Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə35/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   31   32   33   34   35   36   37   38   ...   190

96.6.1.  cinayət  prosesini  həyata  keçirən  orqanın  icazəsi  ilə  öz  vəzifələrini  daha 

yaxşı  icra  etmək  məqsədi  ilə    işin  materialları  ilə  tanış  olmaq,  cinayət  prosesinin 

iştirakçılarına suallar vermək; 

96.6.2.  cinayət  prosesinin  iştirakçılarının  diqqətini  sənədlərin  və  əşyaların  aşkar 

edilib  möhkəmləndirilməsinə  və  götürülməsinə,  texniki  vasitələrin  və  kompüter 

proqramlarının istifadəsinə, iş materiallarının tədqiqinə, ekspert qarşısında sualların 

qoyulmasına, həmçinin öz peşəsinə aid olan sualların məzmununa yönəltmək; 

96.6.3.  əşyaların  və  sənədlərin  aşkar  edilməsi,  möhkəmləndirilməsi  və 

götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə olunması, iş 

materiallarının  tədqiqi,  habelə  ekspert  qarşısında  suallar  qoyulması  ilə  əlaqədar 

protokola daxil edilməli qeydlər vermək; 

96.6.4.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolu  ilə, 

habelə məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin 

gedişini,  məzmununu  və  nəticələrini  əks  etdirən  yazıların  tamlığına  və 

düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək; 

96.6.5.  cinayət  prosesi  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsinə  və  cinayət 

prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona  vurulmuş 

ziyana görə kompensasiya almaq; 

96.6.6. yerinə yetirdiyi işə görə haqq almaq; 

96.6.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

M a d d ə   9 7 .   E k s p e r t

 

97.1.  Ekspert  elm,  texnika,  incəsənət  və  digər  peşə  sahəsində  xüsusi  biliklərdən 



istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz 

razılığı  əsasında  materialların  tədqiqinin  aparılması  üçün  cinayət  prosesini  həyata 

keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin 

edilmiş  şəxsdir.  Ekspert  cinayət  prosesi  iştirakçılarının  təklif  etdikləri  şəxslər 

sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər. 

97.2.Ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün kifayət qədər elm, 

texnika, incəsənət və digər peşə sahələrinə aid xüsusi biliklərə malik olmalıdır. 

97.3.  Şəxs  cinayət  prosesinin  hüquqi  məsələləri  üzrə  ekspert  qismində  təyin 

oluna və ya digər formada cəlb edilə bilməz. 

97.4.  Ekspert  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

97.4.1. qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək; düzgünlüyü 

özü  tərəfindən  yoxlanılmamış  iş  materiallarının  tədqiqi  əsasında  gəldiyi  şəxsi 

nəticələrini,  habelə  kompüter  proqramından  və  məlumat  materiallarından  istifadə 

etməklə əldə etdiyi nəticələri rəydə bir-birindən dəqiq ayırmaq; 

97.4.2. qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim 

olunmuş  materiallar  qoyulmuş  suallara  cavab  verilməsi  üçün  kifayət  deyilsə,  rəy 



verməkdən  imtina  etmək;  yuxarıda  qeyd  olunmuş  hallara  görə  rəy  verilməsinin 

mümkün 


olmadığı 

nəticəsinə 

gələrsə, 

ekspertiza 

keçirilməsinin 

davam 


etdirilməsindən  imtina  etmək;  bu  imtinanı  əsaslandırmaqla  rəy  verilməsindən  və 

ekspertizanın keçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona 

tapşırmış şəxsə yazılı məlumat vermək; 

97.4.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  ekspertizanın 

keçirilməsinə dair xərclərin smetası və çəkdiyi xərclər barədə hesabat təqdim etmək; 

97.4.4. cinayət prosesi iştirakçılarına yazılı rəy təqdim etmək, onun məzmununu 

izah etmək, habelə onların suallarına cavab vermək və yazılı rəyin izahatı üzrə şifahi 

rəy vermək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək; 

97.4.5.  cinayət  prosesini  həyata  keçirən  orqana  və  onu  dəvət  etmiş  şəxsə  xüsusi 

ixtisasını  təsdiq  edən  sənəd  təqdim  etmək;  göstərilən  orqanın  və  ya  şəxsin,  habelə 

məhkəmə  iclasında  cinayət  prosesi  tərəflərinin  tələbi  ilə  qoyulmuş  məsələlər  üzrə 

qabiliyyəti olduğunu düzgün qiymətləndirmək; 

97.4.6.  cinayət  prosesini  həyata  keçirən  orqanın  və  məhkəmə  iclasında  cinayət 

prosesi  tərəflərinin  tələbinə  əsasən  peşə  təcrübəsi  və  müvafiq  cinayət  işinin 

icraatında iştirak etmiş şəxslərlə münasibəti barədə məlumat vermək; 

97.4.7. istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak edərkən, 

həmin  hərəkətləri  aparan  şəxsin,  məhkəmə  iclasında  isə  sədrlik  edənin  icazəsi 

olmadan bu yerləri tərk etməmək; 

97.4.8.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

97.4.9. məhkəmə iclasında qaydaya riayət etmək; 

97.4.10. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə 

aparılmış  istintaq və ya digər prosessual hərəkətlər və  bu zaman  müəyyən edilmiş 

hallara  dair  məlumatı,  habelə  qapalı  məhkəmə  iclasının  məlumatlarını  yaymamaq; 

ona  məlum  olan  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və 

ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

97.4.11. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

97.5.  Ekspertin  öz  vəzifələrini  icra  etməməsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

97.6.  Ekspert  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

97.6.1.  rəy  verilməsi  üçün  müqayisəli  tədqiqat  aparmaq  məqsədi  ilə    zəruri 

obyekt  və  nümunələri  əldə  etmək;  əlavə  obyekt  və  digər  materialların  təqdim 

olunmasını tələb etmək; 

97.6.2.  rəy  verilməsi  üçün  cinayət  prosesini  həyata  keçirən  orqanın  icazəsi  ilə 

zəruri  materiallarla  tanış  olmaq,  işin  materiallarından  zəruri  məlumatları  çıxarış 

etmək,  öz  vəzifələrini  daha  yaxşı  icra  etmək  məqsədi  ilə    şübhəli,  təqsirləndirilən, 

zərər çəkmiş şəxslərə və şahidlərə suallar vermək; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə