Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə28/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   24   25   26   27   28   29   30   31   ...   190

90.7.20. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından 

və  hərəkətlərindən  şikayət  etmək,  habelə  özünün  və  ya  müdafiəçinin  verdiyi 

şikayətdən imtina etmək; 

90.7.21. zərər çəkmiş şəxslə barışmaq; 

90.7.22.  cinayət  işi  üzrə  icraat  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsinə  və 

cinayət  prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona 

vurulmuş ziyana görə kompensasiya almaq; 

90.7.23. şübhə təsdiq olunmadıqda bəraət almaq; 

90.7.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

90.8. Şübhəli şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində 

mümkün  dərəcədə  bu  Məcəllədə  müdafiəçi  üçün  nəzərdə  tutulmuş  bütün 

hüquqlardan istifadə edir. 

90.9. Şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun 

ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. 

Cinayətin  törədilməsinə  aidiyyəti  olmayan  şəxsin  adını  bilərəkdən  çəkdiyi  hallar 

istisna  edilməklə,  şübhəli  şəxsin  üzərinə  verdiyi  ifadəyə  və  ya  izahata  görə  heç  bir 

məsuliyyət qoyula bilməz. 

90.10. Yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan şübhəli şəxsin 

hüquqlarını  onun  əvəzinə  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  qanuni 

nümayəndəsi həyata keçirir. 

90.11.  Şübhəli  şəxs  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

90.11.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

90.11.2. tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq; 

90.11.3.  həkim  müayinəsinə,  əl-barmaq  izlərinin  götürülməsinə,  şəklinin 

çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq; 

90.11.4. müayinəyə məruz qalmaq; 

90.11.5. ekspertiza aparılmasına məruz qalmaq; 

90.11.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

90.11.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

M a d d ə   9 1 .   T ə q s i r l ə n d i r i l ə n   ş ə x s

 

91.1. Müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində 



cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. 

91.2.  Anlaqsız  vəziyyətdə  və  ya  cinayət  məsuliyyəti  yaradan  müəyyən  yaş 

həddinə  çatmamış  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətməsi  istinad 

edilən şəxs də  bu Məcəllənin müddəaları  ilə nəzərdə tutulmuş əlavə və istisnalarla 

yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun vəzifələrini daşıyır. 

xlvi[46]


 


91.3.  Şəxsin  barəsində  cinayət  təqibinə  xitam  verildiyi  andan  o,  təqsirləndirilən 

şəxs vəziyyətindən çıxmış hesab olunur. 

91.4.  Müstəntiq,  prokuror  və  ya  məhkəmə  təqsirləndirilən  şəxsin  hüquqlarını 

təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə 

etməklə  müdafiə  hüququnu  həyata  keçirməsinə  mane  olmamalı  və  onun  xahişi  ilə 

müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 

91.5.  Təqsirləndirilən  şəxs  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı hüquqları həyata keçirir: 

91.5.1. nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki 

tərəfi  və  hüquqi  tövsifi),  ittiham  elan  edildikdə,  habelə  həbsə  alındıqdan  və  ya 

barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra 

müvafiq qərarın surətini almaq; 

91.5.2. onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, 

müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; 

91.5.3. dərhal tutulma və həbsə alma protokolu tərtib olunduqdan sonra onunla 

tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək; 

91.5.4.  həbsə  alındığı  və  ya  ittiham  elan  olunduğu  andan  müdafiəçiyə  malik 

olmaq; 


91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək; 

91.5.6.  tutulduqdan  dərhal  sonra  ailəsinə,  qohumlarına,  yaşadığı  və  ya  işlədiyi 

(oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək; 

91.5.7.  müstəqil  olaraq  müdafiəçi  seçmək,  onun  səlahiyyətlərinə  xitam  vermək, 

müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; 

91.5.8.  söhbətlərin  sayı  və  müddəti  məhdudlaşdırılmadan  müdafiəçisi  ilə 

təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; 

91.5.9. öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək; 

91.5.10.  ifadə  (izahat)  vermək,  özünə  və  yaxın  qohumlarına  qarşı  ifadə  (izahat) 

verməmək  və  ya  ümumiyyətlə  ifadə  (izahat)  verməkdən  imtina  etmək,  habelə 

haqqında  irəli  sürülmüş  ittihama  dair  izahat  vermək  və  izahat  verməkdən  imtina 

etmək; 


91.5.11. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; 

91.5.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək; 

91.5.13. etirazlar etmək və vəsatətlər vermək; 

91.5.14. istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə 

başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək; 

91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə 

müdafiəçinin yardımı ilə iştirak etmək; 

91.5.16. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar 

və digər materiallar təqdim etmək; 



91.5.17. təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək; 

91.5.18.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  öz  etirazını 

bildirmək  və  bu  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolunda 

qeyd edilməsini tələb etmək; 

91.5.19. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə 

tanış  olmaq,  protokoldakı  yazıların  düzgünlüyü  və  tamlığı  barədə  qeydlərini 

vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında  iştirak 

edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb 

etmək; 

91.5.20. ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış 



olmaq; 

91.5.21.  həbsə  alma  və  həbsdə  saxlamanın  qanuni  və  əsaslı  olduğunu  təsdiq 

etmək  üçün  cinayət  prosesini  həyata  keçirən  orqanın  məhkəməyə  təqdim  etdiyi 

materiallarla tanış olmaq; 

91.5.22. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi 

andan  işin  materialları  ilə  tanış  olmaq,  ona  aid  zəruri  sənədlərin  surətlərini 

çıxarmaq; 

91.5.23.  cinayət  işinin  icraatına  bəraətverici  əsaslar  olmadan  xitam  verilməsinə 

etiraz etmək; 

91.5.24. əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışını tələb etmək; 

91.5.25.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  və  işin 

materiallarının tədqiqində iştirak etmək; 

91.5.26. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində 

iştirak etmək; 

91.5.27.  öz  müdafiəsini  müstəqil  həyata  keçirərkən  birinci  və  apellyasiya 

instansiyası  məhkəmələrinin  iclaslarında  giriş  sözü  (haqqında  irəli  sürülmüş 

ittihamda  özünü  təqsirli  bilib-bilməməsinin,  mülki  iddianı  qəbul  edib-

edilməməsinin elan olunması), nitq və replika söyləmək; 

91.5.28. məhkəmə baxışında son sözlə çıxış etmək; 

91.5.29.  hüquqlarına  və  qanuni  mənafeyinə  toxunan  qərarlar  haqqında  cinayət 

prosesini  həyata  keçirən  orqan  tərəfindən  məlumatlanmaq  və  xahişi  ilə  bu 

qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual 

məcburiyyət  tədbirlərinin  aparılması,  təqsirləndirilən  şəxs  qismində  cəlb  etmə, 

ittiham  elan  olunması  haqqında  qərarların,  habelə  ittiham  aktının,  iddia  ərizəsinin, 

hökmün,  məhkəmənin  digər  yekun  qərarının,  apellyasiya  və  ya  kassasiya 

şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq; 

91.5.30.  təhqiqatçının,  müstəntiqin  və  ya  prokurorun  qərarlarından,  yaxud 

hərəkətlərindən şikayət etmək; 

91.5.31. hökmdən və  məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və 

ya əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə