Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə36/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   32   33   34   35   36   37   38   39   ...   190

97.6.3. ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və 

ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək; 

97.6.4.  qarşısına  qoyulan  suallara  və  səlahiyyətinə  aid  iş  materiallarının  tədqiqi 

zamanı  aşkar  edilmiş  və  ekspertizanın  predmeti  daxilində  digər  hallara  dair  rəy 

vermək; 

97.6.5. məhkəmənin və ya cinayət prosesi iştirakçılarının diqqətini ekspertizanın 

predmeti  və  müvafiq  ekspertə  verilən  sualların  tərtibi  ilə  əlaqədar  hallara  cəlb 

etmək; 


97.6.6.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolu  ilə, 

habelə  məhkəmə  iclasının  protokolunun  müvafiq  hissəsi  ilə  tanış  olmaq,  bu 

hərəkətlərin  və  öz  şifahi  rəyinin  tamlığına  və  düzgünlüyünə  dair  protokola  daxil 

edilməli qeydlər vermək; 

97.6.7.  cinayət  prosesi  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsinə  və  cinayət 

prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona  vurulmuş 

ziyana görə kompensasiya almaq; 

97.6.8. yerinə yetirdiyi işə görə haqq almaq; 

97.6.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

M a d d ə   9 8 .   M ə h k ə m ə   i c l a s ı n ı n   k a t i b i

 

98.1.  Cinayət  prosesində  şəxsi  marağı  olmayan,  məhkəmə  iclası  protokolunun 



aparılması üçün təyin edilmiş məhkəmə işçisi məhkəmə iclasının katibidir. 

98.2.  Məhkəmə  iclasının  katibi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir; 

98.2.1.  məhkəmə  iclası  protokolunun  aparılmasının  təmin  edilməsi  üçün  zəruri 

olan  bütün  müddətdə  məhkəmənin  iclas  zalında  olmaq  və  məhkəmə  iclasında 

sədrlik edənin icazəsi olmadan zalı tərk etməmək; 

98.2.2.  məhkəmə  iclası  protokolunda  məhkəmə  icraatının  gedişini,  məhkəmə 

qərarlarını,  məhkəmə  iclasında  iştirak  edən  şəxslərin  vəsatətlərini,  etirazlarını, 

ifadələrini,  izahatlarını,  habelə  məhkəmə  iclasının  protokolunda  göstərilməli  olan 

digər halları tam və düzgün qeyd etmək; 

98.2.3. bu Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə 

iclasının protokolunu hazırlamaq və imzalamaq; 

98.2.4. məhkəmənin və ya cinayət prosesi tərəflərinin tələbi ilə cinayət prosesində 

iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək; 

98.2.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq; 

98.2.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla 

qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

98.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 




98.3.  Məhkəmə  iclasının  katibi  məhkəmə  iclası  protokolunun  tamlığına  və 

düzgünlüyünə  şəxsən  məsuliyyət  daşıyır  və  protokoldakı  yazıların  məzmununa 

dair heç kimin göstərişlərindən asılı deyildir. 

98.4.  Məhkəmə  iclası  katibinin  öz  vəzifələrini  icra  etməməsi  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

M a d d ə   9 9 .   T ə r c ü m ə ç i

 

99.1.  Tərcüməçi  cinayət  prosesində  şəxsi  marağı  olmayan,  öz  razılığı  əsasında 



icraatın  materiallarını,  habelə  məhkəmə  iclasının  gedişi,  istintaq  və  ya  digər 

prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək 

üçün  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  təyin  edilmiş  şəxsdir. 

Tərcüməçi  cinayət  prosesi  iştirakçılarının  təklif  etdikləri  şəxslər  sırasından  təyin 

edilə bilər. 

99.2.  Tərcüməçi  cinayət  mühakimə  icraatının  aparıldığı  dili  sərbəst  bilməklə 

yanaşı, tərcümə olunan dili də sərbəst  bilməlidir. Hakim, andlı  iclasçılar, prokuror, 

müstəntiq,  təhqiqatçı,  müdafiəçi,  nümayəndə  və  prosesin  digər  iştirakçıları,  hal 

şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, 

üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər. 

99.3.  Lalların  və  karların  ünsiyyət  işarələrini  başa  düşən  və  işarələr  vasitəsi  ilə 

onlarla ünsiyyət yarada bilən şəxs də tərcüməçi hesab olunur. 

99.4.  Tərcüməçi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

99.4.1.  tərcümə  etmək  üçün  cinayət  prosesini  həyata  keçirən  orqanın  çağırışına 

gəlmək; 


99.4.2.  cinayət  prosesini  həyata  keçirən  orqana  tərcümə  edilən  dilləri  bilməsini 

təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin 

məhkəmə  iclasında  cinayət  prosesi  tərəflərinin  tələbi  ilə  tərcüməni  tam  və  düzgün 

yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək; 

99.4.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın,  habelə  məhkəmə  iclasında 

cinayət prosesi tərəflərinin tələbi ilə öz peşə təcrübəsi haqqında və müvafiq cinayət 

prosesində iştirak edən şəxslərlə münasibəti haqqında məlumat vermək; 

99.4.4.  tərcüməni  təmin  etmək  üçün  zəruri  olan  bütün  müddətdə  istintaq  və  ya 

digər  prosessual  hərəkətlər  aparılan  yerdə  və  məhkəmə  iclası  zalında  olmaq,  bu 

hərəkətlərin aparıldığı yeri onları həyata keçirən şəxsin, məhkəmənin iclas zalını isə 

məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək; 

99.4.5. tərcüməni tam, düzgün və vaxtında həyata keçirmək; 

99.4.6.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

99.4.7. məhkəmə iclasında qaydaya riayət etmək; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə