101
TARİXİ RƏVAYƏTLƏR
Şeyx Şamilin naibi Hacı Muradın Nuxada
son günlərilə bağlı tarixi rəvayətlər
Birinci rəvayət
Şamildən sonra Hacı Muradın adı Dağıstan dağlarında yəqin
ki, ən geniş yayılandır. Hacı Murad haqqında aşağıdakı rəvayət
Şeyx Şamilin kürəkəni Seyid Əbdürrəhim Cəmaləddin Hüseyndən
götürülmüşdür.
…Bununla belə Hacı Murad knyaz M.S.Voronsovdan hara-
dasa müsəlman aullarının birində yaşamağa icazə istədi. Bu za-
man ona Nuxada yaşamağa icazə verildi. Onun üstündə gizli nəza-
rət qoyulmuşdu.
Hacı Muradın həyatının sonrakı təfərrüatı haqqında mənə o
vaxtlar (1852-ci il) Nuxa milisinin rəisi olmuş İlisu bəyi Hacıağa
məlumat vermişdi. Sonralar Qafqaz dağ idarəsinin rəisi ilə işləyə
bilməyən Hacıağa ailəsilə birgə Türkiyəyə köçdü.
Bir dəfə İstambulda olarkən mən Hacı Muradın qaçması və
ölümünün şahidi kimi onu axtarıb tapdım. O, bu təfərrüatları da-
nışdı: “Mən Hacı Muradın Nuxanı Dağıstandan ayıran dağlara
necə də həris gözlərlə baxdığını müşahidə etmişəm və bu zaman
başıma belə fikir gəlirdi ki, görəsən bu tip yenidən
*
özününkilərin
yanına qaçmaq istəmirki...? O, beləcə bir müddət Nuxada yaşadı.
Bir dəfə o, şəhər ətrafına gəzməyə getmək arzusunu bildirdi. Buna
icazə verildikdən sonra Hacı Murad sədaqətli dostları ilə atlarına
minərək şəhər ətrafına yollandılar. Onu müsəlmanlardan biri
(kimliyini dəqiq xatırlamıram), bir də üç mühafizəçi – gərək ki,
kazaklar, müşahidə edirdilər. Hacı Murad yol kənarındakı suyun
-----------------------
*30-cu illərdə Hacı Murad rus və avar icmaları arasında özünü vasitəçi
kimi qələmə verirdi. Onun Şamillə gizli əlaqələri aşkar olunduqda general
Klyuqendunun əmrinə əsasən həbs edildi, lakin Şuraya aparılarkən özünü
qayadan ataraq qaçmağa müvəffəq oldu.
102
yanında dayanaraq yoldaşları ilə birgə namaz qıldı, dua verdi.
Namazı qurtararaq o, kazak rəisə müraciət etdi:
– “Sən niyə dua vermədin, axı sən də müsəlmansan!”
Kazak bir neçə ehtiyatsız söz işlədərək Hacı Muradın
sözlərini məsxərəyə qoydu. Bu zaman Hacı Murad qəzəblə:
– “Sən kafirdən pissən və səni öldürmək günah sayılmaz!” – deyə
çığıraraq müsəlmanı və mühafizəçilərdən birini güllələdi. Üçüncü
kazak qaçaraq canını qurtardı, atla özünü Nuxaya çatdıraraq həyacan
qaldırdı. Hacı Murad isə öz nökərləri ilə dağlara tərəf atlandı. Nuxa
milisi Hacı Muradı təqib edərək ona yaxınlaşanda, o, sığınacaq tapmaq
üçün meşəyə tərəf yönəldi. Lakin ərazini tanımadığına görə keçilməz
bataqlığa düşdü: ya dala, ya da qabağa gedə bildi.
Dayanmalı oldu. Atlardan düşərək onları ağaca bağlayıb atış-
mağa başlayırlar. Atışma uzun çəkdi, Hacı Murad özü üçün cən-
nətə, məlakələrə yol açaraq onu təqib edənlərin çoxunu yerə sərdi.
Qərəz ki, biz onu gücdən saldıq və o, yoldaşları ilə həlak oldular.
Çoxlu sayda güllə yarası almağına baxmayaraq onun uzun müddət
müqavimət göstərməsi məni çox təəccübləndirmişdi. Lakin onun
əynindəki geyimini soyundurarkən bəzi şeylər aydın oldu; onun
bədənindəki yaraların hamısı beşmetlə
32
tutulmuş və bu, görünür
qan itgisini ləngidirdi.
Mən Hacıağanı cəmi 2-3 dəfə görmüşəm və onun söylədikləri-
nin düzgünlüyünə boyun ola bilmərəm, çünki onu çox az tanıyırdım.
Şamil ilə Hacı Muradın münasibətlərinin son vaxtlarına qayı-
darkən və onların arasında yaranmış düşmənçiliyin səbəblərini
araşdırarkən, düşünürəm ki, bunu Tabasaran yaxınlığındakı bir hərbi
uğursuzluqdan daha dərinlərdə axtarmaq lazmdır. İş burasındadır ki,
müəyyən hadisələrə əsaslanan İmam çoxdandır ki, öz naibinə şübhə
ilə yanaşırdı. Bir dəfə Şamil Dağıstanın nüfuzlu adamlarını yığaraq
oğlu Qazı – Maqomanı
33
özünə varis seçməyi təklif etdi.
Hamı bununla razılaşdı. Xeyli müddət keçdi… Bir dəfə Hacı
Murad, Əhbardil-Məhəmməd və Qaziyev Andiyskinin arasında bu
hadisə barəsində söhbət getdi. Bu adamlar Şamilin nüfuz və ləya-
qətinə - ağlına, igidliyinə, ədalətinə, bacarığına və s. lazımi qiymət
103
versələr də, onun varisi barədə məsələni açıq hesab edirdilər.
Onlar bir səslə deyirdilər ki, “Qazı – Maqomanı seçiblər” –İmama
xoş getmək üçün. Qazı-Maqoma özü isə belə seçimə layiq deyil”.
Belə olduqda, guya ki, Hacı Murad qızışaraq demişdir:
– Qılıncı daha iti olan İmam olacaq!”
Bu giley-güzar bir qədər də üstünə qoyularaq Şamilə çatdırılmış
və o, həmin vaxtdan bu üç nəfəri şübhə altında saxlamışdır. Bəlkə də
buna görə Hacı Muradın bütün əvvəlki xidmətlərini yaddan çıxararaq
bir hərbi məğlubiyyətinə belə ciddi əhəmiyyət verirdi.
İkinci rəvayət
A.A.Korqanovanın hekayəti Hacı Muradın Nuxada olmasının
bəzi təfərrüatını, onun qaçması və ölümünün yeni təfsilatını verir.
O, şəxsi xatirələrindən aşağıdakıları danışdı:
– O vaxtlar mənim ərim Nuxa qəzasının rəisi idi, bizimkilər
və “tatarlar”ın rəğbətini qazanmışdır. Biz divarlarla ayrılmış geniş
həyəti olan ikimərtəbəli mülk tutmuşduq. Ərimin nəzarəti altında
saxlanılan Hacı Murad bizimlə yox, ayrı, şəhərin mərkəzi hissə-
sində, kiçik mənzildə yaşayırdı. Onunla birlikdə sadiq 3 müridi də
yerləşdirilmişdi. Yadımdadır, o bizdə cəmi 2-3 dəfə olmuşdur.
Birinci dəfə “tanışlıq” məqsədilə, ikinci dəfə isə nahara dəvət
edilmişdi. Ərim hər ehtimala qarşı ehtiyat tədbirlər görmüşdü: hə-
yətdə mühafizə qoymuş, nahar verilən qonaq otağının qarşısında
isə keşikçilər dayanmışdı. Hacı Murad üçün tatar yeməkləri (plov
və s.), bizim üçün isə adi yeməklər sifariş edilmişdi.
Lakin o, ola bilsin ki, zəhərlənməkdən ehtiyat edərək heç
nəyə əl uzatmadı. Bunu görən ərim birinci olaraq onun xörəyindən
yeməyə başladı. Bu zaman Hacı Murad xörəyi özü tərəfə
çevirərək ərim yeyən hissədən yeməyə başladı. Nahardan sonra
hamımız eyvana çıxdıq. Hacı Murad atlara baxmaq istədi, sonra
baxdığı atları təriflədi, xüsusən də qaçış atlarını: bu atlarda gəz-
mək istədiyini söylədi. Ərim, etimadsızlığın onu pis vəziyyətdə
qoyacağından ehtiyatlanaraq icazə verdi. Mən də uşaqlarımla bir
Dostları ilə paylaş: |