Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə37/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   33   34   35   36   37   38   39   40   ...   190

99.4.8.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolunda 

tərcümənin  tam  və  düzgün  qeyd  olunmasını  və  cinayət  prosesində  iştirak  edən 

şəxslərə  təqdim  olunan  sənədlərdə  tərcümənin  düzgünlüyünü  imzası  ilə  təsdiq 

etmək; 


99.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə 

keçirilmiş  istintaq  və  ya  digər  prosessual  hərəkətlərə  və  bu  zaman  aşkar  edilmiş 

hallara  dair  məlumatları,  habelə  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə, 

kommersiya  və  qanunla  qorunan  digər  sirlərə  toxunan  hallar  barədə  məlumatları 

yaymamaq; 

99.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

99.5.  Tərcüməçinin  öz  vəzifələrini  icra  etməməsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

99.6.  Tərcüməçi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

99.6.1.  tərcüməni  dəqiqləşdirmək  məqsədi  ilə  tərcümə  zamanı  iştirak  edənlərə 

suallar vermək; 

99.6.2.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolları  ilə, 

həmçinin məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, tərcümənin 

tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlər vermək; 

99.6.3.  cinayət  prosesi  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsinə  və  cinayət 

prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona  vurulmuş 

ziyana görə kompensasiya almaq; 

99.6.4. yerinə yetirdiyi işə görə haqq almaq; 

99.6.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

X I   f ə s i l    

NÜMAYƏNDƏLƏR VƏ HÜQUQ VARİSLƏRİ 

M a d d ə   1 0 0 .   C i n a y ə t - p r o s e s s u a l   f ə a l i y y ə t   q a b i l i y y ə t i

 

100.1.  Fəaliyyət  qabiliyyəti  olmayanlardan  başqa  cinayət  prosesinin  bütün 



yetkinlik  yaşına  çatmış  iştirakçıları  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hüquqlarını 

müstəqil həyata keçirə bilərlər. 

100.2.  Cinayət  prosesində  aşağıdakılar  fəaliyyət  qabiliyyəti  olmayanlar  hesab 

olunurlar: 

100.2.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  fəaliyyət 

qabiliyyəti olmayan hesab edilmiş şəxs; 

100.2.2.  14  yaşına  çatmamış  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı,  şübhəli  və  ya 

təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh. 

100.3.  Ruhi  xəstəlik,  müvəqqəti  ruhi  pozuntu  və  ya  kəmağıllıq  nəticəsində  öz 

hüquqlarını  və  vəzifələrini  müstəqil  həyata  keçirmək  qabiliyyətinə  malik  olmayan 




zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki 

cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs 

hesab  edə  bilər.  Məhkəmə  öz  hüquqlarını  və  vəzifələrini  yenidən  müstəqil  həyata 

keçirmək  qabiliyyəti  əldə  etmiş  göstərilən  şəxsin  cinayət-prosessual  fəaliyyət 

qabiliyyətini bərpa edir. 

100.4. 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya 

təqsirləndirilən  şəxs,  yaxud  mülki  cavabdeh  məhdud  fəaliyyət  qabiliyyətlidir. 

Həmin  şəxslərin  cinayət  prosesinin  iştirakçıları  qismində  öz  hüquqlarını  müstəqil 

həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni 

nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. 

100.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, 

habelə  mülki  cavabdehin  cinayət-prosessual  fəaliyyət  qabiliyyəti  cinayət  prosesi 

üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. 

100.6.  Yetkinlik  yaşına  çatmamış  və  ya  14  yaşına  çatmış  cinayət  prosesi 

iştirakçısının  cinayət-prosessual  fəaliyyət  qabiliyyətini  cinayət  prosesini  həyata 

keçirən orqan müvafiq hüdudlarda tanıyır. 

100.7.  Cinayət  prosesinin  fəaliyyət  qabiliyyəti  olmayan  iştirakçısı  bu  Məcəlləyə 

uyğun  olaraq  öz  hüquqlarını  müstəqil  həyata  keçirə  bilməz.  Həmin  hüquqları  bu 

Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir. 

100.8.  Nümayəndəsi  olmayan  zərər  çəkmiş  şəxs  fəaliyyət  qabiliyyəti  olmayan 

hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam 

verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi 

üzrə icraat dayandırılır. 

100.9.  Fəaliyyət  qabiliyyəti  olmayan  mülki  iddiaçının  qanuni  nümayəndəsi 

yoxdursa, cinayət prosesində onun iştirakına xitam verilir. 

100.10.  Mülki  cavabdeh  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə  onun 

cinayət  prosesində  iştirakına  xitam  verilir,  ona  qarşı  verilmiş  iddia  isə  cinayət 

prosesi daxilində baxılmamış saxlanılır. 

100.11.  Cinayət  prosesinin  məhdud  fəaliyyət  qabiliyyətli  iştirakçısı  qanuni 

nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz: 

100.11.1.  barəsində  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  hərəkətin  edilməsinə 

dair şikayətdən imtina etmək; 

100.11.2. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 

100.11.3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək; 

100.11.4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək; 

100.11.5.  öz  qanuni  mənafeyinin  müdafiəsi  üçün  verilmiş  şikayətdən  imtina 

etmək. 



M a d d ə   1 0 1 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n ,   m ü l k i   i d d i a ç ı n ı n ,  

ş ü b h ə l i  

v ə  

y a  


t ə q s i r l ə n d i r i l ə n  

ş ə x s i n ,  

y a x u d  

m ü l k i  

c a v a b d e h i n   q a n u n i   n ü m a y ə n d ə l ə r i

 

101.1.  Fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  zərər 



çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki 

cavabdehin  valideynləri,  övladlığa  götürənləri,  qəyyumları  və  ya  himayəçiləri 

olmadıqda,  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  qəyyumluq  və 

himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. 

101.2.  Cinayət  prosesini  həyata  keçirən  orqan  öz  qərarı  ilə  müvafiq  olaraq 

fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  zərər  çəkmiş 

şəxsin,  mülki  iddiaçının,  şübhəli,  yaxud  təqsirləndirilən  şəxsin,  habelə  mülki 

cavabdehin  valideynlərindən,  övladlığa  götürənlərdən,  qəyyumlardan,  yaxud 

himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində 

iştirak etməyə buraxır. 

101.3. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, 

yaxud mülki cavabdehin qanuni nümayəndəsi qismində cinayət qanunu ilə nəzərdə 

tutulmuş  əməllə  müvafiq  şəxsə  mənəvi,  fiziki  və  ya  maddi  ziyan  vurması  istinad 

edilən şəxs cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz. 

101.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, 

habelə  mülki  cavabdehin  qanuni  nümayəndəsi  qismində  tanındıqdan  sonra  şəxsin 

həmin  qisimdə  qalmasına  əsasların  olmadığı  müəyyən  edildikdə,  cinayət  prosesini 

həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına 

xitam  verilir.  Zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı,  şübhəli  və  ya  təqsirləndirilən  şəxs 

yetkinlik  yaşına  çatdıqda  və  ya  fəaliyyət  qabiliyyətini  əldə  etdikdə  cinayət 

prosesində onun qanuni nümayəndəsinin iştirakına da xitam verilir. 

101.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, 

yaxud  mülki  cavabdehin  qanuni  nümayəndəsi  bu  Məcəllədə  nəzərdə  tutulmuş 

hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 

101.5.1.  ittihamın  (şübhəli  şəxsin  qanuni  nümayəndəsi  şübhənin)  mahiyyətini 

bilmək; 


101.5.2. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını 

bilmək və onu müşayiət etmək; 

101.5.3.  söhbətlərin  sayı  və  müddəti  məhdudlaşdırılmadan  təmsil  etdiyi  şəxslə 

təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; 

101.5.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən 

orqanın təklifi  ilə  bu orqanın apardığı  istintaq və ya digər prosessual hərəkətlərdə, 

habelə  təmsil  etdiyi  şəxsin  iştirakı  ilə  keçirilən  hər  hansı  istintaq  və  ya  digər 

prosessual hərəkətlərdə iştirak etmək; 

101.5.5. izahatlar vermək; 

101.5.6.  cinayət  işinə  əlavə  və  ya  məhkəmə  iclasında  tədqiq  olunması  üçün 

sübutlar və digər materiallar təqdim etmək; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə