Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə35/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   31   32   33   34   35   36   37   38   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

839



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ret nəticəyə gəlir və gəldiyi nəticəyə oxucunu  inandırmağa səy göstərir. Müəllif bunu müxtə-

lif üsullarla edir. Sitatlar və  müqayisələr mətndə əsas fikri şərh etməyə yönəlir. Aydın, anla-

şıqlı təhkiyə dili ilə yazılmışdır. Mətndə müəllif təhkiyəsi daxilində vasitəli nitqdə hadisə və 

əhvalatlara simvolik oxucu münasibəti, yəni cəmiyyətin dilindən müəllif təxəyyülü aparıcı  

yer  tutur. Mətndə obrazlılıq və bədiilik hadisələrin tipikləşdirilməsi, xalq deyimindən nümu-

nə, dialekt sözlərindən və ümumilikdə xalq dili ilə ədəbi dilin sintezindən istifadə nəticəsində 

yaranmışdır. Cümlələr,  abzaslar bir-birilə qarşılaşdırılır və nəticə hasil olur.  Yəni müəllifin 

fikri üzə çıxır. Yazı bir söhbət havasında və inandırıcı bir təfəkkür tərzi ilə yazılıb. Məsələn: 

“Bu cür  başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz min-

lərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür,  şoular göstərirlər. 

Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr! Var. Amma onlar müxtə-

lif sosial problemlərə görə qanlarını çox  da  qaraltmır, keflərindən qalmırlar.” Mətndən gətiril-

miş bu nümunədə  birinci abzasda Braziliyada vəziyyət şərh  olunur. Həmçinin həmin vəziyyət 

digər abzaslardakı  fikirlərlə qarşılaşdırılır. İkinci abzasda isə müəllifin şərhindən çıxan nəticə 

müəllifin dili ilə oxucuya çatdırılır. Bu da köşəni daha inandırıcı edir və əyanilik yaradır. Müəl-

lif sanki oxucunu özü ilə bərabər hadisə ətrafında fikirləşməyə, nəticə çıxarmağa səfərbər edir. 

Ancaq fərdi üslubu daha çox nəzərə çarpdıran müəllifin ümumi yaradıcılığıdır. Müəl-

lifin ümumi yaradıcılığı ilə tanış olmadan müəllifin üslubu haqqında dolğun fikir söyləmək 

qeyri-mümkündür. Həmçinin müəllifin yaradıcılığını digər müəlliflərin yaradıcılığı ilə müqa-

yisə etmək, fərdi üslub xüsusiyyətlərini görməyə kömək etmiş olur.  

 

 

YAŞAR KAMAL “AĞRIDAĞI ƏFSANƏSİ”                                   

ROMANINDA DASTAN MOTİVLƏRİ 

 

Mehriban QULİYEVA

 

Naxçıvan Dövlət Universiteti 



quliyeva.mehriban@list.ru 

AZƏRBAYCAN 



 

Müasir türk nəsrinin ən görkəmli simalarından biri Yaşar Kamalın əsərləri içərisində bu 

günə qədər on beş dəfəyə yaxın nəşr edilən “Ağrıdağ əfsanəsi” romanı mühüm yer tutur. Əsər 

haqqında tanınmış türkoloqlar Q.İsmayılov, Q.Qorbatkina , və S.Uturqaurinin son dərəcə 

dəyərli məqalə, təhlil və fikirləri vardır. Biz bu məqalədə çağdaş bir romanla qədim türk 

dastan mədəniyyəti, əfsanə ilə reallıq, miflə gerçəklik arasındakı bağların ənənə və novatorluq 

müstəvisində təhlilini verməyə çalışacağıq. 

“Ağrıdağ  əfsanəsi” romanı özünün süjet xətti, obrazların təsviri, bədii  şərtiliklər və 

konfliktlərin həlli, təsvir və ifadə vasitələri, dil, üslub və təhkiyə tərzi, əfsanəvi və real zaman-

məkan anlayışları baxımından qədim və  zəngin türk epos mədəniyyətinin çağdaş söz 

sənətində ən gözəl nümunələrindəndir. 

Əsərdə yer alan hadisələr Şərqi Anadolunun hələ bütün qəbilələrinin Osmanlı imperiya-

sının hakimiyyəti altında olmadığı çox uzaq dövrlərdə cərəyan edir. Əsərin əsas süjet xəttini 

Əhmədin qapısına təsadüfən gəlib çıxmış  Qır atın Allah tərəfindən göndərilən hədiyyə 

sayılması  və yeni sahibinin qaytarılmayan mülkiyyəti hesab olunması kimi tayfa-əşirət 

ənənəsi təşkil edir. Qapıya qədər gəlmiş atı geri vermək də, onu geri istəmək də bölgə 

xalqının yüzillərdir sürüb gələn adət-ənənələrinə ziddir. Çünki at Haqdan yadigardır. Onu 

saxlamaq, qorumaq lazımdır.  Ənənələrin belə  tələb etdiyini xalq müdriki, bölgənin bütün 

oymaqlarının elini-dilini bilən Sofinin verdiyi məsləhətdən başa düşürük. Lakin əvvəlcə, 

Əhməd atı üç kərə aparıb, dağın arxa tərəfinə buraxmalıdır; əgər at hər səfərində qayıdıb, ye-

nə bu qapıya gələrsə, o zaman atı əsla geri verməməlidir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

840



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Romanın III şəxs adından folklorik təhkiyəsi dastan üzərində köklənməsinin ilk işarəsi-

dirsə,  əsərin baş personajının qapısına gələn Qıratla onu ilk görən  Əhmədin qonşusu Sofi 

arasındakı sözsüz mükalimə ikinci simvoldur. Atın belindəki üzərində günəş və ağac işlənmiş 

yəhəri və bu rəmzlərin hansı tayfa və  əşirət mənsubuna aidliyini "hər  şeyin bilicisi" Sofi 

xatırlaya bilmir. Lakin o fəhmlə dərk edir ki, bu, fəlakət işarəsidir, belə olmasaydı, Sofi bu 

rəmzi şəkilləri mütləq tanımalıydı. Üçüncü bir dastani rəmz Qır atın qapısında dayandığı evin 

içərisindən  ətrafa yayılan yanıqlı tütək səsidir. Ürəkləri sızladan bu ney Ağrıdağının  ən 

kədərli türküsünü səsləndirirdi; Bu, Ağrıdağının hiddəti idi və tütəyi çalan xalq arasında çox 

sevilən, sifəti daima kədər və həsrət ifadə edən igid Əhməddən başqası deyildi. 

Əsərin ilk səhifələrində heç kəsdən və heç nədən qorxmayan bir obraz kimi təqdim 

edilən Mahmud xanı hadisələr inkişaf etdikcə qorxu hissi çulğayır. Onun qorxduğu  şey 

ayrılıqda götürülmüş bir fərddən qaynaqlanan qorxu deyildir. Bu qorxu xalqın qəzəbidir, 

kükrəmiş selin gücüdür, qullar dünyasının intiqamıdır. Hətta sükutudur, çünki bu sükutun 

tufan öncəsi sakitlik olduğunu və hər an qasırğaya dönə biləcəyini yaxşı başa düşür. Heç vaxt 

bir sözü iki olmayan Mahmud xan gözləmədiyi bu hadisədən sarsılır, hiss edir ki, xalq ayağa 

qalxarsa, onun qabağında durmaq mümkün olmayacaqdır. Ustad yazıçı bu qorxu hissinin 

Mahmud xanda yaratdığı psixoloji ovqatı oxucuya onun daxili monoloqu vasitəsilə çatdırır:” 

İnsanları, şu dağlardan, ovalardan kopup gelen kalabalığı düşünüyordu. Bunlar bir erkek ve 

bir kadının mutluluğu için buraya toplanmışlardı. Dışardan bakınca öyle görünüyordu. Ama 

bunun altında çok şey vardı. İnanılmaz bir ölke vardı. Yüzbin yılların başkaldırma duygusu 

vardı. Şu konuşmayan, kıpırdamayan öfke.... Gittikce zaman bozuluyor ve halk azıtıyor. Bu-

gün benim sarayımın, kapısını tutarlar kız bahanesiyle, yarın İstanbul şehrini doldurur, Padi-

şahın sarayının kapısını tutarlar başka bir bahaneyle. Vakit erişti gibime gelir. Şu halka bir 

çare bulamazsak hepimizin kellesi gider. Yarın zulmü bahane ederler, öbürsü gün ekmeği... 

Ve birikirler birikirler. Yüz bin yılın öfkesi ve de acısıyla. Şimdiki gibi sessiz birikirler. Ve bu 

kalabalığa güc yetmez. Onlarla ordular, bir dünya kadar ordu olsa başa çıkamaz”. 

Romandan gətirdiyimiz bu nisbətən geniş alıntı Yaşar Kamalın Bəyazid paşası Mahmud 

xanın qəddarlıq, rəhmsizlik və zalımlığının getdikcə onun üçün vahiməyə, ümidsizliyə, 

qorxuya çevrilmə prosesini necə böyük sənətkarlıqla canlandırdığını vurğulamaq məqsədi 

daşıyır. Daha əvvəllər də müxtəlif üsyan, qiyam, iğtişaşlarla qarşılaşmış olan Mahmud xan öz 

hakimiyyətini hər dəfə müəyyən güzəştlər etməklə əldə saxlayır. Romanda iki dəfə Bəyazid 

qalasının qarşısında toplanan xalq birincidə Xan qızının zindandan azad olunmasını, ikincidə 

isə Osmanlı paşasının müqavimətini qırıb, Gülbaharla Əhmədin qovuşmasını reallaşdırır. 

Haqqı, həqiqəti,  ədaləti təmsil edən xalq qarşıya çıxan maneələrin hamısını  dəf edir və 

Ağrıdağının hiddətini sevgiyə ( sonu faciə ilə bitsə də) döndərməyi bacarır. 

 

 

AZƏRBAYCAN DİLİNDƏ “BAŞ” KOMPONENTLİ                     



FRAZEOLOJİ VAHİDLƏR 

 

Elzadə SADIQOVA  

Bakı Slavyan Universiteti 



sadiqli.elya@mail.ru 

AZƏRBAYCAN 

 

Hər dildə xalqın yaşam tərzini, mədəni xüsusiyyətlərini əks etdirən vahidlər və birləş-



mələr var. Bir dildə danışarkən sadəcə sözlərdən deyil, qəlibləşmiş söz birləşmələri yəni, 

frazeoloji vahidlərdən də istifadə olunur. Bu birləşmələr dildə  qəlib şəklində mövcuddur. Fra-

zeoloji birləşmələr dili zənginləşdirən ən önəmli materiallardırlar. Din, fəlsəfə, tarix, folklor 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə