Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə43/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   39   40   41   42   43   44   45   46   ...   190

M a d d ə   1 1 0 .   A n d l ı   i c l a s ç ı y a   e t i r a z

 

110.1. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı 



biri  mövcuddursa,  habelə  qanuna  əsasən  şəxs  andlı  iclasçıların  siyahısına  daxil 

edilməli  şəxs  deyilsə,  yaxud  hakimdən  və  ya  xidmətlə  əlaqədar  cinayət  prosesinin 

tərəflərindən asılıdırsa, andlı iclasçıya etiraz şərtsiz təmin edilməlidir. 

110.2. Andlı iclasçıların müəyyən olunmuş sayı ilə əlaqədar, bu Məcəllənin 364-

cü  maddəsində  nəzərdə  tutulmuş  qaydada,  ittiham  və  ya  müdafiə  tərəfi  hər  hansı 

andlı iclasçıya dəlilsiz etiraz edə bilər. 

110.3. Andlı iclasçıya etirazı məhkəmə iclasında sədrlik edən təkbaşına həll edir. 

M a d d ə  

1 1 1 .  

A n d l ı  

i c l a s ç ı n ı n  

ö z  


v ə z i f ə l ə r i n i  

i c r a  

e t m ə k d ə n   a z a d   o l u n m a s ı

 

111.1.  Məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçını  öz  vəzifələrini  icra 



etməkdən aşağıdakı hallarda azad edir: 

111.1.1. o, cinayət törətməkdə təqsirləndirildikdə və ya şübhələnildikdə; 

111.1.2. onun kar, kor, digər fiziki və ya əqli çatışmazlığı olması, habelə məhkəmə 

icraatı aparılan dili bilməməsi, yaxud kifayət qədər bilməməsi nəticəsində məhkəmə 

iclasının gedişini tam qavramaq, sənədlərlə tanış olmaq və andlı iclasçılar kollegiyası 

iclasında öz fikirlərini söyləmək qabiliyyəti olmadıqda; 

111.1.3.  konkret  iş  üzrə  andlı  iclasçıların  seçilməsi  qurtaranadək  onun 

namizədliyinin siyahıdan çıxarılması xahişi təmin olunduqda. 

111.2.  Aşağıdakı  andlı  iclasçılar  yazılı  ərizələrində  əks  olunmuş  öz  xahişlərinə 

əsasən,  məhkəmə  iclasında  sədrlik  edən  tərəfindən  vəzifələrini  icra  etməkdən  azad 

oluna bilərlər: 

111.2.1. 65 yaşdan yuxarı şəxslər; 

111.2.2. üç yaşınadək uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına 

böyüdən kişilər;

lvii[57]

 

111.2.3.  dini  və  sair  etiqadlarına  görə  ədalət  mühakiməsinin  həyata 



keçirilməsində iştirakı mümkün hesab edilməyən şəxslər; 

111.2.4.  xidməti  vəzifəsinin  icrasından  ayrılması  ilə  əlaqədar  ictimai  və  dövlət 

mənafeyinə əhəmiyyətli zərər vura biləcək şəxslər; 

111.2.5. məhkəmə iclasında iştirak etməməsinə digər üzrlü səbəbləri olan şəxslər. 

M a d d ə   1 1 2 .   P r o k u r o r a   e t i r a z

 

112.1.  Prokurora  etiraz  bu  Məcəllənin  109.1-ci  maddəsində  nəzərdə  tutulmuş 



hallardan hər hansı  biri (109.1.6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda 

əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır: 

lviii[58]

 

112.2. Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya 



ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət 

ittihamını müdafiə etməsini istisna edir. 




112.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı 

biri (109.1.6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda, prokuror özü-özünə 

etiraz etməlidir. 

lix[59]


 

112.4. Prokurora etiraz məsələsini aşağıdakılar həll edirlər: 

112.4.1.  cinayət  təqibi  üzrə  məhkəməyədək  icraatın  gedişi  zamanı  —  yuxarı 

prokuror; 

112.4.2.  cinayət  işinə  andlılar  məhkəməsi  və  ya  hakim  tərəfindən  təkbaşına, 

cinayət  təqibi  ilə  bağlı  digər  materiala  isə  hakim  tərəfindən  təkbaşına  baxılması 

zamanı — məhkəmə iclasında sədrlik edən; 

112.4.3.  məhkəmədə  cinayət  işinə  hakimlər  kollegiyası  tərkibində  baxılması 

zamanı — hakimlər kollegiyası. 

M a d d ə   1 1 3 .   M ü s t ə n t i q ə   v ə   y a   t ə h q i q a t ç ı y a   e t i r a z

 

113.1.  Müstəntiqə  və  ya  təhqiqatçıya  etiraz  bu  Məcəllənin  109.1-ci  maddəsində 



nəzərdə  tutulmuş  hallardan  hər  hansı  biri  mövcud  olduqda  əsaslı  sayılmalı  və 

şərtsiz təmin olunmalıdır. 

113.2.  Müstəntiqin  və  ya  təhqiqatçının  cinayət  işi  üzrə  ibtidai  araşdırma 

aparılmasında  iştirakı,  qanunun  əhəmiyyətli  dərəcədə  pozulması  halları  istisna 

olmaqla,  həmin  cinayət  işi  üzrə  ibtidai  araşdırmada  onun  sonrakı  iştirakını  istisna 

etmir. 


113.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı 

biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü-özünə etiraz etməlidir. 

113.4.  Müstəntiqə  və  ya  təhqiqatçıya  etiraz  məsələsi  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. 

M a d d ə   1 1 4 .   M ü d a f i ə ç i y ə   v ə   n ü m a y ə n d ə y ə   e t i r a z

 

114.1.  Müdafiəçiyə,  həmçinin  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının),  mülki 



iddiaçının,  mülki  cavabdehin  və  ya  şahidin  nümayəndəsinə  etiraz  onun  cinayət 

prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda 

əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır: 

114.1.1. cinayət prosesində iştirak edən və ya əvvəllər iştirak etmiş hakimlə, andlı 

iclasçı  ilə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi  ilə 

qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması; 

114.1.2.  cinayət  təqibi  üzrə  icraatda  hakim,  andlı  iclasçı,  prokuror,  müstəntiq, 

təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya 

şahid qismində iştirak etməsi; 

114.1.3.  hakim,  prokuror,  müstəntiq  və  ya  təhqiqatçı  vəzifələrini  tutması 

(təqsirləndirilən,  şübhəli  şəxsin  və  ya  cinayət  prosesinin  fəaliyyət  qabiliyyəti 

olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə