91
Bacı, naçar ağlama,
Gündür keçər ağlama.
Fələk örtən qapını
Bir gün açar, ağlama.
Kiçik bacı böyük bacını bolluca payla yola salır.
Kim gözəldir?
Bir padşah qəşəng bir imarət tikdirir. Bütün heyvanları hüzu-
runa çağırıb deyir:
– Bu imarətin girəcəyində qızıl qəfəs var. Aranızdan ən gözə-
linin mənzilidir ora. Bu qəfəsə düşənlər elə füsunkar olmalıdırlar
ki, imarətə gələnlər ona tamaşa eləməkdən doymasınlar.
Kirpi iki balasını gətirib deyir:
– Padşah sağ olsun, çox gəzdim, dolaşdim, bunlardan gö-
zəlini tapa bilmədim. Gətirmişəm, elə bunları qoyun, gəlib-
gedənlər bunların gözəlliyinə tamaşa etsinlər.
Hər kəsin öz balası özünə gözəl görünər.
Qoysaydın, götürərdin
Şəhərdə hamıya əl tutan, əlborcu pul verən Vəli adlı adam
varmış. Tanıyanlar: “Vəli dayı, mənə filan qədər pul ver” deyən-
də, o, cavab verərdi: “Gəl, döşşəyi qaldır, say götür”. Kişi borcunu
qaytarana da “Apar, döşşəyin altına qoy” - söyləyərmiş.
Bir gün bir nəfər aldığı borcunu qaytarmamış, ikinci dəfə pul
istəyir. Vəli dayı altı boş döşşəyi göstərib adəti üzrə deyir:
– Get, döşşəyi qaldır, altından götür.
Borc istəyən döşşəyin altını boş görür, bir şey anlamayib
təəccübünü bildirir:
– Vəli dayı, axı burada pul yoxdur.
Vəli dayı deyir:
– Qoymusan ki, olsun?..
92
Yenə də günlərin bir günü gəlinlə bir nəfər başqa adam da
gəlib əvvəl aldıqlarını qaytarmamış, ikinci dəfə borc pul istəyirlər.
Vəli kişinin “Qoymamısınız-götürməzsiniz” sözlərini eşidən bu
adamlar üzə salıb getmirlər. Qəflətən içəri girən bir uşaq deyir:
– A gəlin, kişin səfərdən qayıdıb, bura gəlir.
Bu xəbəri eşidən gəlin söyündüyündən qol açıb oynayır, Vəli
dayıyla borc istəyən də ona qoşulub oynamağa başlayır.
Vəli kişi birdən durub borc istəyəndən soruşur:
– Ədə, mənim pulum gəlir, ona görə oynayıram. Gəlinin də
kişisi gəlib deyən oynayır. Bəs sən niyə oynayırsan? Sən hansı
işaa şadlanıb oynayırsan?
– Mən də ona görə oynayıram ki, döşəyin altına pul gəlir.
Ərəbin dəvəsiylə halallaşması
Ərəbin dəvəsi onun qapısında qocalmışdı. Ərəb bu dəvəni
uzun illərdən bəri işlətmiş, xeyrini görmüşdü. Nəhayət, dəvə
xəstələnib ölürdü.
Ərəb dəvənin yanına gəlir, üzünü-gözünü sığallaya-sığallaya
ona öz razılığını bildirir, halallıq istəyir. Dəvə də öz sahibindən
hörmət görmüşdü. Birdən onun yadına bir əhvalat düşür. O səbəb-
dən də dəvə keyləşib durur, danışmır. Bir neçə dəqiqədən sonra
dəvə dilə gəlib deyir:
– Mən saa halallıq verən deyiləm.
Ərəb soruşur:
– Nə olub? Saa hansı pisliyim dəyib?
Dəvə deyir:
– Yadındadı, filan vaxt yaylağa kök aparırdıq. Onda sən mə-
nim noxtamın kəndirini eşşəyin quyruğuna bağlamışdın. Bu əhva-
lat heç vaxt yadımdan çıxmayıb, bundan sonra da yaşasam, ya-
dımdan çıxmaz. O iş mənim ürəyimə xal salıb. Ona görə də saa
heç vaxt halallıq verən döyləm.
93
Allah-Təalanın işinə qarışmaq olmaz
Bir uşaq anadangəlmə kor imiş. Deyilənə görə tay-tuşlari onun
əlindən tutub gəzdirər, bağda-bağçada yediklərindən ona da verir-
lərmiş. Uşağın danışığından, hərəkətlərindən yazıqlıq hiss olunur-
du. Hamı ona qayğıyla yanaşırdı. Bunu görən Musa peyğəmbər
uşağın gözlərinin açılması təmənnası ilə Allaha çox yalvarır. Bir
gün uşağın gözləri açılır. O, yoldaşlarıyla oynamağa başlayır.
Nədənsə, həmişə çimdikləri hovuzda uşaqların hamısı yara-
lanır: birinin qoluna, başqasının qıçına, digər birinin qarnına nə
batırsa, su qan rəngi alır. Aləm bir-birinə dəyir. Valideynlər də işə
qarışırlar. Hərə bir tərəfdən tökülüşüb hovuzu təmizləyir, təmiz su
ilə doldururlar.
Səhəri gün yenə hovuzda çimən uşaqlar al-qan içərisində ev-
lərinə qayıdırlar. Bu dəfə hovuzun dibini təmizləyib güdməyə baş-
layırlar. Görürlər ki, gözləri açılmış uşaq qarğının
31
ucunu şişlə-
yib, hovuzun dibinə batırır. Bəlli olur ki, uşaqları zədələyən həmin
korun hovuza basdırdığı qarğılar imiş.
Allah uşağın gözlərini yenə kor eləyir.
Musa peyğəmbər üzünü qibləyə çevirir, Allaha yalvarır ki,
onun günahından keçsin. O, üzünü camaata tutub deyir:
– Allah özü bilir, kimə nə eləyir. Allah-Təalanın işinə qarış-
maq olmaz.
Əzrayılın dostluğu
Rəvayətə görə, bir nəfər Əzrayılnan dost olur. Bu adam bir
gün Əzrayıla deyir:
– Öləcəyimi qabaqcadan mənə xəvər elə.
Əzrayıl razılaşır. Qonşuda bir adam ölür. Üstündən iki gün
keçməmiş biri də dünyasını tapşırır. Səhəri kişi görür ki, Əzrayıl,
budur, gəlib, ona deyir:
– Cano almağa gəlmişəm.
Kişi Əzrayıla deyir:
94
– Axı, biz dost olduq, şərt kəsdik. Sənnən xahiş eləmişdim ki,
bu işi eləməmişdən əvvəl mənə xəvər verərsən.
Əzrayıl deyir:
– Sənin sağındakı qonşun öldü, sonra solundakı qonşun öldü,
bunlar sənə xəbər döyüldü?
Kişi Əzrayıla yenə yalvarır:
– Mənə iki gün də möhlət ver.
Əzrayıl üzünü göyə tutub kişinin istəyini Allaha çatdırır.
Nida gəlir ki, iki gün də möhlət verilir. Kişinin yaxşı atı varmış.
Səhər tezdən atı minib sürətlə evdən uzaxlaşır. İkinci gün günor-
taya qədər yol gedir. Bir ucsuz-bucaqsız düzə gəlib çatır. Deyir:
– Əzrayıl daa məni öyümdə tapmaz. Çıxıb gedər.
İstəyir ki, dəstəmaz alıf namaz qılsın. Görür gəldiyi yolu toz-
duman bürüyüb. Toz-duman bura çatanda içinnən Əzrayıl da
peyda olur. Deyir:
– Kişi, namazını qıl, vaxtın tamamdı. Sənin canın bu yerdə
alınmalı idi. Ona görə də sənə izn verildi ki, gəlib öz ayağınla bu-
ra çatasan.
Hamam əhvalatı
Deyirlər, Şəki rayonunun Baş Göynük kəndində yaşayan bir
kişi arvadını hər şeyə qısqanırmış. Bu adam ovçu olub. Meşədə
qurd-quşa güllə atanda tüfəngin çaxmağı çıxıb sifətini eybəcər
şəklə salıbmış. Ona görə də həmişə arvadınnan şübhələnirmiş. Bir
gün arvad kişidən icazə alıb Şəkidə yaşayan bacısıgilə gedir. Kişi
axşam öyə dönəndə görür ki, arvad hələ qayıtmayıb. Bərk hirslənir,
durub başı hovlu şəhərə gəlir. Baldızıgilə çatar-çatmaz öyrənir ki,
arvadı hamamdadı. Kişi elə bilir ki, hamam arvadlarnan kişilərin bir
yerdə çimdiyi yerdir. Hamamın yerini öyrənir. Gedib xeyli aralı bir
yerdə arvadı pusmağa başlayır: görək arvad hansı kişiylə çıxır. Kişi
baxır ki, hamamın qapısından gah arvadlar, gah da kişilər çıxır.
Göynüklü düşünür ki, yəqin arvadı da bu kişilərlə çimirmiş.
Nəhayət, arvad hamamın qapısından çıxır.
Kişi:
Dostları ilə paylaş: |