Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

62 
«qurd totemi», «atın vəfası» rəvayətdə ön plana çəkilib. Tanrı 
Zərdüştü bu qüvvələrin  əli ilə qoruyub, şər  Əhrimən və 
tərəfdarlarına qarşı mübarizə üçün yaradıb, himayə edib, bu səbəb-
dən də onu məhv etmək mümkün olmayıb» (12, 172).  
Zərdüştün doğulduğu, yaşadığı  və  fəaliyyət göstərdiyi coğrafi 
məkan haqqında aparılmış tədqiqatlarda ümumi bir fikir hakimdir. 
Tədqiqatçıların  əksəriyyəti Zərdüştün doğulduğu və  əməli 
fəaliyyətlə  məşğul olduğu məkan barədə yekdil fikirdədirlər: 
Zərdüşt Turan dünyasının yetirməsidir. Zərdüştün və həmin dövrün 
həyat kitabı olan «Avesta»nın yaranma məkanı haqqında bir qədər 
geniş söhbət  açmaqda  əsas məramımız onun Turan mühitində 
araya-ərsəyə  gəlməsini vurğulamaqdır. «Avesta»nın mənəvi-
ideoloji qaynaqları da Turan mühitindən qidalanır. Onun nüvəsini 
təşkil edən dualist dünyagörüş, tanrılara inam, tanrılara 
qurbanvermə, təbiətin insan həyatındakı rolu və s. bu kimi dəyərlər 
Turan məkanının yaratdıqları maddi-mənəvi mədəniyyətin  əsas 
komponentləridir. Dualist fəlsəfə, kainat və planet qanunlarının 
harmoniyası, bu harmoniyanın təbiətə  və onda yaşayan insan 
həyatına təsiri, bütün bu vahid sistemin mütləq yaradıcısına – 
Tanrıya inam bütövlükdə Novruz sisteminin əsasını  təşkil edir. 
«Avesta» heçlikdən, boşluqdan yaranmayıbdır. Alman tədqiqatçısı 
və  tərcüməçisi H.Humbax Zərdüşt haqqındakı monoqrafiyasında 
yazır: «Zərdüşt Ahura dinini keçmişlərdən almış, görünür ki, onu 
dəyişmiş, Ahuraməzda sözünü də o düzəltmişdir. Zərdüşt bütün 
allahlıq xüsusiyyətlərini Ahuraməzdada birləşdirmişdir. Demək 
olar ki, dualizm ondan əvvəlki din rəhbərləri vasitəsilə yaran-
mışdır». «Avesta» araya-ərsəyə  gələnə, vahid bir sistem halını 
alana qədər Turan dünyası özünün bitkin, püxtələşmiş Novruz 
sisteminin koordinat və parametrləri ilə yaşayırdı. «Avesta» mənəvi 
qaynaqlarını şumerlərin «Bilqamıs» dastanından və qədim türklərin 
şəriksiz yaratdıqları Tanrıçılıq dinindən götürmüşdür. Nümunə 
üçün «Kainatın və insanların yaranması» haqqında  şumer 
rəvayətinə ötəri də olsa diqqət kəsilək: «Başlanğıcda kainatın bütün 


63 
varlığı böyük okeanın dolu suyundan ibarət olmuş. Onun nə əvvəli
nə də sonu varmış. Heç kim yaratmamış, o, əbədi mövcud olmuş və 
ondan başqa çox min-min illər heç nə olmamış. An və Kinin 
nikahından Enlil tanrı doğuldu. Yeddi böyük tanrı  və ilahənin  ən 
ağıllısı və ən qüvvətlisi Enlil tanrı doğuldu. Yeddi böyük tanrı və 
ilahənin ən ağıllısı və ən qüvvətlisi bütün kainatı və insanları idarə 
etməyə başladılar. Tanrı  və ilahələr böyüdü, evləndilər, övlad 
dünyaya gətirdilər. Onlar üçün ən yaxşı dərk edilən göylər atası An 
və torpaq anası Ki oldu. Onlar genişliyə çıxdılar. Böyük qardaşları 
Enlildən kömək istədilər ki, hər gün yox, hər saat böyüsünlər. 
Güclü və yenilməz olsunlar. Enlil böyük iş gördü. Mis bıçaqla o, 
göy qübbəsini çərtdi. Göy tanrısı An inilti ilə arvadı ilahə Yer 
Kidən ayrıldı. Böyük dünyanın dağları gurultu ilə parçalandı. İlahə 
Yerin yatdığı yastı dairə onun ətrafını yuyan ilk yaranmış okeandan 
yuxarıda qaldı, dünyanın örtüyü nəhəng qalaylı yarımkürə isə 
havadan asılı qaldı.  
 
İlk qoşa  ər-arvad belə ayrıldı. Ulu baba Göy və Yer bir-
birindən  əbədi olaraq aralandı. Ulu An yuxarıda göy qübbəsində 
yaşadı. O, heç vaxt aşağı öz arvadının yanına enmədi. Yerin sahibi 
Enlil oldu. Enlilin azad etdiyi Yerin canı rahat oldu. Orda-burda 
hündür dağlar ucaldı. Enlilin müdrik qardaşı Enki isə dağları, 
ormanları, çayları və dənizləri öz hüdudsuz yaradıcılığı ilə yoluna 
qoydu. Bu mifdə  də suyun başlanğıc olduğu vurğulanır. Su-
ilkinlikdir, başlanğıc nöqtəsidir. Bunun ardınca elə  həmin mifdə 
göy və yer vəhdəti gəlir. Göy və yerdə  həyat ünsürlərinin hamısı 
cəmlənibdir. Göy özündə havanı  və günəşi, yer torpağı qoruyub 
saxlayıbdır. Göy özündə  işığı, istiliyi, yer suyu cəmləyibdir. Bu 
harmoniyanı dərk etmiş qədim türklər Göyə-Ata (An, Anu), Yerə-
Ana (Ki) demişlər. Şumerlər bu vəhdətə – Ata Göylə Ana Yerin bu 
əbədi sevgisinə, məhəbbətinə Tenqri, Denqri (Tanrı), Tanrının 
qüdrəti, doğuluşu, yaranışı demişlər. Qədim  şumerlər və türklər 
odu, günəşi və havanı da müqəddəs bilmişlər. Onları Tanrı 
səviyyəsinə qaldırmışdılar.  Şumerlərdə Nuski, Kişar Od, Enlü, 


64 
Ninlil Hava, Utu, Şamaş Günəş Tanrısı sayılırdı. Od, Su, Hava 
Torpaq və Günəşin kainat və  təbiətdə, onların qoynunda yaşayan 
insanoğlunun həyatındakı əhəmiyyəti heç nə ilə müqayisəyə gələn 
deyil. Bu dördlüyün vəhdəti külli-kainatı idarə edir, təbii prosesləri 
nizamlayır. Bu inam və düşüncə  tərzinin digər iki çay arasında 
təşəkkül tapmış Orxon-Yenisey abidələrində davam etdirildiyinin 
şahidi oluruq. Böyük kitabə müdrik bir fikirlə başlanır: «Üstdə Göy 
Tanrı aşağıda yerlə qovuşduqda ikisinin arasında insan doğulmuş» 
(12, 331).  
Türklər göylə yerin harmoniyasını dəqiq dərk etdiyindən bütün 
işlərin müvəffəqiyyətinin səbəbini elə bu vəhdətdə görüblər. 
Nəhəng güc-qüdrətin yalnız Tanrıya məxsus olduğunu və bütün 
işlərin baisi və səbəbkarının Tanrı olduğunu duyan və bilən Bilgə 
Kağan öz xalqına ritorik suallarla müraciət edir: «Türk oğuz 
bəyləri, xalqı  eşidin! Yuxarıdakı Tanrı basmasa, aşağıda yer 
dəlinməsə, türk xalqı, sənin elini, törəməni kim məğlub edə bilər?» 
(12, 340). Qədim kainat və planet fəlsəfəsi qloballaşan dünyamız 
üçün bu gün də dəyərlidir. Ekoloji tarazlığın qorunub saxlanması, 
təmiz kainat və saf planetin varlığı  bəşərin həyatı  və sağlamlığı 
deməkdir. İnsan göy və yer övladı – Ata Göyün və Ana Yerin oğlu 
olması barədə  qədim türklərin təfəkkürünün məhsulu olan onlarla 
nümunə  gətirə bilərik. Çin mənbələri vasitəsilə bizə  gəlib çatmış 
«Şiyenpi» türk dastanının da motivini Göy səma ilə Yerin vəhdəti 
təşkil edir. Dastanın mahiyyətinə varmadan əvvəl bir məsələyə 
toxunmaq gərəkdir. Çin və İran mənbələrində qorunub saxlanılmış 
əski türk düşüncəsinin məhsulu olan mif və dastanlar, nəinki məna, 
məzmun, hətta obraz və  qəhrəmanların adları belə  dəyişikliyə 
məruz qalıblar (N.Cəfərov). Haqqında söhbət açdığımız «Siyenpi» 
dastanı da məzmun və  qəhrəmanlarının adlarının dəyişikliyinə 
məruz qalıbdır. Dastanın qısa məzmununa diqqət yetirək. Mo-lo-
heu adında bir Siyenpi cənub hunlarının ordusunda üç il əsgərlik 
edir. O, əsgərlikdə olduğu müddətdə arvadı dünyaya bir uşaq 
gətirir. Uşağın adını Tanşe Hoau qoyur. Mo-lo-heu əsgərlikdən 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə