Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə44/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   40   41   42   43   44   45   46   47   ...   190

cavabdeh  kimi  tanınmış  işlədiyi  orqanın  nümayəndəsi  qismində  iştirak  etməsi 

hallarından başqa); 

114.1.4.  qanuni  mənafeyini  müdafiə  etdiyi  təqsirləndirilən  və  ya  şübhəli  şəxsin, 

həmçinin təmsil etdiyi mülki  iddiaçı, yaxud mülki  cavabdehin qanuni mənafeyi  ilə 

ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi; 

114.1.5. qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə 

olmaq hüququnun olmaması. 

114.2.  Bu  Məcəllənin  114.1-ci  maddəsində  göstərilən  hallardan  hər  hansı  biri 

olduqda  müdafiəçi,  habelə  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının),  mülki 

iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsi özü-özünə etiraz etməlidir. 

114.3.  Müdafiəçiyə,  habelə  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının),  mülki 

iddiaçının,  mülki  cavabdehin  və  şahidin  nümayəndəsinə  etiraz  məsələsi  cinayət 

prosesini həyata keçirən orqan tərəfindən həll edilir. 

114.4.  Müdafiəçi  və  ya  nümayəndə  qismində  təyin  edilmiş  şəxsin  səriştəsinə  və 

ya  vicdanlı  olmasına  şübhə  və  ya  digər  səbəblər  olduqda,  müdafiə  olunan,  yaxud 

təmsil  etdiyi  şəxsin  vəsatəti  əsasında  müdafiəçi  və  ya  nümayəndə  cinayət 

prosesindən kənarlaşdırılmalıdır. 

M a d d ə   1 1 5 .   H a l   ş a h i d i n ə   e t i r a z

 

115.1.  Bu  Məcəllənin  109.1.3—109.1.8-ci  maddələrində  nəzərdə  tutulmuş 



hallardan  hər  hansı  biri  mövcud  olduqda,  habelə  şəxs  bu  Məcəllənin  94.1-ci 

maddəsində  göstərilən  tələblərə  uyğun  olmadıqda,  o,  hal  şahidi  qismində  cinayət 

prosesində iştirak edə bilməz. 

115.2.  Hal  şahidinin  iştirakının  mütəmadi  xarakter  daşıması  halları  istisna 

olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi 

üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. 

115.3. Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir. 

115.4.  Bu  Məcəllənin  115.1  və  115.2-ci  maddələrinin  tələblərinə  zidd  hər  hansı 

şəxsin  istintaq  hərəkətlərinin  aparılmasında  hal  şahidi  qismində  iştirakı  həmin 

hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. 

M a d d ə   1 1 6 .   M ə h k ə m ə   i c l a s ı n ı n   k a t i b i n ə   e t i r a z

 

116.1.  Məhkəmə  iclasının  katibi  bu  Məcəllənin  109.1.3—109.1.8-ci  maddələrində 



nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə o, qanuna və ya 

məhkəmənin  hökmünə  əsasən  məhkəmə  iclasının  katibi  olmağa  haqlı  deyilsə, 

cinayət prosesində məhkəmə iclasının katibi qismində iştirak edə bilməz. 

116.2.  Şəxsin  məhkəmə  iclasında  məhkəmə  iclasının  katibi  qismində  əvvəlki 

iştirakı onun sonrakı məhkəmə iclaslarında həmin qisimdə iştirakını istisna etmir. 

116.3. Məhkəmə iclasının katibinə etiraz aşağıdakı kimi həll edilir: 




116.3.1.  cinayət  işinə  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materiala  hakim 

tərəfindən təkbaşına və ya andlılar məhkəməsinin iştirakı ilə baxılarkən — məhkəmə 

iclasında sədrlik edən tərəfindən; 

116.3.2.  cinayət  işinə  məhkəmədə  kollegial  tərkibdə  baxılarkən  —  məhkəmənin 

tərkibi tərəfindən. 

M a d d ə   1 1 7 .   T ə r c ü m ə ç i y ə   v ə   y a   m ü t ə x ə s s i s ə   e t i r a z

 

117.1.  Tərcüməçi  və  ya  mütəxəssis  bu  Məcəllənin  109.1.3—109.1.8-ci 



maddələrində  nəzərdə  tutulmuş  hallardan  hər  hansı  biri  mövcud  olduqda,  habelə 

onlar  qanuna  və  ya  məhkəmənin  hökmünə  əsasən  tərcüməçi  və  ya  mütəxəssis 

olmağa haqlı deyilsə, cinayət prosesində iştirak edə bilməzlər. 

117.2.  Şəxsin  tərcüməçi  və  ya  mütəxəssis  qismində  cinayət  prosesində  əvvəlki 

iştirakı  onun  müvafiq  qisimdə  bundan  sonra  cinayət  prosesində  iştirakını  istisna 

etmir. 


117.3. Tərcüməçiyə və ya mütəxəssisə etiraz aşağıdakı qaydada həll olunur: 

117.3.1.  cinayət  işinə  məhkəmədə  kollegial  tərkibdə  baxılarkən  —  məhkəmənin 

tərkibi tərəfindən; 

117.3.2.  təhqiqat  və  ya  ibtidai  istintaq  aparılarkən  —  müvafiq  olaraq  təhqiqatçı, 

müstəntiq və ya prokuror tərəfindən; 

117.3.3.  cinayət  işinə  və  ya  digər  materiala  hakim  tərəfindən  təkbaşına  və  ya 

andlı  iclasçıların  iştirakı  ilə  baxılarkən  —  məhkəmə  iclasında  sədrlik  edən 

tərəfindən. 

M a d d ə   1 1 8 .   E k s p e r t ə   e t i r a z

 

118.1. Ekspert aşağıdakı hallarda cinayət prosesində iştirak edə bilməz: 



118.1.1.  bu  Məcəllənin  109.1.3—  109.1.8-ci  maddələrində  nəzərdə  tutulmuş 

halların hər hansı biri mövcud olduqda; 

118.1.2. qanuna və ya məhkəmənin hökmünə əsasən onun ekspert olmaq hüququ 

olmadıqda; 

118.1.3.  o,  təftiş,  yaxud  digər  yoxlama  hərəkətləri  aparmışdırsa  və  nəticədə 

bunlar cinayət işinin başlanmasına əsas olmuşdursa. 

118.2.  rəyin  düzgünlüyünə  şübhə  yaranması  ilə  əlaqədar  təkrar  ekspertizanın 

aparılması  hallarından  başqa  şəxsin  ekspert  qismində  cinayət  prosesində  əvvəlki 

iştirakı onun bundan sonra cinayət prosesində iştirakını istisna etmir. 

118.3. Ekspertə etiraz aşağıdakı qaydada həll edilir: 

118.3.1.  ibtidai  istintaq  və  ya  təhqiqat  aparılarkən  —  müvafiq  olaraq  təhqiqatçı, 

müstəntiq və ya prokuror tərəfindən; 

118.3.2.  cinayət  işinə  və  ya  digər  materiala  məhkəmədə  hakim  tərəfindən 

təkbaşına və ya andlı  iclasçılar tərəfindən  baxılarkən — məhkəmə iclasında sədrlik 

edən tərəfindən; 



118.3.3.  cinayət  işinə  məhkəmədə  kollegial  tərkibdə  baxılarkən  —  məhkəmənin 

tərkibi tərəfindən. 

X I I I   f ə s i l    

CİNAYƏT PROSESİNDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN 

HÜQUQLARININ VƏ QANUNİ MƏNAFELƏRİNİN TƏMİN EDİLMƏSİ 

M a d d ə  

1 1 9 .  

Ş ə x s i n  

c i n a y ə t  

p r o s e s i n i n  

i ş t i r a k ç ı s ı  

q i s m i n d ə  

t a n ı n m a s ı  

b a r ə d ə  

ə r i z ə l ə r ə  

b a x ı l m a s ı n ı n  

m ə c b u r i l i y i

 

119.1. Bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs 



özünün zərər çəkmiş şəxs, xüsusi  ittihamçı,  mülki  iddiaçı, mülki  cavabdeh, onların 

və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə 

ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır. 

119.2.  Cinayət  prosesini  həyata  keçirən  orqan  şəxsin  zərər  çəkmiş  şəxs,  xüsusi 

ittihamçı,  mülki  iddiaçı,  mülki  cavabdeh,  onların  və  ya  şahidin  qanuni 

nümayəndəsi,  yaxud  nümayəndəsi  qismində  tanınması  barədə  ərizəsini  aldığı 

andan  3  (üç)  gündən  gec  olmayaraq  ona  baxmalı  və  nəticəsindən  asılı  olaraq 

müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir. 

119.3. Ərizəçi aşağıdakı hüquqlara malikdir: 

119.3.1.  cinayət  prosesinin  iştirakçısı  qismində  tanınmasının  rədd  edilməsi 

barədə  cinayət  prosesini  həyata  keçirən  orqanın  qərarının  surətini  aldığı  vaxtdan  5 

(beş) gün müddətində qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək; 

119.3.2.  cinayət  prosesinin  iştirakçısı  qismində  tanınması  üçün  ərizə  verildiyi 

gündən  1  (bir)  ay  müddətində  onun  ərizəsi  üzrə  qərar  çıxarılmadıqda,  ərizəyə 

baxmalı olan  cinayət prosesini həyata keçirən orqanın  hərəkətlərindən məhkəməyə 

şikayət  vermək  və  ya  məhkəmə  vasitəsi  ilə  onun  cinayət  prosesinin  iştirakçısı 

qismində tanınması üçün məhkəməyə ərizə vermək. 

119.4. Hadisə nəticəsində ölmüş şəxsin yaxın qohumu onun hüquqi varisi olmaq 

istəyirsə,  özünün  zərər  çəkmiş  şəxs  qismində  tanınmasını  tələb  edə  bilər.  Onun 

ərizəsinə  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  bu  Məcəllənin  119.2-ci 

maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 

M a d d ə   1 2 0 .   C i n a y ə t   i ş i   ü z r ə   i c r a a t d a   i ş t i r a k   e d ə n  

ş ə x s l ə r ə  

h ü q u q  

v ə  

v ə z i f ə l ə r i n i n ,  



o n l a r ı n  

h ə y a t a  

k e ç i r i l m ə s i   i m k a n l a r ı n ı n   i z a h   e d i l m ə s i

 

120.1.  Cinayət  prosesində  iştirak  edən  hər  bir  şəxsin  öz  hüquq  və  vəzifələrini, 



seçdiyi  mövqeyinin  hüquqi  nəticələrini  bilməyə,  habelə  onun  iştirakı  ilə  keçirilən 

prosessual  hərəkətlərin  mahiyyəti  ilə  tanış  olmaq  üçün  ona  təqdim  edilmiş 

sənədlərin məzmunu barədə izahlar almağa hüququ vardır. 

120.2. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə