145
rıyarsan, səni dartıb çıxardaram. Şələlənib
55
gedərox.
Kosa keçəli kəndirlə sallayır töyləyə. Keçəl öküzü kəsir. Tez-
tez deyir:
– Qaldır… Qaldır.
Kosa əti qaldırannan sonra ipi içəri buraxır. Çardaxdan keçələ
deyir:
– Di orda öl, köpək oğlu. Sən döyüldünmü məni iki dəfə
aldadan. “Sərin hövuzda belə yuyunursan. Kürsüdə oturub belə
dincələrsən?..” deyirdin. Öküz bütün günü məni torpaqda eşələtdi.
Səhər ağa gəlib sənə öküz ətindən bir kabab yedirər, özo da ətini
itlərə atıb sümüklərini gəmirdər.
Kosa bu sözləri deyib əti dalına şələləyir, çardaxdan aşagı
düşür, gücənə-gücənə qoruxlarla gedir. Düz yola çıxmağa ehti-
yatlanırdı, birdən onu görüb-eliyən olar. Qoruxlardan keçdikcə
itlər arxasıyca gəlir, hətta hürürlər də. Birdən kosa dalındakı şələ-
dən səs eşidir,
– A kosa, - deyir kimsə, - şələni bir az hündürə qaldır. Yoxsa
itdər qıçımı tutar.
Kosa şələni yerə qoyur. Görür ki, keçəl onun dalındaymış.
Deməginən dostunu yaxşı tanıyan, biglikdə şeytana papış tikən
keçəl ətlə birlikdə yuxarı qalxıbmış. Keçəl sövdələşdikləri kimi
ətin yarısını kosaya verir, dərinin də pulunun bir hissəsini ona vəd
edir. Bir vaxt keçəl kosanı saxlayıb deyir
– Qardaş, mən evimizə çatdım. Saa yaxşı yol.
Kosa keçələ belə cavab verir:
– Mən qayıdasıyam. Mən nə ət istəmirəm, nə də pul. Sən mə-
ni burda da allatmax istiyirsən.
Kosa əti də, dərini də keçəlin üstünə atıb sözünə davam edir:
– Maa sənin yaşadıgın yeri öyrənmək lazım idi. Gedib ağamı-
za buranı tanıtsam, o, qat-qat artıq hörmət eliyər.
Əlacsız qalan keçəl kosanın geri qayıtmaması üçün öz ət payın-
dan vaz keçir. Kosa bu halda da razılaşmır. Dərini də ondan alandan
sonra sağ-salamat üzülüşürlər. Hərə öz öyünə yollanır. Keçəl ko-
sadan yanıxlı qalır. Onların haq-hesabı bitib-tükənmir ki, tükənmir…
146
X
X
.
.
L
L
Ə
Ə
T
T
İ
İ
F
F
Ə
Ə
L
L
Ə
Ə
R
R
Hacı dayının umacağı
Günlərin bir günündə Hacı dayının danası ölür. Qonşular bu-
na ürək-dirək verirlər ki, ay Hacı dayı, fikir eləmə, yığılıb sənə tə-
zə dana alarıq.
Aylar ötür, illər keçir, Hacı dayının arvadı ölür. Yenə də qon-
şular gəlir, hərə bir cür təskinlik verir. Hacı dayı da bunlara qulaq
asır. Axırda narazılqla deyir:
– Əşi, danam öləndə hamınız deyirdiniz ki, təzəsini alarıq. İn-
di səhərdən sizə qulaq asıram, heç olmasa bir nəfər demir ki, ay
Hacı dayı, fikir çəkmə, yığılıb sənə təzə arvad alarıq.
Hacı dayının o dünyadan qayıtması
Hacı dayı ölür. Bunu hörmətlə dəfn edirlər. O biri dünyada
baxıb görür ki, bir tərəfdə cənnət var, bir tərəfdə cəhənnəm.
Fikirləşir ki, cənnətə getsin. Onu cənnətin qapısından içəri burax-
mırlar. Deyirlər ki, günahın çoxdu, hamıya sataşmısan. Əlacsız
qalıb gedir cəhənnəmə, ancaq ora da buraxmırlar, deyirlər:
– Sən heç kəsə pislik eləməmisən, sənin yerin bura deyil.
Hacı dayı işi belə görəndə üzünü göyə tutub deyir:
– Ya allah, özün görürsən ki, ma nə cənnətdə yer verdilər, nə
də cəhənnəmdə. Odu ki, hayındı mən Şəkiyə qayıtmalı olucam.
Deyirlər ki, Hacı dayı o qayıdandır, daha ona ölüm yoxdur.
Hacı dayının şillə döyüşü
Hacı dayının pəzəvəng bir qonşusu olur. Bir dəfə mübahisə za-
manı bu qonşu Hacı dayını camaat içində pərt eləmək üçün deyir:
– Bir can – cüssənə bax. Mərc gələk, əvvəl üç şillə sən mənə
vur, sonra da bir şillə mən sənə vurum. Görək kim nə hala düşür.
Hacı dayı deyir:
147
– Mən razı. Ancaq bu camaatın içində Qurana and iç ki, mən
üç şilləni vurub qurtarmayınca sən mənə əl qaldırmayacaqsan.
Pəzəvəng and verir. Bundan sonra Hacı dayı ona ürəkdən iki
şillə vurub qırağa çəkilir.
Soruşurlar:
– Bəs üçüncüsü?
Deyir:
– Onu da kefim nə vaxt istəsə onda vuracağam.
Qoy çölə çıxsın
Hacı dayı qatarla Bakıdan Tiflisə gedirmiş. Kupedə bərli-bə-
zəkli, rəngli-boyalı bir xanım da varmış. Necə olursa bu xanım
birdən havanı korlayır. Xəcələtindən qıpqırmızı qızarıb Hacı dayı-
ya deyir:
– Can qardaş, öz aramızda qalsın.
Hacı dayı deyir:
– Öz aramızda niyə qalır, ay bacı. Qoy pəncərəni açaq, çölə
çıxsın.
... Təfotu yoxdur
Hüzr məclisində bir gənc Hacı dayıya müraciətlə soruşur ki,
cənazənin qabağında getmək məsləhətdir, yoxsa dalında. Hacı da-
yı deyir:
– Oğul, cənazənin qabağında, yaxud dalında getməyin heç bir
təfotu yoxdur. Çalış cənazənin içində getmiyəsən.
Həbilə eliyirsooz da...
Bir şəkili dünyasını dəyişir. İnçir-minçirlər onu xeyli sorğu-
suala tutduqdan sonra cəhənnəmin qapısına göndərirlər. Şəkili içə-
ri girməkdən ötrü növbəyə dayanmalı olur və bu zaman arxadan