Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə24/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   20   21   22   23   24   25   26   27   ...   190

85.6.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlərə  dair  daxil  olmuş  ərizə  və  digər 

məlumatların  qeydiyyata  alınmasını  təşkil  edir,  onlara  baxılmasını,  cinayət  işi  üzrə 

ibtidai  istintaqın  və  ya  ayrı-ayrı  istintaq  hərəkətlərinin  aparılmasını  müstəntiq, 

yaxud müstəntiqlər qrupuna tapşırır; 

85.6.2.  müstəntiqin  cinayətin  açılması,  araşdırılması  və  qarşısının  alınması  üçün 

vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir; 

85.6.3.  cinayət  işləri  üzrə  hərtərəfli,  tam  və  obyektiv  ibtidai  istintaq  aparılması 

üçün zəruri təşkilati tədbirlər görür; 

85.6.4.  bu  Məcəllənin  84.5.3,  84.5.5,  84.5.8,  84.5.10  və  84.5.20-ci  maddələrində 

nəzərdə  tutulmuş  məsələlər  üzrə  baxılması  məcburi  olan  vəsatətləri  ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 

xli[41]


 

M a d d ə   8 6 .   T ə h q i q a t ç ı

 

86.1.  Cinayət  təqibini  həyata  keçirərkən  təhqiqatçı  qanunun  tələblərini  rəhbər 



tutaraq,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, 

öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. 

86.2.  Təhqiqatçı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

86.2.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlərə  dair  daxil  olmuş  ərizə  və  digər 

məlumatlara  baxmaq,  kifayət  qədər  səbəblər  və  əsaslar  olduqda  cinayət  işi 

başlamaq,  işi  öz  icraatına  götürmək,  cinayətin  açılması,  işin  hərtərəfli,  tam  və 

obyektiv  araşdırılması  üçün  zəruri  tədbirlər  görmək,  səlahiyyəti  daxilində  bütün 

istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək; 

86.2.2.  şübhəli  şəxsə  tutulduğu  andan  hüquqlarını  bildirmək  və  tutulmasının 

səbəblərini izah etmək; 

86.2.3.  şəxsin  tutulduğu  andan  müdafiəçinin  yardımından  istifadə  hüququnu 

təmin  etmək  (bu  Məcəllənin  153.2.5—153.2.8-ci  maddələrində  nəzərdə  tutulmuş 

müddəalara uyğun olaraq); 

86.2.4.  zərurət  olduqda  bu  Məcəllənin  154—156,  160,  165—172-ci  maddələrinin 

tələblərinə  müvafiq  olaraq  şübhəli  şəxs  haqqında  qətimkan  tədbirinin  seçilməsini 

təmin etmək; 

86.2.5. qanuni əsaslar olmadan və ya 48 saatdan artıq tutulan şəxsi azad etmək; 

86.2.6.  müvafiq  şəxsləri  cinayət  işi  üzrə  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı  və  ya 

mülki cavabdeh qismində tanımaq; 

86.2.7.  cinayətin  törədilməsi  nəticəsində  vurulmuş  maddi  ziyanın  ödənilməsi, 

habelə  tətbiq  oluna  biləcək  əmlak  müsadirəsinin  təmin  edilməsi  üçün  tədbirlər 

görmək; 


86.2.8.  bu  Məcəllənin  193-cü  maddəsinə  uyğun  olaraq  tutulmuş  şübhəli  şəxsi 

hüquqi yardım ödənişlərindən azad etmək; 




86.2.9. prokurorun və müstəntiqin göstərişlərini və qərarlarını icra etmək; 

86.2.10. prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək; 

86.2.11.  ibtidai  istintaqı  məcburi  olan  cinayət  işləri  üzrə  təxirəsalınmaz  istintaq 

hərəkətlərini  apardıqdan  sonra  cinayət  işi  başlanmasından  10  (on)  gündən  gec 

olmayaraq  iş  üzrə  bütün  materialları  istintaq  aidiyyəti  qaydalarına  uyğun  olaraq 

istintaq orqanına göndərmək; 

86.2.12.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

86.2.13.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  sadələşdirilmiş  icraat 

şəklində  aparılmış  təhqiqat  materiallarını  təhqiqat  başlanmasından  10  (on)  gündən 

gec olmayaraq yekun protokolu ilə prokurora göndərmək; 

86.2.14. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

86.3.  Cinayət  təqibini  həyata  keçirən  təhqiqatçı  səlahiyyətləri  daxilində  istintaq 

və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 

xlii[42]

 

86.4.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  təhqiqatçı  aşağıdakı 



hüquqları həyata keçirir: 

86.4.1.  hadisənin  şahidlərinin  izahatını  almaq,  hadisənin  baş  vermə  şəraiti  ilə 

tanış olmaq, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən 

sənədləri və digər materialları tələb etmək; 

86.4.2. şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza 

təyin  etmək,  tanınmaya  təqdim  etmək,  baxış,  axtarış,  götürmə,  müayinə  (şəxsi 

müayinə)  üzləşdirmə,  istintaq  eksperimenti  kimi  təxirəsalınmaz  istintaq 

hərəkətlərini aparmaq; 

xliii[43]

 

86.4.3.  dövlət  orqanlarından  tərcüməçinin,  mütəxəssisin,  ekspertin  ayrılmasını 



tələb  etmək;  şəxslərin  razılığı  ilə  onları  müvafiq  istintaq  hərəkətlərinə  hal  şahidi, 

tərcüməçi, mütəxəssis və ya ekspert qismində cəlb etmək; 

86.4.4.  dövlət  orqanlarından  və  ya  auditor  təşkilatlarından  təftişlərin, 

inventarlaşdırmaların,  ekspertizaların  və  digər  yoxlamaların  keçirilməsini  tələb 

etmək; 

86.4.5.  müvafiq  təhqiqat  orqanına  cinayətin  açılması,  itkin  düşmüş  şəxsin  və  ya 



əmlakın  tapılması  üçün  əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsini 

tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq; 

86.4.6.  müdafiəçinin  cinayət  işinin  icraatında  iştirakını  istisna  edən  hallar 

müəyyən 


edildikdə, 

onun 


cinayət 

işinin 


icraatında 

iştirak 


etməkdən 

kənarlaşdırılması barədə prokuror qarşısında vəsatət vermək; 

86.4.7.  hal  şahidinə,  tərcüməçiyə,  mütəxəssisə  və  ya  ekspertə  edilmiş  etirazlara 

baxmaq; 


86.4.8.  cinayət  prosesində  iştirak  edən  şəxslərin  vəsatətlərinə  və  cinayət  işinin 

icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq; 

86.4.9. cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə