Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə30/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   26   27   28   29   30   31   32   33   ...   190

keçirilərsə,  məhkəmə  xüsusi  ittiham  qaydasında  şikayəti  öz  icraatına  qəbul  etdiyi 

andan müdafiəçinin iştirakını təmin edir. 

92.7.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdafiəsini  öz  öhdəsinə  götürdükdə, 

müdafiəçi  cinayət  prosesini  həyata  keçirən  orqana  şəxsiyyətini  və  Azərbaycan 

Respublikasının  ərazisində  vəkillik  fəaliyyətini  həyata  keçirmək  hüququnu  təsdiq 

edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. 

92.8.  Bu  Məcəllənin  92.7-ci  maddəsində  nəzərdə  tutulmuş  tələblər  yerinə 

yetirilmədikdə  cinayət  prosesini  həyata  keçirən  orqan  hər  hansı  şəxsin  cinayət 

prosesinə  müdafiəçi  qismində  buraxılmasından  imtina  edilməsi  haqqında 

əsaslandırılmış qərar çıxarır. 

92.9.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  müdafiəçi  aşağıdakı 

hüquqları həyata keçirir: 

92.9.1. şübhənin və ya ittihamın mahiyyətini bilmək; 

92.9.2.  söhbətlərin  sayı  və  müddəti  məhdudlaşdırılmadan  müdafiə  etdiyi  şəxslə 

təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; 

92.9.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın  təklifi  ilə  bu  orqanın  apardığı 

istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə 

keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; 

92.9.4. şübhəli və ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq və 

ya  digər  prosessual  hərəkəti  aparan  şəxsin  nəzərini  onun  yol  verdiyi  qanun 

pozuntularına cəlb etmək; 

92.9.5.  məhkəməyədək  və  ya  məhkəmə  icraatı  zamanı  cinayət  işinə  əlavə  və  ya 

məhkəmə  iclasında  tədqiq  edilməsi  üçün  sübutlar,  habelə  digər  materiallar 

toplamaq və cinayət prosesini həyata keçirən orqana təqdim etmək; 

92.9.6. etirazlar etmək və vəsatətlər vermək; 

92.9.7.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  öz  etirazını 

bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd 

edilməsini tələb etmək; 

92.9.8.  özünün  və  ya  müdafiə  etdiyi  şəxsin  iştirakı  ilə  keçirilmiş  istintaq  və  ya 

digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; 

iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların 

düzgünlüyü  və  tamlığı  barədə  qeydlər  vermək;  istintaq  və  ya  digər  prosessual 

hərəkətlərdə  və  məhkəmə  baxışında  iştirak  edərkən  zəruri  olan  halların  müvafiq 

protokola daxil edilməsini tələb etmək; 

92.9.9.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdafiəsinin  həyata  keçirilməsi  ilə 

əlaqədar  məsələlərin  aydınlaşdırılması  üçün  sübutların  toplanması  üzrə  tədbirlər 

həyata  keçirmək,  bu  məqsədlə  cinayət  təqibi  xüsusi  ittiham  qaydasında  həyata 

keçirildiyi  halda  fiziki  və  hüquqi  şəxslərin  razılığı  ilə  onları  sorğu-suala  tutmaq, 

habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək; 



92.9.10.  cinayət  prosesini  həyata  keçirən  orqanın  ekspertizanın  təyin  edilməsi 

haqqında qərarı və ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə 

alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün 

cinayət  prosesini  həyata  keçirən  orqanın  məhkəməyə  təqdim  etdiyi  materiallarla 

tanış olmaq; 

92.9.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi 

andan  işin  materialları  ilə  tanış  olmaq,  müdafiə  etdiyi  şəxsə  aid  zəruri  sənədlərin 

surətlərini çıxarmaq; 

92.9.12.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  və  işin 

materiallarının tədqiqində iştirak etmək; 

92.9.13. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində 

iştirak etmək; 

92.9.14.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  nitq  və 

replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək; 

92.9.15.  hüquqlarına  və  qanuni  mənafeyinə  toxunan  qərarlar  haqqında  cinayət 

prosesini  həyata  keçirən  orqan  tərəfindən  məlumatlanmaq  və  özünün  xahişi  ilə  bu 

qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual 

məcburiyyət  tədbirlərinin  aparılması,  təqsirləndirilən  şəxs  qismində  cəlb  etmə, 

ittiham  elan  olunması  haqqında  qərarların,  habelə  ittiham  aktının,  iddia  ərizəsinin, 

hökmün,  məhkəmənin  digər  yekun  qərarının,  apellyasiya  və  ya  kassasiya 

şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq; 

92.9.16.  təhqiqatçının,  müstəntiqin  və  ya  prokurorun  hərəkətlərindən  və 

qərarlarından şikayət etmək; 

92.9.17. hökmdən və ya məhkəmənin digər  qərarlarından apellyasiya, kassasiya 

və ya əlavə kassasiya qaydasında şikayət vermək; 

92.9.18. ittiham hökmündən şikayət istisna olmaqla, verdiyi hər hansı şikayətdən 

imtina etmək; 

92.9.19.  müdafiə  etdiyi  şəxsin  tapşırığı  ilə  onun  adından  şübhəli  və  ya 

təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışdırılmasında çıxış etmək; 

92.9.20.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  onun  nəzərinə 

çatdırılmış  məlumatlardan  və  ya  cinayət  prosesinin  digər  iştirakçılarının 

şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək; 

92.9.21.  müdafiə  etdiyi  şəxsin  qanuni  mənafeyinə  toxunan  şikayətlə  əlaqədar 

cinayət  işinə  məhkəmə  iclasında  kassasiya,  əlavə  kassasiya  və  ya  hüquq  və 

azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında 

və işin materiallarının tədqiqində iştirak etmək; 

xlviii[48]

 

92.9.22.  məhkəmə  iclasında  cinayət  prosesinin  digər  iştirakçıları  tərəfindən 



verilmiş  vəsatət  və  təkliflər,  habelə  məhkəmə  tərəfindən  həll  edilən  məsələlər  üzrə 

öz fikrini bildirmək; 

92.9.23. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə