139
du, ölkəsində qanunların necə icra olunduğunu yoxlamaq üçün
təğyir libas, dərviş libas olub şəhərləri, kəndləri gəzirdi.
Nəhayət, Şah Abbas çox gəzir, çox dolaşir, gəlib bir şəhərə
çatır. Münasib bir yer tapıb dincəlmək qərarına gəlir. O, şəyirdini
yemək almaqdan ötrü bazara göndərir. Şəyird soruşur:
– Usta, könlün nə istəyir?
Guya bu kişi şah döylü, onun ustasıdı. Şah deyir:
– Get, oğul, bazardan can al, can olmasa yarımcan al, o da
olmasa zəhrimar al.
Usta-şagird yeməkdən sonra görürlər ki, camaat dəstə-dəstə
bir tərəfə axışır. Bunlar da həmin səmtə doğru gedirlər. Bir də
baxırlar ki, bir meydana o qədər adam yığışıb, o qədər adam
yığışıb, iynə atsan yerə düşməz. Carçılar bağırırlar ki, bəs, bura-
da məhkəmə qurulacaq, cinayət işinə baxacaq. Demə, bir adamın
evinə oğru giribmiş. Ev sahibi oğrunu tutmaq istədikdə, o, həyətin
divarının üstündən tullanıb qaçmaq istəyib. Natərəstlikdən yıxılıb,
oğrunun qıçı sınıb. Ona görə də ev sahibini, bundan başqa üç nə-
fəri də taxsırkar bilib zindana salıblar.
Əvvəl ev sahibini danışdırırlar. Onu məhlə barısını
51
çox hün-
dür tikdirməkdə taxsırlandırırlar. Kişiyə deyirlər:
– Sənin qəsdi-qərəzdiyin olmasaydı, barını elə hündür tikdir-
məzdin. Bu biçarənin də qıçı sınmazdı.
Ev sahibi deyir:
– Mən ustaya demişəm ki, məhləmi hasarla. Barını hündür ti-
kibsə də, taxsır ondadı. Çünki mən ona adi barı tikməyi tapşırmış-
dım. Bənna belə elamağnan mənnən də çox pul alıb, avadanlığım da
artıq sərf olunub. Barının hündür çıxması mənim taxsırım dölyül.
Yerbəyerdən tökülüşüb bu dəfə barı tikən ustanı günahkar
sayırlar. Barı tikən deyir:
– Biz həmişə məhlə barısını iyirmi kərpic hündürlüyündə
tikirik. Gedin yoxlayın, bu barı da iyirmi kərpic hündürlüyündədi.
Hündür olmağının səbədi kərpicin iri kəsilməsindəndi. Bu işlərin
əsil taxsırkarı kərpic kəsəndədi.
Müttəhimlər kürsüsünə çıxarılan kərpic kəsən deyir:
140
– Məndə də taxsır yoxdu. Kərpicin qəlibi yekə olub. Taxsır
qəlib qayıran ustadadı.
Qəlib qayıran usta taxsırkar hesab edilir. Yerbəyerdən bağı-
rırlar:
– Qəlib qayıran usta asılmalıdır.
Əlqərəz, ev sahibi, bənna, kərpic kəsən bir təhər cannarını
qurtarırlar. Qəlib qayıranı tapıb qollarını bağlayır, başına torba
keçirirlər. Kişinin günahkar tək asılmasına qərar verilir.
Dar ağacı ququlur, qəlib qayıran ustanı dar ağacının yanına
gətirirlər. Amma cəllad nə qədər əlləşirsə, kəndiri kişinin başından
keçirə bilmir.
İşə baxanlar deyirlər:
– Bu kişinin hələ əcəli çatmayıb. Baxın görün kəndir dindiri-
lənlərdən hansının başından keçir.
Tərslikdən məhkum sayılan adamların heç birinin başından
kəndiri keçirmək mümkün olmur.
Axırda işə baxan qazı deyir:
– Ə… məhkəmə adam asılmasına qərar verib. Bu qədər ca-
maatın içində boğazına kəndir keçən tapmırsınız. Tələsin, qaş qa-
ralır, görün kəndiri kimin boğazına keçirə bilirsiniz. Birini tapıb
asın. Vəssalam.
Tamaşaya gələn adamları bir-bir yoxlayırlar. Qəzavi-qədər
elə gətirir ki, kəndir bircə Şah Abbasnan yanında gəzdirdiyi şəyir-
din boğazına keçir. Dərvişlə şəyirdi tutub dar ağacının yanına apa-
rırlar. İşi belə görən Şah Abbas şəyirdə öyrədir ki, işdi-şikayətdi,
səndən soruşsalar “İstəyin nədi?” - deyərsən: “İcazə verin papağı-
mı üç dəfə atıb tutum. Sonra nə istəyirsiniz edin”. Papağo iki dəfə
atıb tutarsan, üçüncü kərə atmazsan, qoyarsan papağo başaa. Sənə
deyəndə ki, “Üçüncü dəfə də at, şərt bitsin, kəndiri boğaza keçi-
rək”, diyərsən ki, “Papağı üçüncü dəfə atmağın vaxtı döylü. Vaxtı
çatanda mən siz deməsəniz də atacağam”. Nə badə, kəmfürsətlik
eliyib papağı üçüncü dəfə göyə atasan…
Dərvişi danışdırıb buraxırlar. Şah Abbas dabanına tüpürüb
saraya dogru üz tutur. Şagirdən isə sonuncu arzusunu bildirməyi
141
tələb eləyirlər. O, ustasının söylədiklərini bircə-bircə yerinə yeti-
rir. Axırda araya mübahisə düşür. Deyirlər: “Papağını at”. Şagird
inad eləyir ki, “Hələ vaxtı döylü”.
Bunları burada mübahisə eləməkdə qoyax, görəh Şah Abbas
nağardı? O, taxt-tacına oturar-oturmaz bir dəstə əli silahlı əsgəri
hüzuruna çağırtdırdı. Əmr verdi ki, filan şəhərə yollanıb, filan mə-
həllədə boğazı kəndirdə qalıb papağını göyə üçüncü dəfə atmadı-
ğına görə hələ də yaşayan oglanı ölümdən qurtarın. Məhkəməyə
hakimlik eləyənləri, oğrunu tutub zindana salın.
Deyirlər, Şah Abbasin nökəri ömrünün sonuna kimi papağını
bir daha göyə atmadı.
Kosayla keçəl, yaxud görək kim kimi aldadır
Kosa pambıq əkib-becərənin, keçəl isə qoz-fındıq alverçisinin
yanında nökər idilər. Bir bazar günü kosa böyük bir torbaya cır-
cındır doldurub ağzına da bir qədər pambıq qoyur, bazara satmağa
aparır. Keçəl də eyni qaydayla bir torbanın altına fındıq qabığı
yığır, üstünə də bir az salamat fındıq tökür. Bu da eləmə tənbəllik
aparır bazara.
Kosayla keçəl yolda bir-birinə rast gəlir. Kosa fındığa baxır,
tamahı düşür, bircəsini sındırıb yeyir. Bir-iki salamat fındığı da
yeyənnən sonra deyir:
– Fındığın çox höyüşdü. Yoxsa hamısını alardım.
Keçəl də pambığa baxır, torbanı qaldırır, ağırlığını yoxlayır.
Xeyli söhbətdən sonra kosa ürəyində deyir ki, yaxşı hərif tappı-
şam, cır-cındır torbamı fındıxlarına dəyişəcəm. Bir qədər mübahi-
sə elədikdən sonra bunlar pambıqla fındığı baş-başa dəyişirlər.
Kosa fındıq, geçəl də pambıq torbasını götürür. Hər ikisi pa-
xırın üstü açılmamış bir-birindən aralanmaq istəyir.
Kosa evə çatanadək götür-qoy eləyir: “Fındığı ləpələyərəm,
paltarlarımı dəyişib gələn bazar gətirərəm bazara, sataram, filan
qədər qabağa düşərəm”.
Keçəl də dala qalmır, ürəyində böyük arzular oyanır. Deyir:
Dostları ilə paylaş: |