156
mağı məsləhət görür və deyir ki, bu içki insanın düşmənidir. Mir-
zə Abdulcabbar qayıdr ki:
– Kişi düşməndən qorxmaz!
Zəhmət haqqı
Qışın oğlan çağında Mirzə Abdulcabbarın paltosuz gəzdiyini
görən doktor Ocaqov öz paltosunu ona verərək əlavə 1000 manat
da cibinə qoyub deyir ki, apar bu pulu dərziyə ver, qoy paltonu
sənin əyninə görə düzəltsin. Mirzə pulun 500 manatını dərziyə ve-
rib, paltonu düzəltdirir, 500 manatını isə xərcləyir. Bundan xəbər
tutan doktor Ocaqova Mirzə belə cavab verir:
– Bəli, doxtur, 500 manatı dərziyə verdim, 500 manat da mə-
nim zəhmət haqqım da...
Hələ tezdir
Abcabbarın öy növbəsində olduğunu bilənlər ondan soruşurlar:
– Ay Abcabbar, sənə öy verdilər?
– Öy verməyə veritdilər, amma xoşuma gəlmir.
– Niyə xoşaa gəlmir?
Kişi qəbiri nəzərdə tutub deyir:
– Xarabanın nə qapısı var, nə pəncərəsi. İçinə girsəm, bilmi-
rən harasından çölə çıxacağam. Ona görə də xoşuma gəlmir.
– Hayındı sən təzə öyaa köçmək istəmirsən?
Abcabbar:
– Yox, hələ tezdir - deyir.
Şərikli donnux
Doktor Ocaqovla (məşhur kinorejissor R.Ocaqovun atasıdır)
yaxın dostluq əlaqəsində olan Mirzə Abdulcabbar onun xəstəxana-
sında cüzi maaşla işə düzəlir. Nə qədər maaş (donnux) alması ilə
maraqlananlara özünü sındırmayan Mirzə belə cavab verərdi:
– Doktor Ocaqovla birlikdə ayda 100 manat alırıq, bəsimizdi.
157
Vəsiyyət
Ömrünün son anlarınadək yumorundan qalmayan Mirzə
Abdulcabbar ölüm yatağında olarkən qonşusu dülgər Ələsgərov
Ələsgəri yanına çağıraraq ona vəsiyyət edir:
– Qəbrimin üstünə xatirə daşı qoydur və üstünə bu sözləri
yazdır:
– “Yerim rahatdır, məndən narahat olmayın”.
Təşəkkür
Şəkidə vaxtilə Xan sayanın yanında doğum evi variydi.
Arvadı hamilə vəziyyətində doğum evinə çatdırılan bir şəkili kefli
halda binaya yaxınlaşaraq bərkdən çığırır:
– Mənim arvadımı bura çağırın görax o nə üçün qız doğutdu.
Mən mənəmsə oğlum olmalıdır.
Bu mənzərəni seyr edən Mirzə Abdulcabbar ona yaxınlaşıb
deyir:
– Ədə, sənnən olan oğul da səən kimi axmaq olacaq da.....
Niyə nərilliyirsən?
Kefli qayıdır ki:
– Dayı, çox sağ ol, düz diyirsən. Gəl bu söza görə səni öpüm.
Gavalı və klarnet
Yetim oğlu Nurəddin Bakı kəndlərindən birinə toya dəvət olu-
nur. Yeməkdən sonra mağara keçir ki, musiqiyə qulaq assın.
Klarnetçalanın çox canfəşanlıq etdiyini görüb ona sataşmaq qərarına
gəlir. Əvvəlcədən süfrədən götürdüyü iri yapon gavalılarını cibindən
çıxarıb
klarnetçalanın
üzünə
baxa-baxa
dalbadal
dişləyir.
Klarnetçalanın ağzı sulanır, bir azdan klarnetin deşiyindən su
damcıladığını görüb daha da həvəslənir və gedib üç-dörd dənə də
gavalı götürür. Bir azdan su ilə dolduğundan daha klarnetdən səs
çıxmır.
158
Hamısını üfürmüsən
Yetim oğlu Ovçu doktor
57
ilə dost olduğundan tez-tez onun
yanına gedər, hal-əhval tutardı. Ovçu da öz növbəsində həkimlik-
dən kənar bir çətinliyə düşəndə Nurəddini köməyə çağırardı. Bir
gün yenə Yetim oğlu Ovçunun kabinetində olan vaxt bir əlacsız
xəstə içəri daxil olur və zorla deyir:
– A doxtur, nəfəsim çatmır, bir kimsə də məni sağalda
bilmir, ümidim sənədir Yetim oğlu həkimi qabaqlayır:
– Əmioğlu, nə sənətində işləmisən?
Xəstə yenə iniltili, xırıltılı səslə cavab verir:
– Qırx il zurna çalmışam.
Yetim oğlu yenə həkimə aman vermir.
– Ay kişi, Allah sənə ayırdığı havanı sən qırx ildə üfürüb
qurtarmısan, bundan sonra həkim sənə heç bir əlac edə bilməz.
Təbaşirlə
Bir dəfə kimya dərsində müəllim Qabardin
58
oğlundan soru-
şur:
– Mənsur, de görüm, suyun düsturunu necə yazmaq olar?
Deyir:
– Melnən, a müəllim.
İncimə, qardaş!
“Kabardinoğlu” ləqəbi ilə tanınan bir şəkili (allah ona rəhmət
eləsin!..) Novruz bayramında Bakıya gəlir və taksiyə minib harasa
gedir. Üstünə “Sizə xidmət edir...” sözləri yazılmış lövhədəki sü-
rücünün şəklinə baxıb onu cırnatmaq istəyir:
– Ay qaqaş, habı kimin şəklidi?
Sürücü onu tanımadığını yəqin edib deyir:
– Bilirsən, qədeş, bu oğlan ki var ha, belə cannara dəyən
oğlandu, qabağına çıxanı elə yortur ki, vəssalam-şüttamam.
159
Üstündə neçə dənə ubiystva, neçə dənə jivoy aqrableni var. Özü
də vsesoyuznı rozıskdadu...
Kabardinoğlu ta bir söz demir. Mənzil başına çatanda sürücü-
nün pulunu verib deyir:
– Qaqaş, saa bir söz diycəm, əmma mən ölüm inciməyəsən.
Öz aramızdı, habı it oğlu it nətəri də saa oxşiyir...
Baş Göynüklünün
59
yolu Xaldan tərəflərə düşür. Qayıdandan
sonra soruşurlar ki, a kişi, o tərəflərdə nə gördün, nə var, nə yox?
Göynüklü də qayıdır ki, bu nədi, ə, bə deyirdilər dünyanın ucu-
bucağı yoxdu?! Odu ey, Xaldannan o tərəflərdə də evlər görünür ki...
* * *
Günlərin bir günü Ramazan dayı Şəkidə bir papaqçıdan
papaq almaq istəyir. Yaxınlaşıb soruşur qiymətini. Papaqçı deyir
ki, 200 manata. Ramazan dayı da heç halını pozmadan pulu sayır
və elə ordaca papağı başına qoyub çıxır. Bayaqdan buna göz qo-
yan bir Göynüklü Ramazan dayını yanlayıb deyir ki, a kişi, bu nə-
di, papaqçı səni yaman aldatdı. Bəyəm sən şəkililərin xasiyyətini
bilmirsən? Bir azca bərkisəydin, 100-ə də alardın...
Ramazan dayı gülüb deyir:
– Əşi, bu yüz manatnan yaram sağalmaz ha?! Amma sən gör,
mən bu papaqçı zalım oğluna nə zülm eləmişəm. Fikirləşib, fikir-
ləşib bir dərdə düçar olasıydı ki, ay dadi-bidad, bu ki, belə pul ve-
rəndi, gərək papağın qiymətini 300 manata qaldıraydım...
* * *
Alça satmaq üstündə Fərrux kişini tuturlar və belə alverə görə
nə az, nə çox, düz on beş il kəsirlər. Məhkəmədə Fərrux görür ki,
ay dadi-bidad, yaman çox iş yüklədilər. Ona son söz verilən kimi
deyir:
– Möhtərəm məhkəmə üzvləri, sizə yanlış xəbər veriblər.
Mən xalça yox, alça e, al-ça satmışam!..
Dostları ilə paylaş: |