Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə45/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   41   42   43   44   45   46   47   48   ...   190

120.2.1.  cinayət  prosesində  iştirak  edən  hər  bir  şəxsə  hüquq  və  vəzifələrini  izah 

etmək,  onların  həyata  keçirilməsinə  imkan  yaratmaq  (bu  Məcəllədə  nəzərdə 

tutulmuş  hallarda  və  qaydada  şəxsə  onun  hüquq  və  vəzifələri  sadalanan  yaddaş 

vərəqinin  verilməsi  cinayət  prosesini  həyata  keçirən  orqanı  həmin  şəxsin  xahişi  ilə 

müvafiq izahlar verməkdən azad etmir); 

120.2.2.  etiraz  edilə  bilən  şəxslərin  soyadları  və  bu  şəxslər  barədə  digər  zəruri 

məlumatları cinayət prosesinin iştirakçılarına bildirmək. 

120.3.  Cinayət  prosesinin  iştirakçısı  statusunu  əldə  etmiş  şəxsin  hüquq  və 

vəzifələri  onun  iştirakı  ilə  keçirilən  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin 

icraatına başlanmamışdan və onun cinayət prosesinin iştirakçısı qismində hər hansı 

bir mövqeyini bildirməmişdən əvvəl izah edilir. 

120.4.  Məhkəmə  iclasına  gəlmiş  cinayət  prosesi  iştirakçısına  cinayət  işi  üzrə 

məhkəməyədək  icraatda  hüquq  və  vəzifələrinin  izah  edilib-edilməməsindən  asılı 

olmayaraq məhkəmə onun hüquq və vəzifələrini izah etməlidir. 

120.5.  Cinayət  prosesini  həyata  keçirən  orqan,  istintaq  və  ya  digər  prosessual 

hərəkətləri  həyata  keçirən  şəxs  hal  şahidinə,  tərcüməçiyə,  mütəxəssisə,  ekspertə 

onların  iştirakı  ilə  keçirilən  hər  bir  istintaq  və  ya  digər  prosessual  hərəkətə 

başlanmamışdan  əvvəl  onların  hüquq  və  vəzifələrini  izah  etməlidir.  Ekspertin 

hüquq  və  vəzifələri  cinayət  prosesini  həyata  keçirən  orqanın  xahişi  ilə  onu  təyin 

etmiş  ekspert  idarəsinin  rəhbəri  tərəfindən  də  izah  edilə  bilər.  Şahidin  hüquq  və 

vəzifələri  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  bir  dəfə  birinci 

dindirmədən əvvəl və təkrarən məhkəmə iclasında izah edilir. 

120.6. Cinayət prosesi iştirakçılarına, habelə cinayət prosesində iştirak edən digər 

şəxslərə hüquq və vəzifələri şəxsin inkişaf səviyyəsi, həyat təcrübəsi, təhsili və digər 

hallar  nəzərə  alınmaqla  izah  edilməlidir.  Bu  şəxslərin  hər  birinin  xahişi  ilə  cinayət 

prosesini həyata keçirən orqan onun hüquq və vəzifələrini təkrarən izah etməlidir. 

120.7. Hüquq və vəzifələr prokurora, müdafiəçiyə, ali hüquq təhsili olan ittiham 

və  ya  müdafiə  tərəfi  təmsil  edən  digər  şəxsə,  habelə  müvafiq  iş  təcrübəsi  olan 

məhkəmə iclasının katibinə izah edilməyə də bilər. 

M a d d ə  

1 2 1 .  

V ə s a t ə t l ə r ə  

v ə  

x a h i ş l ə r ə  



b a x ı l m a s ı n ı n  

m ə c b u r i l i y i

 

121.1. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları yerinə yetirməlidir: 



121.1.1.  istintaq  və  ya  digər  prosessual  hərəkət  aparılan  zaman  cinayət  prosesi 

tərəflərinin  verdikləri  vəsatətləri,  habelə  cinayət  prosesində  iştirak  edən  digər 

şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etmək; 

121.1.2.  cinayət  təqibi  üzrə  icraatın  materiallarına  cinayət  prosesi  tərəflərinin, 

habelə  cinayət  prosesində  iştirak  edən  digər  şəxslərin  yazılı  vəsatətlərini  və 

xahişlərini əlavə etmək; 

121.1.3. bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə 

onların  verilməsindən  bilavasitə  sonra  baxmaq  və  nəticələri  üzrə  müvafiq  qərar 




çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən 

vəsatət  üzrə  qərarın  qəbul  edilməsi  üçün  əhəmiyyətli  hallar  müəyyən  edilənədək 

təxirə  salına  bilər;  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  vəsatətin  vaxtında 

verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur); 

121.1.4.  vəsatətə  və  ya  xahişə  əsasən  qəbul  edilmiş  qərarın  surətini  dərhal 

ərizəçiyə göndərmək. 

121.2. Vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin 

qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə 

bağlı  olan  bütün  halların  lazımi  hüquqi  prosedur  daxilində  hərtərəfli,  tam  və 

obyektiv  araşdırılmasına,  cinayət  prosesi  iştirakçılarının  və  cinayət  prosesində 

iştirak  edən  digər  şəxslərin  pozulmuş  hüquqlarının  və  qanuni  mənafelərinin  bərpa 

edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. 

121.3.  Vəsatətin  və  ya  xahişin  rədd  edilməsi  onların  cinayət  prosesinin  sonrakı 

mərhələlərində  və  ya  cinayət  prosesini  həyata  keçirən  digər  orqana  vəsatət  və  ya 

xahişlə  təkrar  müraciətinə  mane  olmur.  Vəsatətin  və  xahişin  digər  hallarda  təkrar 

verilməsi  yeni  dəlil  gətirildikdə  və  ya  cinayət  prosesinin  gedişində  onların  təmin 

edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür. 

M a d d ə   1 2 2 .   P r o s e s s u a l   h ə r ə k ə t l ə r d ə n   v ə   q ə r a r l a r d a n  

ş i k a y ə t   e t m ə k   h ü q u q u

 

122.1.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  prosessual  hərəkətlərdən  və  ya 



qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş 

hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət 

verilə bilər. 

122.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya 

qərarlarından şikayət aşağıdakılara verilir: 

122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 

122.2.2.  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

hərəkətindən və ya qərarından — yuxarı prokurora; 

122.2.3.  bu  Məcəllənin  449.3-cü  maddəsində  nəzərdə  tutulmuş  təhqiqatçının, 

müstəntiqin  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını 

həyata keçirən məhkəməyə; 

122.2.4.  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  məhkəmənin  hərəkətlərindən 

və ya qərarlarından — yuxarı məhkəməyə. 

122.3. Cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından 

şikayət yazılı, bu Məcəllə ilə ərizənin yazılı forması xüsusi nəzərdə tutulmadıqda isə 

şifahi  ola  bilər  (cinayət  prosesini  həyata  keçirən  orqan  şifahi  şikayəti  bu  zaman 

aparılan prosessual hərəkət protokolunda və ya ayrı protokolda qeyd edir). 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə