Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə41/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   37   38   39   40   41   42   43   44   ...   190

105.2.  Şahidin  nümayəndəsi  bu  Məcəllənin  102.9-cu  maddəsində  nəzərdə 

tutulmuş vəzifələri yerinə yetirməlidir. 

M a d d ə   1 0 6 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n   h ü q u q i   v a r i s i

 

106.1.  Hadisə  nəticəsində  ölmüş  zərər  çəkmiş  şəxsin  hüquq  və  vəzifələrini 



cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından 

biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. 

106.2.  Zərər  çəkmiş  şəxsə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllə  mənəvi, 

fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərər çəkmiş şəxsin hüquqi 

varisi hesab edilə bilməz. 

106.3.  Zərər  çəkmiş  şəxsin  yaxın  qohumunun  onun  hüquqi  varisi  qismində 

tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata 

keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş  bir neçə yaxın 

qohum  arasından  zərər  çəkmiş  şəxsin  hüquqi  varisinin  seçilməsində  mübahisə 

olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda 

şəxsin  hüquqi  varis  qismində  tanınması  üçün  kifayət  qədər  əsaslar  olmadıqda, 

müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir. 

106.4. Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin 

qisimdə  qalması  üçün  əsasların  olmadığı  müəyyən  edildikdə,  cinayət  prosesini 

həyata  keçirən  orqan  əsaslandırılmış  qərarı  ilə  bu  şəxsin  cinayət  prosesində  zərər 

çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin hüquqi 

varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən 

götürə bilər. 

106.5. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş 

şəxsin  əvəzinə  iştirak  edir.  Bu  zaman  o,  zərər  çəkmiş  şəxsin  ifadə  vermək 

hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan 

istifadə  edir  və  digər  vəzifələr  daşıyır.  Zərər  çəkmiş  şəxsin  hüquqi  varisi  zərər 

çəkmiş  şəxs  kimi  eyni  əsaslar  üzrə  xüsusi  ittihamçı  hüquqlarından  istifadə  edə  və 

onun vəzifələrini daşıya bilər. 

106.6. Zərər çəkmiş şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur: 

106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 

106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək; 

106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək. 

106.7. Zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. 

106.8.  Zərər  çəkmiş  şəxsin  hüquqi  varisi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  digər 

hüquqları və vəzifələri yerinə yetirir. 

X I I   f ə s i l    




CİNAYƏT PROSESİNDƏ ETİRAZLAR 

M a d d ə  

1 0 7 .  

E t i r a z  

v ə  

ö z ü - ö z ü n ə  



e t i r a z ı n  

ü m u m i  

m ü d d ə a l a r ı

 

107.1.  Cinayət  prosesində  müvafiq  şəxslərin  iştirakına  etirazlar  və  özü-özünə 



etirazlar əsaslandırılmaqla yazılı formada edilir. 

107.2.  Hakimin,  andlı  iclasçının,  prokurorun,  müstəntiqin,  təhqiqatçının, 

müdafiəçinin,  zərər  çəkmiş  şəxsin,  (xüsusi  ittihamçının),  mülki  iddiaçının,  mülki 

cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası 

katibinin,  tərcüməçinin,  mütəxəssisin  və  ya  ekspertin  cinayət  prosesində  iştirakını 

istisna  edən,  bu  Məcəllənin  109,  110,  112—118-ci  maddələri  ilə  nəzərdə  tutulmuş 

hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. 

107.3. Etiraz aşağıdakı qaydada edilə bilər: 

107.3.1.  prokurora,  müstəntiqə,  təhqiqatçıya,  məhkəmə  iclasının  katibinə, 

tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı 

tərəfindən cinayət prosesinin istənilən anında; 

107.3.2.  müdafiəçiyə,  zərər  çəkmiş  şəxsin,  xüsusi  ittihamçının,  mülki  iddiaçının, 

mülki cavabdehin və ya şahidin nümayəndəsinə cinayət prosesinin istənilən anında 

şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı,  habelə 

zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və 

ya nümayəndələri tərəfindən; 

107.3.3.  hakimə,  yaxud  andlı  iclasçıya  —  cinayət  prosesinin  istənilən  iştirakçısı 

tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan 

sonra  isə  yalnız  cinayət  prosesinin  etiraz  edən  hər  hansı  iştirakçısı  müvafiq  şəxsin 

prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum 

olduğunu sübut etdikdə; 

107.3.4.  hal  şahidinə  —  müvafiq  istintaq  hərəkəti  başlananadək  cinayət 

prosesinin həmin istintaq hərəkətində iştirak etmək hüququna malik olan hər hansı 

iştirakçısı tərəfindən. 

107.4. Hakimə (məhkəmə tərkibinə) və ya andlı iclasçıya etiraz məhkəmə baxışını 

ləngitmək məqsədi ilə  edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə 

uyğun  deyildirsə),  etiraz  etmiş  şəxs  məhkəmənin  qərarına  əsasən  iki  yüz  iyirmi 

manat cərimə edilə bilər.

lii[52]

 

107.5. Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət 



prosesinin  gedişində  etirazları  və  özü-özünə  etirazları  həll  etməyə,  müvafiq  şəxsin 

cinayət  prosesində  iştirakını  istisna  edən  halları  aşkar  etdikdə  isə  öz  təşəbbüsü  ilə 

onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır. 

107.6.  Qohumluq  əlaqələri  və  ya  digər  şəxsi  asılılıq  münasibətləri  olan  şəxslər 

məhkəmənin tərkibinə daxil ola bilməzlər. 

107.7.  Başqa  şəxslərə  edilən  etirazları  həll  etmək  səlahiyyəti  olan  şəxsə  edilən 

etiraz ilk növbədə həll edilməlidir. Hakimə və ya andlı iclasçıya etiraz etmə ilə eyni 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə