhbərləri, ilk növbədə 

Loksli adı ilə çıxış edən Robin Qud surəti diqqəti cəlb edir. Robin Qud və onun cəsur atıcıla-

rının surətləri inandırıcı olub, xalqın məğlubedilməzliyi, cəsarəti, əzmi, fədakarlığı, azadlıqse-

vərliyi kimi müsbət keyfiyyətləri özündə birləşdirir. Yazıçı Robin Qudu xalq nəğmələrində, 

balladalarında olduğu kimi, haqsızlıqlarla mübarizə aparan əsl xalq qəhrəmanı kimi təsvir 

etmişdir. Robin Qud və yoldaşları yalnız varlıları talayır, yoxsullara əl tutur, qadınlara və 

uşaqlara arxa olurdu. O, kəndlilərin rəhbəri kimi təsvir edilir. Onun çağırışı ilə əyalətin bütün 

kəndliləri feodalların haqsızlıqlarına qarşı mübarizəyə qalxırlar. O, həm də gözəl təşkilatçı və 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

830



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bacarıqlı rəhbərdir. Onun təşkilatçılıq bacarığı, mətinliyi və qızğın ehtirası Torkilston malika-

nəsinin mühasirəsi zamanı xüsusilə nəzərə çarpır. Yazıçı Robin Qud – Loksli surətini yara-

darkən xalq ədəbiyyatı motivlərindən bacarıqla istifadə etmişdir. Oxatma səhnələri, meşədə 

dəyənəklə vuruşma kimi epizodlar ingilis xalq yaradıcılığı əsasında yazılmışdır. Robin Qud 

surəti “Ayvenqo” romanında V.Skottun yaratdığı tipik xalq qəhrəmanlarından biridir. Robin 

Qudun sadiq silahdaşları və köməkçiləri olan atıcılar xalq poeziyası ənənələri əsasında təsvir 

edilmişdir. Bunların arasında kəndlilərin tərəfində vuruşan zarafatcıl  zahid Tuk xüsusilə 

seçilir. Həddindən artıq yeməyi və içki içməyi sevən Tuk Şekspirin Falstafını xatırladır   

Nökər Qurt  və Vamba surətləri romanda xüsusi əhəmiyyət kəsb edir. Bu surətlərdə məğ-

rurluq, insani ləyaqətlərini saxlamaq, alicənablıq vardır. Ağası Sedrik tərəfindən alçaldılan 

“Sedrik mənim başımı kəsə bilər, qamçı ilə döydürə bilər, ancaq mən ona artıq nökər deyi-

ləm” deyən Qurt Vamba ilə birlikdə Lokslinin dəstəsinə qoşulur, malikanənin mühasirəsində 

və alınmasında iştirak edir.   

V.Skott  əsərdə feodal qayda-qanunlarının və  əxlaqının real lövhələrini yaradaraq feo-

dalların hədsiz özbaşınalıqları, cəngavər qəsrlərinin quldur məskəninə çevrilməsi, kəndlilərin 

hüquqsuz və dilənçi kökündə olmasını inandırıcı şəkildə təsvir edir.  

Kral Riçard surəti əsərdə aparıcı surətlərdən biridir. Bu surət əsərin özəyini təşkil edir. 

Riçardın simasında V.Skott Orta əsrlər İngiltərəsində qayda-qanun yaradan qüdrətli hökmdar 

surəti vermişdir. Əsərdə Riçard müdrik insan və cəsur sərkərdə kimi təsvir edilir. Müəllif onu 

həddindən artıq ideallaşdırdığına görə, Riçardın  əsərdəki surətilə tarixi Riçard bir-birindən 

fərqli görünürlər.  

Əsərdə Skott ingilis feodallarının, ruhanilərinin, cəngavərlərinin parlaq surətlərini yarat-

mışdır. Ancaq o, Riçardı ideallaşdırarkən,  müəyyən dərəcədə romantizmə meyl etmişdir. Ro-

manda sehirli və intriqaçı qüvvələrlə əhatə edilmiş Riçard Qara cəngavər kimi təsvir olunmuş-

dur. Onun gizli adının mahiyyəti əsərdə tədricən açılır. Xalqın Riçarda inamını və sədaqətini  

təsvir edən səhnələr bir o qədər də inandırıcı görünmür. Bu cür səhnələrin təsvirində V.Skott 

xalqa arxa duran “ədalətli hökmdar” haqqındakı utopik fikirlərinə sadiq qalır. 

Əsərdə Ayvenqo və Roven surətləri diqqəti daha çox cəlb edir. Romanın bədii cəhətdən 

orijinal surətlərinə nisbətən Ayvenqo surəti zəif verilmişdir. Roven xətti kimi, Ayvenqo xətti 

də, sanki romanın realist səciyyəsindən ayrılır və bəzən çox aydın şəkildə  elodramatik ünsür-

lərin təzahür etdiyi fabulanın orjinallığını müəyyənləşdirir. “Ayvenqo” istər əhatə etdiyi prob-

lemlər, istərsə bu problemlərin dərindən işlənməsi baxımından V.Skottun yaratdığı tarixi ro-

manların ən yaxşısıdır. 

 

 

AĞDAŞ ANTROPOTOPONİMLƏRİNİN                                



QRAMMATİK XÜSUSİYYƏTLƏRİ 

 

Zibeydə HƏŞIMOVA

 

Qafqaz Universiteti 



zabioj@mail.ru 

AZƏRBAYCAN 



 

Məlum olduğu kimi antropotoponimlər insan adları ilə bağlı olaraq yaradılmış yer ad-

larıdır. Ölkəmizin hər bir ərazisində olduğu kimi Ağdaş  ərazisində  də antropotoponimlərin 

maraqlı nümunələrinə rast gəlmək mümkündür. Bu antropotoponimlər qrammatik quruluşu 

baxımından da diqqəti cəlb edən xüsusiyyətlərə malikdir.  

Beləliklə, Ağdaş  ərazisində mövcud olan bir neçə antropotoponimin qrammatik quru-

luşuna nəzər yetirək: 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə