145
Kəməndatma meydan tamaşası da tamaşaçı kütləsinin xüsusi
rəğbətini qazanmışdır. Bu oyun xüsusi çeviklik tələb edirdi. Kə-
məndatma zamanı rəqibi at üstündə kəməndə salmaq xüsusi
çeviklik və məharət tələb edirdi.
Cıdır tamaşalarında keçirilən kəməndatma camaat tərəfindən
daha çox maraqla qarşılanardı. Kəməndə düşən igidlər güclü
olardısa, kəməndi qırıb yenidən at belinə qalxardı. Kəmənddən çıxa
bilməyənlər isə məğlub sayılardı. Kəməndəsalma, kəməndədüşmə
ilə bağlı çoxlu nəğmələr yaranıb:
Mindim səməndə,
Düşdüm kəməndə.
Yağı insaf et,
Dərdliyəm mən də (20, 63).
Meydan tamaşaları içərisində kəndirbaz tamaşaları da əhali
tərəfindən böyük maraqla qarşılanırdı. Bu tamaşalar Novruzda və
payızda məhsul yığılıb qurtardıqdan sonra keçirilərdi. Tamaşada 6
nəfər – kəndirbaz, onu müşayiət edənlər – zurnaçı, balabançı,
nağaraçı və gözətçi iştirak edərdi. Meydanda quraşdırılmış qurğu-
ları kəndirbazın dəstəsində olan bütün üzvlər yoxladıqdan sonra
kəndirbaz oyuna başlayardı. Musiqi sədaları altında kəndirbazın
qeyri-adi hərəkətləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanardı.
Zurnaçı ilə kəndirbaz daim bir-birini izləyərdilər. Zurnaçının
kəndirbazın ritmini tutması onu ruhən coşdurur, hərəkətlərini
tənzimləyirdi. Kəndirbaz tamaşasında camaatın sevinc və maraqla
dinlədiyi təlxəyin komik hərəkət və məzəli danışığıdır. Təlxək
kəndirbazın hərəkətlərinə uyğun zarafatlar edir, oyunlar göstərir.
Təlxəyin oyunları kəndirbazın hərəkətlərini tamamlayır, tamaşa-
çıları şənləndirir (21, 102-103).
146
3.2. Novruz mərasimləri qədim və orta əsr
mənbələrində
Novruz lap qədim zamanlardan xalqımızın təfəkkürünü, mənə-
vi əxlaqi düşüncəsini, təbiət və cəmiyyətə münasibətini özündə
cəmləyən dünyagörüşlər toplusudur. Novruz sistemi pozulmaz,
dəyişilməz, əzəli-əbədi kainat (kosmos) və planet qanunları əsasın-
da formalaşıbdır. Doğulduğu gündən təbiətin qoynunda yaşayıb-
yaradan insanoğlu kainat və planetin harmoniyasının, mizan-tərə-
zisinin mövcud olduğu qənaətinə yüz illərin müşahidələri nəti-
cəsində qazandığı empirik bilikləri sayəsində sahib olmuşdur.
İnsanoğlu planetdə yaşadığından baş verən proseslərə diqqət kəsil-
miş, təbiətin xarakterini mükəmməl öyrənmək üçün uzun illər
müşahidələr aparmış, əldə etdiyi bilgilər və gəldiyi qənaət sayə-
sində təqvim yaratmışdı. Qədim insan kainat və planetdəki varlıq-
lara həssas yanaşmışdı. İnsan özünü əhatə edən mühitə və onun
komponentlərinə canlı varlıq kimi yanaşmışdır. Çox haqlı yerə,
qədim insan günəşə, aya, ulduzlara canlı varlıq kimi sevgi bəslə-
mişdir. Elə bu həssas yanaşmanın yaratdığı qənaət idi ki, qədim
insan ilin hər bir gününün xarakterini belə müəyyənləşdirmişdi.
Hər günün özəl xarakterini təyin etmiş qədim insan ilin martın 21-
də dəyişildiyini, gecə ilə gündüzün bərabərləşdiyini dəqiq müəy-
yənləşdirmişdir. Bu dəqiq astronomok hadisə Novruz sisteminin
istinad etdiyi ilkin kainat qanunudur.
Novruz sistemində ardıcıl, nizamlı və əlaqəli bir hərəkət vardır.
Novruz sistemdir – onun tərkib hissəsinə daxil olan kompo-
nentlər qarşılıqlı əlaqədədir. Novruz sistemi martın 21-dən gecə-
gündüz bərabərliyindən başlayır. İlin bütün gününü özündə birləş-
dirir.
Novruz sisteminin kulminasiya nöqtəsi, ən yüksək zirvəsi mar-
tın 21-nə – Novruz bayramına təsadüf edir. Həmin təzələnmiş,
yeniləşmiş gündən başlanan Novruz sistemi bütün ili əhatə edir.
147
Novruz sistemi zaman kateqoriyası üzərində qurulubdur. Bö-
yük ehtimalla demək olar ki, ilkin zaman ölçüsü gecə-gündüz
əvəzlənməsi əsasında müəyyənləşdirilmişdir. Bundan sonra 5
günlük kiçik həftə, sonra isə on günlük böyük həftə nominasiyası
yaradılmışdır. 7 günlük həftə insanların təkmilləşmiş astronomik
bilgilərə sahib olduqdan sonra formalaşmışdır. Orta əsr insanı
əcdadlarından ötürülən minillik empirik biliklər və uzun illər
ərzində qazanılmış bilgi və müşahidələr əsasında Yerin kainatın
mərkəzi, Günəş, Ay və ulduzların onun ətrafında hərəkət etdiyi
qənaətinə gəlmişdi. Bu, nəticə özünü doğrultmuşdu. Bu qənaət gün,
həftə, ay və il bölgüsünü meydana gətirdi. Planetlərin hərəkəti
nəticəsində meydana gəlmiş zaman hesablamaları orta əsrlərdən
əvvəlki dövrlərə aid edilir. Belə ki, ay və ilin hesablanması
planetlərin hərəkətindən götürülmüşdür. Novruz sistemini insanlar
Günəş, Ay və qismən də ulduzların hərəkətinə istinadən yaradıblar.
Zaman hesablanmasını insanlar Günəş və Ayın gərdişi üzərində
qurmuşlar. Günəş martın 21-22-dən götürdüyü hərəkət xəttini 365
gündən sonra tamamlayır və ilkin durduğu nöqtəyə qayıdır. Qədim
və orta əsr insanı vaxtın hesablanmasında Ayın hərəkətinə də
əsaslanmışdır. Çox doğru yerə, insanlar ayın yarımdairə halında
(hilal) görünməsini yeni ayın başlanğıcı kimi qəbul etmişlər. Ayın
hərəkəti əsasında qəməri (Ay) təqvim yaradılmışdır. Çox-çox
sonralar astronomik texnologiyalar vasitəsilə e.ə. III minilliyin bu
empirik informasiyasının dəqiqliyi təsdiq olunmuşdur. Sübut
olunmuşdur ki, Ay Yer ətrafına 1, 02 km/san. orta sürətlə dolanır
və tam dövrünü 27, 32166 günə bitirir. Bu müddətə siderik ay
(ulduz ayı) deyilir. Ayın eyni səfhəsinin (ərəb sözüdür, səfhə-üz,
səth deməkdir) ardıcıl təkrarlandığı müddətə sinodik ay deyilir.
Onun orta uzunluq müddəti 29, 5309 gündür. Bu müddətin yarısı
gündüz, yarısı gecə olur (2, 189).
İnsanlar ulduzların hərəkətinə də əsaslanıb, vaxt, zaman
bölgüsünü hesablayıblar. Ulduzların səmanın cənubunda ardıcıl,
müntəzəm şəkildə görünməsini müşahidə etmiş qədim və orta əsr
Dostları ilə paylaş: |