142
“Pambığı əyirtdirib parça toxutduraram. Aparıb bazarda sataram,
filan qədər qabağa düşərəm”.
Bunlar hər ikisi evə çatır. Kosa torbanı boşaldıb görür ki, ha-
mısı fındıq qabığıdır. Başına döyə-döyə qalır. Keçəl də torbadan
cır-cındır çıxanda yanıb-yaxılır.
Kosa keçəldən, keçəl də kosadan hayıf almaq ümidiylə yaşa-
yırlar.
Günlərin bir günü bunlar yenə bazarda bir-birinə rast gəlirlər.
Kosa deyir:
– Mən pambıq əkən deyiləm. Özümün döyüldü. Alanda
inanıb torbanın içinə baxmamışam.
Keçəl də özünü təmizə çıxarmaq məqsədiylə diyir:
– Mən də fındığı bazarda bir qışdaxlıdan
52
almışdım.
Hər ikisi yalana inanıb təzədən dostlaşır. Bunlar birlikdə bazar-
da xeyli gəzirlər. Birdən carçı hündürdən elan edir ki, “Filan ağaya
iki nəfər nökər lazımdı. İşləmək istəyən filan ünvana getsin”.
Kosayla keçəl işlədikləri evin ağalarından narazıydılar. Bir
qarın yeməyi doyunca vermirdi. Bu səbəbdən onlar belə qərara
gəlirlər ki, carçının dediyi ünvana getsinlər.
Yeni ağaları nökərlərlə şərtləşib aralarinda iş bölgüsü aparır.
Deyir:
– Biriniz öydə qalıb öy işlərini yerinə yetirsin, digəriniz də
malı otarmağa aparar.
Beləcə, ağa hər ikisini işə ötürür. Kosa öydə qalır, keçəl isə
mal otarmağa gedir.
Ağa təzə öy tikdirmək istəyir. Səhər tezdən ustalar gəlir. Ko-
saya tapşırılır ki, ustalara daş versin. Kosa axşama qədər yerdən 3-
cü mərtəbəyə daş qaldırır. Onun bel-buxunu qırılır.
Keçəl də naxıra çatan kimi qabağına bir sürü mal qatırlar,
əlavə olaraq bir başıbaglı öküzün ipini əlinə verirlər. Ona deyirlər
ki, “Mal-qaranı filan yerdə otararsan. Öküzdən də muğayat ol,
qaçmasın”. Mal qapıdan çıxandan öküz dartınıb qaçmaq istəyir.
Axşamacan keçəli dalınca sürüyür. Dəfələrlə yıxılıb torpaqda eşə-
lənsə də, keçəl qorxusundan öküzün ipini buraxmır. Axşam olur,
143
hər ikisi evə gəlir. Yemək-içməkdən sonra ağa bunlara mal töləsi-
nin qabağındakı səkidə yer göstərir. Deyir:
– Burda yıxılıb yatın.
Keçəl kosadan soruşur:
– Sən nə iş gördün?
Kosa deyir:
– Ustalara çay qoymuşam, neçə dəfə yeməklərini aparmışam,
boş qabları evə qaytarmışam, sərin su gətirmişəm. Bu işdərdən ba-
şim açılanda da özüm yeyib- işmişəm. Bəs sən nağarmısan?
Keçəl deyir:
– Bir neçə baş mal tapşırdılar, agamızın böyük bagı var. Mal-
ları aparıb saldım bağa, yaxşı bir agacın kölgəsində oturub mal-
qaraya göz qoydum. Bağda yaxşı hovuz var. Arabir gedib hovuz-
da yuyundum, sərinlədim.
Söz yox ki, bunlar bir-birinə inanmırdılar, ürəklərində biri o bi-
rinin paxıllığını da çəkirdi. “Bəlkə onun işi mənimkindən yüngüldü”.
Keçəlin günü gündən narazılığı artır. Amma hələ də ikibaşlı
danışır:
– Haxdı, rahat işdi, - deyir, - amma adamın axşamacan
təkbətək ürəyi darıxır. Darıxan kimi hövuzda yuyunub vaxtımı ke-
çirirdim ki, axşam olsun.
Kosa da ona qoşulub şikayətlənir:
– İki evin arasında qalmışam. Ustalar tez-tez çay istəyirlər.
Xanım da elə qılıqsız adamdı ki, “çay süz”, - diyən kimi başlayır
deyinməyə.
Bir gün keçəl kosaya deyir:
– A kosa, istəyirsən işlərimizi dəyişə-dəyişə günümüzü başa vu-
rax. Adam həmişə işləyəndə də, işləməyəndə də yorulub tıncıxır
53
.
İnamsız razılaşırlar.
Keçəl kosaya deyir:
– Çöl işindən narazı qalmazsan. Otlaq qalın otlu yerdir. Gü-
nortayacan çəməndə şeh qurumur. Adam ayaqüstə dayanmaqdan
yorulur. Oturmağa yer tapmır. İstəyirsən gedəndə özünnən bir də-
nə kürsü götür. Çiy quruyana qədər üstündə oturarsan.
144
Söhbətin bu yerində keçəl nəsə düşünüb sözünə davam eləyir:
– Kürsünü axşam qaytarmiyərsən. Mənim növbəmdə də mən
oturaram.
Səhərdən kosa malqaranı otarmağa aparır, keçəl də evdə qa-
lır. Kosa özüylə bir kürsü də götürür. Kürsünü dalına bağlayıb
öküzün ipinnən yapışır. Kosa malı ağıldan
54
çıxaran kimi öküz
dartınıb qaçmağa hazırlaşır, kosanı kürsü qarışıq yerə yıxıb da-
lınca sürüyür. Öküz kosanı o qədər sürüyür ki, dalına bağladığı
kürsü sınıb tikə-tikə tökülür. Keçəl də evdə bütün günü daş qal-
dırır, öküz gəzdirməyə “şükür” deyir.
Bir müddət işlədikdən sonra ağa onları yanına çağırıb haqqla-
rını verir. Deyir:
– İzinlisiniz, öyünüzə dəyib qayıdın.
Keçəllə kosa pulları ciblərinə qoyub yatdıqları yerə gəlirlər.
Hər ikisi işin agılıgından şikayətlənir. Dərdləri açılır. Xeyli söh-
bətləşirlər. Ağa elə bilir nökərlər çıxıb gedib, malları özü tövləyə
salıb qapısını qıfıllayır. Sonra yıxılıb yatır.
Keçəl deyir:
– A kosa, belə adama qul olmaqdansa, işləməmək yaxşıdı.
Mən qayıdası döyləm.
Kosa deyir:
– Mən də qayıtmiyicəm.
Bir qədər yerlərində uzanırlar. Birdən kosa deyir:
– İndi ki, biz qayıdası olmadıq, gəl ağadan bir hayıf çaxaq.
Keçəl soruşur:
– Nağarax.
Kosa deyir:
– Gəl, dəli öküzü kəsax, nə apara biləriksə, aparax. Ağa öyü-
müzü tanımır. O bizi haradan tapacaq?..
Razılaşırlar. Çardağa çıxıb töylənin tavanını sökürlər. Kosa
keçələ deyir:
– Öküzü kəsmağa sən yaxşısan. Düş öküzü kəs. Əvvəlcə bir
budunu özünnən ötrü, sonra o biri budunu mənnən ötrü kəndirin
ucuna bağlayarsan, yuxarı qaldırram. Axırda da kəndiri belinə sa-
Dostları ilə paylaş: |