124
bilmədi. Kişi üzük torbasını oğlana qaytardı, oğlan padşahın
üzüyünü seçib verdi ki, apar padşaha ver.
Axşam oldu. Padşah baxdı ki, kişinin öyü yanır. Qoşun
göndərdi ki, gedin onun öyünü qaraldın. Qoşun gedib görür ki, nə
öy yanmaq, sən dimə bunlar işıq imiş. Padşah səhər öyün
yanınnan keçəndə gördü ki, doğrudan da kişi yaxşı bir öy tikitdi.
Padşah buyurdu ki, üçüncü sualıma da cavab versən qızı verərəm.
Oğlan axşam papağı başına qoydu. Dünyanın cin-şeytanı yığıldı
onun başına. Oğlan onlardan soruşdu ki, dünyada göz görməyən,
qulaq eşitməyən bir söz varmı? Cin-şeytanlar bir ağızdan: var
dünyada elə bir şey-didilər. Onlar qayıtdılar ki, bi dəniz qırağında
qarış baba var. Boyu bi qarış, saqqalı iki qarış. Sən get onun yanı-
na. O “alıf” disə, sən “əlif” di, o “əlif” disə, sən “alıf” di. Sən o di-
yən sözü disən sənin başını kəsif öyünün tikintisini tamamlayacaq.
Onun öyünün tikilif qurtatmasına bir baş və bir bədən lazımdır.
Oğlan cin-şeytannarın bu sözlərinə qulaq asdıqdan sonra qarış
babanın yanına yollandı. Qarış babanın bi qızı variydi.Qız oğlanı
görən kimi onunla dost olmaq istədi. Qız oğlanı yanına çağırıf didi:
Dədəm “alıf” disə sən “əlif” dinə, dədəm “əlif” disə sən “alıf” dinə.
Qarış baba oğlanı yanına çağırıb ona dərs keçmağa başladı. O
“alıf” didi, oğlan “əlif”, o “əlif” didi, oğlan “alıf”. Bu dərs üç gün
keçdi. Vaxt vədə yetdi. Oğlanı atası gəlib apardı. Bir neçə günnən
sora oğlan didi ki, ata, mən ərkək dəvəyə dönicəm. Sən məni apar
bazarda sat, amma zingiri vermə. Oğlanın atası dəvənin zingirindən
tutub bazara apardı. Bunu görən Qarış baba kişinin yanına gəlib
didi ki, bu dəvəni mənə sat. Kişi dəvənin qiymətini söylədi. Ra-
zılaşdılar. Qarış baba dəvənin pulunu verdi. Kişi zingiri açmaq
istədi, amma Qarış baba buna razılaşmadı. Qarış baba üç dəvənin
pulunu verib zingiri də aldı. O, dəvəni eşiklərinə gətirdi. Qız dəvəni
görən kimi tanıdı. Atası qızına tapşırdı ki, gedib piçağı gətirsin, də-
vəni kəsək. Qız piçağı yeşirdi, öydən çölə çıxıf didi ki, piçağı
tapmıram. Qarış baba didi ki, gəl dəvənin boğazınnan tut, qaçma-
sın. Qarış baba öyə girən kimi qız dəvəni buraxdı. Dəvə quşa dönüb
uçub getdi. Qarış baba çölə çıxanda gördü ki, dəvə yoxdur. Qarış
125
baba qartala dönərək sərçəyə dönmüş oğlanın dalınca uçdu. Sərçə
dala dönüb gördü ki, böyük bir qartal onun dalınca uçur. O, dərhal
qarğaya dönərək sürətini bir az da artırdı və gəlib özünü padşahın
eşiyinə salaraq toox-cüyə oldu. Qartal isə bir çaqqal olub başladı
cüyələri yimağa, axırda bir cüyə qaldı, o da itə döndü və it ilə
çaqqal başladılar bir-birilə boğuşmağa. Oğlan bir iynə oldu, Qarış
baba isə sap. İynə xeyli fırlandı, sonra gəlib ocağın içinnən keçdi.
Onun dalınca gələn sap ocaxda yandı, sora iynə oğlana dönüb
padşahın yanına getdi. Söylədi ki, bu da sənə göz görməyən, qulaq
eşitməyən bir söz.-Padşah oğlanın onun bütün şərtlərini yerinə ye-
tirdiyini görüb qızını ona verdi. Yeddi gün yeddi gecə toy çaldırdı.
Mürdəşir və meyitə su tökən
Biri var imiş, biri yox imiş. Mürdəşir (meyityuyan) və meyit
yuyulanda ona su tökən var imiş. İş elə gətirir ki, əyalətdə ölənlə-
rin sayı azalır və sonra tamam kəsilir. Yuyucu və su tökənin baza-
rı bağlanır. Onlar vəziyyəti belə gördükdə başqa əyalətlərə gedib
çimdirmək üçün meyit axtarırlar. Əyalətlərin birində camaatın
meydana yığıldığını görürlər. Maraqlandıqda bildirirlər ki, əyalətə
şah axtarırlar, baxt quşunu meydana buraxacaqlar, o kimin başına
qonsa, həmin adam şah olacaq.
Düddəyh çalınır, baxt quşunu buraxırlar. Baxt quşu gəlib
meyityuyanın başına qonur. Camaat narazı qalır, səs-küy salırlar
ki, niyə şah yerli camaatdan olmasın. Baxt quşunu üç dəfə bura-
xırlar və hər dəfə yuyucunun başına qonur. Əlacsız qalan camaat
yuyucunu şah seçir. İşi belə görən su tökən də özünə bir vəzifə
istəyir və şah onu özünə vəzir təyin edir.
Bir gün şah və vəzir şəhərin küçələrini gəzərkən bir cənazə
aparıldığını görürlər. Şah əmr edir ki, meyiti ona göstərsinlər, qu-
lağına söz diyicəm. O, cənazəyə əyilərək meyitə deyir:
– O dünyada ölülər sənnən soruşsalar ki, bu dünyada dirilər
nətəri yaşayırlar, diyərsən ki, meyit yuyan şahlıq eliyir, su tökən
vəzirlik. Fikirləşin görün camaat nə çəkir.
126
Kimin yaşı çoxdur
Ot bitməyən bir səhrada dəvə, eşşək və qoyun bir bafa
43
ot ta-
pır. Görürlər ki, bu otu hər üçü yesə, yenə ac qalacaqlar.
Belə razılaşırlar ki, hər üçü yaşını söyləsin, kimin yaşı daha
çox olsa, otu o yesin.
Qoyun deyir:
– Mən İsmayıl qurbanına gələn qoyunun anasıyam.
Eşşək qoyundan yaşlı olduğunu bildirir.
Dəvə əvvəl dillənmir, otu götürüb ağacın hündür haçasına qo-
yur, yeyə-yeyə onlara cavab verir:
– Sizin sözünüzdən belə çıxır ki, dəvə uşaqmış?!
Canavarın üç öküzlə dostluğu
Ala öküz, qara öküz, qırmızı öküz canavarla dostlaşırlar. Ca-
navarın məqsədi varmış, bu öküzləri bir-bir yemək istəyirdi. Onlar
iri, canlı, itibuynuzlu öküzlər idi. Həmişə birlikdə gəzib-dolaşdıq-
larından canavar onlara heç nə edə bilmir, yanlarına gələndə qor-
xudan tir-tir əsirdi.
Canavar hiylə işlədir. Böyük ala öküz aralanan kimi o biri
öküzlərə yaxınlaşır, ala öküzün əleyhinə danışır. Guya ala öküz o
biri öküzlərin bir-bir aradan çıxmasını istəyir. Canavar beləcə ala
öküzlə o biri öküzlər arasında narazılıq salır. Bir müddət keçəndən
sonra o yola gətirdiyi öküzlərə deyir:
– Nə fikirləşirsiniz? Istiyirsiniz köməkləşib ala öküzün özünü
aradan çıxardaq.
Öküzlər razılaşır. Canavar xəlvətə salıb təklənən ala öküzü
parçalayıb yeyir. Sonra bu şəkildə sağ qalan iki öküz arasında da
narazılıq yaradır. O, qırmızı öküzə deyir:
– Qara öküzün saa paxıllığı tutur. Nə diyirsən, qara öküzü
aradan çıxarımmı?
Qırmızı öküz hiylə toruna düşüb razılaşır. Canavar qara ökü-
zü də xəlvətə salıb yeyir.
Dostları ilə paylaş: |