113
Qız, çarıxları qonağa verib deyir:
– Əmi, özün tapşırmadın ki, çarıxları möhkəm yerə qoy, it
aparmasın.
Qonaq çarıxları geyir, bulaxda bir qədər yuyunur, sərinləyir.
Birdən ağlına gəlir ki, qızı belə olan pəhlivan özü dağdan ağır
gələr? Kişi kirimişcə qapıdan çıxıb birbaşa öz yurduna gedir.
İsə kişiylə ərəb pəhlivanı
İsə kişi dostu Şirəliylə Dəhnə kəndindən aldıqları qoyunları
şəhərə aparırdı. Bir qədər yaşlandığından bir təhər qoyunların qa-
bağında gedir. Haldan-gücdən düşsə də, şəhərdə pəhlivan İsə kimi
tanınırdı.
Şirəligil Göybulaq
40
kəndinin qabağında dincəlməyi qərara
alırlar. Günortaya yaxın Göybulağın qabağına çatırlar.
Yaz təzəcə girmişdi. Kənd meydanından nağara-zurna səda-
ları gəlir, camaat ora axışır. İsə kişigil nahar edib bir az dincəlir-
lər. Sonra çalınan nağara-zurnayla maraqlanırlar. Şirəli cavan ol-
duğundan qanı guşə gəlir. Görür ki, mərəkədən bir az aralıda
dəvələr yan-yana yatır. O vaxt Şəkiyə duzu, nöyütü ərəblər dəvəy-
lə gətirib satardılar.
Camaat meydanda dövrə vurmuşdu. Düz ortada var-gəl eliyə-
eliyə gəzişən bir ərəb pəhlivanı güləşməyə adam istəyirdi. Arşaq
adlı birisi onun qarşısına çıxır. Ərəb bir həmlədə rəqibinin kürək-
lərini yerə vurur. Şirəli burada çox dayana bilməzdi. O, dodaq-
larını gəmirə-gəmirə ora-bura gəzişir. Ayaq səsinə İsə kişi gözünü
açıb ətrafa diqqət yetirir. Soruşur:
– Nə nağara-zurnadır? Toydurmu?
Şirəli deyir:
– Yox, pəhlivanlar güləşirlər. Arşaq kişi meydana girdi, ərəb
onu elə yerə çaxdı ki, kişi çətinliklə yerindən dura bildi. İzn ver,
gedim mərəkəyə baxım.
İsə kişi bir qədər fikrə gedir. Sonra ağlına nə gəlirsə, deyir:
– Get tamaşa elə, mən də gəlirəm.
114
Şirəli çaparaq özünü meydana verir. İsə kişi çuvalını çiyninə
alır, ağır-ağır addımlarla onun ardınca gedir. Ərəb ortada əl-qol
oynatmağındaydı. İki putluq daşları qaldırır, atıb tutur. Arabir
meydanı fırlana-fırlana deyir:
– Ay əli xınalı, gözü sürməli şəkililər, sizdən meydana girmə-
yə kişi istəyirəm. Aranızda bir nəfər də olsun, kişi yoxdurmu?
Ərəbin sözləri şəkililərə təhqir kimi gəlir. Yad pəhlivanın
meydan sulaması İsə kişiyə də yaman ar eləyir. O, kürkün içində
qurcalanır. Nəfəsi təngisə də kürkünü Şirəliyə verib deyir:
– Kavalı altda, qoy üstündə otur.
İsə kişi camaatı yara-yara keçib meydana girir. Deyir:
– Ə… ərəb, Şəkiyə xoş gəlmisən.
Əl tutub görüşürlər.
İsə kişi deyir:
– Ərəb, gözo aç yaxşı-yaxşı bax: mənim əlimdə xına, gözüm-
də sürmə varmı? Sən hansı cürətlə Şəkinin bütün kişilərinə “ar-
vadsınız” diyirsən.
Ərəb deyir:
– Niyə kefinə dəyir? Bir saatdı, bağırıram. Kişi varsa, qoy
çıxsın meydana, mənimlə qurşaq tutsun.
İsə kişi deyir:
– Müftə yerə heç kim sənə gücənməz. Gücənmək üçün şərt
lazımdır. Şəkidə şərtsiz güləşmirlər.
Ərəb İsə kişini qoca görüb bir az da ürəklənir. Zənn eləmir ki,
qarşısındakı ayaq üstə güclə dayanan qoca onunla güləşər. Deyir:
– Nə şərt?
Əlləriylə dəvələri göstərib sözünə davam edir:
– O ağ nəri görürsən? O mənimdi. Kim məni yıxsa, nər
dəvəni yüküylə birlikdə ona verəcəm. Bu mənim şərtim, sən də öz
şərtini söylə.
İsə kişi deyir:
– Bax, orda yatan qoyun sürüsü mənimdi. Sən də məni
yıxsan, o sürünü verdim sənə, halal xoşun olsun.
İsə kişi özlüyündə çox böyük riskə girirdi. O Şirəlinin ata-
115
sıyla uşaqlıqdan dost olub. Ona görə də atası oğlu Şirəlini İsəylə
ortaq etmişdi. O düşünür: “Birdən yıxılsa, ölsə ondan yaxşıdı”.
Ərəb İsə kişinin agarmış saqqalına, talxamış üz-gözünə baxıb
razılıqla əl uzadır. Deyir:
– Mən də razı.
Ərəb soruşur:
– Orada neçə heyvan var?
İsə cavab verir:
– Otuz bir.
İsə kişi bir tərəfdə soyundu, paltarlarını Şirəliyə tapşırıb
təzədən meydana qayıtdı.
Ərəb çox cavandı. Fiziki hərəkətlər etdiyindən əzələləri bir az
da şişmişdi. Yarımçılpaq bədəni bürüncdən tökülmüş heykələ
bənzəyirdi. İsə kişininsə yaşı ötdüyündən əzələləri sönmək üzrəy-
di, arıq qollarının dərisi sallanmış vəziyyətdəydi. O da adət üzrə
bir neçə dövrə vurur. Sonra hər ikisi qabaq-qabağa durub tutaşır-
lar. Ərəb çevik hərəkətlərlə rəqibini yıxmağa tələsir, amma İsə
kişi onu necə tutmuşdusa, heylə də yerə mıxlanıb dayanır. Ərəb
heç onu yerindən tərpədə bilmir. İsə kişi ərəbi bir dəfə geriyə, bir
dəfə də irəliyə silkələyir, çiyninə qaldırır, sonra ləyaxlıca yerə
vurur. Əlini ərəbin sinəsi üstünə qoyub bir qədər saxlayır. İsə kişi
onu yerə sərili halda buraxıb kənara çəkilir. Ərəb nə qədər hıq-
qanır, yerindən dura bilmir. Gəlib onu yoldaşları qaldırır.
İsə kişi deyir:
– Ə… ərəb, əli xınalının qolunun zorunu gördün?
Ərəb deyir:
– İlahi, ruzi cəza, bu qocada aslan gücü varmış.
Kimisi İsə kişini evinə qonaq dəvət edir, kimisi yemək, xonça
düzəldib gətirir, kimisi yəhərlənmiş at bağışlayır. Yerbəyerdən
tökülüşüb deyirlər:
– Usta, atnan get, atı mən gəlib qaytararam.
İsə kişi hamıya razılığını bildirsə də, heç nə götürmür. Deyir:
– Ərəb, şərtləşdiyimiz tək, get, dəvəni yüklə.
Dostları ilə paylaş: |