Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə32/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   28   29   30   31   32   33   34   35   ...   190

prosessual  hərəkətlərdə  iştirak  etmək  üçün  gəlmədikdə,  cinayət  prosesini  həyata 

keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə. 

92.16.  Vəkilin  cinayət  prosesində  müdafiəçi  qismində  iştirakına  aşağıdakı 

hallarda xitam verilmiş hesab edilir: 

92.16.1. müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda; 

92.16.2.  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  ondan  imtina  etdikdə  (onunla 

müqaviləni pozduqda); 

92.16.3.  cinayət  prosesini  həyata  keçirən  orqan  müdafiəçinin  cinayət  prosesində 

iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda. 

92.17.  Cinayət  prosesini  həyata  keçirən  orqan  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsin  müdafiəçidən  imtina  etməsini  qəbul  etmədikdə,  müdafiəçinin  cinayət 

prosesində iştirakına xitam verilmir. 

M a d d ə   9 3 .   M ü l k i   c a v a b d e h

 

93.1.  Cinayət  prosesinin  gedişi  zamanı  haqqında  verilmiş  iddia  ilə  əlaqədar 



təqsirləndirilən  şəxsin  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətməsi 

nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula 

biləcək şəxs mülki cavabdeh qismində tanınır. 

93.2.  Mülki  cavabdeh  qismində  tanımaq  haqqında  qərar  təhqiqatçı,  müstəntiq, 

prokuror  və  ya  məhkəmə  tərəfindən  qəbul  edilir.  İddia  verilən  anda  şəxsin  mülki 

cavabdeh  qismində  tanınmasına  əsaslar  kifayət  deyilsə,  həmin  qərar  kifayət  qədər 

əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 

93.3.  Mülki  cavabdeh  qismində  tanındıqdan  sonra  həmin  şəxsin  üzərinə 

təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət qoyula bilməməsi və ya 

şəxsin  mülki  cavabdeh  vəziyyətində  qalmasına  digər  əsaslar  olmadığı  müəyyən 

edilərsə,  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə  əsaslandırılmış  qərarı  ilə 

şəxsin cinayət prosesində mülki cavabdeh qismində iştirakına xitam verir. 

93.4.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  mülki  cavabdeh 

aşağıdakı hüquqları həyata keçirir: 

93.4.1. ittihamın mahiyyətini bilmək; 

93.4.2. ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək; 

93.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması  üçün  sübutlar 

və digər materiallar təqdim etmək; 

93.4.4. etirazlar etmək və vəsatətlər vermək; 

93.4.5.  ona  qarşı  verilmiş  iddianın  təmin  olunması  məqsədi  ilə    könüllü  olaraq 

pul,  qiymətli  kağız  və  qızıl-zinət  əşyalarını  müvəqqəti  saxlanılması  üçün  dövlət 

bankına təhvil vermək; 

93.4.6.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  qarşı  öz  etirazını 

bildirmək,  həmin  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin 

protokollarında qeyd olunmasını tələb etmək; 



93.4.7.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolları  ilə 

tanış  olmaq,  protokoldakı  yazıların  düzgünlüyü  və  tamlığı  barədə  qeydlərini 

vermək;  istintaq  və  ya  digər  prosessual  hərəkətlərdə,  habelə  məhkəmə  iclasında 

iştirak  edərkən  qeyd  olunması  zəruri  olan  halların  protokolda  öz  əksini  tapmasını 

tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək; 

93.4.8.  ibtidai  araşdırma  qurtardığı  və  ya  cinayət  işi  üzrə  icraata  xitam  verildiyi 

andan  işin  materialları  ilə  tanış  olmaq,  ona  aid  zəruri  sənədlərin  surətlərini 

çıxarmaq; 

93.4.9.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  və  işin 

materiallarının tədqiqində iştirak etmək; 

93.4.10.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında 

nümayəndəsi olmadıqda nitq və replika söyləmək; 

93.4.11.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  qəbul  edilmiş,  onun 

hüquq  və  qanuni  mənafeyinə  toxunan  qərarlar  haqqında  həmin  orqan  tərəfindən 

məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq; 

93.4.12.  ittiham  aktının,  hökmün  və  ya  məhkəmənin  digər  qərarının  surətlərini 

almaq; 

93.4.13. 



təhqiqatçının, 

müstəntiqin, 

prokurorun 

qərarlarından, 

yaxud 

hərəkətlərindən,  habelə  hökmün  ona  qarşı  irəli  sürülmüş  iddiaya  dair  hissəsindən 



və ya məhkəmənin digər yekun qərarından şikayət vermək; 

93.4.14. özünün və ya nümayəndəsinin verdiyi hər bir şikayətdən imtina etmək; 

93.4.15.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  onun  nəzərinə 

çatdırılmış  məlumatlardan  və  ya  cinayət  prosesinin  digər  iştirakçılarının 

şikayətlərindən ona məlum olmuş iddia hissəsinə öz etirazını bildirmək; 

93.4.16.  qanuni  mənafeyinə  toxunan  şikayəti  ilə  cinayət  işinə  kassasiya,  əlavə 

kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və 

yeni  açılmış  hallar  üzrə  baxılmasına,  yaxud  cinayət  prosesinin  digər  iştirakçısının 

şikayətinə  öz  etirazını  bildirmək  və  cinayət  işi  materiallarının  tədqiqində  iştirak 

etmək; 


xlix[49]

 

93.4.17.  məhkəmə  iclasında  cinayət  prosesinin  digər  iştirakçıları  tərəfindən 



verilmiş  vəsatət  və  təkliflər,  habelə  məhkəmə  tərəfindən  həll  edilən  məsələlər  üzrə 

öz fikrini bildirmək; 

93.4.18.  cinayət  prosesinin  digər  tərəfinin  qanunsuz  hərəkətlərinə  öz  etirazını 

bildirmək; 

93.4.19. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; 

93.4.20. cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək; 

93.4.21. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini 

həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə 

kompensasiya almaq; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə