Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə34/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   30   31   32   33   34   35   36   37   ...   190

95.6.  Şahid  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

95.6.1. hansı cinayət işi üzrə çağırıldığını bilmək; 

95.6.2. onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək; 

95.6.3. xahişlər etmək; 

95.6.4. özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların 

və məlumatların təqdim olunmasından imtina etmək; 

95.6.5.  ifadə verərkən cinayət prosesini həyata keçirən orqanın  icazəsi  ilə yadda 

saxlanılması  çətinlik  törədən  mürəkkəb  riyazi  hesablamalara  dair  sənədlərdən, 

çoxsaylı  coğrafi  adlardan  və  digər  məlumatlardan  istifadə  etmək;  hadisələri  dərk 

edərkən və ya dərk etdikdən dərhal sonra yazılı qeydlərindən ifadə verərkən istifadə 

etmək; 


95.6.6. verdiyi ifadələri çəkdiyi planlarla, sxemlərlə və şəkillərlə müşayiət etmək; 

95.6.7.  cinayət  prosesi  üzrə  məhkəməyədək  icraat  zamanı  ifadəsini  şəxsən 

yazmaq; 

95.6.8.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolu  ilə, 

habelə məhkəmə iclası protokolunun ona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin 

tam  və  düzgün  olması  üçün  protokola  zəruri  əlavə  və  qeydlərin  daxil  edilməsini 

tələb etmək; 

95.6.9.  cinayət  prosesi  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsinə  və  cinayət 

prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona  vurulmuş 

ziyana görə kompensasiya almaq; 

95.6.10.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  maddi  sübut  kimi, 

yaxud digər əsaslarla götürülmüş əşyaların, rəsmi sənədlərin əslini geri almaq; 

95.6.11.  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  icrası  zamanı  həmin 

hərəkətlər başlananadək nümayəndəyə malik olmaq; 

95.6.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

M a d d ə   9 6 .   M ü t ə x ə s s i s  

 

96.1.  Mütəxəssis  cinayət  prosesində  şəxsi  marağı  olmayan,  öz  razılığı  əsasında 



istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və 

digər  peşə  sahəsindəki  xüsusi  bilik  və  bacarığından  istifadə  edərək  kömək 

göstərmək  üçün  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  təyin  edilmiş 

şəxsdir.  Yetkinlik  yaşına  çatmamış  zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsin,  habelə  şahidin  dindirilməsində  iştirak  etmiş  müəllim  mütəxəssis  hesab 

olunur.  Mütəxəssis  cinayət  prosesi  iştirakçılarının  təklif  etdikləri  şəxslər  sırasından 

təyin edilə bilər. 

96.2.  Mütəxəssis  cinayət  prosesini  həyata  keçirən  orqana  zəruri  kömək 

göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. 



96.3.  Şəxs  cinayət  prosesinin  hüquqi  məsələləri  üzrə  mütəxəssis  qismində  təyin 

oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert 

rəyini əvəz etmir. 

96.4. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

96.4.1. zəruri kömək göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın 

çağırışına gəlmək; 

96.4.2.  cinayət  prosesini  həyata  keçirən  orqana  öz  xüsusi  ixtisasını  təsdiq  edən 

sənədləri  təqdim  etmək;  zəruri  kömək  göstərilməsi  qabiliyyəti  olduğunu  düzgün 

qiymətləndirmək; 

96.4.3.  cinayət  prosesini  həyata  keçirən  orqana  peşə  təcrübəsi  və  cinayət 

prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək; 

96.4.4.  köməyinə  zərurət  olduğu  bütün  müddət  ərzində  istintaq  və  ya  digər 

prosessual hərəkətlərin keçirildiyi yerdə, məhkəmənin  iclas zalında olmaq və qeyd 

edilən hərəkətlərin keçirildiyi yeri həmin hərəkətləri keçirən şəxsin icazəsi olmadan, 

məhkəmə  iclası  zalını  isə  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  olmadan  tərk 

etməmək; 

96.4.5.  istintaq  və  ya  digər  prosessual  hərəkətləri  həyata  keçirən  şəxsə  kömək 

məqsədi  ilə  sənədlərin  və  əşyaların  aşkar  edilməsi,  möhkəmləndirilməsi, 

götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə edilməsi, iş 

materiallarının  tədqiq  edilməsi,  ekspert  qarşısında  suallar  qoyulması  üçün  öz 

bacarığından  və  biliyindən  istifadə  edərək,  cinayət  prosesini  həyata  keçirən  şəxsə, 

orqana,  məhkəmə  iclasında  iştirak  edən  cinayət  prosesi  tərəflərinə  peşəsinə  aid 

sualları və hərəkətləri izah etmək; 

96.4.6.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

96.4.7. məhkəmə iclasında qaydaya riayət etmək; 

96.4.8.  onun  iştirakı  ilə  keçirilmiş  hərəkətlərin  gedişinin,  məzmununun  və 

nəticələrinin protokolda tam və düzgün yazılmasını öz imzası ilə təsdiq etmək; 

96.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə 

keçirilmiş  istintaq  və  ya  digər  prosessual  hərəkətlərə  və  aşkar  edilmiş  hallara  dair 

məlumatları,  habelə  qapalı  məhkəmə  iclasının  məlumatlarını  yaymamaq;  ona 

məlum  olan  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və  ya 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

96.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

96.5.  Mütəxəssisin  öz  vəzifələrini  icra  etməməsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

96.6. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı 

hüquqları həyata keçirir: 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə