Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə38/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   34   35   36   37   38   39   40   41   ...   190

101.5.7. etirazlar etmək və vəsatətlər vermək; 

101.5.8.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  öz  etirazını 

bildirmək  və  bu  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkətlər  protokoluna 

yazılmasını tələb etmək; 

101.5.9.  özünün  və  ya  təmsil  etdiyi  şəxsin  iştirakı  ilə  keçirilmiş  istintaq  və  ya 

digər  prosessual  hərəkətlərin,  habelə  məhkəmə  iclasının  protokolu  ilə  tanış  olmaq; 

iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətin  protokolunda  yazılanların 

düzgünlüyü  və  tamlığı  barədə  qeydlərini  vermək;  istintaq  və  ya  digər  prosessual 

hərəkətlərdə  və  məhkəmə  iclasında  iştirak  edərkən  qeyd  edilməsi  zəruri  olan 

halların müvafiq protokola daxil edilməsini tələb etmək; 

101.5.10.  təmsil  etdiyi  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  tutulması,  həbsə 

alınması və ya həbsdə saxlanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün 

cinayət  prosesini  həyata  keçirən  orqanın  məhkəməyə  təqdim  etdiyi  materiallarla 

tanış olmaq; 

101.5.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi 

andan  işin  materialları  ilə  tanış  olmaq,  təmsil  etdiyi  şəxsə  aid  zəruri  sənədlərin 

surətlərini çıxarmaq; 

101.5.12.  birinci  və  apellyasiya  instansiyası  məhkəməsinin  iclaslarında  və  işin 

materiallarının tədqiqində iştirak etmək; 

101.5.13.  təmsil  etdiyi  zərər  çəkmiş  və  ya  təqsirləndirilən  şəxsin  müvafiq  olaraq 

nümayəndəsi,  yaxud  müdafiəçisi  olmadıqda,  birinci  və  apellyasiya  instansiyası 

məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə 

baxılan məsələ üzrə çıxış etmək; 

101.5.14.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  qəbul  edilmiş  və 

təmsil  etdiyi  şəxsin,  habelə  özünün  hüquq  və  qanuni  mənafeyinə  toxunan  qərarlar 

haqqında  həmin  orqan  tərəfindən  məlumatlanmaq  və  cinayət  prosesini  həyata 

keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək; 

101.5.15.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmənin 

qərarlarından  və  ya  hərəkətlərindən,  o  cümlədən  hökmdən  və  məhkəmənin  digər 

qərarlarından şikayət vermək; 

101.5.16. verdiyi hər hansı şikayətdən imtina etmək; 

101.5.17.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  onun  nəzərinə 

çatdırılmış  məlumatlardan  və  ya  cinayət  prosesinin  digər  iştirakçılarının 

şikayətlərindən  ona  məlum  olmuş  hallara  təmsil  etdiyi  şəxsin  qanuni  mənafeyinə 

toxunan hissədə öz etirazını bildirmək; 

101.5.18.  təmsil  etdiyi  şəxsin  qanuni  mənafeyinə  toxunan  şikayətlə  əlaqədar 

məhkəmə iclasında cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq 

və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  və  yeni  açılmış  hallar  üzrə 

baxılmasında və işin materiallarının tədqiqində iştirak etmək; 

l[50]


 


101.5.19.  məhkəmə  iclasında  cinayət  prosesinin  digər  iştirakçıları  tərəfindən 

verilmiş  vəsatət  və  təkliflər,  habelə  məhkəmə  tərəfindən  həll  edilən  məsələlər  üzrə 

öz fikrini bildirmək; 

101.5.20. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək; 

101.5.21. təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək 

və onların səlahiyyətlərinə xitam vermək; 

101.5.22.  cinayət  prosesi  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsi  və  cinayət 

prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona  vurulmuş 

ziyanın kompensasiyasını almaq; 

101.5.23. təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən 

maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan 

rəsmi  sənədlərin  əslini  geri  almaq;  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlləri 

törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq; 

101.5.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

101.6.  Fəaliyyət  qabiliyyəti  olmayan  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının, 

şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi 

cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi 

şəxsin hüquqlarını həyata keçirir. 

101.7.  Məhdud  fəaliyyət  qabiliyyətli  şəxsin  qanuni  nümayəndəsi  aşağıdakılara 

haqlıdır: 

101.7.1.  təmsil  etdiyi  zərər  çəkmiş  şəxsin  razılığı  ilə  onun  adından  həyata 

keçirilən  ittihamdan  imtina  etmək,  habelə  onun  müdafiəçisinin  səlahiyyətlərinə 

xitam vermək; 

101.7.2.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  ona  qarşı  törədilməsi 

haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, 

şübhəli  və  ya  təqsirləndirilən  şəxslə,  yaxud  mülki  cavabdehlə  barışmaq,  verdiyi 

mülki iddiadan imtina etmək, ona qarşı verilmiş mülki iddianı qəbul etmək, habelə 

onun  hüquq  və  qanuni  mənafeyinin  müdafiəsi  üçün  verilmiş  şikayətdən  imtina 

etmək; 

101.7.3. təmsil etdiyi şəxsin niyyətini bilmək. 



101.8. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, 

yaxud mülki cavabdehin qanuni nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi 

əleyhinə  hər  hansı  hərəkəti  etməyə,  o  cümlədən  təqsirləndirilən  şəxsin  adından 

müdafiəçidən imtina etməyə haqlı deyil. 

101.9. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, 

mülki cavabdehin qanuni nümayəndəsi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

101.9.1.  cinayət  prosesini  həyata  keçirən  orqana  qanuni  nümayəndə 

səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək; 

101.9.2. cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə