Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə39/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   35   36   37   38   39   40   41   42   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

847



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Əslində koqnitivizm ümumi yaxud elmlərarası cərəyandır. Bəzi alimlərin fikrinə görə 

koqnitivizm müxtəlif elmləri birləşdirir. Məqsəd eynidir, ayrı-ayrı elmlər isə vahid obyekti – 

insan idrakını öyrənir. Ümumi koqnitiv elm çərçivəsində insan informasiya istehsal edən 

sistem kimi öyrənilir. Bu səpkidə öyrənilən təbii dil həmin dildə danışan xalqın dünyanı dərk 

üsulu kimi izah olunur. Ümumiyyətlə, koqnitiv dilçilik dünya ilə insan arasında olan yeganə 

vasitəçi kimi təbii dili başa düşür. Tarixən filogenezdə dil etnik təfəkkür və psixologiya təsiri 

altında təşəkkül tapır, lakin təşəkkül tapdıqdan sonra həm kütləvi, həm də fərdi şüuru forma-

laşdırır. Yəni şüur dilin güclü təsiri altında tərbiyə olunur. Beləliklə, ictimailəşmənin mühüm 

sahəsini məhz dil şəxsiyyətinin formalaşması təşkil edir.  

Əlbəttə, müasir koqnitiv elminin əsas mahiyyətini neyrofizioloji proseslər təşkil edir ki, 

burada dilçilik, demək olar, heç bir şey edə bilməz. Yəni koqnitivizm beyində baş verən idrak 

mexanizmini öyrənirsə, dil haqqında təlim burada xüsusi bir rol oynaya bilməz. Bu həqiqət-

dir, lakin bununla belə ənənəvi dilçilik fonunda və onun müəyyən yeni inkişaf mərhələsi kimi 

formalaşan kornitiv dilçilik öz predmetini müəyyənləşdirməyə çalışır və buna müyəssər olur.  

Koqnitiv dilçilik bu son illərdə öz elmi apparatını əsas etibarilə yarada bilmişdir. Bəzi 

terminlər koqnitiv dilçiliyin terminoloji özünəməzsusluğunu təşkil edir, və bu sırada ən mühüm 

termin konsept termini sayılır. Müxtəlif tədqiqatlara ötəri nəzər salsaq, görərik ki, məhz kon-

sept termini burada mərkəz mövqedə dayanır, və təhlillər əsas etibarilə onun ətrafında cərəyan 

edir. Bu isə tamamilə məntiqəuyğun haldır, çünki koqnitiv dilçiliyi xalq təfəkkürü maraqlan-

dırırsa, məhz konsept xalqın kütləvi təfəkkürünü dil vasitələri vasitəsi ilə təqdim edir. 

Verballaşma termini konsept termini ilə, demək olar ki, sabit assosiasiya yaradır. Bunun 

səbəbi isə konseptin yalnız verbal səviyyədə anlaşıqlı olmasındadır.   

Beləliklə hər bir tədqiqat paradiqmal baxımdan məntiqi ardıcıllığa malik olmalıdır. Bu 

məntiqi ardıcıllıq konkret tədqiqatın məqsəd və vəzifələrinə əsaslanmalıdır. Lazım gələndə 

müxtəlif paradiqmaların metadili, terminologiyasından istifadə oluna bilər.  

 

 

QARABAĞIN İMAMQULUBƏYLİ TOPONİMİ 



 

Aynurə ƏLİYEVA 

ADPU 


aynura.aliyeva.1977@mail.ru 

AZƏRBAYCAN 

 

Qarabağ bölgəsi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu ərazi tarixi-



memarlıq abidələri, özünəməxsus arxeologiyası ilə zəngindir və Azərbaycan  tarixi mədəniy-

yətində xüsusi yeri vardır.  

Qarabağın tarixi keçmişini dünyaya tanıdan, onun qədim və  zəngin  yaşayış  məskəni 

olduğunu sübut edən mənbələrin – onomastik vahidlərin, xüsusən  toponimlərin araşdırılması, 

tədqiqi ərazinin qədimliyini sübut edən əsas amillərdəndir. Nankor qonşularımız ermənilərin 

Qarabağ bölgəsinə göz dikmələri,  ərazi iddialarını irəli sürmələri bir tərəfdən bu bölgənin 

torpağının bərəkətli olması, suyunun zənginliyidirsə, digər tərəfdən həmin bölgənin tarixi 

ərazi olmasıdır. Ermənilərin torpaqlarımıza əsassız iddiaları və yer-yurd adlarımızın məqsədli 

şəkildə erməniləşdirilməsinin heç bir əsası olmadığını sübuta yetirmək üçün toponimik tədqi-

qatların aparılması məqsədəuyğundur. Odur ki, Qarabağ topo-nimlərinin  araşdırılması bu gün 

də aktualdır. 

İmamqulubəyli yaşayış məntəqəsi Ağdam rayonunda, Quzanlı inzibati ərazi vahidində, 

Qarabağ düzündə yerləşir.  İmamqulubəyli oykonimi patranomik toponim hesab olunur. Bu 

barədə T.Əhmədov yazır: “Oykonimlərdə əks olunmuş patronimik tayfa adlarının digər qru-

punu bəy, xan, mülkədar və s. adlarından düzələn və bir növ etnonim səciyyə  daşıyan sözlər 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

848



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təşkil edir. Aydındır ki, belə etnonimlərdə əksini tapmış şəxs ilə həmin kənd əhalisinin (tayfa, 

nəsil və tirənin) heç bir qohumluq əlaqəsi olmur. Başqa sözlə desək, bu xarakterli antropo-

nimlərə əlavə edilən –lı, -li, -lu, -lü şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxslərin 

törəmələri olduğunu deyil, onların həmin şəxslərdən asılılığını, onlara inzibati mənsubluğunu 

bildirir”. T.Əhmədov Ağdam rayonundakı Cavahirli, İsmayılbəyli və  İmamqulubəyli oyko-

nimlərini bu qrup toponimlərə aid edir. Mənbələrdən çıxış edən T.Əhmədov İmamqulubəyli 

kəndi haqqında dürüst məlumat verir: “Ağdam rayonundakı İmamqulubəyli oykonimi (əvvəl-

lər Tərəkəmə  İmamqulubəyli adlanmışdır) keçmişdə Qarabağ düzündə yaşamış  kəngərlilərə 

mənsub qaradolaq tayfasının eyniadlı tirəsinin adını əks etdirir. 1823-cü ilə aid arxiv sənəd-

lərinin birində qeyd olunmuşdur ki, 104 ailədən ibarət bir köç çar hökuməti tərəfindən beş il 

müddətinə İmamqulubəy adlı bir bəyə bağışlanmış və onlar bəyin adı ilə bağlı İmamqulubəyli 

adlanmışdır”.  İmamqulubəyli adlanan həmin qaradolaq ailələri sonralar müxtəlif yerlərdə 

məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışlar; İmamqulubəyli Ağcabədi rayonunda, Qara-

bağ düzündə yerləşir;  İmamqulubəyli Bərdə rayonunda, Qarabağ düzündə yerləşir.  İmam-

qulubəyli “İmamqulu bəyə məxsus olanlar” anlamındadır. 

İmamqulu antroponimi İmam titulu və qulu sözünün birləşməsindən  yaranıb.  İmam 

ərəb mənşəli dini sözdür. “Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğə-

ti”ndə bu sözün bir neçə  mənada  işləndiyi göstərilir: 1) məzhəb və təriqətə başçılıq edən adam 

(Əli və onun nəslindən olan 11 nəfərin hər biri); 2) ruhani başçısı; ruhani rəhbər; 3) dini mək-

təb başçısı; 4) qabaqda namaz qılan, pişnamaz . İmam sözü bir çox antroponim və toponimlə-

rin yaranmasında iştirak edib. Şəxs adlarının yaranmasında həm təklikdə titul ad (İmam) kimi, 

həm də mürəkkəb adın komponenti (İmamverdi, İmamqulu, İmamxan, İmamyar, İmaməli və 

s.) kimi işlənmişdir. Bu ünsürün iştirakı ilə morfoloji və sintaktik yolla toponimlər də əmələ 

gəlmişdir. Məs.;  İmamlı (Qəbələ r-nu), İmambağı (Cəbrayıl r-nu), İmambinəsi (Kəlbəcər r-

nu),  İmam-qulukənd (Qusar r-nu), İmamqulular (Şuşa),  İmamqulubəyli (Ağcabədi, Bərdə r-

nları) və s. Qulu isə qul sözü və -u mənsubiyyət şəkilçisindən yaranıb. Qul sözünün dilimizdə 

işlənməsi tarixi qədimdir. Bu sözə “Kitabi-Dədə Qorqud”da da rast gəlirik. “Kitabi-Dədə 

Qorqud”un izahlı lüğəti kitabında  həmin dastanda  qul sözünün bir neçə  mənada işləndiyi 

göstərilir: 1) Qədim dövrlərdə müharibədə əsir tutulub satılan adam. Qula buyurmaq. Qulu işə  

göndərmək. “Qara hindu qullarıma buyuraydım, Səni para-para toğrıyalardı, ağac”;  2) 

Allahın yaratdığı bütün insanlar isə Allahın qulları sayılır. “Həq-təala Cəbrayılə buyurdu ki, 

Ya Cəbrayıl, var, şol quluma qırq ətcə qüvvət verdim, - dedi”. A.Qurbanov da qul sözünün 

dilimizdə müxtəlif mənalarının mövcudluğunu bildirir: a) qul – keçmiş  aşağı  təbəqənin bir 

nümayəndəsi, hüququ öz əlində olmayan; b) həddindən çox dindar, itaətkar, allahın qulu; c) 

öz sevgisinə, məhəbbətinə sadiq, məhəbbətin qulu, əsiri və s.  Qul sözünün iştirakı ilə bir çox 

antroponim (Qulu, Qulam, Həzrətqulu, Həsənqulu, Hüseynqulu, İmamqulu, Şahqulu, Allah-

qulu, Mehdiqulu və s.) və toponim  (Qullar (Ağdam, Bərdə, Balakən, Qusar), Allahqulular 

(Şuşa), Qulubəyli (İmişli r-nu) və s.) yaranmışdır. Qulu şəxs adında “qul” sözü morfoloji 

yolla xüsusi ada çevrilmişdir. Qulu – “onun qulu”, “onun nökəri” anlamını verir. 

İmamqulubəyli adlı toponim Ağcabədi və Bərdə rayonlarında da var. 

Qarabağın bəzi toponimlərinin  etimoloji təhlilə cəlb edilməsi göstərir ki,  qədim türk 

boylarının izləri Qarabağın yer adlarında – toponimlərdə qalmaqdadır. Bu da təbiidir. Çünki 

Qarabağ bölgəsi ta qədim zamanlardan bu günümüzəcən türk yurdu,  türk ulusu olmuş və ola-

caqdır. Qarabağ  torpağına göz dikmiş mənfur erməni qəsbkarlarının heç bir fakta, dəlilə əsas-

lanmayan uydurma iddiaları isə, şübhəsiz ki, heç vaxt həyata keçməyəcəkdir. 



 

 

 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə