152
– Hayındı ayıb sənin ağlına olsun! Mən söz demişəm, yenə
də dalında dururam. Yəqin o bülbülün on yaşı bu gün tamam olub
də! Alın yazısından qaçmaq olmaz ki. dədə!..
Yaxşısı hayıfdı, pisi ayıfdı
Bir gün Molla Nəsrəddin Hacı dayıdan soruşur:
– Siz şəkililər niyə başqa yerə qız vermirsiniz?
Hacı dayı deyir:
– Şəkililər haqq-hesablarını bilən adamlardır. Yaxşısını ver-
mirlər ki, hayıfdı, pisini də vermirlər ki, ayıfdı.
Hayındı səən qulağınnan oyniyir
Hacı dayı dəlləkliyin dalınca düşsə də, bu sənəti heç curə
öyrənə bilmirdi. Müştərilərin qulağını ülgüclə kəsib yola salırdı.
Bir dəfə də keflənmiş müştərinin qulağını kəsib atır onun ayağının
altına.
Dəlləkxanadakı pişik müştərinin ayaqları arasında atılmış qu-
laqla oynamağa başlayr. Müştəri Hacı dayıya müraciətlə:
– Qədeş, bu pişik nə axtarır? – deyə soruşduqda Hacı laqeyd-
liklə :
– Ə, heş nə, hayındı səən qulağınnan oyniyir – deyib işini da-
vam etdirir.
Ə, özo yorma!
Hacı dayı adəti üzrə şəhəri gəzməyə çıxmıışdı. Küçələrdən
birinin gur yerində kiçik oğlunun tanımadığı birisi tərəfindən hər-
bə-zorbaya məruz qaldığını, uşağın anasının adına əxlaqsız idafə-
lər işlətdiyini eşidib laqeydliklə deyir:
– Ə, özo yorma, mən habı uşağın atasıyam, onun anasına ay-
da bir dəfə yaxın dura bilmirəm.
153
Qaça bilmərəm
Hacı dayının nəvəsinə idman müəllimi deyir:
– Mən bir, iki, üç deyən kimi, qaçarsan.
– Lap yüzəcən saysan da, qaçmayacam.
– Başa düş, bu dərsdir.
– Bilirəm dərsdir. Dünən dərsdən qaçmışdım. Bunun üstündə
babam məni kötəkləyib. Tapşırıb ki, bir də qaçsan, özündən küs.
Pul ver, danışım
Müəllim Hacı dayının nəvəsini yazı taxtasının qarşısına çağı-
rıb deyir:
– Danış dərsi.
Uşaq cavab verir:
– Pul ver danışım.
– Otur! – deyə müəllim əsəbiləşir – dələduzun biri dələduz!!
– Niyə dələduz oluram, ay müəllim. Sən bizə dərs danışanda,
hökümətdən pul almırsan, bəyəm?!
Baba, nə vaxt öləcəksən?
Nəvə Hacı dayıya deyir:
– A baba, nə olar, o bıçağı bağışla mənə.
– Saa indi yox, öləndə verərəm.
Bu əhvalatdan bir gün sonra nəvəsi Hacıdan tez-tez soruşur-
muş:
– A baba, nə vaxt öləcəksən?
Son söz
Hacı dayını dələduzluq üstə həbsə alırlar. Hakim ona son söz
verir. Hacı dayı deyir:
– Möhtərəm Hakim, habı milisioner Mabud kişiyə dinə ki, bir
ağız müğam oxusun.
154
Mənəm haqlı
Qazı boşanmaq istəyənlərin şikayətinə baxarkən, ərlə arvad
haray-həşir, dava-dalaş salır. Ara sakitləşəndə qazı yanındakı Hacı
dayıdan xəbər alır:
– Ay Hacı, bunların hansı haqlıdır?!
– Mənəm haqlı.
Qazı təəccüblənir:
– Sən niyə ay Hacı dayı?
– Ona görə ki, evlənməmişəm.
Axşamnan bağla
Özündən müştəbeh bir şəkili oğlan nəvəsinin tərifini göylərə
qaldıraraq lovğalanır ki, nəvəmin 7 yaşı olmağına baxmayaraq
ona hər şeyi öyrətmişəm, hətta ölən vaxtımda çənəmi bağlamağı
da...
Bu söhbətə qulaq asan Hacı dayı özünü saxlaya bilməyib dil-
ləndi:
– Əmioğlu, olmaz ki, gecə yatanda özün öz çənaa bağlıyif ya-
tasan, irağ olsun, başaa bir iş gəlsə bir də uşağı narahat eləmiyə-
sən.
Qulaqburması
Hacı dayı qərib bir şəhərə gəlib çıxır. Yorğun-arğın, cibində
də bir qəpiyi yox. Hansı qapını döyürsə, ona bir tikə çörək verən
tapılmır. Çox fikirləşəndən sonra bir yeməkxana tapır, stolun ar-
xasında yer tutub yekəxana-yekəxana xörək paylayanı çağırır:
– Nəyin var, ə, yeməyə?
– Borş, kabab, plov, qovurma...
– Birinci borş gətir, sonra iki şiş kabab, göy-göyərti, iki yüz
də araq süz, sonrasına baxarıq...
155
Oğlanın xörəkləri gətirməyi ilə Hacı dayının süfrəyə daraş-
mağı bir olur. Yeyib gözünə işıq gələndən sonra xörək paylayanı
bir də çağırır:
– Ə, gəl bir yüz vur məniynən.
Oğlan naz edir:
– Vallah, qardaş, iş vaxtı bizə içməyə icazə verilmir.
Hacı dayı hirslənir:
– Yava-yava danışma, ə, iç, bundan ötrü bir köpəyoğlu sənə
bir söz deyə bilməz!
Hacı dayının zəhmindən qorxan xörək paylayan arağı bir nə-
fəsə başına çəkir.
Haqq-hesab vaxtı məlum olur ki, Hacı dayının cibində bir qə-
pik belə yoxdur, oğlan hirsindən hind xoruzuna dönüb düşür kişi-
nin üstünə - nə yemisən turşulu aş.
Hacı dayı belə işin qurtarmağına şükür eləyə-eləyə çıxıb
uzaqlaşır.
Amma heç bircə gün keçməmiş ayaqları onu yenə dartıb bura
gətirir.
Keçib köhnə yerində əyləşir. Bəxtinin gətirmədiyindən xörək
paylayan yenə həmin oğlan idi. Təzədən üzünə ötkəm ifadə verib,
bayaqkı oğlanı çağırır.
Xörək paylayanın hirsi vurur başına:
– Birinci borş gətir, sonra iki şiş kabab, sonra göy-göyərti,
sonra da iki yüz qram araq, hə?!
– Hə? Yoox, bu dəfə... yüz qram!
Oğlan kinayə ilə:
– O niyə elə?!
Hacı dayı ötkəm-ötkəm, nə desə yaxşıdır:
– Keçən dəfə fikir verib görmüşəm ki, sən içəndən sonra
özünü adam kimi apara bilmirsən...
Kişilik
Mirzə Abdulcabbar doktor Ocaqovun
56
yaxın dostu idi. Mirzə
mədə ağrılarından şikayət edərkən doktor Ocaqov ona içkini at-
Dostları ilə paylaş: |