Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə42/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   38   39   40   41   42   43   44   45   ...   190

zamanda  cinayət  prosesinin  digər  iştirakçısına,  habelə  məhkəmə  iclası  katibinə, 

tərcüməçiyə,  ekspertə  və  ya  mütəxəssisə  etiraz  edildikdə,  ilk  növbədə  müvafiq 

olaraq hakimə, yaxud andlı iclasçıya etiraz etmə məsələsi həll edilməlidir. 

107.8.  Bir  neçə  şəxsin  eyni  vaxtda  qohumluq  və  ya  digər  şəxsi  asılılıq 

münasibətlərinə  görə  cinayət  prosesində  iştirakı  istisna  olunduqda,  digərlərindən 

daha gec hakim, andlı iclasçı və ya cinayət prosesinin iştirakçısı vəzifəsini əldə etmiş 

şəxslər ilk növbədə cinayət prosesindən kənarlaşdırılmalıdır. 

107.9. Qohumluq və digər şəxsi asılılıq münasibətləri  ilə  bağlı  şəxslər məhkəmə 

tərkibində olduqda, hansı şəxslərin cinayət prosesindən kənarlaşdırılması məsələsini 

məhkəmə iclasında sədrlik edən həll edir və bu halda andlı iclasçı hakimdən əvvəl 

kənarlaşdırılmalıdır. 

M a d d ə   1 0 8 .   C i n a y ə t   p r o s e s i n d ə   i ş t i r a k d a n   a z a d   e t m ə

 

108.0. Məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ekspertin cinayət 



prosesində  iştirakını  istisna edən hallar yoxdursa, məhkəmə  istintaqı  başlananadək 

onları öz xahişləri ilə aşağıdakı hallarda iştirakdan azad edə bilər: 

108.0.1. öz borcunu yerinə yetirməsinə mane olan üzrlü səbəblər olduqda; 

108.0.2. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. 

M a d d ə   1 0 9 .   H a k i m ə   e t i r a z

 

109.1.  Hakimə  (məhkəmə  tərkibinə)  edilən  etiraz  əsaslandırılmalıdır.  Etirazda 



konkret  əsaslar  olmadıqda  o,  işə  baxan  məhkəmə  tərəfindən  baxılmamış  saxlanılır. 

Hakimə  etiraz  o  halda  əsaslı  sayıla  və  şərtsiz  təmin  edilə  bilər  ki,  hər  hansı  şəxsin 

cinayət  prosesində  hakim  qismində  iştirakını  istisna  edən  aşağıdakı  hallardan  heç 

olmasa biri olsun: 

liii[53]

 

109.1.1.  şəxs  hakim  vəzifəsinə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 



müəyyən edilmiş qaydada təyin edilmədikdə; 

109.1.2.  hakim  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  müvafiq 

cinayət  işinə  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materiala  baxılması  üçün  lazımi 

səlahiyyətlərə malik olmadıqda; 

109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə 

zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı,  mülki  cavabdeh  və  ya  onların  qanuni 

nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 

109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə 

şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 

109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə 

hal  şahidi,  məhkəmə  iclası  katibi,  tərcüməçi,  mütəxəssis,  yaxud  ekspert  qismində 

əvvəllər iştirak etdikdə; 

109.1.6.  hakim  birinci,  apellyasiya  və  ya  kassasiya  instansiyası  məhkəməsində, 

həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar 




üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında 

hakim  qismində  əvvəllər  iştirak  etdikdə  (hakimin  məhkəmə  nəzarəti  qaydasında 

cinayət  işi  üzrə  məhkəməyədək  icraatda  materiallara  baxması  və  ya  işin  ilkin 

dinlənilməsi  onun  müvafiq  cinayət  işinə  birinci  instansiya,  apellyasiya  və  ya 

kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna 

etmir); 


liv[54]

 

109.1.7.  hakim  ittiham  və  ya  müdafiə  tərəfindən  cinayət  prosesinin  hər  hansı 



iştirakçısı  ilə,  habelə  belə  iştirakçının  qanuni  nümayəndəsi  və  ya  nümayəndəsi  ilə 

qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 

109.1.8.  hakimin  cinayət  təqibində  maraqlı  olmasını  təsdiq  edən  konkret  və 

mötəbər sübutlar olduqda. 

lv[55]

 

109.2.  Bu  Məcəllənin  109.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri 



olduqda, hakim özü-özünə etiraz etməlidir. 

109.3. Etiraz məsələsini aşağıdakılar həll edir: 

109.3.1. birinci instansiya məhkəməsində cinayət işinə andlı iclasçıların iştirakı ilə 

və ya hakim tərəfindən təkbaşına, cinayət təqibi  ilə  bağlı digər materiala isə hakim 

tərəfindən  təkbaşına  baxıldıqda  hakimin  özü-özünə  və  ya  ona  edilmiş  etirazı  — 

həmin məhkəmənin sədri; 

109.3.2. birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə 

və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materiala  hakimlər  kollegiyasından  ibarət 

tərkibdə  baxıldıqda  hakimin  özü-özünə  və  ya  ona  edilmiş  etirazı  —  onun  iştirakı 

olmadan hakimlər kollegiyası; 

109.3.3.  birinci  instansiya  məhkəməsində  iki  hakimin  və  ya  bütün  məhkəmə 

tərkibinin  özü  özünə,  yaxud  onlara  edilmiş  etirazı,  habelə  cinayət  işinə,  yaxud 

cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə 

və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi; 

109.3.4. apellyasiya və kassasiya  instansiyası məhkəməsinin  iki hakiminin və ya 

bütün  məhkəmə  tərkibinin  özü-özünə,  yaxud  onlara  edilmiş  etirazı  —  müvafiq 

olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədrləri. 

109.4. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə 

etiraza  və  ya  edilmiş  etiraza  baxılaraq,  cinayət  prosesi  iştirakçılarının  və  etiraz 

edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə 

bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı 

bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. 

109.5. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə 

etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı 

ilə  baxılır.  Birinci  instansiya  məhkəməsində  obyektiv  səbəbdən  bu  mümkün 

olmadıqda,  cinayət  işi  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  material  apellyasiya 

instansiyası  məhkəməsi  tərəfindən  baxılması  üçün  başqa  birinci  instansiya 

məhkəməsinə göndərilir.

lvi[56]

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə