Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə40/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   36   37   38   39   40   41   42   43   ...   190

haqqında,  habelə  məhkəmə  tərəfindən  həll  edilən  məsələlər  üzrə  öz  fikrini 

bildirmək; 

102.6.13.  təmsil  etdiyi  şəxsin  hüququndan  istifadə  edərək,  cinayət  prosesinin 

digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək; 

102.6.14. təmsil etdiyi şəxsin razılığı ilə onun üçün digər nümayəndə dəvət etmək 

və nümayəndəliyi digər şəxsə etibar etmək; 

102.6.15.  cinayət  prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri 

nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək; 

102.6.16. təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan qərarın qəbul edilməsi 

barədə  cinayət  prosesini  həyata  keçirən  orqandan  məlumat  almaq;  Öz  xahişinə 

əsasən göstərilən qərarların surətlərini əldə etmək; 

102.6.17. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

102.7.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsi  təmsil  etdiyi  şəxsin  qanuni  mənafeyi  əleyhinə  hər  hansı  hərəkəti 

etməyə haqlı deyil. 

102.8.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsinə verilmiş etibarnamədə nəzərdə tutulmuş halda nümayəndə, habelə 

vəzifəsinə görə mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil 

edən müvafiq hüquqi şəxsin rəhbəri öz səlahiyyəti daxilində bu Məcəllədə nəzərdə 

tutulmuş  qaydada  təmsil  etdiyi  şəxsin  adından  aşağıdakıları  etmək  hüququna 

malikdir: 

102.8.1.  təmsil  etdiyi  şəxsə  qarşı  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin 

törədilməsi barədə verilmiş şikayətdən imtina etmək; 

102.8.2. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 

102.8.3.  nümayəndəsi  olduğu  zərər  çəkmiş  şəxsin  xüsusi  ittihamçı  qismində 

tanınmasını tələb etmək; 

102.8.4. təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək; 

102.8.5. təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək; 

102.8.6. təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq. 

102.9.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

102.9.1. təmsil etdiyi şəxsin göstərişlərinə əməl etmək; 

102.9.2.  özünün  nümayəndə  səlahiyyətlərini  təsdiq  edən  sənədləri  cinayət 

prosesini həyata keçirən orqana təqdim etmək; 

102.9.3. təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini 

həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

102.9.4.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  müqayisəli  tədqiqat 

aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək; 



102.9.5. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

102.9.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək 

məhkəmənin iclas zalını tərk etməmək; 

102.9.7. məhkəmə iclasında qaydaya riayət etmək; 

102.9.8.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

102.9.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

M a d d ə   1 0 3 .   X ü s u s i   i t t i h a m ç ı n ı n   n ü m a y ə n d ə s i

 

103.1.  Xüsusi  ittihamçının  nümayəndəsi  cinayət  təqibi  üzrə  icraat  zamanı 



şəxsiyyətin  ayrılmaz  hüquqları  istisna  olmaqla,  xüsusi  ittihamçının  hüquqlarını 

həyata keçirir. 

103.2. Xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu 

Məcəllənin  102-ci  maddəsində  nəzərdə  tutulmuş  zərər  çəkmiş  şəxsin  nümayəndəsi 

üçün  müəyyən  olunmuş  müddəalara  və  bu  maddədə  göstərilmiş  xüsusiyyətlərə 

uyğun həyata keçirilir. 

103.3.  Məhkəmə  cinayət  təqibi  üzrə  icraatda  iştirak  edən  xüsusi  ittihamçının 

xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir. 

103.4. Cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil 

etdiyi şəxsin əvəzinə iştirak edə bilər. 

103.5.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  xüsusi  ittihamçının 

nümayəndəsi aşağıdakı hüquqlara malikdir: 

103.5.1. cinayət təqibi üzrə materialların hazırlanmasını həyata keçirmək; 

103.5.2.  təmsil  etdiyi  şəxsin  razılığı  ilə  cinayət  prosesinin  istənilən  anında 

ittihamdan imtina etmək; 

103.5.3. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə 

qarşı cinayət təqibini davam etdirmək; 

103.5.4.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  təmsil 

etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində 

isə baxılan məsələ üzrə çıxış etmək; 

103.5.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

103.6.  Xüsusi  ittihamçının  nümayəndəsi  cinayət  prosesinin  gedişində  xərclərin 

ödənilməsini  təmsil  etdiyi  şəxsin  hesabına,  bu  Məcəllənin  194.1-ci  maddəsi  ilə 

müəyyən edilmiş halda isə, xüsusi ittihamçıya hüquqi yardım pulsuz göstərildikdə 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  vəsaiti  hesabına  almaq  hüququna 

malikdir. 

M a d d ə   1 0 4 .   Ş a h i d i n   q a n u n i   n ü m a y ə n d ə s i

 



104.1.  14  yaşına  çatmamış,  habelə  daha  artıq  yaşı  olan,  lakin  yetkinlik  yaşına 

çatmayan  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan  şahidin  qanuni  nümayəndəsi 

olmadıqda  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  qəyyumluq  və 

himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. 

li[51]

 

104.2. İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni 



nümayəndəsi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

104.2.1. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını 

bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; 

104.2.2.  cinayət  prosesini  həyata  keçirən  orqanın  icazəsi  ilə  təmsil  etdiyi  şəxsə 

məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək; 

104.2.3. vəsatət vermək; 

104.2.4.  cinayət  prosesini  həyata  keçirən  orqanların  hərəkətlərinə  qarşı  etiraz 

etmək  və  bu  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkət  protokoluna  qeyd 

edilməsini tələb etmək; 

104.2.5.  təmsil  etdiyi  şəxslə  birgə  iştirak  etdiyi  cinayət  işi  üzrə  məhkəməyədək 

icraatda  İstintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolları  ilə  tanış  olmaq, 

protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və 

ya  digər  prosessual  hərəkətlərdə  və  ya  məhkəmə  iclasında  iştirak  edərkən  qeyd 

edilməsi  zəruri  olan  halların  müvafiq  protokola  daxil  edilməsini  tələb  etmək, 

məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər vermək; 

104.2.6. təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək; 

104.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

104.3. Şahidin qanuni nümayəndəsi bu Məcəllənin 101.9-cu maddəsində nəzərdə 

tutulmuş vəzifələri yerinə yetirməlidir. 

M a d d ə   1 0 5 .   Ş a h i d i n   n ü m a y ə n d ə s i

 

105.1.  İstintaq  və  ya  digər  prosessual  hərəkətlərin  icraatı  zamanı  şahidi  cinayət 



prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə 

qismində  dəvət  edilmiş  və  bu  hərəkətlərin  aparılmasının  başlanğıcında  gəlmiş 

nümayəndə  (vəkil  və  ya  digər  şəxs)  səlahiyyətini  təsdiq  edən  müvafiq  sənədləri 

təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir: 

105.1.1.  təmsil  etdiyi  şəxsin  hansı  cinayət  işi  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər 

material üzrə çağırıldığını bilmək; 

105.1.2.  təmsil  etdiyi  şəxsin  iştirakı  ilə  keçirilən  istintaq  və  ya  digər  prosessual 

hərəkətlərdə iştirak etmək; 

105.1.3.  təmsil  etdiyi  şəxsin  razılığı  ilə  onun  dindirilməsində  iştirak  edən 

tərcüməçiyə etiraz etmək; 

105.1.4. xahişlər etmək; 

105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə