Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə39/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   35   36   37   38   39   40   41   42   ...   190

101.9.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  müqayisəli  tədqiqat 

aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək; 

101.9.4. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

101.9.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək 

məhkəmə iclası zalını tərk etməmək; 

101.9.6. məhkəmə iclasında qaydaya riayət etmək; 

101.9.7.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

101.9.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

101.10.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şahid qismində dindirilə bilər. 

101.11.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsin,  yaxud  mülki  cavabdehin  qanuni  nümayəndəsi  şəxsən  və  ya  təmsil  etdiyi 

şəxsin nümayəndəsinin köməyi ilə hüquqlarından istifadə edir və vəzifələrini yerinə 

yetirir. 

M a d d ə   1 0 2 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n ,   m ü l k i   i d d i a ç ı n ı n ,  

m ü l k i   c a v a b d e h i n   n ü m a y ə n d ə l ə r i

 

102.1.  Cinayət  prosesi  zamanı  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  mülki 



cavabdehin  qanuni  mənafeyini  təmsil  edən  şəxslər  onların  nümayəndələri  hesab 

edilirlər. 

102.2.  Cinayət  prosesində  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki 

cavabdehin  nümayəndəsi  qismində  müvafiq  şəxs  tərəfindən  verilmiş  və  notariat 

qaydasında  təsdiq  edilmiş  etibarnaməsi  olan  vəkillər  və  digər  şəxslər  iştirak  edə 

bilərlər. Mülki iddiaçı və ya mülki cavabdeh qismində hüquqi şəxsin nümayəndəsi 

kimi  müvafiq  hüquqi  şəxsin  rəhbəri  də  vəsiqə  təqdim  etməklə  cinayət  prosesində 

iştirak etməyə buraxıla bilər. 

102.3.  Şəxs  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  mülki  cavabdehin 

nümayəndəsi  kimi  tanındıqdan  sonra  şəxsin  həmin  qisimdə  qalmasına  əsasların 

olmadığı  müəyyən  edildikdə,  cinayət  prosesini  həyata  keçirən  orqanın 

əsaslandırılmış  qərarı  ilə  onun  cinayət  prosesində  iştirakına  xitam  verilir.  Zərər 

çəkmiş  şəxs,  mülki  iddiaçı,  mülki  cavabdeh  tərəfindən  səlahiyyətlərinə  xitam 

verildikdə,  şəxsin  də  nümayəndə  qismində  cinayət  prosesində  iştirakına  xitam 

verilir. 

102.4.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin  bir  neçə 

nümayəndəsi  ola  bilər.  Cinayət  prosesini  həyata  keçirən  orqan  istintaq  və  ya  digər 

prosessual  hərəkətin  aparılmasında,  habelə  məhkəmə  iclasında  iştirak  edən 

nümayəndələrin sayını eyni vaxtda bir nəfərədək məhdudlaşdırmağa haqlıdır. 



102.5.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, 

təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir. 

102.6.  Zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

102.6.1. ittihamın mahiyyətini bilmək; 

102.6.2. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən 

orqanın təklifi  ilə  bu orqanın apardığı  istintaq və ya digər prosessual hərəkətlərdə, 

habelə  təmsil  etdiyi  şəxsin  iştirakı  ilə  keçirilən  hər  hansı  istintaq  və  ya  digər 

prosessual hərəkətlərdə iştirak etmək; 

102.6.3. izahatlar vermək; 

102.6.4.  cinayət  işinə  əlavə  və  ya  məhkəmə  iclasında  tədqiq  olunması  üçün 

sübutlar və digər materiallar təqdim etmək; 

102.6.5. etirazlar etmək və vəsatətlər vermək; 

102.6.6.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  öz  etirazını 

bildirmək  və  bu  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkətlər  protokoluna 

yazılmasını tələb etmək; 

102.6.7.  özünün,  yaxud  təmsil  etdiyi  şəxsin  iştirakı  ilə  keçirilən  istintaq  və  ya 

digər  prosessual  hərəkətlərin,  habelə  məhkəmə  iclası  protokolları  ilə  tanış  olmaq, 

iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətin  protokolundakı  yazıların 

düzgünlüyü  və  tamlığı  barədə  qeydlərini  vermək;  istintaq  və  ya  digər  prosessual 

hərəkətlərdə  və  məhkəmə  iclasında  iştirak  edərkən  qeyd  edilməsi  zəruri  olan 

halların müvafiq protokola daxil edilməsini tələb etmək; 

102.6.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi 

andan  işin  materialları  ilə  tanış  olmaq,  təmsil  etdiyi  şəxsə  aid  zəruri  sənədlərin 

surətlərini çıxarmaq; 

102.6.9.  məhkəmə  baxışı  zamanı  məhkəmə  iclasında  iştirak  etmək,  həmçinin 

təmsil  etdiyi  şəxsin  iştirak  edə  biləcəyi  bütün  digər  məhkəmə  iclaslarında  eyni 

əsaslarla iştirak etmək; 

102.6.10.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  təmsil 

etdiyi  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  mülki  cavabdehin  əvəzinə  müvafiq 

olaraq giriş sözü, nitq və ya replika söyləmək, kassasiya məhkəməsində isə baxılan 

məsələ üzrə çıxış etmək; 

102.6.11.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  onun  nəzərinə 

çatdırılmış  məlumatlardan  və  ya  cinayət  prosesinin  digər  iştirakçılarının 

şikayətlərindən  ona  məlum  olmuş  hallara  təmsil  etdiyi  şəxsin  qanuni  mənafeyinə 

toxunan hissədə öz etirazını bildirmək; 

102.6.12.  təmsil  etdiyi  şəxsin  hüquqlarından  istifadə  edərək,  məhkəmə  iclasında 

cinayət  prosesinin  digər  iştirakçıları  tərəfindən  verilmiş  vəsatət  və  təkliflər 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə