151
başlanır. Qadınlar dəstə ilə səməni qazanının başına dolanıb yallı
gedir və səs-səsə verib, bu nəğməni oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam.
Səməni, bezana gəlmişəm,
Uzana-uzana gəlmişəm.
Səməni hasilə gəldikdən sonra daha çox bədənə istilik gətirən,
bununla da, qışdan, soyuqdan qorxmamaq təsəvvürü yaradan,
əsasən, aşağıda adları qeyd olunan döyülmüş ədviyyatları ələkdən
keçirib ona qatırlar: qara istiot, darçın, mixək, razyana, ceviz,
quluncan, badyan, qulsakəmər, zəncəfil, qoz ləpəsi, hil. Bundan
sonra halvanı doşabda qarışdırır və qoğal, yaxud kündə forma-
sından yumurlayıb evlərə paylayırlar. Çalışırlar ki, hər bir payda
halvaya salınmış badamdan olsun. Çünki «xalq buna evə xeyir-
bərəkət gətirən amil kimi baxır» (42, 83-84).
Səməni becərmək və ondan istifadə zahiri xarakterli ayin
deyildir. Səməni halvasından qışın qurtardığı dövrdə Novruz
bayramında da istifadə edirlər. Bu təsadüfi deyil. Səməninin tibbi-
bioloji yardımları barədə bir qədər irəlidə söhbət açdığımızdan
yuxarıdakı məlumatla kifayətlənmək qənaətindəyik.
Böyük çillənin ardınca kiçik çillə gəlir. Kiçik çillə qışın oğlan
çağına təsadüf edir. Fevralın əvvəlindən başlayan, 20 gün davam
edən kiçik çillə olduqca soyuq, şaxtalı və sərt keçir. Kiçik çillənin
birinci on günlüyü Xıdır Nəbi adlanır. Xalq, çox haqlı yerə, deyib:
«Xıdır girdi, qış girdi. Xıdır çıxdı, qış çıxdı». Həmin vaxt qış yarı
olur. Elə qışın yarı olması münasibəti ilə Xıdır bayramı keçirilir.
Fevral ayının birinci ongünlüyündə axşamüstü, qurd qarışan vaxtı
el-obada, kəndlərdə uşaqlar, cavanlar bir yerə yığışıb, xor halında
«Xıdır» havasını oxuyardılar.
152
Azərbaycanın bəzi regionlarında Xıdır Nəbi kiçik çillə çıxanda
qeyd olunur. Akademik A.Nəbiyev «Mərasimlər, adətlər, alqışlar»
kitabında yazır: «Xıdır Nəbi mərasimi kiçik çillənin çıxması
münasibəti ilə keçirilən yaz mərasimlərindəndir. Qədim əkinçilik
görüşləri ilə bağlı yaranıb. Üç gündən ibarət hesab edilən Xıdır
Nəbi bayramının birinci günü torpaq tərif olunardı. Torpağın
üstündə od qalanardı, ocaq yandırılardı ki, torpağın nəfəsi qızsın.
Bağlar təmizlənər, çör-çöpü, xəzəli yığılıb yandırılardı. Bayramın
ikinci günü hər öküzün adına üç duzsuz kömbə bişirib, öküzlərin
qarnının altından diyirləyər və oxuyardılar:
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.
Bayramın üçüncü günü cütçü və əkinçi şəxsində torpağı
becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz
atın üstündə gələcək Xıdır Nəbinin əlində od olacağı güman
edilərdi. Onun torpağı isidən odla yanaşı, günəş və su, adamlara
sağlamlıq gətirəcəyi güman olunurdu. Mərasimdə əkinçi, cütçü və
saya nəğmələri oxunar. Xıdır Nəbiyə xalq söz qoşardı. Bayramın
hər üç günündə cavanlar əkin yerlərindən keçib, Xıdır Nəbini ax-
tarmağa gedərdi. Onlara «Xıdırçı» deyərmişlər. «Xıdırçılar» Xıdı-
rın dalınca işıqlanmamışdan, əllərində şam gedərdilər (19, 17-18).
Yuxarıdakı qeydlərdə Novruz simvolları açıq-aydın görünür.
Xıdır Nəbi birbaşa Novruz mərasimi deyil, ancaq o, Novruz
sisteminin tərkib hissəsidir.
Xıdırın Novruz bayramı olmadığı aydındır. Amma məra-
simlərdə çox yaxınlıq duyulur. Hər iki bayramın keçirilmə
prosedurasında, oxunan nəğmələrin məna və məzmununda, musiqi
və ritmində çox oxşarlıq vardır. Xıdırda oxunur:
Xanım, ayağa dursana,
Yük dibinə varsana,
153
Boş qabı doldursana,
Xıdırı yola salsana.
və ya
Çatma, çatma çatmaya,
Çatma yerə batmaya.
Xıdır payın kəsənin,
Ayağı yerə çatmaya,
Gecə evində yatmaya.
Novruz şənliklərində «Kosa-kosa» xalq tamaşasında da eyni
motiv və melodiya qorunub saxlanılır:
A kos-kosa gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
və ya
Verənə oğul versin,
Verməyənə qız versin,
Xanım dursun ayağa,
Kosanın payın versin.
Xızır, yazın gəlişi ilə bağlı mifoloji obrazdır (M.Seyidov). Bəzi
tədqiqatçılar Xızır-Xıdırın ərəb mifologiyası ilə bağlı olduğuna
inanırlar. Xıdır-Xızır sırf türk düşüncəsinin məhsuludur. Bu fikri
təsdiqləyə
154
hazırlanmış unu, yaxud xəşili, halvanı evdə yükün altına
qoyardılar. İnsanlarda belə bir inam var idi ki, gecə Xızır-Xıdır
gəlib una əl vurub əfsunlayacaqdır.
Xıdır əlindən, nəfəsindən gələn il barlı-bərəkətli olarmış.
Xızır-Xıdır sözünün mənşəcə də türk sözü olması heç bir şübhə
doğurmur. Xız (qız, qızmaq) türk dillərində atəş, od qızmaq,
qızışmaq mənalarındadır.
Xızır saf, müqəddəs ilahi od, istilik anlamındadır (15, 106-
107).
Xalqın Xızırı sevib əzizlədiyi mahnılarda bu anlam qorunub
saxlanılıb:
Xızır, Xızır, xız gətir,
Var dərədən od gətir.
Xıdır bütün gücü, qüvvəti ilə çalışır ki, yaza qovuşsun. Çünki
onun özü də qışın ağırlığını, sərtliyini görübdür. «Palçığa batdı gəl-
di, Xan Xıdır atdı gəldi». İnsanlar Xıdıra hay verirlər, pay verirlər
ki, Xıdır xilas olsun. Elə bu inamla da insanlar Xıdıra (Xızıra) çıraq
qoyurlar.
«İnsanlaşmış Xızır» (M.Seyidov) insan arzularının mifik
obrazıdır. Qənaətimizcə, bu mifik obrazı yaradanlar iki ən mühüm
məramda bulunublar. Qışın ömrünün gödəkliyinə, qarşıdan yazın
gəlməsinə sevinmək və dirilik suyuna – əbədi ömrə yiyələnmək.
Əfsanəyə görə, dirilik suyunun yerini yalnız Xızır bilir və
müqəddəsliyə yalnız o sahibdir. Dirilik suyu da Novruz sistemində
mövcuddur. Belə ki, gerçək dirilik suyu da təbiətdə, onun
komponentləri olan bitkidə, suda və s. ünsürlərdədir. Mifik Xıdırda
həyat ünsürləri – od, su güc, qüvvət – ümumən, yazla bağlı əla-
mətlər birləşib.
Kiçik çillə qurtaran kimi Boz ay başlanır. Boz ay düz bir ay,
fevralın 20-dən martın 20-dək davam edir. Ayın, Boz ay adlanması
bu ayda günlərin tutqun, buludlu, yağış və küləkli, ümumən,
Dostları ilə paylaş: |