Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə18/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   14   15   16   17   18   19   20   21   ...   190

65.2.4.  sübutların  və  cinayət  təqibi  üzrə  icraatın  digər  materiallarının  axtarılıb 

tapılması, toplanması, əlavə edilməsi, tədqiqi məsələləri haqqında; 

65.2.5. prosessual hərəkətlərin icraatının növbəliliyi və vaxtı haqqında. 

65.3.  Məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmünün,  habelə  cinayət  təqibi 

üzrə  qüvvəyə  minmiş  digər  qərarlarının  bütün  dövlət  orqanları,  fiziki  və  hüquqi 

şəxslər  üçün  məcburiliyi  məhkəmə  hökmünün  və  digər  qərarının  kassasiya 

qaydasında  və  yeni  açılmış  hallar  üzrə  yoxlanılmasına,  ləğv  edilməsinə  və 

dəyişdirilməsinə mane olmur. 

65.4.  Məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü,  habelə  cinayət  təqibi  üzrə 

qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin 

və  təqsirləndirilən  şəxsin  ona  aidiyyəti  olub-olmaması  hissəsində  məcburidir. 

İddianın  təmin  edilməsi  hüququnu  təsdiq  edən  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 

65.5.  Məhkəmə  cinayət  təqibinə  xitam  verilməsi  haqqında  təhqiqatçının, 

müstəntiqin  və  ya  prokurorun  qərarını  məhkəmə  nəzarəti  funksiyalarını  həyata 

keçirərkən  ləğv  edə  bilər,  məhkəmə  baxışı  nəticəsində  isə  həmçinin  xüsusi  qərar 

çıxara bilər. 

65.6. Birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum 

edilməsinə  və  ya  bəraət  almasına  dair  qanuni  qüvvəyə  minmiş  hökm  şərtsiz 

məcburidir. 

65.7. Məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini 

həyata keçirən orqan və cinayət  işinə  baxan məhkəmə üçün yalnız hadisənin olub-

olmaması hissəsində məcburidir. 

İKİNCİ BÖLMƏ  

MƏHKƏMƏ VƏ CİNAYƏT PROSESİNDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR 

V I I   f ə s i l  

MƏHKƏMƏ 

M a d d ə   6 6 .   C i n a y ə t   m ü h a k i m ə   i c r a a t ı n ı   h ə y a t a   k e ç i r ə n  

m ə h k ə m ə l ə r

 

66.0.  Azərbaycan  Respublikasında  cinayət  mühakimə  icraatını  aşağıdakı 



məhkəmələr həyata keçirir: 

66.0.1. rayon (şəhər) məhkəmələri; 

66.0.2. hərbi məhkəmələr; 

66.0.3. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi; 

66.0.4.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının  hərbi 

məhkəməsi; 




66.0.5.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının 

Məhkəməsi;

xviii[18]

 

66.0.6. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; 



66.0.7. apellyasiya məhkəmələri;

xix[19]


 

66.0.8. Azərbaycan Respublikasının Ali Məhkəməsi. 

M a d d ə   6 7 .   R a y o n   ( ş ə h ə r )   m ə h k ə m ə l ə r i n i n   a i d i y y ə t i

 

67.1.  Rayon  (şəhər)  məhkəmələri  birinci  instansiya  məhkəmələri  qismində 



fəaliyyət göstərirlər. 

67.2.  Rayon  (şəhər)  məhkəmələri  böyük  ictimai  təhlükə  törətməyən  və  az  ağır 

cinayətlərə dair işlərə baxırlar. 

67.3. Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat 

üzrə  materiallara,  xüsusi  ittiham  qaydasında  şikayətlərə,  habelə  məhkəmə  nəzarəti 

funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 

67.4.  Hər  bir  rayon  (şəhər)  məhkəməsinə  yalnız  məhkəmənin  yurisdiksında  baş 

vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.

xx[20]

 

M a d d ə   6 8 .   H ə r b i   m ə h k ə m ə l ə r i n   a i d i y y ə t i



 

68.1.  Hərbi  məhkəmələr  birinci  instansiya  məhkəməsi  qismində  fəaliyyət 

göstərirlər. 

68.2.  Hərbi  məhkəmələr  müharibə  və  hərbi  xidmət  əleyhinə  olan  böyük  ictimai 

təhlükə  törətməyən və  az  ağır  cinayətlərə  dair,  habelə  hərbi  qulluqçular  tərəfindən 

törədilmiş  böyük  ictimai  təhlükə  törətməyən  və  az  ağır  cinayətlərə  dair  işlərə 

baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, 

onun  barəsində  işə  də  hərbi  məhkəmə  tərəfindən  baxılır).  Naxçıvan  Muxtar 

Respublikasının ərazisində müvafiq hərbi məhkəmə Ağır cinayətlərə dair işlər üzrə 

hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirir.

xxi[21]

 

68.3. Hərbi məhkəmələr məhkəmə nəzarəti funksiyalarının  həyata keçirilməsinə 



dair və digər materiallara baxırlar. 

xxii[22]


 

68.4.  Hər  bir  hərbi  məhkəməyə  yalnız  məhkəmənin  yurisdiksında  baş  vermiş 

cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.

xxiii[23]

  

M a d d ə   6 9 .   A ğ ı r   c i n a y ə t l ə r ə   D a i r   İ ş l ə r   ü z r ə   A z ə r b a y c a n  



R e s p u b l i k a s ı   M ə h k ə m ə s i n i n   a i d i y y ə t i

 

69.1.  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Məhkəməsi 



birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. 

69.2.  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Məhkəməsi 

ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. 

69.3.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının  məhkəməsinə 

yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

xxiv[24]


 


 

M a d d ə  

7 0 .  

A ğ ı r  



C i n a y ə t l ə r ə  

D a i r  

İ ş l ə r  

ü z r ə  

A z ə r b a y c a n   R e s p u b l i k a s ı   H ə r b i   M ə h k ə m ə s i n i n   a i d i y y ə t i

 

70.1.  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Hərbi 



Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. 

70.2.  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Hərbi 

Məhkəməsi müharibə və hərbi xidmət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlərə 

dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayətlərə 

dair işlərə və digər materiallara baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan 

şəxsin iştirakı ilə törədilmişsə, onun barəsində işə də ağır Cinayətlərə Dair İşlər üzrə 

Azərbaycan Respublikasının Hərbi Məhkəməsi tərəfindən baxılır). 

70.3.  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Hərbi 

Məhkəməsinə  yalnız  məhkəmənin  yurisdiksında  baş  vermiş  cinayətlərlə  bağlı  işlər 

aiddir.


xxv[25]

 

 



Maddə 70-1. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası 

məhkəməsinin aidiyyəti 

 

 

70-1.1.  Ağır  cinayətlərə dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının  məhkəməsi 



birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. 

70-1.2.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının  Məhkəməsi 

ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. 

   70-1.3.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının 

məhkəməsinə  yalnız  onun  yurisdiksiyasında  baş  vermiş  cinayətlərlə  bağlı  işlər 

aiddir.


xxvi[26]

 

 



Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti

  

 



71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi 

ilə  bağlı  digər  materiallar  üzrə  apellyasiya  instansiyası  məhkəməsi  qismində  fəaliyyət 

göstərir. 

71.2.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsi  aşağıda  göstərilən  birinci 

instansiya  məhkəmələrinin  qanuni  qüvvəyə  minməmiş  hökmlərindən  və  digər 

qərarlarından  apellyasiya  şikayətləri  və  ya  protestləri  əsasında  cinayət  işlərinə  və  cinayət 

təqibi ilə bağlı digər materiallara baxır: 

71.2.1.  

 

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin; 



71.2.2. yurisdiksiyasına aid edilmiş hərbi məhkəmələrin; 

   71.2.3.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikası 

məhkəməsinin. 

xxvii[27]

 

 

Maddə 72. Apellyasiya məhkəmələrinin aidiyyəti



  

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə