Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə26/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   22   23   24   25   26   27   28   29   ...   190

87.7.  Zərər  çəkmiş  şəxs  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

87.7.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

87.7.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ifadə vermək; 

87.7.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  müqayisəli  tədqiqat 

aparılmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək; 

87.7.4.  onun  barəsində  cinayətin  törədilməsi  ehtimal  edilən  cinayət  işi  üzrə 

cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək; 

87.7.5.  hadisəni  düzgün  dərk  edib  yenidən  təsvir  etmək  qabiliyyətindən 

şübhələnməyə  əsaslar  olduqda,  bu  halların  müəyyən  edilməsi  üçün  cinayət 

prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək; 

87.7.6.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

87.7.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək 

məhkəmənin iclas zalını tərk etməmək; 

87.7.8. məhkəmə iclasında qaydaya riayət etmək; 

87.7.9. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla 

qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

87.7.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

87.8.  Zərər  çəkmiş  şəxs  şəxsən  və  ya  nümayəndəsi  vasitəsilə  öz  hüquqlarından 

istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət 

qabiliyyəti  olmayan  zərər  çəkmiş  şəxsin  hüquqlarını  onun  əvəzinə  bu  Məcəllədə 

nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir. 

M a d d ə   8 8 .   X ü s u s i   i t t i h a m ç ı

 

88.1 .Xüsusi ittihamçı qismində aşağıdakılar tanınır:  



88.1.1.  ictimai-xüsusi  ittiham  qaydasında  cinayət  təqibi  üzrə  məhkəmənin 

hazırlıq  iclası  keçirilənədək,  keçirilərkən  və  ya  sonradan,  lakin  məhkəmə  istintaqı 

başlananadək  xüsusi  ittihamçı  qismində  məhkəmə  baxışına  buraxılması  barədə 

vəsatət vermiş şəxs — vəsatət təmin olunan andan; 

88.1.2.  ictimai-xüsusi  ittiham  qaydasında  cinayət  təqibi  üzrə  cinayət  nəticəsində 

ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin 

başlanmasını,  ibtidai  araşdırma  aparılmasını  və  onun  zərər  çəkmiş  şəxs  qismində 

tanınmasını  xahiş  etmiş  şəxs  —  başlanmış  cinayət  işi  üzrə  zərər  çəkmiş  şəxs 

qismində tanındığı andan; 

88.1.3.  cinayət  nəticəsində  ziyan  vurulmuş,  məhkəməyə  xüsusi  ittiham 

qaydasında şikayət vermiş şəxs — xüsusi ittiham qaydasında şikayətin öz icraatına 

qəbul  edilməsi  və  ya  məhkəmə  baxışına  təyin  edilməsi  haqqında  məhkəmə  qərarı 

qəbul olunduğu andan. 



88.2.  Zərər  çəkmiş  şəxs  yetkinlik  yaşına  çatmadıqda  və  ya  fəaliyyət  qabiliyyəti 

olmadıqda,  bu  Məcəllənin  88.1-ci  maddəsində  nəzərdə  tutulmuş  vəsatəti,  xahişi  və 

ya şikayəti vermiş onun qanuni nümayəndəsi xüsusi ittihamçı hesab olunur. 

88.3.  Bu  Məcəllənin  88.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda,  məhkəmə 

baxışında iştirak etmək üçün buraxılması barədə vəsatət vermiş zərər çəkmiş şəxsin 

hüquqi varisi xüsusi ittihamçı qismində tanınır. 

88.4.  Xüsusi  ittihamçı  zərər  çəkmiş  şəxsin  bütün  hüquqlarından  istifadə  edir  və 

onun  vəzifələrini  yerinə  yetirir.  Bundan  başqa  xüsusi  ittihamçı  bu  Məcəllədə 

nəzərdə tutulmuş qaydada: 

88.4.1.  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  materialların  hazırlanmasını 

həyata keçirir; 

88.4.2.  cinayət  təqibi  üzrə  icraatın  hər  hansı  anında  ittihamdan  imtina  etmək 

hüququndan istifadə edir; 

88.4.3. məhkəmə  iclasında cinayət prosesinin digər iştirakçılarının  vəsatətləri və 

məhkəmədə baxılan məsələlər üzrə fikrini söyləyir; 

88.4.4.  öz  hesabına  və  ya  məhkəmə  vasitəsi  ilə  sübutların  məhkəməyə  təqdim 

edilməsini təmin edir; 

88.4.5.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclasında  işin 

materiallarının tədqiqində iştirak edir; 

88.4.6.  cinayət  prosesinin  digər  tərəfinin  qanunsuz  hərəkətlərinə  öz  etirazını 

bildirir; 

88.4.7. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə 

qarşı cinayət təqibini davam etdirir; 

88.4.8.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında 

nümayəndəsi  olmadıqda  giriş  sözü  (xüsusi  ittiham  qaydasında  şikayətin  elan 

edilməsi), nitq və replika söyləyir, kassasiya instansiyası məhkəməsində isə baxılan 

məsələ üzrə çıxış edir. 

88.5.  Xüsusi  ittihamçı  şəxsən  və  ya  nümayəndəsi  vasitəsilə  öz  hüquqlarından 

istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. 

M a d d ə   8 9 .   M ü l k i   i d d i a ç ı

 

89.1.  Cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməl  nəticəsində  maddi  ziyan 



vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə 

icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki 

və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 

89.2.  Mülki  iddiaçı  qismində  tanınma  haqqında  qərar  təhqiqatçı,  müstəntiq, 

prokuror  və  ya  məhkəmə  tərəfindən  qəbul  edilir.  İddia  ərizəsi  verdiyi  anda  şəxsin 

mülki  iddiaçı  qismində  tanınmasına  əsaslar  kifayət  deyilsə,  həmin  qərar  kifayət 

qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 



89.3.  Mülki  iddiaçı  qismində  tanındıqdan  sonra  iddia  ərizəsinin  müvafiq  şəxs 

tərəfindən  verilmədiyi  və  ya  şəxsin  mülki  iddiaçı  vəziyyətində  qalmasına  əsaslar 

olmadığı  müəyyən  edilərsə,  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə 

əsaslandırılmış  qərarı  ilə  həmin  şəxsin  cinayət  prosesində  mülki  iddiaçı  qismində 

iştirakına xitam verir. 

89.4.  Mülki  iddiaçı  verdiyi  iddianı  müdafiə  etmək  məqsədi  ilə  bu  Məcəllədə 

nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 

89.4.1. ittihamın mahiyyətini bilmək; 

89.4.2. təqdim etdiyi iddia üzrə izahat və ifadə vermək; 

89.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və 

materiallar təqdim etmək; 

89.4.4. etirazlar etmək; 

89.4.5.  vəsatətlər  vermək,  o  cümlədən  verdiyi  iddianın  təmin  olunması  üçün 

tədbirlərin görülməsi barədə vəsatət vermək; 

89.4.6.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  qarşı  öz  etirazını 

bildirmək  və  həmin  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin 

protokollarında qeyd olunmasını tələb etmək; 

89.4.7.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolları  ilə 

tanış  olmaq,  protokoldakı  yazıların  düzgünlüyü  və  tamlığı  barədə  qeydlərini 

vermək;  istintaq  və  ya  digər  prosessual  hərəkətlərdə,  habelə  məhkəmə  iclasında 

iştirak  edərkən,  qeyd  olunması  zəruri  olan  halların  protokolda  öz  əksini  tapmasını 

tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək; 

89.4.8.  ibtidai  araşdırma  qurtardığı  və  ya  cinayət  işi  üzrə  icraata  xitam  verildiyi 

andan  işin  materialları  ilə  tanış  olmaq,  ona  aid  zəruri  sənədlərin  surətlərini 

çıxarmaq; 

89.4.9.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  və  işin 

materiallarının tədqiqində iştirak etmək; 

89.4.10.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında 

nümayəndəsi  olmadıqda  nitq  və  replika  söyləmək,  kassasiya  instansiyası 

məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək; 

89.4.11.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  qəbul  edilmiş,  onun 

hüquq  və  qanuni  mənafeyinə  toxunan  qərarlar  haqqında  həmin  orqan  tərəfindən 

məlumatlanmaq və öz xahişi ilə rəsmi qərarların surətini əldə etmək, ittiham aktının, 

hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq; 

89.4.12. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından 

və  hərəkətlərindən,  o  cümlədən  hökmdən  və  məhkəmənin  digər  qərarının  iddiaya 

dair hissəsindən apellyasiya və kassasiya şikayəti vermək; 

KM1


 

89.4.13. cinayət prosesini həyata keçirən orqanın onun iddiasına dair hissəsindən 

onun  nəzərinə  çatdırılmış  məlumatlardan  və  ya  cinayət  prosesinin  digər 

iştirakçılarının şikayətlərindən ona məlum olmuş digər hallara etirazını bildirmək; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə