160
* * *
Bir gün Fərrux yumurta satırmış. Sahə müvəkkili aşa-aşa
gəlib yaxınlaşır və dərhal qarşısındakı zənbilə bir təpik vurub
qışqırır:
– Nə satırsan, ə, belə?!
Fərrux əyilib baxır ki, ay aman, yumurtaların yarısı sınıb zay
oldu.
– Bir təpik də vursan, ta heç nə! - deyə cavab verir.
* * *
Baş Göynüklü Nurmusa həmişə borc alarmış, ancaq di gəl ki,
qaytarmaqda əli yoxmuş. Borclu olduğu adam bir gün borcunu
istəyəndə o, tərs-tərs baxıb deyir:
– Mən borcumu elə bu gün qaytarasıydım, sən ki, belə
e`tibarsızlıq edib istədin, hayindı-neynim, daha verəsi olmadım...
* * *
Həbibulla adlı bir dəlləyin ləqəbi Yeşil dayı idi. Yeşil dayının
qonşusu bərk xəstələnir. Gedir qonşusunu yoxlamağa. Çıxanda
xəstənin arvadı Yeşil dayıdan soruşur ki, Yeşil dayı, bunnan gö-
zün nə alır? Yeşil dayı deyir ki, bacı, narahat olma, iki günə kimi
ya tapa
60
çıxar, ya sapa
61
...
Yazıq arvad bundan çox təsəlli alır. Elə həmin axşamı xəstə
ölür. Arvad ah-vayla gəlir Yeşil dayının yanına ki, bəs deyirdin
xəstə iki günə ya tapa çıxar, ya sapa, axı, kişi öldü?!
Bu vaxt kişi qayıdır ki, ay bacı, elə mən deyən kimi oldu,
budu qəbirstanlıq dağın tapındadır, mən də oranı nəzərdə tutur-
dum dayna...
* * *
Bir gün bazarda Yeşil dayı yağ və bal satana baxıb fikir
eləyir. Bunu görən başqa bir göynüklü Yeşil dayıya deyir ki, a ki-
şi, ora nə çox baxırsan?
– Bilirsən, qonşu, fikirləşirəm ki, o yağ-bal satan aldığı pula
nə alıb yeyəsidi? Ağlı varmı bunun?
161
* * *
Baş Göynükdə Qaraj adlı bir nəfər yaşayırdı. Qaraj dayının
naxırçılığı vaxtı bir gün elə olur məktəb direktorunun inəyi evinə
gəlib çıxmır. Odur ki, gedib Qaraj dayıya deyir ki, bəs mənim inə-
yim gəlib çıxmayıb, hardadısa, onu tapmalısan. Qaraj dayı qayıdır
ki, müəllim, səndən bir şey soruşsam cavab verərsənmi? Direktor
deyir, buyur, a kişi.
– Sən dərs qurtarandan sonra uşaqları bir-bir evlərinə apar-
mırsan ki?!
– Yo-oox...
– Ay sağ ol, elə mən də gətirib bütün malları örüşdən kəndə
çatdırmışam. Day onları bir-bir evlərinə aparası ha döyüləm?!
Həmişə sizdə
Biləciklidən* soruşurlar:
– Adın nədir?
– Həmişə sizdə.
Deyir, a sənə ad qoyanın atasına lənət. Olmaz ki, deyərdilər:
– Bir gün sizdə, bir gün bizdə.
Hələ mən minməmişəm
Bir gün Biləcik kəndində tabut üçün pul yığırlarmış. Adam-
lardan biri deyir ki, o dəfə də pul yığdınız, vermişəm, amma hələ
mən bir dəfə də minməmişəm.
Bir o oldu ki, əməlli isindim
Biləcikli Mədət dayı yonca otu çalıb, qurudub, qotmana
62
yığ-
mışdı ki, güclü yağış yağdı. Səhəri gün otu sərib, qurudur, yenə
qotmana yığır. Yenə o qayda təkrar olunur. Bir sözlə: 3 dəfə bu
əməliyyat davam edir. Axırda tıncıxan kişi otu sahənin ortasına
____________
*Şəkinin kəndidir
162
yığıb spiçkanı vurur. Ot çartaşartla yanır. Özü də qıraqda durub
tamaşa edir və axırda deyir ki, mənə o qaldı ki əməllicə isindim.
Mən yerdə and içmişəm
Çox içki içən və bundan da zərər çəkən birisi and içir ki, mən
bir də içki içməyəcəyəm. Lakin bir gün təyyarədə gedərkən yeyib-
içməli olur. Doyunca araq içir. Ona xatırladırlar ki, axı sən and iç-
mişdin. O, da tez cavab verirdi: Mən yerdə and içmişəm, göydə yox.
Çıxış yolu
Bir kişi yol ilə gedərkən quyuya düşür. Nə qədər çalışır çıxa
bilmir, axırda deyir: “Bu dəfə də çıxa bilməsəm pramoy gedəcə-
yəm evimizə”.
Dədəm də o biri budaqdadır
Bir oğlan qonşunun bağına alma oğurluğuna keçir. Oğlanı
ağacda görən qonşu acıqlanır, qarğış tökür və onu atasına deyəcə-
yi ilə hədələyir. “Dayan səni dədənə tapşıracağam”-deyir.
Oğlan tez cavab verir ki, narahat olma, dədəm də o biri bu-
daqdadır.
Ucuz ətin şorbası olmaz
Bir kişinin üç oğlu olur. Bir gün axşam üstü yoldan keçən ca-
van bir oğlan bunlarda gecələməli olur. Həmin gün kişinin kiçik
oğluna elçiliyə getməli idilər. Qonaq olduğuna görə ev sahibi evdə
dayanır, elçiliyə o biri oğlanlarını göndərir. Qonaq oğlan isə süfrə
qırağında yastığa söykənib, qıçlarını uzadıb siqaret çəkir. Bu vaxt
oğlanlardan biri qapıdan girdi, atasının yanına gəlib qulağına nə
isə dedi, sonra dalı-dalı qapıya doğru geri çəkildi. Atası bir kəlmə
sözlə cavab verdi ki, razılaşın.
Qonaq soruşdu ki, nə xəbərdir? Kişi əhvalatı nağıl etdi ki,
bunlar elçiliyə gediblər. Süd pulu olaraq 7 qızıl istəyiblər. Qonağı
elə bil od götürdü. Tez durub yerində oturdu və dedi ki, bizdə heç
pul vermirlər. Qız nədi, 7 qızıl nədi?
Dostları ilə paylaş: |