107
ilk dəfə müəllifin sağlığında 1858-ci ildə Sankt-Peterburqda aka-
demik Bernard Dorn (1805-1881) əlyazmadan götürərək “Auszuge
aus muhammedanischen Schriftstetelleren…” kitabında verib. Əsər
burada 515-531-ci səhifələrdə “Şəki xanlarının ixtisar üzrə tarixi.
Qazı Əbdüllətif əfəndi təsnifidir” başlığıyla təqdim olunub
*
.
1926-cı ilədək Dornun nəşrindən götürülərək yenidən nəşr olu-
nan həmin “Tarix”in əsl yazarı bilinməyib, o, oxuculara Qazı Əbdül-
lətif Əfəndinin əsəri kimi tanıdılıb. Nəhayət, “Şəki xanlarının ixtisar
üzrə tarixi”nin həqiqi müəllifinin Kərim ağa Fateh ol-duğu 1929-cu
ildə Salman Mümtaz tərəfindən təkzib edilməz faktlarla sübuta
yetirildi. Yazarın “Qazı Əbdüllətif Əfəndi təsnifidir” göstərilməsinin
baisi və yanlışlığın səbəbkarı isə N.V.Xanıkov (1819-1878) olub.
Dorn yazır: …Xanıkov 1858-ci ildə mənə bu əsərin tərtibçisi
haqqında aşağıdakıları yazdı: “Şəkinin kiçik tarixinin müəllifi
mənim dostum, Nuxa şəhərinin irsən qazısı Hacı Əbdüllətif
Əfəndi Hacı Səlim oğlundan başqa heç kəs ola bilməz. Bu, indi
altmış yaşlı bir adamdır. O, ərəb dilini yetərincə yaxşı bilir və fars
poeziyasıyla çox məşğul olub. 1845 və 1846-cı illərdə İstanbul,
Misir və Məkkəyə ziyarət edib, Bağdad, Qezbelu, Həmədən, The-
ran, Təbriz və Suriyadan keçərək öz yurduna dönüb…”
Salman Mümtaz Qazı Əbdüllətifin N.V.Xanıkovun Dorna
yazdığı yuxarıdakı məktubunda göstərildiyi kimi Hacı Səlimin
yox, Hacı Əbdüssalamın oğlu olduğunu müəyyən edir. Daha sonra
S.Mümtaz “Tarix”in məzmununa istinadən müəllifinin bilavasitə
Kərim ağa Fateh olduğunu təsdiq edir: …xülasə…tarixçənin
müəllifi Hacı Əbdüssalam oğlu Əbdüllətif olmayıb. “Fateh” tə-
xəllüs Kərim ağa Şəkixanovdur ki, hələ gənc ikən yazmışdır. “Şə-
ki xanlarının ixtisar üzrə tarixi” Kərim ağa Fatehin adı altında ilk
nəşrdən 100 il sonra 1958-ci ildə buraxılıb.
“Şəki xanlarının ixtisar üzrə tarixi” ilə əlaqədar aşağıdakı
tarixi rəvayəti Qazı Hacı Əbdüllətifin nəslindən olan Lətifov
Yaqub İsaq oğlu nəql etdi:
____________________
* Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda. Bakı. 2005 “Master”
s. 13, 14
108
– Şəkili Qasım Zakir zəmanəsinin savadlı, yaradıcı insan-
larından, ziyalılarından olmuş, Zakir, xəstə Qasım təxəllüsü ilə
şeirlər yazmışdır. Qasım Zakir Qasım bəy Zakirin, Kərim ağa
Fatehin (Şəkixanovun) müasirlərindəndir. Onun Qasım bəy Za-
kirlə deyişmələri barədə rəvayətlər gəzir. O, deyişmələrdə Qasım
bəyə qalib gələrmiş. Bir rəvayətə görə Qasım Zakir Şuşada ke-
çirilən ənənəvi şairlər məclisinə dəvət olunmuş və burada zəhərli
şərbətlə öldürülmüşdür. Həmin məclisdə Qasım bəy Zakirin də
olduğu güman edilir.
Qasım Zakir qızını şəkili Hacı Əbdüssalam Əfəndinin oğlu
Hacı Əbdüllətifə (Avdılətif) vermişdir. Hacı Əbdüllətif dövrünün
mütərəqqi adamlarından olmuş, Şəkinin qazısı idi. “...Əbdül Lətif
Əfəndi xristian Rusiyasına qarşı müsəlman xalqlarının azadlıq
mübarizəsinin görkəmli ideoloqlarından olmuşdur. Təsadüfü deyil
ki, rus məmuru (Prujanovski nəzərdə tutulur. H.Ə.) öz məktub-
raportunda əsasən üsyanın (1844-cü il Şuşa hadisələri nəzərdə
tutulur. H.Ə.) baş ideoloqu hesab etdiyi Əbdül Lətif Əfəndi
haqqında məlumat verir və onu “Çox ağıllı və ehtiyatlı bir şəxs
olan, uğuru təsadüflərdən asılı olan işlərə açıq şəkildə qoşulmaq
istəməyən siyasətçi kimi qiymətləndirir”. “Əbdül Lətif Əfəndi si-
yasi proseslərdə fəal surətdə iştirak edirdi. Qazı keçmiş İlisu sul-
tanı Danjal bəylə, Nuxalı Süleyman xanla əlaqə saxlayır, Cəfər-
qulu ağa ilə Mehdiqulu xanı barışdırmağa çalışırdı. Çar məmu-
runun yazdığına görə, Əbdül Lətif Əfəndi Şeyx Şamilin uğur-
larından faydalanmaq, hökumət əleyhinə vahid cəbhə yaratmaq
məqsədilə Şuşa qazısı Əbdül Qasımla birgə 1844-cü il Şuşa
həyəcanını təşkil edənlərdən biri idi”.
...1844-cü ilin fevral ayının sonlarında Əbdül Lətif Qarabağı
tərk edərək Naxçıvana, oradan da Təbrizə yola düşür. 50 gün
Təbrizdə qaldıqdan sonra İlisu sultanının məğlubiyyət xəbərini
eşidən qazı yolunu Qars, Ərdəhan və Trabzondan salaraq İstanbula
gedir. Prujanovski hesab edir ki, qazı, arzuları puç olduğundan, çətin
ki, bir də vətənə qayıtsın. Lakin çar məmurunun arzusu 2 ildən sonra
gerçəkləşəcəkdi. 1846-cı ildə Əbdül Lətif Əfəndi Məkkəyə Həcc
109
ziyarətinə gedir və bir daha geri dönmür. Vətəndən uzaqda dünyasını
dəyişən qazının başladığı işləri Əbdül Qasım davam etdirir”. (bax:
Rəhim Hüseynli, “Azərbaycan ruhaniliyi”, ss. 76, 77)
Qasım Zakirin qız nəvələri, yəni Hacı Əbdüllətif Əfəndinin
övladları - Əbdül Rəhman Əfəndi, Rza bəy, Hacı Səməd, Yunis,
Sayalı, Zəhra,… Əbdül Rəhman Əfəndi Nuxanın qazısı idi. “Mü-
səlman ruhaniliyinin təşkili məsələsində ali mənsəbli ruhanilərin
iştirakının vacibliyini dərk edən Voronsov onları hökumətlə birgə
işləməyə sövq etməyə çalışırdı. Bu məqsədlə o, Nuxa qazısı
Əbdül Rəhman Əfəndini poruçik rütbəsi ilə təltif etmək barədə
çara müraciət etdi. Rusiyaya nifrət bəsləyən, imperiya ərazilərində
yaşayan bütün müsəlmanları çarizmə qarşı mübarizəyə səfərbər
etməyə çalışan Əbdül Lətif Əfəndinin oğlu olan, lakin atasından
fərqli olaraq imperiyaya sədaqətlə qulluq edən Əbdül Rəhman
əhalini hökumət əleyhinə çıxışlardan çəkindirdiyinə, 1845-ci il
hadisələri zamanı gizlənən cinayətkarların tutulmasına kömək
etdiyinə görə və bundan sonra da hökumətə hər cür yardım gös-
tərməyə hazır olduğuna görə bu mükafata təqdim olunurdu”. (bax:
Rəsul Hüseynli. “Azərbaycan ruhaniliyi”. Bakı-2002. s. 68)
Rza bəy İstanbulda təhsil almış və orada da yaşamışdır. Onun
böyük oğlu (Hacı Əbdüllətif Əfəndinin nəvəsi H.Ə.) Əbdüllətif
Lütvi İstanbulda Ədliyyə məmuru (müşavir), digər oğlu Mə-
həmməd Asim isə həkim işləmişdir. Qızının adı isə Zəlihədir.
Hacı Səmədin bir qızı olmuşdur.
Yunisin övladları: İsə, İsaq, Xəlil.
Qasım Zakirin nəticəsi Molla İsə Şəkidə Məhəmməd Əfəndi
ziyarətinin mühafizi olmuşdur.
Qasım Zakirin kürəkəni Hacı Əbdüllətifin Şəkidə qonağı olan
şərqşünas N.V.Xanıkov “Şəki xanlarının müxtəsər tarixi”nin əl-
yazmasını onun evindən götürmüş, təxminən 1858-ci ildə Hacı
Əbdüllətif Əfəndinin adından (müəllif kimi) Peterburqda çap et-
dirmişdir. Lakin, bu əsərin Hacı Çələbi xanın nəslindən olan Mə-
həmməd Hüseyn xanın (Müştaqın) nəvəsi, Fətəli xanın oğlu Kə-
rim ağa (Fateh) tərəfindən yazıldığını S.Mümtaz sübut etmişdir.
Dostları ilə paylaş: |